Məhkəmə qərarları › İş №8(3-6)-392/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-392/2026

20.08.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-392/2026 20.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Xatir Məmmədovun icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Borclu MTK-ya məxsus əmlakların üzərinə həbs qoyulması barədə təqdimatına dair iş üzrə (açar sözlər: əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Xatir Məmmədovun icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Borclu MTK-ya məxsus əmlakların üzərinə həbs qoyulması barədə təqdimatına dair iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli qərardadından şikayətçi Ərizəni verən şəxs verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Xatir Məmmədov – borclu Borclu MTKya məxsus Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən torpaq sahəsi 0,06 ha olan yaşayış sahəsinin, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, ev 17 ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan tikinti sahəsinin, ünvan 2 ünvanında yerləşən 34 otaq sayından ibarət torpağın ümumi sahəsi 0,11717 ha olan tikintinin, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, ev 17, mənzil 4 ünvanında yerləşən ümumi sahəsi 140,30 kv metr olan 3 otaqlı evin, ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 140,30 kv.metr olan 3 otaqlı mənzilin, ünvan 14 ünvanında yerləşən ümumi sahəsi 238.10 kv.m olan 4 otaqlı mənzilin, ünvan 17 ünvanında yerləşən ümumi sahəsi 158.40 kv.metr olan 3 otaqlı mənzilin, ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 196.10 kv.m olan 4 otaqlı mənzilin, ünvan 18 ünvanında yerləşən ümumi sahəsi 141,30 kv.m olan 3 otaqlı mənzilin, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 196,10 kv.m olan 4 otaqlı mənzilin, ünvan 13 ünvanında yerləşən ümumi sahəsi 141,30 kv.m olan 3 otaqlı mənzilin, ünvan 19 ünvanında yerləşən ümumi sahəsi 158,40 kv.metr olan 3 otaqlı mənzilin, ünvan 11 ünvanda yerləşən 3 otaqlı mənzilin, ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 140,30 kv.m olan 3 otaqlı mənzilin, ünvan 16 ünvanda yerləşən ümumi sahəsi 158,40 kv.m olan 3 otaqlı mənzilin, ünvan 20 ünvanda yerləşən 3 otaqlı mənzilin, ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 154.80 kv.m olan 3 otaqlı mənzilin, ünvan 6 ünvanda yerləşən ümumi sahəsi 140,30 kv.m olan 3 otaqlı mənzilin, ünvan 12 ünvanda yerləşən 3 otaqlı mənzilin, ünvan 15 ünvanda yerləşən ümumi sahəsi 158,40 kv.m olan 3 otaqlı mənzilin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2021-ci il tarixli icra sənədinə əsasən Borclu MTK-dan 190.080 manat pul vəsaiti, gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 15.840 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı Tələbkar ödənilməlidir. İcra sənədi ## ####### 2021-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq surəti bildirişlə bərabər icra sənədi üzrə borclu Borclu MTK-nın icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi tam təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, borclu Borclu MTK-ya məxsus olan mənzillər müəyyən edilmişdir. Hazırda icra sənədi üzrə heç bir ödəniş edilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli qərardadı ilə təqdimat qismən təmin edilərək, borclu Borclu MTK-ya məxsus ünvan 14 ünvanında yerləşən ümumi sahəsi 238.10 kv.m olan 4 otaqlı mənzilin və ünvan 10 ünvanda yerləşən 3 otaqlı mənzilin üzərinə həbs qoyulması, təqdimatın qalan hissədə rədd edilməsi qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, təqdimata əlavə edilmiş “Elekron icra” informasiya sistemindən çıxarışdan görünür ki, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən torpaq sahəsi 0,06 ha olan yaşayış sahəsinin, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, ev 17 ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan tikinti sahəsinin, ünvan 2 ünvanında yerləşən 34 otaq sayından ibarət torpağın ümumi sahəsi 0,11717 ha olan tikintinin, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, ev 17, mənzil 4 ünvanında yerləşən ümumi sahəsi 140,30 kv metr olan 3 otaqlı evin, ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 140,30 kv.metr olan 3 otaqlı mənzilin, ünvan 14 ünvanında yerləşən ümumi sahəsi 238.10 kv.m olan 4 otaqlı mənzilin, ünvan 17 ünvanında yerləşən ümumi sahəsi 158.40 kv.metr olan 3 otaqlı mənzilin, ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 196.10 kv.m olan 4 otaqlı mənzilin, ünvan 18 ünvanında yerləşən ümumi sahəsi 141,30 kv.m olan 3 otaqlı mənzilin, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 196,10 kv.m olan 4 otaqlı mənzilin, ünvan 13 ünvanında yerləşən ümumi sahəsi 141,30 kv.m olan 3 otaqlı mənzilin, ünvan 19 ünvanında yerləşən ümumi sahəsi 158,40 kv.metr olan 3 otaqlı mənzilin, ünvan 10 ünvanda yerləşən 3 otaqlı mənzilin, ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 140,30 kv.m olan 3 otaqlı mənzilin, ünvan 16 ünvanda yerləşən ümumi sahəsi 158,40 kv.m olan 3 otaqlı mənzilin, ünvan 20 ünvanda yerləşən 3 otaqlı mənzilin, ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 154.80 kv.m olan 3 otaqlı mənzilin, ünvan 6 ünvanda yerləşən ümumi sahəsi 140,30 kv.m olan 3 otaqlı mənzilin, ünvan 12 ünvanda yerləşən 3 otaqlı mənzilin, ünvan 15 ünvanda yerləşən ümumi sahəsi 158,40 kv.m olan 3 otaqlı mənzillər Borclu MTK-nın adına qeydiyyata alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” # #### 2014-cü il tarixli Qərarına əsasən məhkəmə hər bir konkret halda Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin II hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanununun 3-cü maddəsinin müddəalarından çıxış edərək, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin daha səmərəli icrasına nail olmaq məqsədilə, konstitusiya mütənasiblik prinsipi əsasında tələbkarların və borcluların hüquqlarının ədalətli və ağlabatan tarazlığını təmin etməklə, onların konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir. Mütənasiblik prinsipinin əsas elementlərindən biri də odur ki, məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarına istinad edərək müəyyən edir ki, hazırkı iş üzrə borcluya məxsus iyirmi daşınmaz əmlakın üzərinə həbs qoyulması mütənasiblik prinsipini pozur. Belə ki, borclunun ümumi borcunun məbləğinin 205.920 manat təşkil etməsinə baxmayaraq, üzərinə həbs qoyulması tələb olunan mənzillərin dəyəri borcun ümumi məbləğindən dəfələrlə artıqdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə borclunun iyirmi daşınmaz əmlakının üzərinə həbs qoyulması qətnamənin icrasına şərait yaratmaqdan daha çox borclunun mülkiyyət hüquqlarının pozulmasına səbəb olacaqdır. Odur ki, təqdimat qismən təmin edilərək, borcluya məxsus ünvan 14 ünvanında yerləşən ümumi sahəsi 238.10 kv.m olan 4 otaqlı mənzilin və ünvan 11 ünvanda yerləşən 3 otaqlı mənzilin üzərinə həbs qoyulmalı, təqdimat qalan hissədə rədd edilməlidir. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli qərardadından Ərizəni verən şəxs şikayət verərək qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Ərizəni verən şəxs ilə Borclu Mənzil Tikinti Kooperativi arasında bağlanmış # ###### 2016-cı il tarixli müqaviləyə əsasən həmin MTK tərəfindən Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi ** saylı ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci girişinin 14-cü mərtəbəsində ayrılmış, sahəsi 140,3 kv.m olan ** saylı mənzili 105.000 (yüz beş min) manat ödəməklə əldə etmişdir. Ərizəni verən şəxs 2020-ci ildən həmin mənzili təmir edərək ailə üzvləri ilə birlikdə orada yaşamışdır. Təxminən 6 il müddətində mülkiyyətində olan mənzildə yaşadığı müddətdə hər hansısa bir problem yaşamamış, kommunal ödənişləri həyata keçirmiş və qeyd edilən mənzillə əlaqədar ona qarşı heç kim iddia irəli sürməmişdir. ##.##.2026-cı il tarixdə Ərizəni verən şəxs və ailə üzvləri yaşadıqları mənzildə olmadıqları zaman Səbail rayon İcra şöbəsinin əməkdaşları Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadının icrası ilə əlaqədar mənzilə məcburi şəkildə daxil olaraq ora baxış keçirmiş, mənzilin qapısının kilidi dəyişdirilmişdir. Baxmayaraq ki, Ərizəni verən şəxs və ailə üzvləri daim həmin ünvanda olurlar, onlara qabaqcadan bu haqda məlumat verilməmişdir. Bununla da Ərizəni verən şəxs hüquqları kobud şəkildə pozulmuşdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən ##.##.2023-cü il tarixdə Xətai rayon İcra şöbəsinin icra məmuru Xatir Məmmədovun Borclu MTK-ya məxsus əmlakların üzərinə həbs qoyulması barədə təqdimata baxılmış və məhkəmənin *(***)-***/**** saylı, ## ##### 2023-cü il tarixli qərardadı ilə təqdimat qismən təmin edilmiş, Borclu MTK tərəfindən inşa edilmiş Bakı şəhəri ünvan 3 ünvanında yerləşən 3 otaqlı mənzilin üzərinə həbs qoyulmuşdur. Hesab edir ki, qəbul edilmiş qərardad ləğv edilməli və ərizəsi təmin edilməlidir. Belə ki, Borclu MTK tərəfindən inşa edilmiş Bakı şəhəri ünvan 3 ünvanında yerləşən 3 otaqlı mənzili müqavilə üzrə Ərizəni verən şəxs əldə etmiş və 2020-ci ildən həmin mənzildə ailə üzvləri ilə birgə yaşamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən *(***)-***/**** saylı, ## ##### 2023-cü il tarixli qərardad qəbul edilən zaman Ərizəni verən şəxs ümumiyyətlə bu barədə məlumatı olmamışdır. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiya hər kəsin mülkiyyət hüququnu, mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarını nəzərdə tutur, habelə mülkiyyətin, o cümlədən xüsusi mülkiyyətin qanunla müdafiəsinə təminat verir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Qeyd edir ki, məhkəmə tərəfindən qəbul edilmiş qərardadla Ərizəni verən şəxs Konstitusiya ilə qorunan mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8ci maddəsi həmin Məcəllənin 146.1, 146.2, 178.1, 178.2-ci maddələrinə və Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Ü.F. Məmmədovun kooperativin verdiyi mənzilin pay haqqını tam ödədiyi üçün həmin əmlaka sahiblik və ondan istifadə hüququ vardır. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Ərizəni verən şəxs mülkiyyətində olan əmlakdan uzun müddətdir ki, istifadə edir ki, bu da həmin əmlakın onun mülkiyyətində olmasını təsdiq edən faktdır. Məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir. Məhkəmənin ayrıca akt şəklində çıxardığı qərardadları çıxarıldıqdan sonra 5 gün müddətində işdə iştirak edən şəxslərə, aidiyyəti olan digər şəxslərə rəsmi qaydada verilir. Məhkəmənin ##.##.2023-cü il tarixli qərardadı Ərizəni verən şəxs hazırkı dövrədək rəsmi qaydada təqdim olunmamışdır. Məhkəmələr tərəfindən qəbul olunmuş qərardadlardan işdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Ona görə də Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsi xahiş olunur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** saylı qərardadından şikayət vermək üçün müddətin bərpa edilməsi barədə şikayətçi Ərizəni verən şəxs nümayəndəsi və vəkili Vəkil tərəfindən şikayət verilməsi üçün müddətin buraxılması üzrlü hesab edilməklə müddətin bərpa edilməsi, şikayətçi Ərizəni verən şəxs nümayəndəsi və vəkili Vəkil Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)- ***/**** saylı qərardadından verdiyi şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İcra haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Maddə 2.2. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Maddə 12.1. Bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Maddə 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Maddə 44.1. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. Maddə 44.2. Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Maddə 50.1. İcraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Maddə 50.2. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Maddə 50.3. Borclunun əmlakı üzərində sərəncam vermək hüququna və ya borclunun əmlakından istifadə etmək hüququna icra məmuru tərəfindən qoyulmuş məhdudiyyətlərə əməl olunmaması Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Maddə 50.4. Borclunun əmlakı üzərinə aşağıdakı hallarda həbs qoyulur: 50.4.1. tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün; 50.4.2. borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün. Maddə 50.5. Üzərinə həbs qoyulduğu vaxtdan beş gündən tez, lakin bir aydan gec olmayaraq, borclunun əmlakı icra məmuru tərəfindən satılmağa verilməsi üçün götürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 231.3. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması), borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Maddə 231.3-1. Məhkəmə borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimata onun daxil olduğu vaxtdan 5 iş günü müddətində, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında ərizələrə və icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara onların daxil olduğu vaxtdan 10 iş günü müddətində baxır. Maddə 231.4. Qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Maddə 397.1. Bu Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; 398.0.4. qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Maddə 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)- ***/**** saylı qərardadı ləğv edilməli və iş Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Xatir Məmmədovun borclu Borclu MTK-ya məxsus əmlakların üzərinə həbs qoyulmasına dair təqdimatı üzrə sonrakı prosessual hərəkətlərin (bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla) həyata keçirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Kollegiya qeyd edir ki, məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir. İcraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Borclunun əmlakı üzərinə aşağıdakı hallarda həbs qoyulur: tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün; borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün. Üzərinə həbs qoyulduğu vaxtdan beş gündən tez, lakin bir aydan gec olmayaraq, borclunun əmlakı icra məmuru tərəfindən satılmağa verilməsi üçün götürülür. Hazırkı işdən görünür ki, birinci instansiya məhkəməsi icra məmurunun təqdim etdiyi borcluya məxsus əmlakların siyahısında qeyd olunan əmlaklardan Borclu MTK-ya məxsus ünvan 14 ünvanında yerləşən ümumi sahəsi 238.10 kv.m olan 4 otaqlı mənzilin və ünvan 10 ünvanda yerləşən 3 otaqlı mənzilin üzərinə özünün *(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli qərardadı ilə həbs qoymuş, təqdimatı qalan hissədə təmin etməmişdir. Qeyd olunan qərardaddan maraqlarına toxunan şəxs X1 şikayət versə də, birinci instansiya məhkəməsi şikayətin dəlilləri üzrə hər hansı bir araşdırma aparmadan mübahisələndirilən qərardadı qüvvədə saxlamaqla şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, apellyator üzərinə icra məmurunun təqdimatı əsasında tutma yönəldilməsi üçün həbs qoyulan Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi ** saylı ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci girişinin 14-cü mərtəbəsində ayrılmış, sahəsi 140,3 kv.m olan ** saylı mənzilə dair icra sənədi üzrə borclu xxxx MTK ilə müqavilə bağlaması, hazırda mənzilin onun sahibliyində, istifadəsində olması səbəbindən mübahisələndirir. Kollegiya maraqlı şəxsin şikayətinin dəlillərini, hazırkı işin sənədlərini araşdırıb belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** saylı qərardadı ləğv edilməli, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Xatir Məmmədovun borclu Borclu MTK-ya məxsus əmlakların üzərinə həbs qoyulmasına dair təqdimatı yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməli, təqdimata yenidən baxılarkən tərəflərin, icra məmurunun iştirakı təmin edilməli, onların iştirakı ilə birlikdə icra məmurunun icra sənədinin icrası ilə bağlı üzərinə həbs qoyulmuş əmlaklar barədə hansı tədbirlərin görülməsi, icra sənədinin icra olunub-olunmaması, borcluya məxsus təqdimatda sadalanan əmlaklardan hansının üzərinə həbs qoyulmasının mümkünlüyü araşdırılmalı, zərurət olduğu halda mənzillərə yerli baxış keçirilməli, borcluya məxsus əmlakların digər şəxslərin hüquqları ilə yüklü olub-olmaması araşdırlmalı bundan sonra araşdırmanın nəticəsinə uyğun əsaslandırılmış müvafiq qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli qərardadı ləğv edilsin və iş, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Xatir Məmmədovun borclu Borclu MTK-ya məxsus əmlakların üzərinə həbs qoyulmasına dair təqdimatı üzrə sonrakı prosessual hərəkətlərin (bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla) həyata keçirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar