Məhkəmə qərarları › İş №8(3-6)-397/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-397/2026

31.08.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-397/2026 31.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI qətnamə əsasında xeyrinə tutulmalı olan pul məbləğinin indeksasiya edilməsinə dair Tələbkar ərizəsi üzrə (Açar sözlər: ödənilməli pul məbləğinin indeksasiyası) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Səlimova Səadət Rəşid qızından və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli, ##.##.2020-ci il tarixli qətnamələri, habelə ##.##.2021-ci il tarixli qərardadı əsasında xeyrinə tutulmalı olan pul məbləğlərinin indeksasiya edilməsinə dair Tələbkar ərizəsi üzrə həmin məhkəmənin ## #### 2026-cı il tarixli qərardadından borclu Borclu nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları

1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı iş üzrə ##.##.2018-ci il tarixli qətnaməsi ilə Borclu 53 000 manat borc məbləği, 6218 manat məzənnə fərqi, habelə 30,40 manat ödənilmiş dövlət rüsumu olmaqla 59 248,4 manatın Tələbkar xeyrinə tutulması qət edilmiş, qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** saylı iş üzrə ##.##.2020-ci il tarixli qətnaməsi ilə Borclu 5921,84 manat maddi zərər, 500 manat mənəvi zərər, dövlət rüsumunun əvəzi olaraq 30 manat dövlət rüsumu olmaqla 6451,84 manatın Tələbkar xeyrinə tutulması qət edilmiş, qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir.

3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-**/**** saylı iş üzrə ##.##.2021-ci il tarixli qərardadı ilə, indeksasiya məbləği olaraq 4132,54 manatın Borclu Tələbkar xeyrinə tutulması qərara alınmışdır.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-*/**** saylı iş üzrə ##.##.2023-cü il tarixli qərardadı ilə, indeksasiya məbləği olaraq 15 293,37 manatın Borclu Tələbkar xeyrinə tutulması qərara alınmışdır.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-*/**** saylı iş üzrə ##.##.2025-ci il tarixli qərardadı ilə, indeksasiya məbləği olaraq 15 293,37 manatın Borclu Tələbkar xeyrinə tutulması qərara alınmışdır.

6. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin ##.##.2026-cı il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı iş üzrə ##.##.2018ci il tarixli və *(***)-***/**** saylı iş üzrə ##.##.2020-ci il tarixli qətnamələri üzrə borc tam olaraq ödənilmişdir.

7. Dövlət Statistika Komitəsinin internet saytında olan “istehlak qiymətləri indeksinin hesablanmasına dair kalkulyator” vasitəsilə (http://www.azstat.org/pr03101011/) hesablanmış və əldə edilmiş nəticəyə əsasən, 2025-cı ilin dekabr ayında 2021-ci ilin aprel ayına nisbətən istehlak qiymətləri indeksi 138,8 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 38,8 faiz artmışdır.

Birinci instansiya məhkəməsindəki hazırkı icraat, qəbul olunmuş məhkəmə aktı

8. Tələbkar (ərizəçi) ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, məhkəməsinin *(***)-****/**** saylı ##.##.2018ci il (59 248,4 manat) tarixli, *(***)-***/**** saylı ##.##.2020-ci il tarixli (6451,84 manat) qətnamələri, habelə *(***)-**/**** saylı, ##.##.2021-ci il tarixli qərardadı ilə 4132,54 manat, ümumilikdə ödənilməli olan 69 832,78 manat pul vəsaitinə münasibətdə 2025-ci il üçün hesablanmış cari dəyəri (ekvivalenti) 15 293,37 manat təşkil edən vəsaitin Borclu xeyrinə tutulması barədə qərardad çıxarılmasını xahiş etmişdir.

9. Borclu Borclu ərizəyə etiraz edərək bildirmişdir ki, borcla bağlı birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə işləri olmuş, daha sonra borc pulla bağlı onun barəsində cinayət işi açılmış, tərəfindən əsas borc ödənilmiş, cinayət işinə xitam verilmiş, lakin tələbkar yenə də indeksasiyaya dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İndeksasiya olunan puldan 4000 manat ödəyib, qarşı tərəflə razılaşıb ödənişlə bağlı, belə ki, onun başqa işlə bağlı məhkəməsi var ki, ona ordan mənzil və qaraj veriləcək, onları satıb indeksasiya dair ödənişdən qalan borcu tələbkara verəcək.

10. Birinci instansiya məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə ərizənin təmin olunması, məhkəmənin *(***)-****/**** saylı ##.##.2018-ci il tarixli, *(***)-***/**** saylı ##.##.2020-ci il tarixli qətnaməsi və *(***)-**/**** saylı ##.##.2021-ci il tarixli qərardadı ilə tutulmuş cəmi 69 832,78 manat məbləğin 2021-ci ilin aprel ayından 2025-cı ilin dekabr ayı da daxil olmaqla indeksasiyası olan 15 293,37 (on beş min iki yüz doxsan üç manat, otuz yeddi qəpik) manatın Borclu alınaraq Tələbkar xeyrinə ödənilməsi qərara alınmışdır.

11. Məhkəmə gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 232.1-ci, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunun 1-ci, 2-ci, “İcra haqqında” Qanunun 20.1.5-ci maddələrinə və Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” # ######## 2015-ci il tarixli və “Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2025-ci il tarixli Qərarlarına istinadla aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

Hazırkı işin halları ondan ibarətdir ki, borcludan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.## 2018-ci il tarixli qətnaməsi ilə 59248,4 manat, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2020-ci il tarixli qətnaməsi ilə 6451,84 manat və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-**/**** saylı ##.##.2021-ci il tarixli qərardadı ilə 4132,54 manat pul tutulmuşdur.

Məhkəmə qeyd edir ki, pul məbləğinin indeksasiyası dedikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul məbləğinin qanunla müəyyən edilmiş əsaslarla və qaydada artırılması başa düşülür. Pul məbləğlərinin indeksasiyası, hər şeydən əvvəl istehlak qiymətlərinin artması ilə əlaqədar həmin məbləğin dəyərini qorumaqla vətəndaşın qanuni mənafeyini müdafiə etmək məqsədi daşıyır. Ödənilməli olan pul vəsaiti inflyasiya və s. kimi mənfi iqtisadi proseslər nəticəsində öz dəyərini əhəmiyyətli şəkildə itirmişdirsə və bununla əlaqədar olaraq həmin məbləğin alıcılıq qabiliyyəti aşağı düşmüşdürsə, belə hallarda məhkəmə prosesi tərəflərinin pozulmuş hüquqlarının bərpası üçün həmin məbləğin indeksasiya edilməsi zərurəti yaranır.

Məhkəmə tərəfindən Dövlət Statistika Komitəsinin istehlak qiymətləri indeksinin hesablanmasına dair kalkulyatorundan (http://www.azstat.org/pr03101011/) əldə edilmiş nəticələrdən görünür ki, 2025-cı ilin dekabr ayında 2021-ci ilin aprel ayına nisbətən istehlak qiymətləri indeksi 138,8 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 38,8 faiz artmışdır.

Göründüyü kimi indeksləşdirmə anından artan yekunla hesablanmış istehlak qiymətlərinin indeksi 2025-cı ildə 5 faizlik həddi keçmişdir. Bu hal "Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən indeksləşdirmənin həyata keçirilməsinə zəmin yaradır.

Hazırda məhkəməyə borcun tam ödənilməsinə dair məktub təqdim edilsə də, məhkəməyə təqdim edilmiş icra işində icra sənədinin tam icra olunmasına dair icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar mövcud olmadığından borclu tərəfindən borcun tam ödənilməsi halı təsdiq edilmir.

e******/****-*-** saylı, e******/****-*-** saylı və e******/****-*-** saylı icra işlərinə əlavə edilmiş borclu Borclu izahatından görünür ki, ##.##.2025-ci il tarixə borclu tərəfindən ödənilmiş məbləğ 59 400 manat təşkil edir. Bu da onu deməyə əsas veriri ki, 2025-ci ildə icra sənədləri üzrə ödənilməli olan borc bağlanmamışdır.

Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin ##.##.2026-cı il tarixli məktubundan və icra işlərindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2018-ci il tarixli və *(***)-***/**** saylı ##.##.2020-ci il tarixli qətnamələri üzrə borc tam olaraq ödənilmişdir.

Göründüyü kimi, icra sənədləri üzrə tələb edilən pul məbləğinin 2025-ci il üzrə indeksasiya edilməsinə zəmin yaranmışdır.

Dövlət Statistika Komitəsinin istehlak qiymətləri indeksinin hesablanmasına dair kalkulyatorundan (http://www.azstat.org/pr03101011/) əldə edilmiş məlumatlardan görünür ki, 2021-ci ilin aprel ayından 2025-cı ilin dekabr ayına nisbətən istehlak qiymətləri indeksi 138,8 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 38,8 faiz artmışdır (69 832,78 x 38,8 /100= 27 095,11 manat).

Məhkəmə qeyd edir ki, tələbkar 2025-ci il üçün hesablanmış cari dəyərinin (ekvivalenti) 15 293,37 manat təşkil edən vəsaitin borcludan tutulmasını xahiş etmişdir. Odur ki, məhkəmə tələbdən kənara çıxmayaraq, ərizəni həmin hissədə təmin etməlidir.

Odur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2018-ci il tarixli qətnaməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2020-ci il tarixli qətnaməsi və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)- **/**** saylı ##.##.2021-ci il tarixli qərardadı ilə tutulmuş cəmi 69 832,78 manatın 2021ci ilin aprel ayından 2025-cı ilin dekabr ayı da daxil olmaqla indeksasiya olunan 15 293,37 manat məbləğində pul vəsaiti Borclu alınaraq Tələbkar xeyrinə ödənilməlidir.

12. Həmin qərardaddan borclunun nümayəndəsinin (vəkilinin) verdiyi şikayət məhkəmənin ## #### 2026-cı il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

13. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə 15 293,37 manat məbləğini indeksasiya edərkən *(***)-**** saylı ##.##.2018-ci il tarixli və *(***)***/**** saylı ##.##.2020- tarixli qətnamə üzrə 65 699,40 manat borcun tam olaraq Xətai rayon icra şöbəsinin depozit hesabına ödənilmiş olduğunu nəzərə almamış, işə formal baxış keçirməklə qərar çıxarmışdır.

Apellyasiya baxışı

14. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır.

Tətbiq edilən hüquq

“Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanun

15. Maddə 1. İndeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmidir.

16. Maddə 2. Vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsasını istehlak qiymətlərinin indeksi təşkil edir. Azərbaycan Respublikasında istehlak qiymətlərinin indeksi əhalinin yaşayış minimumunu hesablamaq üçün qəbul edilmiş minimum istehlak səbətinə uyğun olaraq dövlət, kooperativ ticarətində və xüsusi ticarətdə qiymətlərin, habelə mülkiyyət formasından asılı olmayaraq bütün xidmət sahəsi obyektlərində pullu xidmət tariflərinin dəyişilməsinin müşahidəsi nəticəsində əldə edilmiş statistika məlumatı əsasında hesablanır. İstehlak qiymətlərinin dəyişməsini respublikanın statistika orqanları tərkibində fəaliyyət göstərən xüsusi dövlət xidməti müşahidə edir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

17. Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə, qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər.

18. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun # ######## 2015-ci il tarixli qərarı

Qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan vəzifələr (qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi, əlavə qətnamənin çıxarılması, qətnamənin izah edilməsi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissəhissə 19. icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, ödənilməli pul məbləğlərinin indeksasiyası) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır.

“Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2025-ci il tarixli Qərarı

20. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələrindən irəli gələrək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsi üzrə tərəflər məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamə üzrə tutulmalı olan pul məbləğinin, onun tam ödənilməsinədək olan müddət ərzində indeksasiyası ilə bağlı ərizə ilə məhkəməyə müraciət edə bilərlər.

Apellyasiya baxışının həddi

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

Məhkəmə kollegiyasının mövqeyi

22. İndeksasiya dedikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul məbləğinin qanunla müəyyən edilmiş əsaslarla və qaydada artırılması başa düşülür. Pul məbləğlərinin indeksasiyası, hər şeydən əvvəl istehlak qiymətlərinin artması ilə əlaqədar olur və həmin məbləğin dəyərini qorumaqla vətəndaşın qanuni mənafeyini müdafiə etmək məqsədi daşıyır. Ödənilməli olan pul vəsaiti inflyasiya və s. kimi mənfi iqtisadi proseslər nəticəsində öz dəyərini əhəmiyyətli şəkildə itirmişdirsə və bununla əlaqədar olaraq həmin məbləğin alıcılıq qabiliyyəti aşağı düşmüşdürsə, belə hallarda məhkəmə prosesi tərəflərinin pozulmuş hüquqlarının bərpası üçün həmin məbləğin indeksasiya edilməsi zərərəti yaranır.

23. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, qanuni qüvvəyə minmiş qətnamə aktları əsasında ərizəçinin xeyrinə tutulmasına qərar verilmiş məbləğlərin indeksasiya edilməsi Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsində nəzərdə tutulmuş institutun mənasına uyğun olmuşdur. Şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-

24. maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası 398, 405-ci

QƏRARA ALDI:

Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı iş üzrə ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Səadət Səlimova

Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar