Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-400/2026 31.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Məmməd Allahverdi oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından ərizəçi Ərizəni verən şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (tələbkar) Ərizəni verən şəxs borclular X2 və borclu1 qarşı olan “ödənilməli pul məbləğinin indeksasiya olunması” barədə ərizə ilə müraciət edərək Nizamı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ####### 2016-cı il tarixli məhkəmə qərarı ilə müəyyən edilmiş 407 manat pul məbləğini indeksləşdirilərək 2016-cı il oktyabr ayından 2025-cı il dekabr ayınadək 174.10 faiz artımı (407 manat x 174.10 % = 708.59 manat) nəzərə alınaraq cəmi, 1115.59 manat məbləğində indeksləşdirilmənın müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizəçi (tələbkar) Ərizəni verən şəxs borclular borclu2 və borclu1 qarşı olan “ödənilməli pul məbləğinin indeksasiya olunması”na dair ərizəsi geri qaytarılmışdır. Həmin qərardaddan ərizəçi şikayət verərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair ##.##.2015-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu Mülki Prosessual Məcəlləsinin qeyd olunan normalarına əsaslanaraq hesab etmişdir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bu vəzifələr (qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi, əlavə qətnamənin çıxarılması, qətnamənin izah edilməsi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissəhissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, ödənilməli pul məbləğlərinin indeksasiyası) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qətnamənin icrasının təmin edilməsi isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13-cü fəslində müəyyən olunmuş qaydada həyata keçirilir (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsi). Azərbaycan Respublikasının Qanunvericiliyinin yuxarıda qeyd edilmiş müddəalarının tələblərindən və işin faktiki hallarından da göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun da “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair ##.##.2015-ci il tarixli Qərarında da qeyd etdiyi kimi ödənilməli pul məbləğlərinin indeksasiyası məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qətnamənin icrasının təmin edilməsi isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13-cü fəslində müəyyən olunmuş qaydada həyata keçirilir (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsi). Buna baxmayaraq, hazırkı iş üzrə birinci instansiya məhkəməsi ərizəçiyə istinad etdiyi məhkəmə aktının surətini ərizəyə əlavə etmədiyini əsas gətirərək MPMin 149.2.3 və 152.1.1-ci maddələrini, habelə Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsində nəzərdə tutulan analogiyanı tətbiq etməklə ərizəni geri qaytarmışdır. Məhkəmə hesab etmişdir ki, indeksasiya tələbinin əsasını təşkil edən məhkəmə aktının surəti təqdim edilmədiyindən ərizə prosessual qanunvericiliyin tələblərinə uyğun hesab edilə bilməz. Hesab edir ki,məhkəmənin bu mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin sistemli təfsirinə, hüquqi müəyyənlik prinsipinə və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə uyğun deyildir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsi indeksasiya barədə ərizəyə dair xüsusi prosessual normadır və həmin maddədə ərizəyə hansı sənədlərin əlavə edilməli olduğu müəyyən edilməmişdir. Qanunverici indeksasiya institutu üçün ayrıca prosessual qayda müəyyən etmiş, ərizəyə məhkəmə iclasında baxılmasını nəzərdə tutmuşdur. Bu səbəbdən Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində iddia ərizəsinə dair müəyyən edilmiş tələblərin indeksasiya barədə ərizəyə avtomatik tətbiqi qanundan irəli gəlmir. Məhkəmənin Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə istinad etməsi də əsaslı hesab oluna bilməz. Həmin norma yalnız qanunda boşluq olduqda analoji hüquq normasının tətbiqinə imkan verir. Lakin analogiyanın tətbiqi nəticəsində qanunvericilikdə nəzərdə tutulmayan yeni prosessual vəzifələrin yaradılması və ya şəxsin məhkəməyə müraciət hüququnun məhdudlaşdırılması yolverilməzdir. Hazırkı halda məhkəmə faktiki olaraq ərizəçinin üzərinə qanunda nəzərdə tutulmayan əlavə sübutetmə öhdəliyi qoymuşdur. Halbuki indeksasiya barədə ərizəyə baxan məhkəmə məhz həmin məhkəmə aktını qəbul etmiş məhkəmədir. Bu səbəbdən iş materialları, məhkəmə aktı və digər prosessual sənədlər məhkəmənin öz arxivində və ya informasiya sistemində mövcuddur. Belə olan halda artıq məhkəmənin sərəncamında olan sənədin surətinin yenidən ərizəçidən tələb edilməsi prosessual qənaət prinsipinə və məhkəmə araşdırmasının səmərəliliyi məqsədinə uyğun gəlmir. Bundan başqa, Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsində indeksasiya barədə ərizəyə məhkəmə iclasında baxılması imperativ qaydada müəyyən edilmişdir. Bu norma məhkəmənin ərizənin mahiyyətini araşdırmasını, zəruri hesab etdiyi hallarda əlavə məlumat və sənədləri əldə etməsini, bundan sonra isə mahiyyəti üzrə qərardad qəbul etməsini nəzərdə tutur. Halbuki hazırkı iş üzrə ərizə mahiyyəti üzrə araşdırılmadan, məhkəmə iclası keçirilmədən və iş materialları yoxlanılmadan geri qaytarılmışdır ki, bu da Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinin məqsədinə və məzmununa uyğun hesab edilə bilməz. Nəticə etibarilə, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsində nəzərdə tutulmayan əlavə prosessual şərtlər yaratmış, hüquq analogiyasını təyinatından kənar tətbiq etmiş, ərizəçinin üzərinə qanunda nəzərdə tutulmayan vəzifə qoymuş və nəticədə Konstitusiyanın 60-cı maddəsi ilə təminat verilmiş məhkəmə müdafiəsi hüququnu formal əsaslarla məhdudlaşdırmışdır. Bu səbəbdən mübahisələndirilən qərardad qanuni və əsaslı hesab edilə bilməz. Bundan əlavə, birinci instansiya məhkəməsinin mövqeyi öz daxilində də ardıcıl deyildir. Belə ki, məhkəmə bir tərəfdən Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə istinad etməklə indeksasiya barədə ərizəyə iddia ərizəsinə dair tələbləri analogiya qaydasında tətbiq etmiş, digər tərəfdən isə həmin analogiyanın tətbiqi nəticəsində yaranmış prosessual vəziyyətin həlli üçün Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin imperativ tələblərini nəzərə almamışdır. Halbuki, məhkəmə hesab edirdisə ki, ərizənin tam və obyektiv araşdırılması üçün əlavə sənədlərin əldə olunmasına ehtiyac vardır, bu hal ərizənin geri qaytarılması üçün deyil, Mülki Prosessual Məcəlləsinin 232.2ci maddəsinə uyğun olaraq məhkəmə iclasında araşdırılaraq zəruri sənədlərin iş materiallarından və ya müvafiq dövlət orqanlarından əldə edilməsi üçün əsas ola bilərdi. Prosessual normanın məqsədi ərizəyə mahiyyəti üzrə baxılmasını təmin etmək olduğu halda, formal səbəblərlə ərizənin geri qaytarılması məhkəməyə çıxış hüququnun qeyri-mütənasib şəkildə məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Birinci instansiya məhkəməsi qərardadda gəldiyi nəticələri təsdiq edən kifayət qədər sübutlara istinad etməmişdir. Məhkəmə tərəfindən indeksasiya hüququnun həyata keçirilməsinə maneə kimi qiymətləndirilən halların mövcudluğu və həmin halların ərizənin rədd edilməsi üçün hüquqi əsas yaratması sübuta yetirilməmişdir. Qərardadda istinad edilən nəticələr iş materiallarında olan sübutlardan irəli gəlmir, həmin nəticələrlə sübutlar arasında səbəbli əlaqə göstərilmir və məhkəmə tərəfindən bu halların hansı sübutlarla müəyyən edildiyi əsaslandırılmır. Bundan əlavə, məhkəmə indeksasiya institutunun tətbiqinə maneə kimi qəbul etdiyi halların qanunvericilikdən irəli gəldiyini və ya ərizəçinin hüququnun məhdudlaşdırılması üçün kifayət qədər əsas təşkil etdiyini sübut etməmişdir. Nəticədə məhkəmənin gəldiyi nəticələr ehtimallara və normanın geniş təfsirinə əsaslanmış, lakin mötəbər və kifayət qədər sübutlarla təsdiq olunmamışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə Kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, ərizəçi məhkəməyə müraciət edərək, məhkəmədən Bakı şəhəri Nizami rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2016-cı il tarixli qərarı ilə müəyyən edilmiş pul məbləğinin indeksasiya edilməsini xahiş etmiş, lakin sözügedən məhkəmə aktını ərizəyə əlavə etməmişdir. Halbuki, qanunvericiliyin tələbidir ki, ərizəçi tələbinin faktiki əsasını təsdiq edən sənədi iş materiallarına əlavə etsin. Belə ki, ərizənin mahiyyəti məhkəmə qərarı ilə ödənilməli olan pul məbləğinin indeksasiya edilməsi olduğundan, indeksasiya edilməli olan məhkəmə qərarı iş materiallarına əlavə edilməlidir. Ərizəçi isə sübut qismində “icra edilməyən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” icra məmuru tərəfindən qəbul edilmiş qərarı iş materiallarına əlavə etmişdir. Həmin qərar isə tələbin əsasını təşkil edən faktı təsdiq edən sübut qismində qiymətləndirilə bilməz. Göründüyü kimi tələbin əsasını təsdiq edən faktıki halı sübut etmə yükü ərizəçinin üzərinə düşməsinə baxmayaraq, ərizəçi məhkəməyə tələbin əsasını təsdiq edən sənədi təqdim etməyərək, sanki iş üzrə əlavə sübutlar toplamağı məhkəmənin üzərinə qoymuşdur. Bu isə həm qanunvericiliyin tələbinə zidd olmaqla yanaşı, hazırkı ərizələrə məhkəmədə baxılma müddəti və ərizəçi tərəfindən məhkəməyə ünvanlanan eyni məzmunlu ərizələrin sayı nəzərə alınmaqla, məhkəmənin iş yükünün artmasına, hazırkı ərizələrə məhkəmədə uzun müddət baxılmasına, araşdırılmasına, yəni, nəticədə ərizəçinin üzərinə düşən vəzifənin məhkəmə tərəfindən icrasına gətirib çıxarır. Bundan başqa hazırkı ərizələr üzrə müvafiq icra sənədlərinin icra şöbəsinin icraatında olubolmaması məsələsi ilə bağlı Məhkəmə Kollegiyası qeyd edir ki, məlumdur ki, icra sənədi icra şöbəsinin icraatında müəyyən səbəblərdən olmadığı hallarda, məsələn “İcra haqqında” Qanunun 23-cü maddəsinin tələblərinə əsasən geri qaytarıldığı hallarda, məhkəmə qərarı ilə ödənilməli olan pul məbləğinin indeksasiya edilməsi ilə bağlı məhkəmə qərarı icra şöbəsinə göndərildikdə, icra şöbəsinin icraatında müvafiq icra sənədinin olmaması səbəbindən icrası mümkün olmur. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, ərizəçi ilk öncə müvafiq icra sənədinin icra şöbəsinin icraatında olubolmamasını aydınlaşdırmalı, icra şöbəsinin icraatında olmadığı halda isə ilk öncə müvafiq icra sənədinin təkrar icraya yönəldilməsi üçün qanunvericiliklə müəyyən edilmiş addımları atmalı, məsələn, icra məmuru tərəfindən qəbul edilmiş qərarı mübahisələndirməli və ya icra sənədinin yenidən icraya yönəldilməsi üçün əsas olan halların mövcudluğunu sübut etməli, bundan sonra indeksasiya ərizəsi ilə məhkəməyə müraciət etməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən ərizəçinin üzərinə qanunda nəzərdə tutulmayan əlavə sübutetmə öhdəliyi qoyulmamışdır. Əksinə mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bundan başqa birinci instansiya məhkəməsi tərəfindən analogiya tətbiq edilməsi ilə bağlı hər hansı prosessual pozuntuya yol verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinin məzmunu məhkəməyə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət etməsinə imkan yaradır. İş materiallarından görünür ki, ərizəçinin tələbi indeksasiya ilə bağlıdır. Bununla bağlı Məhkəmə Kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllədə isə “ödənilməli pul məbləğlərinin indeksasiyası” başlığı ilə olan normada indeksasiya barədə ərizəyə baxılması qaydasını müəyyən və ərizənin forma və məzmunu ilə bağlı hər hansı bir qeyd olmamışdır. Digər tərəfdən Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsində indeksasiya barədə ərizəyə baxılması qaydasını müəyyən edilir, lakin bu, ərizəçinin qanunda nəzərdə tutulmuş sənədləri ərizəyə əlavə etmək və ərizənin qanunun tələblərinə uyğun təqdim etmək vəzifəsini aradan qaldırmır. Belə olan halda Məhkəmə Kollegiyası şikayətin dəlilləri formal mülahizələrdən ibarət olmaqla öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 397-398, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDI: Ərizəçi Ərizəni verən şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-6)-400/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-400/2026
31.08.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver