Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-385/2026 19.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Qətnamənin icrasına möhlət verilməsi ilə bağlı qərardaddan borclu Borclu verdiyi şikayəti üzrə (Açar sözlər: qətnamənin icrasına möhlət verilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X4 (sədrlik edən və məruzəçi), X3 və X8 ibarət tərkibdə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadından borclu Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi Iş üzrə qəbul edilmiş məhkəmə aktları
1. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsi ilə iddiaçı Tələbkar cavabdehlər Borclu, X1, X5, X2, X7 və X6 qarşı “mülkiyyətində olan evindən cavabdehlərin və ailə üzvlərinin çıxarılması” tələbinə dair iddiası təmin edilmiş, cavabdehlər Borclu, X1, X5, X2, X7 və X6 və azyaşlı uşaqlarının Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, sıra – 1, **/*** saylı fərdi yaşayış evindən öz hesablarına əşyaları ilə birlikdə çıxarılmaları, cavabdeh Borclu 100 manat dövlət rüsumunın alınıb dövlət nəfinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində vəsaitin cavabdeh Borclu tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
2. Borclu Borclu ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin icrasına 1 il müddətinə möhlət verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
3. Ərizə onunla əsaslandırılmışdır ki, qətnamə qanuni qüvvəsini aldığı üçün icrası Bakı şəhəri Binəqədi rayon Icra şöbəsinə həvalə edilmişdir. Hazırda qətnamənin icrası ailə üzvlərinin son dərəcə ağır vəziyyətə salacaqdır. Ailəsi çoxsaylı ailədir. O, həyat yoldaşı, oğulları, gəlinləri, nəvələri ilə birlikdə yaşayır. Onun və ailə üzvlərinin başqa yaşayış yerləri yoxdur. Eyni zamanda ailəsi aztəminatlıdır və mövcud maddi imkanları ailəsinin bütün üzvlərinin yerləşə biləcəyi yeni yaşayış sahəsi əldə etməyə və ya kirayə götürməyə imkanları yoxdur. Bu da onların sosial vəziyyətlərini daha da ağırlaşdıracaqdır.
4. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ***/**** nömrəli qərardadı ilə (hakim Q.N.Qoşqarlı) ərizənin təmin edilməməsi qərara alınmışdır.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
5. Qərardaddan narazı qalan borclu Borclu şikayət verərək qərardadın ləğv edilməsini və ərizəsinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
6. Şikayət qətnamənin icrasına möhlət verilməsi barədə ərizənin mətninə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, qərardad qanunsuz və əsassızdır. Qətnamənin icrası onun ailəsinin sosial vəziyyətini daha da ağırlaşdıracaq və son dərəcə ağır vəziyyətə salacaqdır. Hesab edir ki, qətnamənin icrasına möhlət verilməsi barədə vermiş olduğu ərizə əsaslı olmaqla, MPM-nin tələblərinə uyğundur.
7. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
9. Tələbkar Tələbkar şikayətə qarşı yazılı etiraz verərək bildirmişdir ki, qətnamə əsasında verilmiş icra sənədi üzrə borclular artıq 20 gündür ki, mübahisəli mənzildən çıxarılıblar. Onlar hazırda orada yaşamırlar. Onlara hər hansı möhlət verilməsi hazırda heçnəyi həl etmir. Möhlətin verilməsi üçün hər hansı qanuni və ya müqavilə əsası da yoxdur. Hesab edir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı tam əsaslı və qanunidir, onun dəyişdirilməsi və ya ləğv edilməsi üçün hər hansı səbəb və əsas yoxdu.
10. Borclu Borclu elektron kabinet vasitəsilə ərizə təqdim edərək bildirmişdir ki, ailə vəziyyəti hal-hazırda ürəkaçan deyildir. Küçələrdə qalmışlar. Eləcə də xəstəliklə bağlı olan kağızlarından da görünür ki, səhhətində ciddi problemlər vardır. Hal-hazırda imkanı yoxdur. Ona görə də 6 ay möhlət verilməsini və Binəqədi rayon Icra Şöbəsində icranın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş edir.
Tətbiq edilən hüquq normaları:
11. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 129, İ hissə. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 231.1. Işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.
13. “Icra haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 15. Tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır.
14. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2014-cü il tarixli Qərarı: Qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir.
15. «Ali Məhkəmənin Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və insan hüquqları üzrə Avropa məhkəməsinin presedentlərinin tətbiqi haqqında» ##.##.2006-cı il tarixli, * nömrəli Qərarı: Bənd 6. Məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin icra məmurlarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası şikayətin və ona qarşı verilmiş etirazın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
17. Işdən görünür ki, qanuni qüvvəyə minmiş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə cavabdehlər Borclu, X1, X5, X2, X7 və X6 və azyaşlı uşaqlarının Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, sıra – 1, **/*** saylı fərdi yaşayış evindən öz hesablarına əşyaları ilə birlikdə çıxarılmaları qət edilmişdir.
18. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir.
19. Hazırki halda isə borcluların tələbkara məxsus yaşayış sahəsindən çıxarılmalarının icrasını çətinləşdirən və buna ciddi maneə yaradan hər hansı hal aşkar edilmir. Kollegiya hesab edir ki, borclunun şikayətdə göstərdiyi dəlillər qətnamənin icrasını çətinləşdirən və ya ona maneə yarada bilən hal kimi qiymətləndirilə bilməz.
20. Həmçinin, tələbkar tərəfindən təqdim edilmiş aktdan müəyyən edilir ki, artıq icra sənədi icra məmuru tərəfindən faktiki olaraq icra olunmuşdur.
21. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.
22. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Hakimlər: Məhəmməd Rüstəmli Fuad Abdıyev Fərrux Qasımov