Məhkəmə qərarları › İş №8(3-6)-377/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-377/2026

11.08.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-377/2026 11.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından tələbkar Tələbkar və icra məmuru maraqlı şəxs1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:

1. Ərizəni verən şəxs X1 (bundan sonra borclu) şikayətlə məhkəməyə müraciət edərək, Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş *(***)-****/**** saylı, ##.##.2022-ci il tarixli icra sənədinə əsasən Binəqədi rayon Icra şöbəsinin böyük icra məmuru, R maraqlı şəxs1 ## #### 2023-cü il tarixdə qəbul etdiyi məcburi işburaxma dövrü üçün əmək haqqı fərqinin hesablanmaqla müəyyən edilməsi haqqında qərarının və onun ##.##.2024-cü il tarixli inkasso sərəncamının ləğv edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir.

3. Borclu – şikayətçinin həmin qərardaddan verdiyi şikayət rayon məhkəməsinin eyni nömrəli, ##.##.2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qərardadına əsasən Ərizəni verən şəxs X1 tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Binəqədi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadı ləğv edilmiş və işin həmin məhkəməyə qaytarılması qərara alınmışdır.

5. Rayon məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə iş üzrə mütəxəssis rəyinin alınması qərara alınmış, mütəxəssis rəyinin verilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə həvalə edilmiş, rəy alınanadək iş üzrə icraat dayandırılmışdır.

6. Borclunun həmin qərardaddan verdiyi şikayət rayon məhkəməsinin eyni nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə borclunun şikayəti təmin edilməmiş, ##.##.2025-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılmışdır.

8. ## ####### 2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq Idarəsinin məktubu ilə birlikdə rayon məhkəməsinə daxil olmuş, iş üzrə icraat təzələnmişdir.

9. Rayon məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə tapşırılmış, rəyi alınanadək iş üzrə icraat dayandırılmışdır.

10. Məhkəmə Ekspertizası Mərkəzinin ## ### 2026-cı il tarixli, */**** saylı ekspert rəyi rayon məhkəməsinə daxil olmuş, ##.##.2026-cı il tarixli qərardadla iş üzrə icraat təzələnmişdir.

11. Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2022-ci il tarixli icra sənədinə əsasən Binəqədi rayon Icra şöbəsinin böyük icra məmuru, R maraqlı şəxs1 tərəfindən qəbul edilmiş ## #### 2023-cü il tarixli məcburi işburaxma dövrü üçün əmək haqqı fərqinin hesablanmaqla müəyyən edilməsi haqqında qərarın və ##.##.2024-cü il tarixli inkasso sərəncamının ləğv edilməsi müəyyən edilmişdir.

12. Icra məmuru maraqlı şəxs1 həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir.

13. Şikayət belə əsaslandırılmışdır ki, aparılan icra hərəkətlərindən də göründüyü kimi icra məmuru əmək haqqı fərqi ilə bağlı hesablama apararkən vəzifə təsnifatındakı dəyişikliyə uyğun əmək haqqını nəzərə alınmış, lakin işçinin məcburi iş buraxma dövrü ərzində ona ödənilməli mükafatları, məzuniyyət ödənişlərini və bayram ödənişlərini nəzərə almamaqla əslində minimal fərqi müəyyən etmişdir.

14. Rayon məhkəməsinin eyni nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə icra məmurunun şikayəti təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

15. Tələbkar Tələbkar da ##.##.2026-cı il tarixli qərardaddan şikayət verərək, onun ləğv edilməsini xahiş etmişdir.

16. Tələbkar şikayətini belə əsaslandırmışdır ki, hazırda borclu icra məmurunun həm məcburi işburaxma dövrü üçün əmək haqqı fərqinin hesablanmaqla, müəyyən edilməsi haqqında ##.##.2023-cü il tarixli qərarının, həm də həmin qərarın icrasıməqsədilə qəbul edilmiş ##.##.2024-cü il tarixli, *** saylı inkasso sərəncamının ləğv edilməsini tələb edir. Həmçinin, qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi həm də öz vəzifəsini ona görə icra etməmişdir ki, borclu tərəfindən verilən şikayətləri icraata qəbul edərkən prosessual müddətlərə riayət edilib-edilməməsi məsələsini yoxlamamışdır. Belə ki, icra məmurunun məcburi işburaxma dövrü üçün əmək haqqı fərqinin hesablanmaqla, müəyyən edilməsi haqqında ##.##.2023-cü il tarixli qərarı barədə vaxtında xəbərdar olmasına baxmayaraq borclu həmin qərara laqeyd yanaşmamış və onu vaxtında mübahisələndirməmişdir. Borclunun həmin qərardan xəbərdar olması həm də onun (AYNA-nın) Binəqədi Icra Şöbəsinə ünvanladığı ## ####### 2023-cü il tarixli məktubu ilə təsdiq edilir. Həmin məktubda borclunun ondan tutulacaq 8820 AZN-dan xəbərdar olması faktı öz əksini tapır. Göründüyü kimi, birinci instansiya məhkəməsi şikayət müddətinin ötürülməsinə baxmayaraq müvafiq qərarın ləğvini qət etmişdir ki, bu da özündə hüquqi müəyyənlik və qanunilik prinsiplərinin kobud pozuntusunu ehtiva edir. Digər tərəfdən, cari iş üzrə inkasso sərəncamının ləğv edilməsi də əsassız hesab olunmalıdır, ona görə ki, həmin inkasso sərəncamının qəbul edilməsinə əsas olmuş qərar artıq qüvvəyə minmişdir. Bu baxımdan, həmin inkasso sərəncamı yalnız o halda ləğv oluna bilərdi ki, onun verilməsinə əsas olmuş icra məmurunun məcburi işburaxma dövrü üçün əmək haqqı fərqinin hesablanmaqla, müəyyən edilməsi haqqında ##.##.2023-cü il tarixli qərarı borclu tərəfindən mülki prosessual qanunvericilikdə müəyyən edilmiş qaydada və zaman çərçivəsində mübahisələndirilmiş olardı. Qeyd edilməlidir ki, cari iş üzrə birinci instansiya məhkəməsi mövcud sübutları selektiv şəkildə qiymətləndirmiş və qərəzli mövqe nümayiş etdirərək əsasən borclunun sübutlarına istinad etmiş və onların mötəbərliyini qəbul etmişdir. Qeyd edək ki, tərəflərdən biri dövlət orqanı olduğu halda müvafiq ekspert rəyinin alınması üçün digər bir dövlət orqanına (Ədliyyə Nazirliyinin Məhkəmə EkspertizasıMərkəzinə) müraciət edilmişdir. Bu isə işə obyektiv yanaşılmasını və obyektiv rəyin verilməsini şübhə altına alır. Məhkəmə müstəqil ekspert, audit və ya mütəxəssis cəlb etmiş olsa idi, həmin rəyin mötəbərliyi təmin edilmiş olardı. Beləliklə, birinci instansiya məhkəməsinin cari iş üzrə qərardadı həmçinin ona görə əsassız hesab edilməlidir ki, həmin qərardadın əsasını təşkil edən, lakin mötəbər olmayan ekspert rəyinə istinad edilmişdir. Digər tərəfdən, məhkəmə cari iş üzrə yalnız ekspert rəyinə əsaslanmamalı və mövcud təcrübəni araşdırmaqla və rəhbər tutmaqla qərardad qəbul etməli idi ki, bu vəzifə də yerinə yetirilməmişdir.

17. Rayon Məhkəməsinin eyni nömrəli, ##.##.2026-cı il qərardadı ilə tələbkar tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.

20. Məhkəmə iş materiallarını nəzərdən keçirib, şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayətlər təmin edilməməli, rayon məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

21. Belə ki, iş materiallarından olan Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2022-ci il tarixli icra sənədinə əsasən məlum olur ki, Tələbkar əmək müqaviləsinə xitam verilməsi barədə Azərbaycan Respublikasının Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyi Yanında X5 Xidməti “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ##.##.2022-ci il tarixli, **-ş/h nömrəli əmri ləğv edilməli, məcburi iş buraxma dövrü üçün əmək haqqı ödənilməklə Tələbkar Azərbaycan Respublikasının Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyi Yanında X5 Xidməti “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin insan resurslarının idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə bərpa edilməlidir.

22. Binəqədi rayon Icra Şöbəsinin böyük icra məmuru R maraqlı şəxs1 tərəfindən qəbul edilən ## ###### 2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icraata başlanılması və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə tələbin 10 gün müddətində icra edilməsinin təklif edilməsi və s. qərara alınmışdır. Bildiriş və qərar MMC-nin nümayəndəsi tərəfindən ##.##.2023-cü il tarixdə bildiriş kötüyünə imza edilməklə rəsmi qaydada qəbul edilmişdir.

23. Azərbaycan Respublikası Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində xxxx tərəfindən Binəqədi Icra Şöbəsinə ünvanlanmış ##.##.2023-cü il tarixli məktubdan görünür ki, həmin məktubda göstərilir: Sizin, xxxx” MMC-yə ünvanlanmış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- ****/**** saylı ## ###### 2022-ci il tarixli icra sənədində göstərilən tələbin təmin edilməsi ilə bağlı ## ###### 2023-cü il tarixli e******/****-* nömrəli məktubunuz tərəfinizdən xxxxnə təqdim edilmişdir. Məlumat üçün bildiririk ki, “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ####### 2021-ci il tarixli **** saylı Fərmanı ilə Azərbaycan Respublikasının Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Ərizəni verən şəxs yaradılmışdır. Agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ##.##.2022-ci il tarixdə dövlət qeydiyyatına alındığından Fərmanın 8-ci bəndinə əsasən “xxxx” MMC öz fəaliyyətini dayandırmışdır. Qeyd olunanları nəzərə alaraq, tərəfinizdən təqdim edilmiş icra sənədinin icrası səlahiyyətləri xaricində olduğundan, sizə geri qaytarılmışdır”.

24. Binəqədi rayon Icra Şöbəsinin böyük icra məmuru R maraqlı şəxs1 icraatında olan Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2022-ci il tarixli icra sənədi üzrə borclunun hüquqi varisi ilə əvəz edilməsi haqqında ## ### 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## ###### 2022-ci il tarixli icra sənədi üzrə borclu “xxxx” MMC onun hüquqi varisi Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində xxxx ilə əvəz edilməsi və s. qərara alınmışdır.

25. Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində xxxx tərəfindən Binəqədi Rayon Icra Şöbəsinə ünvanlanan ## ### 2023-cü il tarixli məktubun surətindən görünür ki, Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2022-ci il tarixli icra vərəqəsi üzrə borclunun hüquqi varisi ilə əvəz edilməsi haqqında ## ### 2023-cü il tarixli bildirişə aidiyyəti üzrə xxxxndə baxılmışdır. Qərarın icrası ilə bağlı bildirilir ki, iddiaçı Tələbkar 2023-cü il ## ### tarixdə X6 departamentinə dəvət olunmuşdur. X6 departamentində analoji vakansiya olmadığından Tələbkar sözügedən departamentdə müddətli əmək müqaviləsi bağlanmaqla, ştatdankənar aparıcı mütəxəssis vəzifəsi təklif olunmuş, lakin Tələbkar razılaşmayaraq, təklifdən imtina etmişdir. Həmçinin Tələbkar təklif olunmuş vəzifədən imtina etməsi ilə bağlı ərizə təqdim etməmişdir. Bununla əlaqədar, aidiyyəti struktur bölmənin əməkdaşları və X7 Komitəsi sədrinin inkişafı ilə müvafiq qaydada akt tərtib olunmuşdur.

26. Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində AYNA tərəfindən qəbul edilən ## #### 2023-cü il tarixli ***/k saylı əmrin surətindən görünür ki, Binəqədi Rayon Məhkəməsinin *(***)- ****/**** saylı, ## ###### 2022-ci il tarixli qətnaməsinin, 2(001)- ****/**** saylı, ##.##.2023-cü il tarixli qərardadının və Binəqədi rayon Icra Şöbəsinin ##.##.2023-cü il tarixli qərarının icrası üçün Tələbkar ## #### 2023- cü il tarixindən xxxxnin (bundan sonra Agentlik) Insan resursları departamentinin aparıcı mütəxəssis vəzifəsinə işə bərpa edilməsi, Agentliyin Maliyyə departamenti (Manaf Babayev) Tələbkar ## ###### 2022-ci il tarixindən ##.##.2023-cü il tarixinədək olan məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsinin təmin edilməsi və s. əmr edilmişdir.

27. AYNA PHŞ tərəfindən təqdim edilən ##.##.2023-cü il tarixli №** saylı ödəniş cədvəlindən görünür ki, Tələbkar hesabına məcburi iş buraxma dövrü üçün 5302.68 manat məbləğində ödəniş edilmişdir.

28. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyti yanında X3 Xidməti Bakı şəhər Idarəsi tərəfindən Binəqədi rayon Icra Şöbəsinə ünvanlanmış ## #### 2023-cü il tarixli məktubdan görünür ki, Əmək və X4 Əmək Müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə dair məlumatlara əsasən Tələbkar ilə Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində xxxx arasında ##.##.2023-cü il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış və Tələbkar həmin təşkilatın Insan resursları departamentinə aparıcı mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir.

29. Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində AYNA tərəfindən Binəqədi Rayon Icra Şöbəsinə ünvanlanan ## ####### 2023-cü il tarixli məktubda göstərilir: Sizin Tələbkar 8820 manat əmək haqqı fərqinin ödənilməsi barədə ünvanladığınız ## ######## 2023-cü il tarixli, 17/68 №*****-4 nömrəli müraciətinizə AYNA-da baxılmışdır. Bildiririk ki, Tələbkar ##.##.2023- cü il tarixli, ***/k nömrəli “Işə bərpa edilmə” əmrinə əsasən Insan resursları departamentinin aparıcı mütəxəssis vəzifəsinə işə bərpa edilmişdir. Eyni zamanda “xxxx” MMC ləğv etmə prosesindədir və son əməkdaşının əmək müqaviləsinə ##.##.2023-cü il tarixdə xitam verilmişdir. Qeyd olunanlara əsasən Tələbkar əmək haqqı “xxxx” MMC-nin mövcud ştat üzrə aylıq vəzifə maaşına əsasən hesablanmışdır.

30. Binəqədi rayon Icra Şöbəsinin böyük icra məmuru R maraqlı şəxs1 tərəfindən qəbul edilən məcburi işburaxma dövrü üçün əmək haqqı fərqinin hesablanmaqla, müəyyən edilməsi haqqında ##.##.2023-cü il tarixli qərardan görünür ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)- ****/**** saylı, ## ###### 2022-ci il tarixli icra sənədi üzrə tələbkar Tələbkar ödənilməli-məcburi işburaxma dövrü üçün hesablanmış qalıq əmək haqqı fərqinin 8820 manat məbləğində müəyyən edilməsi və s. qərara alınmışdır.

31. Hazırkı iş materiallarında olan ##.##.2024-cü il tarixli, *** saylı inkasso sərəncamından görünür ki, AYNA PHŞ tərəfindən Tələbkar hesabına Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2022-ci il tarixli icra sənədi əsasında qəbul edilən icra məmurunun ##.##.2024-cü il tarixli qərarı üzrə 8820 manat məbləğində vəsait köçürülmüşdür.

32. Ərizəni verən şəxs ilə Tələbkar arasında bağlanmış ##.##.2023-cü il tarixli *** №-li əmək müqaviləsinin surətindən görünür ki, Tələbkar ##.##.2023-cü il tarixindən PHŞ-də Insan Resursları departamenti, əsas, aparıcı mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 4.1-ci maddəsinə əsasən işçiyə hər ay 1600 manat əmək haqqı ödənilir.

33. Rayon məhkəməsi iş materialları əsasında müəyyən etmişdir ki, icra sənədində göstərilən tələbin icrası “xxxx” MMC-dən tələb edilsə də, xxxx tərəfindən icra məmurunun müraciətinə cavab olaraq bildirilmişdir ki, “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ####### 2021-ci il tarixli **** saylı Fərmanı ilə Azərbaycan Respublikasının Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Ərizəni verən şəxs yaradılmışdır. Agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ##.##.2022-ci il tarixdə dövlət qeydiyyatına alındığından Fərmanın 8-ci bəndinə əsasən “xxxx” MMC öz fəaliyyətini dayandırmışdır. Bu səbəbdən də icra sənədin icrası səlahiyyəti xaricində olduğundan icra sənədi icra məmuruna geri qaytarılmışdır.

34. Daha sonra icra məmuru xxxxnin icra sənədi üzrə borclu X5 Xidməti “xxxx” MMCnin hüquqi varisi olub-olmaması barədə qətnaməyə izah verilməsini xahiş etsə də, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-****/**** saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardadda qeyd edilmişdir ki, “xxxx” MMC-nin ləğv edildiyi bildirilsə də, bu barədə hər hansı qərarın mövcudluğu müəyyən edilmir, üstəlik həmin hüquqi şəxslərin bazası əsasında yeni hüquqi şəxs yaranmışdır. Hansı ki, yeni yaradılan hüquqi şəxs fərmanda göstərilən hüquqi şəxslərin əsasında(bazasında) yaradılmışdır. Publik hüquqi şəxslərin yaradılmasında məqsəd, ümumiyyətlə publik hüquqi şəxslərin mahiyyəti, həmçinin yeni yaradılan X1n vəzifələri və hüquqları nəzərə alındıqda, onun birləşmə yolu ilə yaradıldığını güman etməyə əsas verir. Odur ki, icra məmurunun müstəqil olaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada borclunu hüquqi varisi əvəz etmək barədə qərar qəbul etmək səlahiyyəti olduğundan və qeyd edilən məsələ qətnaməyə və ya icra sənədinə izah verilməsinə əsas təşkil etmədiyindən ərizə əsassız hesab edilməklə təmin edilməməlidir.

35. Bundan sonra icra məmurunun ##.##.2023-cü il tarixli qərarı ilə AYNA "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisi kimi cəlb edilmişdir. Icra məmurunun həmin qərarından da AYNA tərəfindən şikayət verilmiş, lakin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** saylı qərardadı ilə şikayət təmin edilməmişdir.

36. Bundan sonra tələbkar ##.##.2023-cü il tarixdə AYNA-nın (Agentliyin) Insan Resursları departamentinin aparıcı mütəxəssisi vəzifəsinə bərpa edilmişdir. Həmin əmrdə eyni zamanda Agentliyin Maliyyə departamenti ##.##.2022-ci il tarixindən-##.##.2023-cü il tarixinədək olan məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsinin təmin edilməsi tapşırılmışdır. Bunun davamı olaraq tələbkara 5120 manat məcburi iş buraxma dövrü üçün əmək haqqı ödənilmişdir.

37. Daha sonra tələbkar icra şöbəsinə müraciət edərək, borclunun məcburi işburaxma dövrü üçün düzgün qaydada əmək haqqı hesablamadığını bildirmiş və yenidən hesablaşma aparılmasını xahiş etmişdir.

38. Bunun davamı olaraq icra məmuru əmək haqqı fərqinin ödənilməsi barədə məhkəməyə müraciət etmiş və Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardadda qeyd edilmişdir ki, məcburi iş buraxma dövrü üçün əmək haqqının hesablanması icra məmurunun səlahiyyətləri həddində həyata keçirilməlidir. Həmin qərardaddan verilən apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** saylı qərardadında qeyd edilmişdir ki, hazırki iş üzrə tələbkar Tələbkar ilə əmək müqaviləsinə xitam verilməməsi halında onun məhz 2022-ci ilin sentyabr ayında yeni müəssisənin yeni ştat vahidlərində dərhal işlə təmin edilib-edilməyəcəyini və ya məhz hələ ləğv prosesində olan, köhnə ştat vahidlərində işləyən və digər əməkdaş kimi ##.##.2023-cü il tarixə və ya ondan daha gec tarixədək həmin müəssisədə işləyib işləməyəcəyini demək qeyri-mümkündür. Ona görə də, hazırki halda sadəcə ehtimallara söykənərək hüquqi nəticəyə gəlmək işin obyektiv və hərtərəfli araşdırılması baxımdan yolverilməzdir.

39. Bundan sonra icra məmuru borcluya məktub ünvanlamış və borcludan 8820 manat əmək haqqı fərqinin tələbkara ödənilməsi tələb edilmişdir. Həmin məktuba cavab olaraq borclu isə bildirmişdir ki, “xxxx” MMC ləğvetmə prosesindədir və son əməkdaşının əmək müqaviləsinə ##.##.2023-cü il tarixində xitam verilmişdir. Qeyd olunanlara əsasən, Tələbkar əməkhaqqı “xxxx” MMC-nin mövcud ştat üzrə aylıq vəzifə maaşına əsasən hesablanmışdır.

40. Bundan sonra icra məmuru tərəfindən ##.##.2023-cü il tarixdə məcburi işburaxma dövrü üçün əmək haqqı fərqinin hesablanmaqla müəyyən edilməsi haqqında qərar qəbul edilmiş və 8820 manat məbləğində qalıq əmək haqqının tələbkar Tələbkar ödənilməsi müəyyən edilmişdir. Bunun davamı olaraq, icra məmuru tərəfindən ##.##.2024-cü il tarixdə *** saylı inkasso sərəncamı verilmiş və 8820 manat məbləğ borclunun “xxxx” KB ASC də olan hesabından tələbkara ödənilmişdir. ##.##.2024-cü il tarixdə isə icra məmuru tərəfindən icra sənədi üzrə icraata xitam verilmişdir.

41. “Icra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir.

42. Həmin Qanunun 11-ci maddəsinə əsasən, icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə icra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. Icra məmurları öz hərəkətlərinə (hərəkətsizliyinə) və törətdiyi hüquq pozuntularına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

43. Müəyyən olduğu kimi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qərardadına Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərardadı ləğv edilmiş, mütəxəssis cəlb etməklə icra məmurunun qərarında müəyyən edilmiş məbləğin düzgün olub-olmadığını yoxlanması üçün iş həmin məhkəməyə qaytarılmışdır.

44. Apellyasiya məhkəməsinin göstərişlərinə uyğun olaraq rayon məhkəməsi ekpertiza təyin etmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin ## ### 2026-cı il tarixli ekspert rəyindən müəyyən olduğu kimi Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2022-ci il tarixli icra vərəqəsi üzrə Tələbkar məcburi iş buraxma dövrü üçün tutulmalı əmək haqqının məbləği 5302.68 manat məbləğində müəyyən edilmişdir.

45. Iş materiallarından göründüyü kimi icra məmurunun ##.##.2023-cü il tarixli qərarı ilə AYNA "xxxx" MMC-nin hüquqi varisi kimi cəlb edilmiş, tələbkar ##.##.2023-cü il tarixdə AYNA-nın Insan Resursları departamentinin aparıcı mütəxəssisi vəzifəsinə bərpa edilmiş, həmin əmrdə eyni zamanda Agentliyin Maliyyə departamentinə ##.##.2022-ci il tarixdən - ##.##.2023-cü il tarixədək olan məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsinin təmin edilməsi tapşırılmışdır. Bunun davamı olaraq tələbkara 5302.68 manat məcburi iş buraxma dövrü üçün əmək haqqı ödənilmişdir. Göründüyü kimi tələbkara məcburi iş buraxma dövrü üçün əmək haqqı mövcud ştat üzrə aylıq vəzifə maaşına əsasən hesablanmış və ödənilmişdir.

46. Ekspert - mütəxəssis rəyi ilə təsdiqini tapmışdır ki, icra məmuru tərəfindən məcburi iş buraxma dövrü üçün tutulmalı məbləğ düzgün hesablanmamışdır. Tələbkar şikayətində ekspert rəyinin mötəbərliyini mübahisələndirsə də, həmin rəyi şübhə altına alan və ya ala biləcək hər hansı halla bağlı sübut təqdim etməmişdir. Eyni zamanda həmin rəylə razılaşmamaq üçün hər hansı hal iş materialları ilə də müəyyən edilməmişdir. Belə olan halda müəyyən olur ki, tələbkarın şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, şikayətin dəlilləri əsassızdır.

47. Məhkəmə icra məmurunun şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, əmək haqqının hesa lanması xüsusi bilik tələb edən məsələ olduğundan rayon məhkəməsi apellyasiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, ekspertiza təyin etməkdə haqlı olmuşdur. Ekspert rəyi ilə də icra məmurunun düzgün hesablama aparmadığı müəyyən edilmişdir. Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2022-ci il tarixli icra sənədi artıq icra edilmiş, tələbkar işə bərpa edilmiş və ona məcburi iş buraxma dövrü üçün əmək haqqı ödənilmişdir. Odur ki, icra məmurunun hazırkı şikayəti əsassızdır və təmin edilə bilməz.

48. Beləliklə, Məhkəmə hesab edir ki, rayon məhkəməsi haqlı olaraq borclunun icra məmurunun hərəkətlərindən şikayətini təmin etmişdir, qərardad qanuni və əsaslı, şikayətlər isə əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

50. “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” (2021-ci il # ####### tarixdən qüvvəyə minmiş) ## #### 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

51. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Tələbkar Tələbkar və icra məmuru maraqlı şəxs1 tərəfindən verilmiş şikayətlər təmin edilməsin. Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə hazırkı qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar