Məhkəmə qərarları › İş №8(3-6)-382/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-382/2026

19.08.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-382/2026 19.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli icra sənədinin icrası qaydasının dəyişdirilməsi barədə borclu Ərizəni verən şəxs ərizəsinə dair iş üzrə Açar sözlər: icra üsulunun və qaydasının dəyişdirilməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X6 (sədrlik edən və məruzəçi), X7 və X3 ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli icra sənədinin icrası qaydasının dəyişdirilməsi barədə borclu Ərizəni verən şəxs ərizəsinə dair iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qərardadından borclu Ərizəni verən şəxs tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. Borclu Ərizəni verən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, Iş № e-*(*-***)-****/**** saylı qətnaməsinin icra qaydasının dəyişdirilməsi, alimentin ödənilməsi qaydasının dəyişdirilməsi və alimentin bir hissəsinin uşaqların adına açılmış bank hesabına köçürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qətnaməsinə əsasən Ərizəni verən şəxs ilə Borclu arasında ## ###### 2022-ci il tarixdə * saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində *** nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş ##.##.2023-cü il təvəllüdlü X1 və ##.##.2024-cü il təvəllüdlü X2 anaları Borclu himayəsində saxlanılması, ##.##.2023-cü il təvəllüdlü X1 və ##.##.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Ərizəni verən şəxs iddiaçı Borclu xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində aliment tutulması, alimentin tutulmasının ## ##### 2026-cı il tarixdən hesablanması, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməsi, ödənilmiş 60 manat mediasiya xərcinin və 50 manat dövlət rüsumunun əvəzi cavabdeh Ərizəni verən şəxs tutularaq iddiaçı Borclu ödənilməsi qət edilmişdir. Hazırda hesab edir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin 50 faizi uşaqların gündəlik qidalanması, məişət qayğılarının çəkilməsi, tərbiyəsi və təhsili üçün tam kifayət edir. Eyni zamanda, uşaqların gələcək maddi təminatının gücləndirilməsi, təhsil, müalicə və digər mühüm ehtiyacları üçün vəsaitin toplanması məqsədilə alimentin qalan 50 faizinin onların adına açılmış bank hesabına köçürülməsi uşaqların mənafeyinə daha uyğundur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin uşaqların mənafeyinin üstün tutulmasını nəzərdə tutan müddəalarına, eləcə də aliment öhdəliklərini tənzimləyən normalara əsasən, alimentin ödənilmə qaydasının dəyişdirilməsi üçün hüquqi əsaslar mövcuddur. Odur ki, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin ödənilmə qaydasının dəyişdirilməsi, həmin qətnamə ilə müəyyən edilmiş aylıq aliment məbləğinin 50 faizinin uşaqların gündəlik qidalanması, məişət qayğılarının çəkilməsi, tərbiyəsi və təhsili üçün əvvəlki qaydada ödənilməsinin təmin edilməsi, aliment məbləğinin qalan 50 faizinin hər ay uşaqların adına açılmış bank hesabına köçürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*- ***)-****/**** nömrəli icra sənədinin icrası qaydasının dəyişdirilməsi barədə borclu Ərizəni verən şəxs ərizəsi təmin edilməmişdir.

4. Qərardadın əsaslarına görə, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdeh Ərizəni verən şəxs ##.##.2023-cü il təvəllüdlü X1 və ##.##.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Ərizəni verən şəxs iddiaçı Borclu xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində aliment tutularaq iddiaçı Borclu ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il ## #### tarixli Qərarının 8.9-cu bəndində müəyyən edilmişdir ki, alimentin 50 faizdən çox olmayan məbləğinin aliment ödəyən valideynin tələbi ilə yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərar çıxarılarkən məhkəmə aliment alan valideynin buna münasibətini, belə qərarın gələcəkdə uşağın tam və hərtərəfli inkişafına (onun qidalanmasına, təhsilinə, tərbiyəsinə və s.) təsirini, uşağın saxlanması, tərbiyəsi, təhsili üçün ayrılan vəsaitin aliment alan valideyn tərəfindən lazımi qaydada icra olunub-olunmamasını və s. bu kimi halları nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının **/**** saylı, ## ###### 2023-cü il tarixli “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3- cü maddəsinin tətbiqi üzrə” qərardadının 39-cü bəndinə əsasən alimentin məbləği uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən olunur. Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanuna əsasən uşaqlar üçün yaşayış minimumu 260 manat məbləğində müəyyən edilmişdir. Hazırkı halda da, ərizəçi tərəfindən hər uşağa görə yaşayış minimumu miqdarında aliment ödənilir. Həmin aliment məbləğinin 50 faizinin uşaqlar üçün açılmış bank hesabına köçürülməsi uşaqların tam və hərtərəfli inkişafına (qidalanmasına, təhsilinə, tərbiyəsinə və s.) mənfi təsir göstərər və uşaqların əvvəlki təminat səviyyəsinin saxlanmasını mümkünsüz edər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli icra vərəqəsi ilə tutulması müəyyən edilən alimentin ödənilmə qaydasının dəyişdirilməsi, həmin qətnamə ilə müəyyən edilmiş aylıq aliment məbləğinin 50 faizinin uşaqların gündəlik qidalanması, məişət qayğılarının çəkilməsi, tərbiyəsi və təhsili üçün əvvəlki qaydada ödənilməsinin təmin edilməsi, aliment məbləğinin qalan 50 faizinin hər ay uşaqların adına açılmış bank hesabına köçürülməsi uşaqların maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olur. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir.

5. Həmin qərardaddan borclu Ərizəni verən şəxs şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir.

6. Şikayətin dəlillərinə görə, borclu Ərizəni verən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, Iş № e-*(*-***)- ****/**** nömrəli qətnaməsinin icra qaydasının dəyişdirilməsi, alimentin ödənilməsi qaydasının dəyişdirilməsi və alimentin bir hissəsinin uşaqların adına açılmış bank hesabına köçürülməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Lakin, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli icra sənədinin icrası qaydasının dəyişdirilməsi barədə borclu Ərizəni verən şəxs ərizəsi təmin edilməməsi qərara alınmışdır. Belə ki, qərardad absud fikirlər önə sürülmüşdür. Qərardadda göstərilmişdir ki, Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanuna əsasən uşaqlar üçün yaşayış minimumu 260 manat məbləğində müəyyən edilmişdir. Hazırkı halda da, ərizəçi tərəfindən hər uşağa görə yaşayış minimumu miqdarında aliment ödənilir. Həmin aliment məbləğinin 50 faizinin uşaqlar üçün açılmış bank hesabına köçürülməsi uşaqların tam və hərtərəfli inkişafına (qidalanmasına, təhsilinə, tərbiyəsinə və s.) mənfi təsir göstərər və uşaqların əvvəlki təminat səviyyəsinin saxlanmasını mümkünsüz edər. Onu da qeyd edir ki, uşaqları saxlamaq sırf göstərilməmişdir ki, ata tərəfindən bütün maddi və mənəvi ehtiyacları qarşılanmalıdır. Bu həm də anaya da aid məsələdir. Ailə Məcəlləsində konkret olaraq uşaqları saxlanması valideynlər üzərinə düşməsi göstərilmişdir. O, isə uşaqların gələcəyi üçün belə bir ərizə ilə məhkəməyə müraciət edir ki, bu da qanuni şəkildə hüquqi qiymət verilir. Bu həmçinin məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin 50 faizi uşaqların gündəlik qidalanması, məişət qayğılarının çəkilməsi, tərbiyəsi və təhsili üçün tam kifayət edir. Eyni zamanda, uşaqların gələcək maddi təminatının gücləndirilməsi, təhsil, müalicə və digər mühüm ehtiyacları üçün vəsaitin toplanması məqsədilə alimentin qalan 50 faizinin onların adına açılmış bank hesabına köçürülməsi uşaqların mənafeyinə daha uyğundur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin uşaqların mənafeyinin üstün tutulmasını nəzərdə tutan müddəalarına, eləcə də aliment öhdəliklərini tənzimləyən normalara əsasən, alimentin ödənilmə qaydasının dəyişdirilməsi üçün hüquqi əsaslar mövcuddur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinə əsasən Məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi üzrə ## ###### 2023cü il tarixli, **/**** saylı qərardadına əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3cü maddəsində nəzərdə tutulan tələb qətnamənin icra qaydasının müəyyən edilməsi barədə müraciətdir. Alimentin tutulması tələbinə dair iddiaya baxılarkən bu barədə edilmiş müraciət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsində nəzərdə tutulan qaydada həll edilir. Məhkəmə qətnaməsi ilə tutulan alimentə münasibətdə bu məsələ borclunun ərizəsi əsasında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsində nəzərdə tutulan qaydada həll edilir. Alimentin ödənilməsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan icra qaydasının müəyyən edilməsindən sonra həmin qaydanın dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı əsaslar yaranarsa, belə müraciətlərə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsində nəzərdə tutulmuş icra icraatı qaydasında baxılır. Məhkəmə qətnaməsi ilə tutulan alimentin bir hissəsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinə uyğun şəkildə ödənilməsi, habelə bu icra qaydasının ləğvi və yaxud dəyişdirilməsi ilə bağlı müraciətlər iddia icraatı qaydasında verildikdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, iddia ərizəsinin qəbulundan imtina olunmalı, iş səhvən icraata qəbul edildikdə isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməli, hər iki halda iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən qətnamənin icra qaydasının müəyyən edilməsi barədə ərizə ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan qaydada uşağın adına açılmış bank hesabına yığılmış vəsaitə valideynlərdən birinin istəyi ilə sərəncam verilməsi barədə mübahisəyə həmin valideynin tələbi əsasında iddia icraatı qaydasında baxılır. Qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin rəsmi internet səhifəsində və Azərbaycan Respublikası Ali Məhkəməsinin Bülletenində dərc edilməsi qərara alınmışdır. Belə olan halda o, uşaqların gələcəyini düşünərək aylıq aliment məbləğinin 50 faizinin uşaqların gündəlik qidalanması, məişət qayğılarının çəkilməsi, tərbiyəsi və təhsili üçün əvvəlki qaydada ödənilməsinin təmin edilməsi, aliment məbləğinin qalan 50 faizinin hər ay uşaqların adına açılmış bank hesabına köçürülməsi barədə ərizəni əsaslı şəkildə Azərbaycan Respublikası Qanuni çərçivəsində vermişdir və onun ərizəsi əsaslıdır. O, sadəcə olaraq aliment ödəməkdən boyun qaçırtmır və onun məqsədi uşaqlarının gələcəyinin parlaq olmasıdır. Digər tərəfdən ana olan valideyn də onların maddi və mənəvi tələbatını ödəmək iqtidarındadır və valideyn olaraq buna məcburdur. Göründüyü kimi qanuni olaraq onun əsaslı ərizəsi məhkəmə tərəfindən biganə yanaşılaraq heç bir araşdırma aparılmadan işə obyektiv və subyektiv yanaşılmadan absud qərar qəbul edilmişdir. Bu da hüquqlarının pozulmasına gətirib çıxarır. Ona görə də hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı əsassız olduğundan ləğv edilməsi zəruridir.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 129. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

9. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 55.3. Məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər.

10. “Icra haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 15. Tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır.

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ## ###### 2005-ci il tarixli, * nömrəli Qərarı: “12. Məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər.

9. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar.”

12. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” ## #### 2016-cı il tarixli Qərarı: “8.9. Alimentin 50 faizdən çox olmayan məbləğinin aliment ödəyən valideynin tələbi ilə yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərar çıxarılarkən məhkəmə aliment alan valideynin buna münasibətini, belə qərarın gələcəkdə uşağın tam və hərtərəfli inkişafına (onun qidalanmasına, təhsilinə, tərbiyəsinə və s.) təsirini, uşağın saxlanması, tərbiyəsi, təhsili üçün ayrılan vəsaitin aliment alan valideyn tərəfindən lazımi qaydada icra olunub-olunmamasını və s. bu kimi halları nəzərə almalıdır.”

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının **/**** saylı, ## ###### 2023-cü il tarixli “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3- cü maddəsinin tətbiqi üzrə” qərardadı: “39. Alimentin məbləği uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən olunur.”

14. “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən edilsin.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 15.1. Məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 15.3. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Maddə 231.1. Işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Maddə 231.4. Qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadı qəbul edildikdən sonra dərhal qüvvəyə minir və qərardaddan şikayətin verilməsi onun icrasını dayandırmır. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. Məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası borclunun müraciətinə işin halları baxımından qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin ərizənin rədd olunması ilə bağlı nəticəyə gəlməsi əsaslıdır.

17. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ## ###### 2005-ci il tarixli, * nömrəli Qərarında da qeyd olunur ki, “məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar”.

18. Birinci instansiya məhkəməsi tərəfindən ərizənin təmin edilməməsi qənaətinə gəlinərkən düzgün qiymətləndirmə aparıldığından məhkəmə kollegiyası əlavə araşdırma və qiymətləndirmə aparılmasına zərurət görmür və qeyd edir ki, hazırkı halda ərizəçi tərəfindən hər uşağa görə yaşayış minimumu miqdarında aliment ödənilir. Həmin aliment məbləğinin 50 faizinin uşaqlar üçün açılmış bank hesabına köçürülməsi uşaqların tam və hərtərəfli inkişafına (qidalanmasına, təhsilinə, tərbiyəsinə və sair) mənfi təsir göstərər və uşaqların əvvəlki təminat səviyyəsinin saxlanmasını mümkünsüz edər.

19. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Buna görə də qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.

20. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadından borclu Ərizəni verən şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar