Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-384/2026 24.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Babayev Fuad Fikrət oğlu və X2 ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-***/**** saylı qərardadından tələbkar “xxxx” ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar “xxxx” ASC şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı ##.##.2024-cü il tarixli icra sənədi üzrə Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin böyük icra məmuru X1 “icra sənədinin qaytarılması haqqında” ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsini və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı ##.##.2024-cü il tarixli icra sənədinin yenidən icraya yönədilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)- ***/**** saylı ##.##.2024-cü il tarixli icra sənədinə əsasən borclu Borclu “xxxx” ASC-nin xeyrinə 1311.11 manat məbləğində pul vəsaitinin tutulması müəyyən edilmişdir. Həmin icra sənədi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli ## ##### 2024-cü il tarixli məktubuna əsasən icra edilməsi üçün Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə göndərilmişdir. Lakin, hazırki günədək tələbkarın hesabına hər hansı vəsait daxil olmamışdır. Tələbkar tərəfin çoxsaylı müraciətlərinə baxmayaraq, həmin müraciətlər icra şöbəsi tərəfindən cavabsız qalmış, icra sənədi isə icrasız saxlanılmışdır. ## #### 2026-cı il tarixdə təkrarən tərəflərindən Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə müraciət edilərək, müraciətlərinə cavab verilməsi xahiş edilmiş, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin böyük icra məmuru X1 tərəfindən qəbul edilmiş “icra sənədinin qaytarılması haqqında” ##.##.2025-ci il tarixli qərar onlara təqdim edilmişdir. Bundan başqa, tərəflərin aparılmış araşdırma nəticəsində borclu Borclu 1306614182 eyniləşdirmə nömrəsi ilə vergi ödəyicisi kimi qeydiyyata alınması müəyyən edilmişdir. Belə olduğu halda, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün borclunun bank hesabları olmalıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-***/**** saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı ##.##.2024-cü il tarixli icra sənədi üzrə Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin böyük icra məmuru X1 “icra sənədinin qaytarılması haqqında” ##.##.2025-ci il tarixli qərarından tələbkar “xxxx” ASC tərəfindən verilmiş şikayət üzrə *(*-**)-***/**** saylı materialın baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan tələbkar “xxxx” ASC tərəfindən şikayət verilərək, qərardadın ləğv edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı ##.##.2024-cü il tarixli icra sənədi üzrə Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin böyük icra məmuru X1 “icra sənədinin qaytarılması haqqında” ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsi və həmin icra sənədinin yenidən icraya yönəldilməsi barədə şikayətə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2017-ci il tarixli Qərarına əsasən “İcra haqqında” Qanunda icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından verilmiş şikayətlərə hansı məhkəmədə baxılmalı olması məsələsinə aydınlıq gətirilmişdir. X4 Məhkəməsinin Plenumu icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarı həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamı olmaqla icra məmurunun bu qərarından şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət etdiyini qeyd etməklə belə nəticəyə gəlir: “İcra haqqında” Qanunun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər; icra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Beləliklə,“İcra haqqında” Qanununun həm 20.5-ci maddəsində, həm də 23.7-ci maddəsində həmin Qanunun digər maddələrindən fərqli olaraq müvafiq məhkəməyə şikayət verə bilərlər sözlərinin qeyd edilməsi onların xüsusi norma olduğunu bildirir və Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən qərarının analogiya üzrə “İcra haqqında” Qanunun 23.7-ci maddəsinə də şamil edilməsinə əsas verir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-***/**** saylı qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə Kollegiyası, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001) ***/**** saylı ##.##.2024-cü il tarixli icra sənədinə əsasən borclu Borclu sığorta ödənişinə görə 1276.25 manat, məhkəmə xərclərinə görə 34.86 manat olmaqla, cəmi 1311.11 manat məbləğində pul vəsaitinin tələbkar “xxxx” ASC-nin xeyrinə tutulması müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin böyük icra məmuru X1 tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli “icra sənədinin qaytarılması” haqqında qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e- *(***)-***/**** saylı ##.##.2024-cü il tarixli icra sənədinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bundan başqa iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən “xxxx” ASC-yə ünvanlanmış ## #### 2025-ci il tarixli ****/**** №-li məktubdan görünür ki, tələbkar “xxxx” ASC-nin müraciətinə baxılmış və müraciətə cavab olaraq bildirilmişdir ki, qanunvericiliyin tələblərinə əsasən məhkəmə qətnaməsinin icrasını icra şöbəsi (icra məmuru) təmin edir. İcra məmurunun qərarından müvafiq icra vərəqəsinin verildiyi orqana, bununla yanaşı icra məmurunun qanunsuz hərəkətlərindən İcra Baş İdarəsinə müraciət edə bilərlər. Bundan əlavə, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayətin verilə biləcəyi bildirilmişdir. Hazırda tələbkar “xxxx” ASC şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı ##.##.2024-cü il tarixli icra sənədi üzrə Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin böyük icra məmuru X1 “icra sənədinin qaytarılması haqqında” ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsini və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı ##.##.2024-cü il tarixli icra sənədinin yenidən icraya yönədilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, “İcra haqqında” Qanununun -23.1.3-cü maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. - 23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5 ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. - 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin və xüsusi icra məmurunun icraatında olan icra sənədinin tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. - 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” ## ######## 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair” ##.##.2017-ci tarixli Qərarının təsviri-əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Həmin Qərarda “İcra haqqında” Qanunun 26-cı maddəsinə münasibətdə “qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi” müəyyən edilmişdir. Göründüyü kimi “İcra haqqında” Qanununda icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilməsi və həmin qərarın icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunması, həmçinin tərəflərin həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilmə imkanı nəzərdə tutulsa da, müvafiq məhkəmə dedikdə hansı məhkəmənin səlahiyyətli olması göstərilməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, icra məmuru tərəfindən qəbul edilmiş iki qərar, yəni icra sənədi üzrə icraata xitam verilməsi və icra sənədi üzrə icraatın dayandırılması barədə qəbul edilmiş qərarlardan icra sənədini vermiş məhkəməyə şikayət verilməsi istisna olmaqla, icra məmuru tərəfindən qəbul edilmiş digər qərarlardan verilmiş şikayətlərə, o cümlədən icra sənədinin geri qaytarılması haqqında qərardan verilmiş şikayətə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılmasında hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır. Tələbkar (şikayət vermiş şəxs) “xxxx” ASC isə hazırkı şikayət ərizəsi ilə icra məmurunun olduğu yer üzrə məhkəməyə, yəni Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etməli olduğu halda, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayətin dəlilləri isə əsassız olmuşdur. Belə ki, İcra haqqında” Azərbaycan Respublikası Qanununa və Mülki Prosessual Məcəllənin aidiyyət qaydalarına əsasən, icra məmurunun hərəkətlərindən (qərarlarından) şikayət vermək üçün ümumi qayda şikayətin icra məmurunun olduğu yer üzrə məhkəməyə verilməsidir. Lakin həmin qaydadan yalnız iki halda istisna nəzərdə tutur: icraata xitam verilməsi haqqında qərardan və icraatın dayandırılması haqqında qərardan şikayətlər Həmçinin qanunverici icra sənədinin geri qaytarılması haqqında qərarı bu istisnaların sırasına daxil etməmişdir. Hazırda Məhkəmə Kollegiyası hesab edir ki, şikayət icra sənədinin geri qaytarılmasından verildiyi üçün şikayətə məhz icra məmurunun olduğu yer üzrə yəni Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən baxılmalı olduğundan birinci instansiya məhkəməsi düzgün olaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə istinad etməklə həmin məcəllənin aidiyyat qaydalarını tənzimləyən normalarına əsaslanaraq hesab etmişdir ki, şikayət ərizəsi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə olan halda Məhkəmə Kollegiyası şikayətin dəlilləri formal mülahizələrdən ibarət olmaqla öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan respublikası MPM-nin 263-264, 397-398, 400, 402ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDI: Tələbkar “xxxx” ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-6)-384/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-384/2026
24.08.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver