Məhkəmə qərarları › İş №8(3-6)-383/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-383/2026

31.08.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-383/2026 31.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadından borclu Borclu nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Anar Əyyubov məhkəməyə təqdimatla müraciət edərək, borclu Borclu mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ** nömrəli mənzilin üzərinə həbs qoyulması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, ##.##.2025-cı il tarixli qərarla icrasına başlanmış Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/****-*** nömrəli, ##.##.2025-cı il tarixli icra sənədinə əsasən 25.000 manat məbləğdə pul, 320 manat hüquqi yardım haqqı və 166 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 25.486 manat məbləğdə pul Borclu tutularaq Tələbkar İldırım qızına ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu tərəfindən icra sənədinin icrası bu müddət ərzində təmin edilməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir səbəb göstərilməmişdir. Bununla belə “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 45.2-ci maddəsinin tələblərinə uyğun olaraq borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatılarında olan pul vəsaitlərinin olub-olmamasını müəyyən etmək üçün müvafiq orqanlara sorğular göndərilmiş, lakin heç bir müsbət nəticə əldə olunmamışdır. Eyni zamanda “Elektron icra” informasiya sistemindən borclu Borclu mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ** nömrəli mənzilin olduğu müəyyən edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ilə təqdimatın təmin edilməsi, Cəfərova Borclu mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 60 kv.m olan mənzilin üzərinə həbs qoyulması qərara alınmışdır. Həmin qərardaddan borclu Borclu nümayəndəsi-vəkili Vəkil tərəfindən şikayət verilərək, qərardadın ləğv edilməsi və təqdimatın təmin edilməməsi barədə yeni qərardadın çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Borclu mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ** nömrəli mənzilin yeganə əmlakı olmasını və həmin əmlakın bu tələbə aidiyyətinin olmamasını nəzərə almamışdır. Məhkəmə özü bunu e-mehkeme sistemi ilə asanlıqla məlumatlana bilərdi, işə baxarkən sorğu edərək bunu müəyyən etməmişdir. Cavabdehin yeganə əmlakına məhkəmənin qətnaməsinin icrası qaydasında hər hansı bir yönəldilmə edilə bilməzdir. Əgər həmin əmlaka yönəldilmə edilə bilməzsə burda qətnamənin icrası üçün bu əmlaka məhdudiyyət qoyulması əsassızdır. Həmin ərizə təmin oluna bilməzdi. Bu ərizəyə tərəflər çağırılmadan baxılsa belə məhkəmə bunu əlində olan imkanlardan istifadə etməklə müəyyən edə bilərdi. Göründüyü kimi, araşdırma aparmadan ərizəni təmin etmişdir. Qətnamənin icrası üçün bu əmlakdan istifadə oluna bilməz. İcra haqqında qanunun tələbləri baxımından bu yolverilməzdir. Ümumiyyətlə iddianın predmeti pul tələbidir. Tələb ipoteka və ya hansısa mənzilin girov qoyulması ilə bağlı olan tələb deyildir. Cavabdehin mülkiyyətində olan mənzil iddianın predmetinə daxil olmadığı üçün burada hər hansı qadağadan və məhrumiyyətdən söhbət gedə bilməz. Mülkiyyət hüquqlarının məhdudlaşdırılması qanunsuz və əsassız aparılmışdır. Eyni zamanda borclunun övladlarının sənədlərini əlavə edərək qeyd etmişdir ki, övladları Amir Sultan və Ruslan Tryzna həmin ünvanda qeydiyyatda olmaqla borclunun ailə üzvü kimi orada yaşayırlar. Eyni zamanda borclunun yeganə mənzilidir. Həmin mənzildən başqa mənzili yoxdur. Təqdimatla bağlı məhkəməyə etiraz təqdim etmişdir. Etirazında İcra Haqqında Qanunun 49.2 maddəsinə istinad etmişdir və eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2002-ci il tarixli qərarına istinad etmişdir. Lakin məhkəmə qanunvericiliyə zidd qərar çıxararaq üzərinə düşən səlahiyyətləri aşmışdır. Çünki həmin qərar və qanunlarda birbaşa göstərilir ki, borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir. Göründüyü kimi qanunvericilik bunu qadağan etsə də işə baxan hakim buna əhəmiyyət verməmişdir. Məhkəmə öz qərardadında buna əhəmiyyət verməmiş və ümumiyyətlə hər hansı münasibət bildirməmişdir. Əslində qərardadda məhkəmə özü də göstərmişdir ki, borclu Alena Ttryzna-nın yeganə əmlakıdır. Həmin əmlakın İcra Haqqında Qanunun 49.2 maddəsinə istinad etmişdir və eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2002-ci il tarixli qərarın təsiri altına düşməməsi ilə bağlı hər hansı bir fikir bildirməmişdir. Eyni zamanda icra məmuru də öz vəzifə səlahiyyətlərini aşaraq mənzili əsassız qiymətləndirmiş və bununla bağlı rəy almışdır. Məhkəmə qeyd etmişdir ki, “Lazımi icra tədbirlərinin görülməsinə baxmayaraq icra sənədində göstərilən tələbin ödənilməsi borclu tərəfindən təmin edilmədiyindən, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 60 kv.m olan mənzil üzərinə həbs qoyulmalıdır.” Hesab edir ki, bu yanaşma düzgün deyil, çünki məhkəmə borclunun yeganə əmlakına həbs qoya bilməz və həmin əmlaka borc yönələ bilməz. Hesab edir ki, məhkəmə borclunun məhz Belarus Respublikasının vətəndaşı olmasına görə bu cür qənaətə gəlmişdir. Bu cür yanaşma da düzgün deyildir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəməyə borclu Borclu nümayəndəsi-vəkili Vəkil tərəfindən ərizə, tələbkar Tələbkar İldırım qızı tərəfindən şikayətə etiraz və ərizə daxil olmuşdur. Məhkəmə Kollegiyası, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli icra vərəqəsinə əsasən, iddia təmin edilərək, 25.000 manat məbləğdə pul, 320 manat hüquqi yardım haqqı və 166 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 25.486 manat məbləğdə pulun Borclu tutularaq Tələbkar İldırım qızına ödənilməsi qət edilmişdir. Həmin icra vərəqəsi ##.##.2025-ci il tarixdə icra şöbəsinə daxil olmuş və icraata başlanılması haqqında qərar qəbul edilmişdir. Borcluya həmin tarixdə bildiriş göndərilərək 10 gün müddətində könüllü icra etməsi barədə xəbərdarlıq edilmişdir. Borclu bu müddətdə tələbi təmin etməmişdir. İcra məmuru tərəfindən borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinin və başqa sərvətlərinin olub olmamasını müəyyən etmək üçün müvafiq orqanlara sorğular göndərilmiş, lakin heç bir müsbət nəticə əldə olunmamışdır. Elektron qaydada ünvanlanmış sorğular nəticəsində borclunun bank hesablarında pul vəsaitinin mövcud olması barədə nəticə əldə edilmədiyindən, tələblərin təmin edilməsi məqsədilə icra məmuru qanunvericiliyə uyğun olaraq tələbi borcluya məxsus digər əmlaka yönəltmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra Haqqında” Qanun: 2.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 8.1-ci maddəsinə əsasən, icra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan (qurumdan) “Elektron icra” informasiya sistemi vasitəsilə qəbul etməli və icraata başlamalıdır. 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü və dördüncü abzaslarında müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü və beşinci abzaslarında nəzərdə tutulmuş hallar istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. 41-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı icra məmurlarına maneçilik törədildikdə və ya onların həyat və sağlamlıqları üçün təhlükə yarandıqda, müvafiq icra hakimiyyəti orqanı qanuna uyğun olaraq icra məmurlarına kömək göstərməyə borcludur. Digər dövlət orqanları (qurumları) icra hərəkətlərinin həyata keçirilməsinə əsasnamələrinə (nizamnamələrinə) uyğun olaraq yardım etməlidirlər. İcra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı icra məmurlarının borclu hüquqi və fiziki şəxsin əmlakı, o cümlədən pul vəsaitləri və digər maddi sərvətləri barədə məlumatı “Elektron icra” informasiya sistemi vasitəsilə əldə etmək hüququ vardır. 43.1-ci maddəsinə əsasən, məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. 44.3-cü maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1–43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. 45.1-ci maddəsinə əsasən, Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. 45.2-ci maddəsinə əsasən, İcra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında, elektron pul təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Məcburi icra tədbirləri nəticəsində borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür və bu vəsaitin 1 iş günü müddətində icra xidmətinin depozit hesabına köçürülməsi təmin edilir. 45.3-cü maddəsinə əsasən, Borclunun banklarda və digər kredit təşkilatlarında saxlancda əmlakının və hesabının mövcudluğu, habelə hesab üzrə qalıqlar barədə məlumatlar icra məmuru tərəfindən həmin təşkilatlardan elektron qaydada sorğulanır, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinə uyğun olaraq əldə edilir və onların (olduqda) üzərinə bu Qanunun 45.7-ci maddəsinə uyğun olaraq icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə həbs qoyulur. Borclunun elektron pul təşkilatında hesabının və vəsaitinin mövcudluğu barədə məlumatlar icra məmuru tərəfindən həmin təşkilatdan elektron qaydada əldə edilir. 45.5-ci maddəsinə əsasən, Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun manatla yetərli pul vəsaitləri olmadıqda, tələb borclunun xarici valyutada olan pul vəsaitlərinə yönəldilir. 45.6-cı maddəsinə əsasən, Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. 45.7-1-ci maddəsinə əsasən, Tələbin borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı, elektron pul təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilməsi zamanı qəbul olunmuş qərar (əmlakın üzərinə həbs qoyulması və s.) barədə icra məmuru tərəfindən 1 iş günündən gec olmayaraq qarşılıqlı inteqrasiya olunmuş elektron sistem vasitəsilə Elektron Hökumət İnformasiya Sistemində müvafiq qeyd aparılmalıdır. 50.1-ci maddəsinə əsasən, icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. 50.2-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. 58-ci maddəsinə əsasən borclu hüquqi şəxsin birinci növbədə - istehsalda bilavasitə istifadə edilməyən əmlak (qiymətli kağızlar, borclunun depozit və digər hesablarındakı pul vəsaitləri, valyuta sərvətləri, minik nəqliyyat vasitələri, ofislərin dizayn əşyaları və sair əmlak); ikinci növbədə - hazır məhsul (əmtəə), habelə istehsalda bilavasitə istifadə edilməyən və istehsalda bilavasitə istifadə üçün nəzərdə tutulmamış digər maddi sərvətlər; üçüncü növbədə daşınmaz əmlak obyektləri, habelə istehsalda bilavasitə istifadə üçün nəzərdə tutulmuş xammal və materiallar, dəzgahlar, avadanlıqlar və digər əsas vəsaitlər; dördüncü növbədə - başqa şəxslərə verilmiş əmlak üzərinə həbs qoyulması və onun satılması həyata keçirilir. Göründüyü kimi, tələbkar tələbindən imtina etməmiş, icra sənədi üzrə icraata xitam verilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-ci il tarixli qərardadı ilə borclunun əmlakları üzərinə qoyulmuş həbs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədinin icrası məqsədilə olmuşdur. Məhkəmə Kollegiyası qanunvericiliyin qeyd olunan müddəalarına və işin faktiki hallarına əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı əsasında borclu tərəfindən ödənilməli olan məbləğ ödənilmədiyindən və icra sənədi icrasız qaldığından borclunun əmlakı üzərinə həbs qoyulmalıdır. Şikayətin dəlilləri isə əsassız olmuşdur. Belə ki, icra sənədindəki tələblər borclu tərəfindən könüllü icra edilmədikdə, icra məmuru tələbin yönəldilməsi üçün borclunun əmlakı üzərinə həbs qoya bilər. Borclunun tələbi ödəməkdən yayınması və ya digər lazımi icra tədbirlərinin nəticəsiz qalması məhkəməyə və icra orqanına borclunun daşınmaz əmlakı üzərində sərəncam vermək hüququnu məhdudlaşdırmaq (həbs qoymaq) hüququ verir. Eyni zamanda Məhkəmə Kollegiyası nəzərə alır ki, əgər söhbət həbsdən sonrakı satışdan və mənzilin faktiki olaraq borcun tutulmasına yönəldilməsindən gedirsə, “yeganə mənzil” məsələsi ayrıca və daha ciddi araşdırılmalıdır. Yəni qərardadın yalnız həbs qoyulması barədə olması ilə mənzilin satışa çıxarılması məsələsini eyniləşdirmək düzgün olmaz. Konstitusiya Məhkəməsinin mövqeyi də bu iki mərhələnin fərqləndirilməsini tələb edir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.1 və 53-cü maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.2 və 139-1.1.4-cü maddələrinin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.2 və 8.0.4-cü maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi və 129-cu maddəsinin İ və II hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, “ədalət mühakiməsinin təmin edilməsi baxımından qanunverici öz səlahiyyətləri çərçivəsində qanuni qüvvəyə minmiş məhkəmə aktının icrasına yönəlmiş müvafiq qaydaları müəyyən edir və onları mütəmadi təkmilləşdirir. Bu qaydaları özündə əks etdirən “İcra haqqında” Qanunun 43.1.1-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərindən biri kimi müəyyənləşdirilmişdir. Həmin Qanunun 45.1-ci maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Diqqətə alınmalıdır ki, əmlakın üzərinə həbs qoyulması barədə qərardadda həmin əmlakın tələbkara verilməsi və ya üçüncü şəxslərə satılması ilə bağlı hər hansı göstərişin öz əksini tapmaması ilə yanaşı, belə məhkəmə aktı tələbkarın borclunun əmlakını qəbul etməyə razılığı ilə bağlı hər hansı iradə ifadəsini də özündə əks etdirmir. Tələbkarın əmlak üzərində mülkiyyət hüququ həmin əmlak üzərinə həbs qoyulması barədə məhkəmə qərardadı əsasında deyil, məhz əmlakın satılması (və ya tələbkara verilməsi) ilə bağlı qanunvericiliklə müəyyənləşdirilmiş prosedurların həyata keçirilməsi və onun nəticələrini əks etdirən sənədlər əsasında əmələ gəlir. Digər tərəfdən Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hazırda əmlakın icra sənədində göstərilən konkret tələbin yaranma kökü ilə birbaşa əlaqəsinin olması tələb olunmur. Borclunun mülkiyyətində olan istənilən daşınmaz əmlak borcun ödənilməsi təminatı kimi çıxış edə bilər. Bundan başqa borclunun mənzilin yeganə əmlakı olmasını göstərməsi öz-özlüyündə həmin əmlakın üzərinə həbs qoyulmasını qanunsuz etmir. Burada mühüm fərq var: əmlakın üzərinə həbs qoyulması ilə həmin əmlakın dərhal məcburi qaydada satılması eyni hüquqi hərəkət deyil. Həbs, ilk növbədə, əmlakın özgəninkiləşdirilməsinin qarşısını alan və gələcək icra tədbirlərinin həyata keçirilməsini təmin edən icra tədbiridir. Konstitusiya Məhkəməsi də yuxarıda qeyd edilən “İcra haqqında” Qanunun 50-ci maddəsinin tətbiqi ilə bağlı qərarında qeyd edir ki, tələbin borclunun əmlakına yönəldilməsi zamanı əmlak üzərinə həbs, bir qayda olaraq, məhkəmənin qərardadı ilə qoyulur. Ona görə də borclunun “bu mənzil mənim yeganə əmlakımdır” arqumenti, konkret olaraq həbs qoyulmasının qanunsuzluğunu əsaslandırmaq üçün kifayət etmir. Əksinə, məhkəmə müəyyən etmişdirsə ki, icra sənədində göstərilən tələb uzun müddət icra edilməyib və digər icra tədbirləri nəticə verməyib, tələbin borcluya məxsus əmlaka yönəldilməsi qanunun nəzərdə tutduğu icra mexanizminə uyğun ola bilər. Məhkəmə Kollegiyası göstərilənlərlə yanaşı qeyd etməyi də zəruri sayır ki, iş materiallarından borclunun Belarusiya vətəndaşı olması müəyyən edilir. Bu hal isə öz-özlüyündə borclunun Azərbaycan Respublikasının ərazisində üzərinə həbs qoyulan əmlakın onun yeganə yaşayış yeri olması anlamına gəlməsi üçün yetərli hüquqi əsas da yaratmır. Göründüyü kimi, borclu qanuni qüvvəyə minmiş icra sənədi üzrə öhdəliyini könüllü icra etmədiyindən, tələbkarın hüquqlarının bərpası üçün birinci instansiya məhkəməsi tərəfindən əmlakın üzərinə həbs qoyulması tamamilə qanuni və əsaslı olmuşdur. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Qərara aldı: Borclu Borclu nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar