Məhkəmə qərarları › İş №8(3-6)-395/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-395/2026

31.08.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-395/2026 31.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından borclu Borclu nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Ərizəçi Ərizəni verən şəxs ərizə ilə məhkəməyə müraciət edərək Nərimanov Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə ##.##.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu tutulan 300 manat sabit pul məbləğində alimentin indeksasiya olunaraq, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 2,30 (300:130=2,3) misli həddində müəyyən edilməsi barədə barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilmiş, ##.##.2026-cı il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan ##.##.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu Ərizəni verən şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 2,30 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Borclu Borclu nümayəndəsi və vəkili Vəkil “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ##.##.2026-cı il tarixdə şikayət ilə məhkəməyə müraciət edərək, məhkəmənin ##.##.2026- cı il tarixli, *(*-**)-***/**** saylı qərardadını ləğv edərək ərizənin rədd olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “Məhkəmə qətnaməsi ilə 2018-ci ildə 300 manat aliment məbləği müəyyən edilərkən “X2” Azərbaycan Respublikasının Qanununa əsasən 2018ci il üzrə uşaqlar üçün yaşayış minimumu 154 manat, 2019-cu il üzrə 160 manat, 2020-ci il üzrə 170, 2021-ci il üzrə 175 manat, 2022-ci il üzrə 193 manat, 2023-cü il üzrə 220 manat, 2024-cü il üzrə 235 manat, 2025-ci il üzrə 246 manat və 2026-cı il üzrə 260 manat müəyyən olunmuşdur. 2018-ci il tarixdən hər ay ərizəçiyə tərəfindən 300 manat aliment məbləği ödənildiyindən, ötən 8 il ərzində qanunla müəyyən olunmuş aliment (2026-cı il üzrə 260 manat) məbləğindən də artıq yenədə ərizəçiyə 300 manat sabit pul məbləğində aliment ödənildiyindən müəyyən olunmuş aliment məbləğinin indeksasiya olunmasına qanuni əsasların olmamasına baxmayaraq məhkəmə tərəfindən aliment məbləğinin minimum əmək haqqı məbləğinin 2.30 misli həddində indeksasiya etməklə maddi hüquq normalarının tələbləri pozmuşdur. Məhkəmə tərəfindən 2018ci ildə müəyyən olunmuş 300 manat aliment məbləği indeksasiya edilərək minimum əmək haqqı məbləğinin 2.30 misli həddində (920 manat) müəyyən olunarkən 2018-ci il tarixdən 2026-cı il tarixinədək olan dövrdə X2 Qanunun tələbləri nəzərə alınmamış, bu günədək tərəfindən ölkə üzrə müəyyən olunmuş aliment məbləğindən artıq məbləğdə aliment ödəməyi məhkəmə tərəfindən qiymətləndirilməmişdir. Ərizəçinin müəyyən edilmiş 300 manat aliment məbləğinin indeksasiya olunması üçün ərizəsində qeyd olunmuş halları təsdiq edən mötəbər sübutlar mövcud olmamışdır. Məhkəmə qətnaməsi müəyyən olunmuş 300 manat aliment məbləğini gecikdirməməklə vaxtı-vaxtında ərizəçinin bank hesabına ödəmiş, aliment məbləğindən başqa oğlum Muradın bütün tələbatlarını qarşılamış, aliment məbləğindən başqa bu günədək maddi və mənəvi yardımlarını onlardan əsirgəməmişdir. Lakin məhkəmə ərizəçinin sübutlarla təsdiq edilməyən dəlillərini nəzərə almış, alimentin indeksasiyaysının rədd olunması haqqında məhkəmədə tətqiq olunmuş qanuni əsaslar və hallar nəzərdən qaçırmışdır.” Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Ərizəçi Ərizəni verən şəxs şikayətə etiraz təqdim edərək qeyd etmişdir ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə cavabdeh Borclu arasında bağlanmış nikahın pozulması və birgə nikahdan anadan olmuş ##.##.2010-cu il təvəllüdlü X1 mənim himayəmdə qalması və onun yetkinlik yaşına çatanadək saxlanmasına görə hər ay 300 manat sabit pul məbləğində alimentin ödənilməsi qət edilmişdir. Lakin həyat səviyyəsinin dəyişilməsi ilə əlaqədar olaraq məhkəmə tərəfindən müəyyən olunmuş alimentlə övladının maddi tələbatlarını ödəməkdə çox çətinlik çəkir. Cavabdeh dövlət qulluqçusu olmaqla kifayət qədər böyük məbləğdə əmək haqqı alsa da, övladının saxlanılması üçün aliment vəsaitini daim gecikdirməklə ödəyir və aliment vəsaitindən başqa uşağın saxlanılmasında iştirak etmir və başqa heç bir maddi yardım göstərmir. Bu səbəbdən alimentin indeksasiya olunması ilə bağlı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Belə ki, övladı ödənişli olaraq, “Ada School”da 10-cu sinifdə oxuyur və illik olaraq onun təhsili üçün 8400 manat vəsait ödəmək məcburiyyətində qalır ki, (müqavilə və ödəniş qəbzləri əlavə olunur) övladı yüksək təhsil almaqla, həyatda öz yerini tuta bilsin. Eyni zamanda övladına əlavə repetitorlar da tutmaq məcburiyyətində qalır ki, onların bir çoxuna vəsaiti nağd qaydada versə də, bir fənn üzrə bağladığım müqavilə əsasında ödənişi rəsmi verir (müqavilə əlavə olunur) ki, bu da 425 manat təşkil edir. Məcburiyyət qarşısında qalaraq, dövlətin və qanunların ona verdiyi hüququndan istifadə etməklə, məhkəməyə ərizə təqdim edərək, Nərimanov rayon Məhkəməsinin *(***)- ****/**** saylı, ##.##.2018-ci il tarixli qətnaməsinə əsasən ##.##.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan 300 manat sabit pul məbləğində alimentin indeksasiya olunaraq sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 2,30 (300:130=2.3) misli həddində müəyyən edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Nərimanov rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadı ilə ərizə təmin olunaraq, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə tutulmuş aliment məbləğinin indeksasiya edilməsi və ##.##.2026-cı il tarixindən başlayaraq, yetkinlik yaşına çatmayan ##.##.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən mənim xeyrimə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 2,30 misli həddində sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Cavabdeh məhkəmə qərardadı ilə razılaşmayaraq, ondan şikayət vermişdir. Cavabdehin verdiyi şikayətlə bağlı bildirir ki, onun şikayəti və şikayətdə göstərilən dəlillərlə razılaşmır. Belə ki, cavabdeh şikayətində qeyd edir ki, “Tərəfimdən ərizəyə etiraz olaraq məhkəməyə bildirilmişdir ki, məhkəmə qətnaməsi müəyyən olunmuş 300 manat aliment məbləğini gecikdirməməklə vaxtı-vaxtında ərizəçinin bank hesabına ödəmiş, aliment məbləğindən başqa oğlum Muradın bütün tələbatlarını qarşılamış, aliment məbləğindən başqa bu günədək maddi və mənəvi yardımlarımı onlardan əsirgəməmişəm.” Çox maraqlıdır ki, cavabdehin şikayətində göstərdiyi dəlillərini nə ilə təsdiq edə bilər, alimentdən savayı hansı maddi yardım və ya mənəvi yardım göstərmiş və bunu təsdiq edən bir dənə olsun belə sübut və ya dəlil məhkəməyə təqdim edə bilərmi? Əlbəttə yox, belə ki, cavabdehdə belə bir təsdiq olsaydı o çoxdan bu halı əlində bayraq tutaraq məhkəməyə təqdim edərdi. Cavabdeh ümumiyyətlə maraqlanmır ki, övladı hansı vəsait hesabına böyüyür, 16 yaşı tamam olmuş və ali təhsil müəssisəsinə hazırlaşan bir uşağın xərcinin nə qədər olması bütün valideyinlərə bəlli olsa da, bu hal cavabdehə heç bir zaman maraqlı olmayıb. Belə ki, uşağın bütün tələbatları yeganə olaraq tərəfindən qarşılanır. Əgər cavabdeh maddi yardım göstərsəydi və bu yardım onun bildirdiyi kimi olsaydı, o zaman hansı səbəbə görə o bu ərizə ilə məhkəməyə müraciət edərdi. Daha sonra qeyd olunmalıdır ki, cavabdeh şikayət ərizəsində göstərmişdir ki, “Məhkəmə qətnaməsi ilə 2018-ci ildə 300 manat aliment məbləği müəyyənedilərkən “X2” Azərbaycan Respublikasının Qanununa əsasən 2018-ci il üzrə uşalaq üçün yaşayış minimumu 154 manat, 2019-cu il üzrə 160 manat, 2020-ci il üzrə 170, 2021-ci il üzrə 175 manat, 2022-ci il üzrə 193 manat, 2023-cü il üzrə 220 manat, 2024-cü il üzrə 235 manat, 2025-ci il üzrə 246 manat və 2026cı il üzrə 260 manat müəyyən olunmuşdur. 2018- ci il tarixdən hər ay ərizəçiyə tərəfimdən 300 manat aliment məbləği ödənildiyindən, ötən 8 il ərzində qanunla müəyyən olunmuş aliment (2026-cı il üzrə 260 manat) məbləğindən də artıq yenədə ərizəçiyə 300 manat sabit pul məbləğində aliment ödənildiyindən müəyyən olunmuş aliment məbləğinin indeksasiya olunmasına qanuni əsasların olmamasına baxmayaraq məhkəmə tərəfindən aliment məbləğinin minimum əmək haqqı məbləğinin 2.30 misli həddində indeksasiya etməklə maddi hüquq normalarının tələbləri pozmuşdur.” Cavabdeh şikayətində “X2” Azərbaycan Respublikasının Qanununa əsasən 2018-ci il üzrə uşalaq üçün yaşayış minimumu 154 manat, 2019-cu il üzrə 160 manat, 2020-ci il üzrə 170, 2021-ci il üzrə 175 manat, 2022-ci il üzrə 193 manat, 2023- cü il üzrə 220 manat, 2024-cü il üzrə 235 manat, 2025-ci il üzrə 246 manat və 2026-cı il üzrə 260 manat müəyyən olunmasını göstərsə də, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2024 cü il tarixli ** nömrəli Qərarının 8.4-2-ci bəndində qeyd olunmuşdur ki, “Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır.” Göründüyü kimi, cavabdehin istinad etdiyi kimi deyil, yəni indeksasiya uşaqlar üçün yaşayış minimumundan deyil, minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirilmişdir. Yəni cavabdehin istinad etdiyi halları absurt olmaqla tam əsassızdır və sadəcə olaraq, şikayəti əsaslandərmaq üçün söz yığımınan ibarətdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması bərabər vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir.110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Göstərilənləri nəzərə alaraq, cavabdehin şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması bərabər vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcələnin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcələnin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. Işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2024- cü il tarixli ** nömrəli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il ## #### tarixli *- */**** nömrəli Qərarına 8.4-1 və 8.4-2-ci yarımbəndləri əlavə edilmişdir. 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Istinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.(məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). 8.4-2-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda / işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4- 1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). 8.4-3. Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.”; 8.9-2. Alimentin ödənilməsinin Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan icra qaydasının müəyyən edilməsindən sonra həmin qaydanın dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı əsaslar yaranarsa, belə müraciətlərə də MPM-in 231.1-ci maddəsində nəzərdə tutulmuş icra icraatı qaydasında baxılır. Məhkəmə qətnaməsi ilə tutulan alimentin bir hissəsinin Ailə Məcəlləsinin 55.3-cü maddəsinə uyğun şəkildə ödənilməsi, habelə bu icra qaydasının ləğvi və yaxud dəyişdirilməsi ilə bağlı müraciətlər iddia icraatı qaydasında verildikdə MPM-in 153.2.1-ci maddəsinə əsasən iddia ərizəsinin qəbulundan imtina olunmalı, iş səhvən icraata qəbul edildikdə isə MPM-in 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməli və hər iki halda iddiaçıya MPM-in 231.1-ci maddəsinə əsasən qətnamənin icra qaydasının müəyyən edilməsi barədə ərizə ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan qaydada uşağın adına açılmış bank hesabına yığılmış vəsaitə valideynlərdən birinin istəyi ilə sərəncam verilməsi barədə mübahisəyə həmin valideynin tələbi əsasında iddia icraatı qaydasında baxılır. 1.2.3. 8.11-ci bəndə aşağıdakı məzmunda 8.11-1-ci yarımbənd əlavə edilsin: “8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2024-cü il tarixli Sərəncamına əsasən, minimum aylıq əmək haqqının məbləği 2025-ci il ######ın #-dən 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasında 2018-ci ilin yanvar ayının 1-dən 2019-cu ilin ####ın #- dək minimum əmək haqqının məbləği 130 manat müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarı 2018-ci il üzrə həmin tarixə müəyyən edilmiş minimum əmək haqqının (130 manat) 2,30 mislini (300 ÷ 130 = 2,30), təşkil edir. Bu baxımdan birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, tərəflərin birgə nikahından olan, yetkinlik yaşına çatmayan uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün maraqlı şəxsdən hər ay bir uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 2,30 misli həddində sabit pul məbləğində aliment tutularaq, ərizəçiyə ödənilməlidir. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Hazırki ərizə qətnamə ilə tutulan sabit pul məbləğində alimentin indeksasiya edilməsi ilə bağlıdır ki, həmin ərizəyə baxılan zaman ancaq ölkə üzrə minimum əmək haqqı məbləğinin artımı nəzərə alınır. Ailə Məcəlləsinin 112.1-ci maddəsininin tələblərinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması məhkəmə tərəfindən alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsinə (artırılmasına və ya azaldılmasına) əsas ola bilər. Bu məqsədlə tərəflərdən istənilən biri məhkəməyə iddia icraatı qaydasında iddia ərizəsi ilə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu Borclu nümayəndəsi və vəkili Vəkil şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar