Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-381/2026 19.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Borclu Tələbkar ona məxsus əmlak üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizəsi ilə bağlı icraat üzrə (Açar sözlər: nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X5 (sədrlik edən və məruzəçi), X3 və X6 ibarət tərkibdə, Bakı şəhəri ** saylı notariat ofisinin ##.##.2026-cı il tarixli, *İ-**** nömrəli icra sənədi üzrə avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadından tələbkar Maraqlı şəxs ASC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. Iş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Bakı şəhəri ** saylı notariat ofisinin ##.##.2026-cı il tarixli, *İ-**** saylı icra sənədinə əsasən Tələbkar *FIZAM********* nömrəli müqaviləyə əsasən müddətində ödənilməmiş 8.782,76 məbləğində borc, 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 8.807,76 pul məbləği Maraqlı şəxs ASC-nin xeyrinə tutulmalıdır.
2. Bakı şəhəri Xətai rayon Icra şöbəsinin icra məmuru Elşən Bəşirlinin ##.##.2026-cı il tarixli qərarından görünür ki, Bakı şəhəri ** saylı Notariat Kontorunun *İ- **** nömrəli, ##.##.2026-cı il tarixli icra sənədinə əsasən borclu Tələbkar məxsus "Lexus RX ***" minik markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur.
3. Bakı şəhəri Xətai rayon Icra şöbəsinin icra məmuru Elşən Bəşirlinin ##.##.2026-cı il tarixli qərarından görünür ki, Bakı şəhəri ** saylı Notariat Kontorunun *İ- **** nömrəli, ##.##.2026-cı il tarixli icra sənədinə əsasən borclu Tələbkar məxsus “RAF 33112” MIKROAVTOB markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur.
4. Bakı şəhəri Xətai rayon Icra şöbəsinin icra məmuru Elşən Bəşirlinin ##.##.2026-cı il tarixli qərarından görünür ki, Bakı şəhəri ** saylı Notariat Kontorunun *İ- **** nömrəli, ##.##.2026-cı il tarixli icra sənədinə əsasən borclu Tələbkar məxsus “RAF 33112” MIKROAVTOB markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur.
5. Borclu Tələbkar ona məxsus əmlakın üzərinə qoyulmuş həbsin götürülməsinə dair şikayətlə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayon Icra şöbəsinin Icra məmuru X4 "Lexus RX ***" minik markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbsin qoyulması barədə ##.##.2026-cı il tarixli və ##.##.2026-cı il tarixli qərarlarının ləğv edilməsi, əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardadın qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayon Icra şöbəsinin Icra məmuru X4 ##.##.2026-cı il tarixli qərarı ilə Bakı Şəhəri ** saylı Notariat Kontorunun *İ-**** nömrəli, ##.##.2026-cı il tarixli icra sənədinə əsasən iddiaçının mülkiyyətində olan "RAF 33112 Mikroavtob " markalı, **-FC-*** nömrəli dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbsin qoyulması qərara alınmışdır. Bakı şəhəri Xətai rayon Icra şöbəsinin Icra məmuru X4 ##.##.2026 cı il tarixli qərarında həmçinin qeyd olunmuşdur: “Sözügedən icra sənədinin icrası ilə əlaqədar borclu Tələbkar mülkiyyətində olan "Lexus RX ***" minik markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı, "RAF 33112 Mikroavtob", **-FC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə Xətai rayon Icra şöbəsi tərəfindən ##.##.2026-cı il tarixli qərarla həbs qoyulmuşdur.Icra məmurunun əmlakın üzərinə həbs qoyulması barədə qərarı tamamilə qanunsuz və əsassız olmaqla iddiaçının mülkiyyət hüquqununun pozulmasına səbəb olmuşdur. Maraqlı şəxs ASC-nin xeyrinə pul iddiaçıdan yox, kredit müqaviləsi üzrə borclu X2 tutulmalıdır. Iddiaçının tanışı X2 ilə Maraqlı şəxs ASC arasında ##.##.2024-cü il tarixdə əsas kredit razılaşması imzalanmışdır. X2 bankdan 15.000 manat məbləğində kredit götürmüşdür. Iddiaçı ilə əsas kredit razılaşmasından irəli gələn öhdəliklərin təmin olunması üçün zaminlik müqaviləsi bağlanmışdır. Lakin Bakı şəhəri ** saylı Notariat Kontorunun *İ-**** nömrəli, ##.##.2026-cı il tarixli icra qeydinə əsasən 8.807.76 manat məbləğində pul borclu kimi iddiaçıdan tutularaq tələbkar Maraqlı şəxs ASCyə ödənilməli olduğu göstərilmişdir. Daha sonra icra qeydi icraya yönləndirilmiş və heç bir bildiriş göndərilmədən, məhkəmə qərarı olmadan əmlakın üzərinə həbs qoyulmuşdur. "Lexus RX ***" minik markalı, 90 MH-660 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol polisi iddiaçını saxlamış, nəqliyyat vasitəsinin üzərinə icra məmurunun qərarı ilə həbs qoyulduğunu bildirmişdir. Bu zaman icra məmurunun sözügedən qərarından məlumatı olmuşdur. O vaxta qədər iddiaçıya icra sənədinin icraya yönləndirilməsi ilə bağlı heç bir bildiriş və ya sms məlumat gəlməmişdir. Iddiaçı Bakı şəhəri Xətai rayon Icra şöbəsinə yaxınlaşaraq əmlak üzərinə həbs qoyulmasının səbəbini öyrənmişdir. Qərarla ##.##.2026-cı il tarixdə tanış olmuşdur. Qeyd edilməlidir ki, əmlak üzərinə həbs qoyulması haqqında icra məmurunun qərarı tamamilə qanunsuz və əsassızdır. Kredit müqaviləsi üzrə əsas borclu olan şəxs barəsində qanunda nəzərdə tutulmuş məcburi icra tədbirləri görülməmiş, birbaşa onun öhdəliklərinin icrası həyata keçirilməyə çalışılmışdır. Belə ki, X2 evi və mal-qarası vardır. Bankla müqavilə bağlanan zaman X2 təsərrüfatla məşğul olduğu, mal-qarası saxladığı banka məlum olmuş, məhz bu səbəbdən ona kredit verilmişdir. X1 öz borcunu ödəyəcək imkana malikdir və bu fakt tələbkara məlum olmuşdur. X2 mənə verdiyi məlumata əsasən, 8.807 manat məbləğində pulun 1.200 manat məbləğində hissəsini artıq tələbkar bu yaxınlarda banka ödəyib, bankdan ona ##.##.2026- cı il tarixədək əlavə vaxt veriblər. Deməli, X2 ödənişləri həyata keçirmə imkanı mövcuddur. Bu fakt onu təsdiq edir ki, əsassız olaraq əmlak üzərinə həbs qoyulmuşdur. Üzərinə həbs qoyulmuş əmlaklardan "RAF 33112 Mikroavtob" markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi illər əvvəl iddiaçıya məxsus olmuş, sonra həmin nəqliyyat vasitəsini satmışdır. Yəni artıq uzun illərdir ki, nəqliyyat vasitəsi başqa şəxsin mülkiyyətindədir. Iddiaçının mülkiyyəti və istifadəsində olan, üzərinə həbs qoyulan "Lexus RX ***" minik markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı, nəqliyyat vasitəsi isə tutulmalı olan pul məbləğindən təxmini üç dörd qat baha qiymətinədir. Borcun məbləğinə uyğun olmayan həcmdə əmlaka həbs qoyulmuş və nəticədə proporsionallıq pozulmuşdur. Iddiaçı avtomobilidən istifadə etməkdən məhrum olmuşdur. Həmçinin iddiaçı avtomobilinin cərimə meydançasına aparıldığı üçün orada saxlanıldığı hər günə görə ziyana düşür.Icra məmurunun mübahisəli qərarı əsasında iddiaçının mülkiyyət hüququ pozulmuşdur. Belə ki, qanunun tələbinə görə əmlakın üzərinə həbs qoyulması barədə icra məmuru təqdimatla məhkəməyə müraciət etməlidir. Əmlak üzərinə icra məmuru tərəfindən həbs qoyulması üçün əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat mövcud olmamışdır. Könüllü icra barədə bildiriş belə gəlmədiyi üçün əmlakı məhv edə, gizlədə, özgəninkiləşdirə və s. hərəkət etmək mümkün deyildi. Yəni məhkəməyə müraciət edilmədən əmlak üzərinə həbs qoyulması üçün heç bir təxirəsalınmaz hal baş verməmişdir. Bununla da qanunvericiliyin tələbi icra məmuru tərəfindən kobudcasına pozulmuşdur. Nəticə etibarilə, Bakı şəhəri Xətai rayon Icra şöbəsinin Icra məmuru X4 ##.##.2026-cı il tarixli qərarı aşağıdakı hüquqi əsaslara görə qanunsuz olduğundan ləğv edilməli və əmlak üzərinə qoyulmuş həbs götürülməlidir: 1) Icra məmuru borcun məbləğini nəzərə almadan, ondan qat-qat artıq dəyəri olan əmlakın üzərinə həbs qoymuşdur. Halbuki icra tədbirləri borcun məbləği ilə mütənasib olmalıdır; 2) Icra sənədi daxil olduqdan sonra borcluya könüllü icra üçün müddət verilməli və bu barədə rəsmi bildiriş təqdim edilməlidir.Belə bir bildiriş verilməmiş, məhkəmə qərarı olmadan dərhal məcburi tədbir əmlaka həbs tətbiq edilmişdir. Bu isə icra prosedurunun kobud şəkildə pozulmasıdır; 3) Icra məmuru tərəfindən qəbul edilmiş qərar barədə iddiaçı vaxtında və düzgün qaydada məlumatlandırılmamışdır. Nəticədə hüquqlarını müdafiə etmək imkanım məhdudlaşdırılmış, borcun könüllü ödənilməsi və ya razılaşma imkanından məhrum olmuşdur; 4) Icra məmuru tərəfindən həbs qoyulan əmlakın məxsusluğu tam araşdırılmamış və ya həmin əmlakın həbsə cəlb olunmasının zəruriliyi əsaslandırılmamışdır. Belə ki, üzərinə həbs qoyulan nəqliyyat vasitələrindən biri iddiaçıya məxsus deyildir. Bundan əlavə, daha az müdaxilə ilə borcun təmin olunması mümkün olduğu halda ən ağır tədbir seçilmişdir; 5) Əmlak üzərinə həbs qoyulması mülkiyyət hüququma ciddi müdaxilədir və bu müdaxilə yalnız zəruri və əsaslandırılmış hallarda tətbiq edilə bilər. Hazırkı halda isə daha yüngül tədbirlər tətbiq edilməmiş, vəziyyət fərdi qaydada qiymətləndirilməmişdir.
7. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadı ilə şikayət qismən təmin edilmiş, Bakı şəhəri ** saylı notariat ofisinin ##.##.2026-cı il tarixli, *İ-**** saylı icra sənədinə əsasən Bakı şəhəri Xətai rayon Icra şöbəsinin Icra məmuru X4 "Lexus RX ***" minik markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi, Bakı şəhəri ** saylı notariat ofisinin ##.##.2026-cı il tarixli, *İ-**** saylı icra sənədinə əsasən Bakı şəhəri Xətai rayon Icra şöbəsinin Icra məmuru X4 ##.##.2026-cı il tarixli qərarı əsasında Tələbkar məxsus "Lexus RX ***" minik markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi, şikayətin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:
8. Qərardaddan narazı qalan tələbkar Maraqlı şəxs ASC şikayət verərək onun ləğv edilməsini və şikayətin rədd edilməsini xahiş etmişdir.
9. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə hesab etmişdir ki, avtomobilin borclunun adına rəsmiləşdirilməsinə baxmayaraq, həmin əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak kütləsinə aidliyi istisna edilmir. Borclunun izahatından və iş materiallarından görünür ki, bu əmlak nikah dövründə əldə edilmiş əmlakdır. Mövcud əmlakın hüquqi statusu (mülkiyyətçilərinin dairəsi, ər-arvadın ümumi əmlakı olub olmaması barədə hallar) müəyyən edilmədən, həmçinin bu əmlakın borclunun şəxsi əmlakı olmasına dair mötəbər sübutlar olmadan əmlakın üzərinə həbsin qoyulması qanunilik tələblərinə cavab verməmişdir. Buna münasibətdə bildirir ki, əmlakın ümumi birgə mülkiyyət olması onun üzərinə həbs qoyulmasının qanunsuz olması anlamına gəlmir. Qeyd etmək istəyir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi mübahisələndirilən qərardadını hər hansı mötəbər sübut və dəlil olmadan sadəcə olaraq borclunun sözlərini əsas götürərək üzərinə həbs qoyulmuş əmlakın birgə nikah dövrndə əldə olunduğuna dair ehtimalara əsaslanaraq qəbul etmişdir. Lakin həmin ehtimalları təsdiq edən mötəbər sübutlara əsaslanmamışdır. MPM-in sübutetmə qaydalarına görə məhkəmə qərarı yalnız ehtimallar üzərində qurula bilməz. Həmçinin məhkəmənin əmlakın hüquqi statusunun (ər-arvadın ümumi əmlakı olubolmaması barədə halar) müəyyən edilməməsinə dair gəldiyi nəticəyə münasibətdə onu da nəzərinizə çatdırırıq ki, icra sənədinin icrası həyata keçirən icra məmuru qanunvericiliyin tələbinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi qismində məcburi icra tədbirləri görür. “Icra haqqında” Qanunun müddəalarına əsasən icra məmuru icra sənədinin faktiki icrasını təmin etmək məqsədilə borcluya məxsus əmlak üzərinə həbs qoya bilər. Əmlakın birgə mülkiyyət hesab edilməsi və ya digər şəxsin həmin əmlak üzərində hüquq iddia etməsi icra tədbirinin qanunsuzluğu deyil, müstəqil qaydada həll edilməli olan mülki-hüquqi mübahisədir. Həmçinin iş materiallarında avtomobilin birgə mülkiyyət olmasını və ya həyat yoldaşının həmin əmlak üzərində hüquqlarının pozulduğunu təsdiq edən hər hansı bir mötəbər sübut mövcud deyildir. Məhkəmə yalnız ehtimala əsaslanaraq icra məmurunun qərarını qanunsuz hesab etmişdir ki, bu da MPM-in sübutların qiymətləndirilməsi ilə bağlı tələblərinə ziddir. Əlavə olaraq, ümumi birgə əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Habelə, qanunvericilik icra məmurunun üzərinə məcburi icra tədbirlərinin həyata keçirilməsi zamanı borclunun mülkiyyətində olan əmlakın hüquqi statusunun (ər-arvadın ümumi əmlakı olub-olmaması barədə halar) müəyyən edilməməsi kimi hər hansı hüquq və vəzifə qoymamışdır. Belə olan halda, avtomobilin nikah dövründə əldə edilməsi faktı öz-özlüyündə həbsin ləğvi üçün hüquqi əsas hesab edilə bilməzdi. Məhkəmənin bu hissədə gəldiyi nəticə maddi hüquq normalarının düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmişdir. Bundan başqa, “Icra haqqında” Azərbaycan Respublikasının Qanununun 45.7-ci maddəsinə əsasən tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında, elektron pul təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Lakin Bakı şəhəri Xətai Rayon məhkəməsi icra sənədinin icrası üçün yetərli, yəni icra sənədinin icrasını təmin edə biləcək nəqliyyat vasitəsinin üzərindən həbsi götürməklə icra sənədinin icrasına dolayısı ilə maneə yaratmışdır. Bundan başqa hesab edir ki, məhkəmənin icra məmuru tərəfindən təcili və təxirəsalınmaz şəkildə əmlakın üzərinə həbs qoyulmasına dair qərarın qəbul edilməsinə dəlalət edən halların məcmusunun işlə müəyyən edilməməsinə dair mövqeyi də əsassızdır. Belə ki, “Icra haqqında” Azərbaycan Respublikasının Qanununun 50.2-ci maddəsinə əsasən təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. Icra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Halbuki, iş materiallarından müəyyən olunur ki, hal-hazırda da borclu tərəfindən icra sənədi üzrə tələb tam icra edilməmiş, tələbin yönəldilə biləcəyi borclunun nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında, elektron pul təşkilatlarında hesablarda və əmanətlərdə olan pul vəsaiti aşkar edilməmişdir. Belə ki, borclu məhkəməyə təqdim etdiyi şikayətində bildirmişdir ki, borc ondan yox, kredit müqaviləsi üzrə əsas borclu olan X2 tutulmalı idi. Onunla sadəcə öhdəliklərin təmin olunması üçün zaminlik müqaviləsi bağlanmışdır. Borclunun bu məsuliyyəti mülki hüquqi xarakter daşımaqla əmlak məsuliyyətini də ehtiva edir və buna müvafiq olaraq, o, icra sənədinin icrasına görə özünün tələb yönəldilə bilən bütün əmlakı ilə məsuliyyət daşıyır. Həmçinin borclunun mülkiyyətində olan nəqliyyat vasitəsi tələb yönəldilə bilən əmlakdır. Başqa sözlə borclu icra sənədi üzrə özünün məsuliyyət daşıdığını qəbul etmir. Məhz bu yuxarıda qeyd olunan halar da onun mülkiyyətində olan nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasında icra məmurunun haqlı olduğunu bir daha sübut edir. Lakin Bakı şəhəri Xətai Rayon Məhkəməsi ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadı ilə həbs qərarını ləğv etməklə həmin əmlakın gizlədilməsinə, gələcəkdə isə özgəninkiləşdirilməsinə zəmin yaratmışdır. Beləliklə, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmamış, “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 43-ci maddəsini düzgün tətbiq etməmiş və nəticədə qanunsuz qərardad qəbul etmişdir.
10. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayətlər təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir.
11. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
12. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
13. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 129. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.
14. “Icra haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 26. Icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Maddə 43.1.1. Məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir. Maddə 44.1. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. Maddə 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Maddə 50.1. Icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Maddə 50.2. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. Icra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
16. Belə ki, iş materiallarından aydın olur ki, icra sənədi Tələbkar 8.807,76 manatın tələbkarın xeyrinə tutulması barədədir.
17. Məhkəmə kollegiyası üzərinə həbs qoyulmuş nəqliyyat vasitəsinin ər-arvadın ümumi birgə mülkiyyəti olub-olmamasından asılı olmayaraq qeyd etməyi zəruri hesab edir ki, icra qanunvericiliyinə əsasən icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan əmlakın üzərinə həbs qoya bilər.
18. Işdən görünür ki, icra qeydi üzrə borcdan tələbkara artıq müəyyən ödənişlər edilmiş, borclunun digər nəqliyyat vasitəsinin üzərinə də həbs qoyulmuş, habelə “Elektron Məhkəmə” Informasiya Sistemindən əldə olunan məlumatlara əsasən borclu əmək fəaliyyəti ilə məşğul olmaqla əmək haqqı alır.
19. Bunlara baxmayaraq icra məmurunun mübahisələndirilən qərarında təxirəsalınmaz halların, həmin nəqliyyat vasitəsinin üzərinə həbsin qoyulmasına zərurətin nədən ibarət olması əsaslandırılmamışdır. Həmçinin, əmlak üzərinə həbs qoyulduqdan sonra icra məmuru tərəfindən 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verildiyi müəyyən edilmir.
20. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.
21. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.