Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-386/2026 26.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)- ***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından tələbkar Tələbkar tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Tələbkar Tələbkar ərizə ilə müraciət edərək, Xətai Rayon Məhkəməsinin *(***)-****/** saylı, ## #### 2014-cü il tarixli əmri ilə tutulmalı olan pul məbləğinin indeksasiya olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə rədd edilmişdir. Hazırda tələbkar məhkəməyə şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə borcun ödənilməməsi ilə bağlı onun üzərinə sübutemə öhdəliyi qoymuşdur, halbuki, məhkəmə icra sənədi üzrə icranın vəziyyəti barədə məlumat ala bilərdi. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və şikayətin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Göründüyü kimi, məhkəmə qətnamənin icrası zamanı tutulmalı olan pul məbləğlərinin indeksasiyasını həyata keçirə bilər, yəni, indeksasiya icra sənədinin icrası mərhələsində həyata keçirilə bilər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/** saylı, ## #### 2014-cü il tarixli əmrindən görünür ki, borclu borclu1 və borclu2 637 manat məbləğində borc və 21 manat dövlət rüsumu olmaqla, ümumilikdə 658 manat pulun müştərək qaydada tutularaq, Tələbkar ödənilməsi əmr edilmişdir. Kollegiya qeyd edir ki, borcun ödənilməməsinə dair tələbkar tərəfindən ərizəyə əlavə edilmiş yeganə sübut, tələbkarın özü tərəfindən imzalanmış maliyyə arayışıdır ki, həmin arayış tələbkarın özü tərəfindən tərtib edilərək imzalandığından borcun ödənilməməsi yalnız həmin arayışa əsasən müəyyən edilə bilməz. Tələbkar tərəfindən borcun ödənilməməsi və ya hansı məbləğdə borcun qalması, icranın hansı səbəbdən gecikdirilməsinə dair heç bir sübut təqdim edilməmişdir. Kollegiya şikayətin dəlilinə münasibətdə qeyd edir ki, iş materialları ilə icra sənədi üzrə borcun ödənilmədiyi, həmin icra sənədi üzrə icra icraatının mövcud olduğu sübut olunmur. Odur ki, hazırda həmin icra sənədi üzrə tutulmalı pul məbləğlərinin indeksasiya da həyata keçirilə bilməz. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyin istinad edilmiş normalarının imperativ tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu isə o deməkdir ki, məhkəmə tərəflərin və ya onlardan hər hansı birinin yerinə sübut toplayan bir orqan və ya qurum deyildir. Əks halda bu məhkəmənin işin hallarını obyektiv və şəffaf araşdırılması prinsipinə zidd olmaqla məhkəmənin də tərəf rolunda çıxış etməsinə səbəb ola bilərdi. Mülki prosessual qanunvericiliyin digər bir imperativ tələbinə əsasən tərəflərin tələb və ya etirazlarını əsaslandırmaq üçün əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Bu da onu deməyə əsas verir ki, sübutları məhkəmə deyil, tərəflər əldə etməli və öz tələblərini və ya etirazlarını da həmin sübutlar əsasında əsaslandırmalıdırlar. Mülki prosessual qanunvericiliyinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buradan da aydın olur ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları özü sübut etməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə tutulan pul məbləğinin indeksasiya edilməsinə dair ərizə vermiş tələbkar həmin məhkəmə aktının icraya yönəldiyini, hazırda icra prosesinin davam etdiyini və icra sənədinin icra edilmədiyini və ya qismən icra edildiyini sübut etmək yükü və bununla bağlı sübutlarını da ərizə ilə birlikdə məhkəməyə təqdim etmək vəzifəsi daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Tələbkar Tələbkar tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-6)-386/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-386/2026
26.08.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver