Məhkəmə qərarları › İş №8(3-6)-379/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-379/2026

17.08.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-379/2026 17.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Borclu Ərizəni verən şəxs Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsinə dair iş üzrə (açar sözlər: qətnamənin hissə-hissə icra olunması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Borclu Ərizəni verən şəxs Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsinə dair iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından borclu Ərizəni verən şəxs verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat İcra sənədi üzrə borclu Ərizəni verən şəxs Elqar qızı qətnamənin hissə-hissə icra edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin hər ay 5.000 manat olmaqla hissəhissə icra olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İcra sənədi üzrə borclu Ərizəni verən şəxs Elqar qızı ərizəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Ərizəni verən şəxs, X2 və “Xəzər İnşaat XXI əsr” MTK-dan müştərək qaydada ##.##.2018-ci il tarixli kredit müqaviləsi üzrə 131.269,14 manat əsas borc və 15.743,39 manat faiz borcu olmaqla, cəmi 147.012,53 manat məbləğində borc və 437,06 manat məbləğində dövlət rüsumu, 0,80 manat məbləğində xidmət haqqı və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 52,48 manat məbləğində rüsumun tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməsi, tutmanın ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 98,4 kv.m olan * nömrəli mənzilə yönəldilməsi, ipoteka predmetinin likvid dəyəri 202.536 manat məbləğində müəyyən edilməklə həmin qiymətlə açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına cavabdeh Ərizəni verən şəxs ##.##.2018-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçı “xxxx” ASC-yə olan borcu həcmində ödənişin edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, cavabdehlər Ərizəni verən şəxs, X2 və “Xəzər İnşaat XXI əsr” MTK-dan müştərək qaydada 200 manat məbləğində ekspertiza xərcinin tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli ## ######## 2025-ci il tarixli qətnaməsi ilə cavabdeh Ərizəni verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-*(***)-***/**** nömrəli qətnaməsinin faiz borcu məbləğinə dair hissədə dəyişdirilərək 144.31,43 manat müəyyən edilməsi, həmin qətnamənin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 98,4 kv.m, yaşayış sahasi 60,4 kv.m olan 3 otaqlı mənzilin ilkin satış qiymətinin 210.500 manat məbləğində müəyyən edilməsi, məhkəmə-mühasibatlıq ekspertizasının aparılmasına sərf edilmiş 100 manat məbləğində pulun cavabdeh Ərizəni verən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, mütəxəssis rəyinin alınmasına sərf edilmiş 500 manat məbləğində pulun cavabdeh Ərizəni verən şəxs tutularaq Mərkəzi Ekspertiza Bürosunun hesabına ödənilməsi, qətnamənin mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli ## ######## 2025-ci il tarixli qətnaməsi dəyişilmədən saxlanılmışdır. Sənədlərdən göründüyü kimi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-*(***)-***/**** nömrəli qətnaməsi ilə müəyyən olunmuş 131.269,14 manat əsas borc və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli ## ######## 2025-ci il tarixli qətnaməsi müəyyən olunmuş 14.431,43 manat faiz borcu olmaqla, cəmi 145.700,57 manat təşkil edir. Lakin, onun maddi vəziyyəti həmin borc məbəğini bir dəfəyə ödəməyə imkan vermir, həmin məbləğin hissə-hissə ödənilməsinə gücü çatar. Odur ki, qətnamə ilə müəyyən olunmuş 145.700,57 manat borcun hər ay 5.000 manat olmaqla ödənilməsi haqqında qərar qəbul edilməsi zəruridir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsinin hissə-hissə icra edilməsinə dair icra sənədi üzrə borclu Ərizəni verən şəxs Elqar qızı tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, icra sənədinin hissə-hissə icra edilməsi müstəsna hal olub, borclunun ağır əmlak vəziyyəti və yaxud qətnamənin icrası üçün çətinlik törədən, borclu tərəfindən icra qeydinin icrasına mane olan əlverişsiz hallar yarandıqda tətbiq oluna bilər. Nəzərə alınmalıdır ki, MPM-nin 231.5-ci maddəsinin tələbinə görə qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Lakin ipoteka saxlayan (tələbkar) tərəfindən borclunun təklif etdiyi icra qaydasına razılıq verilməsi barədə hər hansı yazılı və ya şifahi iradə ifadə olunmamışdır. Belə olan halda, MPM-in 231.5-ci maddəsinin imperativ tələbi nəzərə alınmaqla, məhkəmənin ipoteka saxlayanın razılığı olmadan qətnamənin hissə-hissə icrası mümkün deyildir. Məhkəmə qeyd etmişdir ki, məhkəmə qətnaməsinin icra edilməsi tələbkarın “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsini təşkil edir. Ədalət mühakiməsi isə cəmiyyətin fundamental dəyərlərinin qorunub saxlanması və bərpa olunmasına, insan toplumunun hüquq və azadlıqlardan yararlanmasına xidmət edən əhəmiyyətli bir mexanizmdir. Ədalət mühakiməsi dövlət adından çıxarılan konkret qərarlarda öz əksini tapır. Məhkəmə qərarlarının icra olunmaması isə ədalət mühakiməsinin nüfuzuna zərbə vurmaqla, onun insan hüquq və azadlıqlarının qorunması və bərpa olunmasında yerinə yetirdiyi etibarlı mexanizm rolunu aşağı salır və nəticədə insanların bu mexanizmdən yararlanmasının real mahiyyəti heçə enir. Bu nüfuzun bərpa olunması isə insan hüquq və azadlıqlarının deklarativ deyil, real mahiyyət kəsb etməsi üçün son dərəcə vacibdir. Məhkəmə eyni zamanda hesab etmişdir ki, icra sənədi üzrə borclu Ərizəni verən şəxs Elqar qızı tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə hissə-hissə, yəni hər ay 5.000 manat məbləğində ödəniş edilməklə qətnamənin icrasına tələbkar, yəni ipoteka saxlayanın razılığı müəyyən edilmədiyindən ərizə təmin edilməməlidir. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından borclu Ərizəni verən şəxs şikayət verərək qərardadın ləğv edilməsini, ərizənin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsinin icrasının hər ay 5.000 (beş min) manat məbləğində hissə-hissə həyata keçirilməsi barədə yeni qərardad qəbul edilməsini, alternativ olaraq, işə yenidən baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi onun Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsinin icrasının hər ay 5.000 manat məbləğində hissə-hissə aparılması barədə ərizəsini təmin etməmişdir. Hesab edir ki, həmin qərardad maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmişdir. Məhkəmə yalnız MPM-in 231.5-ci maddəsinə istinad etmişdir. Halbuki həmin maddənin tətbiqi avtomatik xarakter daşımır. Məhkəmə əvvəlcə borclunun real maliyyə vəziyyəti, gəlirləri, ailə vəziyyəti, borcun könüllü ödənilməsi niyyəti, indiyədək edilmiş ödənişlər, tələbkarın mənafeyi, hissə-hissə icranın kreditorun hüquqlarına real təsirini müəyyən etməli idi. Bu hallar araşdırılmadan yalnız bir cümlə ilə “ipoteka saxlayanın razılığı yoxdur” nəticəsinə gəlinmişdir. Bu isə MPM-in 88-ci maddəsinə (sübutların tam və obyektiv qiymətləndirilməsi) uyğun deyil. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi (mülkiyyətin müdafiəsi), 29-cu maddəsi (mülkiyyət hüququ), 60cı maddəsi (məhkəmə müdafiəsi) məhkəmədən tərəflərin hüquqları arasında balans yaratmağı tələb edir. Birinci instansiya məhkəməsi isə yalnız kreditorun maraqlarını nəzərə almışdır. Borclunun hüquqları isə ümumiyyətlə qiymətləndirilməmişdir. İş materiallarından görünür ki, Ərizəni verən şəxs borcdan yayınmır, məhkəməyə özü müraciət edib, hər ay 5.000 manat ödəməyə hazır olduğunu bildirib, icradan gizlənmir. Bu faktlar qərardadın özündə də göstərilmişdir. Bu isə “İcra haqqında” Qanunun əsas məqsədlərindən biri olan könüllü icranın təşviqi prinsipinə tam uyğundur. Məhkəmə isə bunu nəzərə almamışdır. Qərardadda istinad olunan Avropa Məhkəməsinin qərarları icra sənədinin hissə-hissə icranı qadağan etmir, borclunun hüquqlarını istisna etmir, proporsionallıq prinsipini aradan qaldırmır. Əksinə, Avropa Məhkəməsinin çoxsaylı qərarlarında göstərilir ki, icra tədbirləri zəruri olmalıdır, proporsional olmalıdır, həddindən artıq ağır nəticələr doğurmamalıdır. Bu hissə ümumiyyətlə araşdırılmamışdır. Məhkəmə Ali Məhkəmənin ##.##.2005-ci il tarixli * nömrəli qərarına istinad etsə də, həmin qərarın 12 və 13-cü bəndlərinin mahiyyətini tətbiq etməmişdir. Plenum açıq göstərir ki, icranın hissə-hissə aparılması borclu üçün ağır vəziyyət yarandıqda, icra birdəfəlik mümkün olmadıqda mümkündür. Ərizəni verən şəxs məhz bunu sübut edib. Aylıq gəlir, ailə vəziyyəti, sağlamlıq vəziyyəti, ödəniş qabiliyyəti, 90.000 manatdan artıq edilmiş ödəniş, borclunun vicdanlı davranışı, kreditor üçün yaranacaq real risk araşdırılmayıb. Bu isə MPM-in 77, 88 və 217-ci maddələrinin pozulmasıdır. Qərardadda yalnız belə nəticə yazılmışdır ki, “ipoteka saxlayanın razılığı yoxdur.” Lakin niyə razılıq məcburi sayılır, niyə digər hallar qiymətləndirilmir, niyə proporsionallıq tətbiq olunmur, niyə hissə-hissə icranın kreditora zərər vurması göstərilməmişdir. Bu isə MPM-in 217-ci maddəsinin tələblərinə uyğun əsaslandırılmış məhkəmə aktı hesab edilə bilməz. Ona görə də Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadının ləğv edilməsini, ərizənin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsinin icrasının hər ay 5.000 (beş min) manat məbləğində hissə-hissə həyata keçirilməsi barədə yeni qərardad qəbul edilməsini, alternativ olaraq, işə yenidən baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə qaytarılmasını xahiş edir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadına əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qərardadından icra sənədi üzrə borclu Ərizəni verən şəxs Elqar qızı tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikаyətin işlə birlikdə bаxılmаsı üçün 7 (yeddi) gün müddətində Bakı Аpellyаsiyа Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. Şikayətə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 129. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. II. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. III. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissəhissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Maddə 231.5. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; 398.0.4. qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Maddə 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. İcra haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 15. Tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2014-cü il tarixli Qərarı: Qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. «Ali Məhkəmənin Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və insan hüquqları üzrə Avropa məhkəməsinin presedentlərinin tətbiqi haqqında» ##.##.2006-cı il tarixli, * nömrəli Qərarı: Bənd 6. Məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin icra məmurlarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsi”nin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbul edilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə ## #### 1997-ci il tarixli Qərar, §40). Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə # ### 2002-ci il tarixli Qərar, §35). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd edir ki, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. İstinad olunan prosessual normanın imperativ tələbindən müəyyən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Hazırkı işdən müəyyən olunur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Ərizəni verən şəxs, X2 və "Xəzər İnşaat XXI əsr" MTK-dan müştərək qaydada 131.269.14 manat əsas borc və 15.743,39 manat faiz borcu olmaqla, cəmi 147.012,53 manat məbləğində borc və 437.06 manat dövlət rüsumu, 0.80 manat xidmət haqqı və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 52.48 manat rüsumun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, tutmanın ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 98.4 kv.m olan * nömrəli mənzilə yönəldilməsi, ipoteka predmetinin likvid dəyəri 202.536 manat məbləğində müəyyən edilməklə həmin qiymətlə açıq hərracdan satılması va satışdan əldə olunan vəsait hesabına cavabdeh Ərizəni verən şəxs ##.##.2018-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçı "xxxx" ASC-yə olan borcu həcmində ödənişin edilməsi, cavabdehlərdən müştərək qaydada 200 manat məbləğində ekspertiza xərcinin tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh Ərizəni verən şəxs apellyasiya şikayəti vermiş, şikayət qismən təmin edilərək qətnamə faiz borcunun tutulması (14.431,43 manat faiz borcu) və ipoteka predmetinin ilkin satış qiyməti (210.500) hissəsində dəyişdirilmişdir. Qətnamədən verilən kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli ## ######## 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda icra sənədi üzrə birgə borclulardan Ərizəni verən şəxs qətnamənin hissə-hissə, yəni hər ay 5.000 manat ödəməklə icra olunmasına dair qərardad qəbul edilməsini məhkəmədən xahiş edir. Kollegiya qeyd edir ki, icra sənədi üzrə borclu Ərizəni verən şəxs ərizəsində istinad etdiyi hallarla eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərindən müəyyən olunur ki, borclu məhkəmə aktının hissə-hissə icraya yönəldilməsini xahiş etsə də, apellyasiya şikayətinə də məhkəmə aktının hissə-hissə icra edilməsinə ipoteka saxlayanın razılığına dair sübutunu əlavə etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamənin hissə-hissə icra edilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, qətnamənin hissə-hissə icra edilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəlməməlidir. Məhkəmələr bu məsələləri həll edərkən təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına isə yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Kollegiya eyni zamanda qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən məhkəmə icra sənədinin vaxtında və düzgün icra edilməsinə öz səlahiyyətləri daxilində nəzarəti həyata keçirməlidir. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsini xahiş edən borclu məhkəmə aktının hissə-hissə icrasına ipoteka saxlayanın razılığına dair sübutunu məhkəməyə təqdim etmədiyindən, qeyd olunan məhkəmə aktı birgə borclular tərəfindən icra edilməli olduğundan, məhkəmə aktının hissə-hissə icra edilməsi icra sənədi üzrə tələbkarın məhkəmə aktının icrasını uzun müddət ərzində gözləməsi ilə nəticələnəcəyindən və tələbkarın maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olacağından apellyasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də, şikayət təmin edilməməli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398- 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı Şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar