Məhkəmə qərarları › İş №8(3-6)-401/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-401/2026

31.08.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-401/2026 31.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-***/**** saylı qərardadından tələbkar Tələbkar və Bakı şəhəri Binəqədi Rayon Icra Şöbəsinin böyük icra məmuru İsmayılov Bəxtiyar Cabir oğlu tərəfindən verilmiş şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: Tələbkar Tələbkar şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsinin icra olunmasının təmin edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, ##.##.2023-cü il tarixdə cavabdeh Borclu qarşı qanunsuz hərəkətlərin qadağan edilməsi və zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsinə əsasən onun, yəni iddiaçı Tələbkar cavabdeh Borclu qarşı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “xxxx” ASC və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin * nömrəli Mənzil İstismar Sahəsi cəlb edilməklə “qanunsuz hərəkətlərin qadağan edilməsi və zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçının istifadə etdiyi torpaq sahəsində yerləşən və cavabdehin istifadə etdiyi çəndən su axıntısına səbəb olan halın Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil- İstismar hissəsinin * nömrəli Mənzil İstismar Sahəsinin razılıq verdiyi qaydada aradan qaldırılması vəzifəsi cavabdeh Borclu həvalə edilmiş, hüquqi yardım göstərilməsi ilə bağlı vəkilə ödənilən 71 manat və dövlət rüsumunun əvəzi qismində 100 manat məbləğində pul vəsaitinin cavabdeh Borclu tutularaq, ona, yəni iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. ##.##.2025-ci il tarixdə 2(001)-***/**** №-li məhkəmə aktının icra edilməsi üçün ##.##.2024-cü il tarixli icra vərəqəsi verilmiş və Binəqədi rayon İcra şöbəsinə göndərilmiş, lakin bu günə qədər icra sənədinin icrası təmin edilməmişdir. Halbuki, “İcra haqqında” Qanunun 12.1-ci maddəsinin tələbinə əsasən, bu Qanunun 8.2-ci maddəsinin üçüncü və beşinci abzaslarında nəzərdə tutulmuş hallar istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Bununla əlaqədar olaraq o, ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikası Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri cənab Fuad Ələsgərovun qəbulunda olmuş, lakin heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də, o, ##.##.2026-cı il tarixdə təkrar olaraq Azərbaycan Respublikası Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri cənab Fuad Ələsgərovun qəbulunda olmuşdur. ##.##.2026-cı il tarixdə Maraqlı şəxs böyük icra məmuru Bəxtiyar İsmayılov yuxarıda qeyd edilən ünvana gəlmiş və icra hərəkətlərinin həyata keçirilməsində qanunsuz olaraq iştiraka cəlb edilmiş borclu Borclu anası Mahi Tahirova icra məmurundan tələb etmişdir ki, həmin sahədə olan dəmir çən çıxarılaraq onlara verilməlidir. Məhz bundan sonra icra məmuru Bəxtiyar İsmayılov icra sənədinin icrasını təmin etmədən, sadəcə olaraq formal bir akt tərtib edərək icra yerini tərk etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ilkin müraciət etdiyi ##.##.2023-cü il tarixdən keçən 2 il 9 ay ərzində cavabdeh Borclu qanunazidd əməllərinin səbəb olduğu fəsadların aradan qaldırılması üçün xeyli miqdarda vəsait sərf edilməsi tələb olunur. Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru Bəxtiyar İsmayılovun hərəkətsizliyi üzündən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi icra olunmur. Borclu Borclu isə ona zərər vurmaqda davam edir. Cavabdeh Borclu qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair *(*-**)-****/**** saylı mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatındadır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-***/**** saylı qərardadı ilə şikayət qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)- ***/**** saylı ##.##.2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı qanunvericilikdə müəyyən edilmiş tələblərə riayət etmək və məhkəmənin müəyyən etdiyi qaydada icra sənədinin icrasını təmin etmək vəzifəsinin Maraqlı şəxs icra məmuruna həvalə edilməsi qərara alınmışdır. Həmin qərardaddan tələbkar Tələbkar tərəfindən şikayət verilərək, qərardadın ləğv edilərək, işə mahiyyəti üzrə baxılması məhkəmədən xahiş edilmişdir. Tələbkar Tələbkar tərəfindən verilmiş şikayət onunla əsaslandırılmışdır ki, qarşı tərəfin məhkəməyə təqdim etdiyi ##.##.2026-cı il tarixli “Akt” qanunu pozmaqla əldə edilmişdir və o, ##.##.2026-cı il tarixdə şəxsi kabinet vasitəsilə bu haqda məlumat təqdim etmişdir. Belə ki, iş materiallarında olan, həmin torpaq sahəsinin su sızması nəticəsində iri gölməçələr yaranması faktını özündə əks etdirən ##.##.2026-cı il tarixdə çəkilmiş 9 ədəd şəkil həmin aktda qeyd edilən məlumatların yalan olması faktını sübuta yetirir. Aktı birinci imzalayanın hərəkətsizliyindən (hərəkətlərindən) şikayət verildiyindən işin nəticəsi ilə birbaşa maraqlı olan şəxsdir. Aktı üçüncü imzalayan Borclu icra işi üzrə borclu olduğuna görə işin nəticəsi ilə birbaşa maraqlı olduğu üçün həmin aktın onun tərəfindən imza edilməsi yolverilməzdir. Aktı dördüncü və beşinci imzalayan şəxslər öz imzaları ilə həqiqəti inkar edən ifadələrin yalan olduğunu bilə-bilə təsdiq etmişlər. Aktı altıncı imzalayan Səbinə Ramaldanova borclu Borclu həyat yoldaşıdır və işin nəticəsi ilə maraqlı olduğuna görə hal şahidi ola bilməz. Aktı yeddinci və səkkizinci imzalayan şəxslər oraya hal şahidi qismində dəvət olunmamışlar və həmin torpaq sahəsinə baxış keçirilməsində iştirak etməmişlər. Sadəcə olaraq hər ikisi borclu Borclula birlikdə şəhərciyin həyətində yerləşən “besetka”da hər gün gecənin yarısına qədər nərd oynadıqlarına görə Bəxtiyar İsmayılov akt tərtib edərkən orada olmuşlar. *(*-**)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadda qeyd edilmişdir ki, “Sukanal İdarəsinin mühəndis-texniki və çilingəri ətraflı olaraq su çəninin ətrafına baxış keçirmişlər və su axıntısı müşahidə edilməmişdir. Baxış zamanı hal şahidləri də həmin sahəyə dəvət edilmişlər və onlar da hər hansı su axıntısının olmamasının şahidi olmuşlar. Həmin sahədə torpaq qatı quru idi və heç bir su sızıntısı yox idi.” Qanuni qüvvəyə minmiş *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, “Həmin su çəninin yerə basdırılan hissəsində korroziya nəticəsində su sızıntısının olduğu ehtimal edilir. Belə ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ##.##.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, texniki baxış zamanı Borclu məxsus ehtiyat su çənindən əraziyə suyun sızması aşkar edilmişdir.” Məhkəmə onun tərəfindən təqdim edilmiş sübutların heç birinə baxmamış və qərardadda da onlar haqqında bir söz belə qeyd edilməmişdir. Qarşı tərəfin məhkəməyə təqdim etdiyi ##.##.2026-cı il tarixli “Akt” isə mübahisəsiz olaraq mötəbər sübut kimi qiymətləndirilərək yalnız onun əsasında qanunsuz yekun məhkəmə aktı çıxarılmışdır. Halbuki, iş materiallarında olan, həmin torpaq sahəsinin su sızması nəticəsində iri gölməçələr yaranması faktını özündə əks etdirən ##.##.2026-cı il tarixdə çəkilmiş 9 ədəd şəkil həmin aktda qeyd edilən məlumatların yalan olması faktını sübuta yetirir. Eyni zamanda həmin qərardaddan Maraqlı şəxs böyük icra məmuru İsmayılov Bəxtiyar Cabir oğlu tərəfindən şikayət verilərək, qərardadın ləğv edilməsi və Maraqlı şəxs böyük icra məmuru Bəxtiyar İsmayılovun hərəkətsizliyinin qanunsuz hesab edilməsi və zəruri icra hərəkətlərinin aparılması vəzifəsinin sonuncunun üzərinə qoyulması barədə şikayətin təmin edilməməsi barədə qərardad qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- ***/**** saylı ##.##.2024-cü il tarixli qətnaməsinə əsasən iddiaçı Tələbkar istifadə etdiyi torpaq sahəsində yerləşən və cavabdehin istifadə etdiyi çəndən su axıntısına səbəb olan halın Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin * nömrəli Mənzil İstismar Sahəsinin razılıq verdiyi qaydada aradan qaldırılması vəzifəsinin cavabdeh Borclu həvalə edilməsi qət edilmişdir. İşdə olan tərəfindən CD diskdə təqdim etdiyi video görüntülərdən məlum olur ki, tələbkar istifadə etdiyini iddia etdiyi torpaq sahəsini ümumiyyətlə istifadə etmir və torpaq sahəsinin içərisi boyu iki metrdən çox olan qamış kolları ilə doludur və həmçinin kolların arasında çoxlu boş içki şüşələri və digər məişət tullantıları vardır. İcra sənədinin icrası ilə bağlı tərəfindən dəvət edilmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşı borclunun isifadə etdiyi su çəninin ətrafını nə qədər axtarsa da, orada su axıntısı aşkar edə bilməmişdir. Tələbkar isə, icra sənədinin icrasını təmin etmək üçün su çəninin olduğu yeri kol-kosdan, məişət tullantılarından təmizləmək əvəzinə, guya həmin çəndən su axıntısının davam etdiyini iddia etməkdədir. Lakin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən təqdim edilmiş icra yerinə baxışı əks etdirən CD diskdəki video görüntü tam, hərtərəfli tədqiq edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin * nömrəli Mənzil İstismar Sahəsinin Binəqədi rayon İcra şöbəsinə ünvanladığı ##.##.2026-cı il tarixli məktubdan görünür ki, **/**-****/****-* saylı, ##.##.2026-cı il tarixli sorğuya cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin *** nömrəli ##.##.2012-ci il tarixli sərəncamı əsasında dövlət təşkilatlarının balansında olan xarici su təchizatı, kanalizasiya şəbəkə və qurğuları həmin təşkilatların mənzil fondunda olan çoxmənzilli yaşayış binalarının daxili su təchizatı və kanalizasiya sistemləri “xxxx” ASC-nə təhvil verilmişdir. Qeyd olunan ərazi Müdafiə Nazirliyinin balansındadır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2024-cü il tarixli icra sənədinin “xxxx” ASC-nin Binəqədi rayonu üzrə müvafiq idarələri ilə razılaşdırılaraq hər hansı bir formada həll olunmasına Bakı Qarnizonu Mənzil İstismar hissəsinin * nömrəli Mənzil İstismar Sahəsi etiraz etmir. Bundan başqa, Binəqədi rayon Sukanal İdarəsinin Binəqədi rayon İcra şöbəsinə ünvanladığı ##.##.2026-cı il tarixli məktubundan görünür ki, Binəqədi rayon Sukanal İdarəsinə göndərilmiş 17/68-9809/2025 * saylı, ##.##.2026-cı il tarixli müraciətdə qeyd olunan ünvana əməkdaşları tərəfindən ##.##.2026-cı il tarixdə ətraflı baxış keçirilmiş və baxış zamanı hər hansı su axıntısı və su sızıntısı aşkar edilməmişdir. Bununla bağlı müvafiq akt tərtib edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi qərardad qəbul edərkən yuxarıda qeyd etdiklərini nəzərə almamış, işdə olan sübutlara əsaslanmayan qərardad qəbul etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-**)-***/**** saylı qərardadı ilə şikayətlər təmin edilməmiş və şikayətlər mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə Kollegiyası, şikayətlərin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayətlər təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)- ***/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsinə əsasən iddiaçı Tələbkar cavabdeh Borclu qarşı və mübahisə predmeti barəsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “xxxx” ASC və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin * nömrəli Mənzil İstismar Sahəsi cəlb edilməklə “qanunsuz hərəkətlərin qadağan edilməsi və zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçının istifadə etdiyi torpaq sahəsində yerləşən və cavabdehin istifadə etdiyi çəndən su axıntısına səbəb olan halın Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil- İstismar hissəsinin * nömrəli Mənzil İstismar Sahəsinin razılıq verdiyi qaydada aradan qaldırılması vəzifəsi cavabdeh Borclu həvalə edilməsi qət edilmişdir. Maraqlı şəxs böyük icra məmuru X2 tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2024-cü il tarixli icra sənədinin icra edilməsi üçün icraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbin könüllü icra edilməsi üçün bildirişlə birlikdə borclunun qeydiyyatda olduğu ünvana göndərilmiş, həmin qərar və bildiriş borclu Borclu tərəfindən ##.##.2025-ci il tarixdə qəbul edilmişdir. İş materiallarından görünür ki, borclunun izahatı alınmış, icra sənədinin icra edilmədiyi təqdirdə məsuliyyət barədə borcluya müvafiq xəbərdarlıqlar edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2024-cü il tarixli icra sənədinin icra edilməsi məqsədilə bir neçə dəfə icra məmuru tərəfindən mübahisəli ünvana baxış keçirilmiş, baxışın nəticələri barədə müxtəlif tarixlərdə aktlar tərtib edilmiş, icra məmuru tərəfindən ## ### 2026-cı il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonu Mənzil-İstismar hissəsi * №-li Mənzil-İstismar Sahəsinə icra sənədinin icra edilməsinə köməklik göstərilməsi məqsədilə məktub ünvanlanmış, bundan əlavə ## #### 2026-cı il tarixdə su axıntısına səbəb olan halın aradan qaldırılması üçün Sukanal Idarəsinin əməkdaşlarının həmin ünvanda tədbirlərin görülməsi məqsədilə Bakı şəhəri Sukanal İdarəsinə müraciət edilmişdir. Göründüyü kimi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2024-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi üçün icra məmuru tərəfindən bir sıra zəruri tədbirlər həyata keçirilmişdir. Bununla belə icra məmuru tərəfindən həyata keçirilmiş tədbirlər Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2024-cü il tarixli icra sənədinin tam şəkildə, yəni icra sənədində göstərilən qaydada icra edilməsinə kifayət etməmiş, hazırkı günədək sözügedən icra sənədi icra edilməmişdir. Halbuki “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikası məhkəmələrinin, beynəlxalq arbitrajların və münsiflər məhkəmələrinin, xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının mülki və kommersiya mübahisələrinə dair işlər üzrə qərarlarının, cinayət işləri üzrə hökmlərinin və qərarlarının əmlakın alınmasına dair hissəsinin, habelə məhkəmə əmrlərinin, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərarlarının, inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) qərarlarının, alimentlərin ödənilməsi barədə notariat qaydasında təsdiq edilmiş sazişlərin, notariusun icra qeydlərinin, məişət zorakılığı ilə bağlı işlərə baxmaq səlahiyyəti olan orqanlar tərəfindən verilən qısamüddətli mühafizə orderlərinin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların (bundan sonra - məhkəmə və digər orqanların) qərarlarının məcburi icrası qaydalarını və şərtlərini müəyyən edir. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir və məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Bununla yanaşı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Eyni zamanda “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 29.1-ci maddəsinə görə tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq yuxarıda olan nəticəyə gəlmişdir Birinci instansiya məhkəməsi göstərilən nəticəyə gələrkən eyni zamanda düzgün olaraq qeyd etmişdir ki, icra məmuru tərəfindən icra sənədinin icra edilməsi üçün məhkəmənin müəyyən etdiyi qayda əsas götürülməklə, yəni iddiaçının istifadə etdiyi torpaq sahəsində yerləşən və cavabdehin istifadə etdiyi çəndən su axıntısına səbəb olan halın Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin * nömrəli Mənzil İstismar Sahəsinin razılıq verdiyi qaydada aradan qaldırılması imkanı mümkündür və tərəflərin və aidiyyəti qurumların mütəxəssislərinin cəlb edilməklə iştirakları ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin * nömrəli Mənzil İstismar Sahəsinin razılığı nəzərə alınmaqla əlaqəli və koordinasiyalı şəkildə çəndən su axıntısına səbəb olan hal aradan qaldırılmalıdır. Məhkəmə Kollegiyası şikayətlərin dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarından müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024cü il tarixli qətnaməsi ilə cavabdeh Borclu istifadə etdiyi su çənindən iddiaçı Tələbkar istifadə etdiyi torpaq sahəsinə su axıntısına səbəb olan halın Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin * nömrəli Mənzil İstismar Sahəsinin razılıq verdiyi qaydada aradan qaldırılması vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Həmin qətnamə qanuni qüvvəyə minmiş icra sənədi olduğundan onun icrası məcburidir. Məhkəmə qərarlarının icrasının təmin edilməsi ədalət mühakiməsinin ayrılmaz tərkib hissəsidir. Məhkəmə qərarlarının icra edilməməsi və ya icranın təmin olunmaması məhkəmə müdafiəsi hüququnun mahiyyətinə toxunan haldır. Eyni zamanda, icra sənədinin vaxtında və düzgün icra edilməsinə nəzarət qanunvericiliklə nəzərdə tutulmuş mexanizmlər vasitəsilə həyata keçirilməlidir. Hazırkı işdə birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, icra məmuru tərəfindən müəyyən icra tədbirləri həyata keçirilsə də, həmin tədbirlər nəticəsində *(***)-***/**** saylı ##.##.2024-cü il tarixli icra sənədində müəyyən edilmiş vəzifənin tam şəkildə və müəyyən edilmiş qaydada icrası təmin edilməmişdir. Bu baxımdan, icra məmurunun “icra sənədinin icrası üçün zəruri tədbirlər görülmüşdür” barədə dəlili əsaslı hesab edilə bilməz. Çünki icra sənədinin icrası yalnız icra məmuru tərəfindən müəyyən hərəkətlərin həyata keçirilməsi ilə deyil, həmin hərəkətlərin nəticəsində icra sənədində nəzərdə tutulmuş nəticənin əldə edilməsi ilə qiymətləndirilməlidir. İcra məmurunun vəzifəsi icra sənədinin formal olaraq icra prosesində saxlanılmasını təmin etmək deyil, qanunla müəyyən edilmiş icra tədbirlərindən istifadə etməklə onun faktiki və tam icrasına nail olmaqdır. Bu baxımdan birinci instansiya məhkəməsinin icra məmuruna qanunvericiliklə müəyyən edilmiş tələblərə riayət etmək və məhkəmənin müəyyən etdiyi qaydada icra sənədinin icrasını təmin etmək vəzifəsini həvalə etməsi icra məmurunun səlahiyyətlərinə müdaxilə kimi qiymətləndirilə bilməz. Əksinə, bu, məhkəmə qərarının faktiki icrasının təmin edilməsinə yönəlmiş məhkəmə nəzarətinin nəticəsidir. Bundan başqa, icra məmuru şikayətində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşlarının su çəninin ətrafına baxış keçirdiyini və su axıntısı aşkar etmədiyini, habelə Binəqədi rayon Sukanal İdarəsinin ##.##.2026-cı il tarixli məktubunda da ##.##.2026-cı il tarixdə aparılmış baxış zamanı su axıntısı və sızıntısının aşkar edilmədiyini bildirsə də, göstərilən hallar ##.##.2024-cü il tarixli məhkəmə qətnaməsinin icra olunmasını öz-özlüyündə təsdiq etmir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində su axıntısına səbəb olan halın aradan qaldırılması vəzifəsi müəyyən edilmişdir. Buna görə də sonrakı tarixdə müəyyən edilmiş anda su axıntısının müşahidə edilməməsi ilə həmin qətnamə ilə aradan qaldırılması tələb olunan halın həqiqətən aradan qaldırılıb-qaldırılmaması eyni hüquqi məsələ deyildir. Başqa sözlə, ##.##.2026-cı il tarixdə aparılmış baxış zamanı su sızıntısının müşahidə edilməməsi yalnız həmin baxışın keçirildiyi vaxt üçün faktiki vəziyyəti əks etdirir. Bu hal qətnamənin müəyyən etdiyi vəzifənin qanunvericilikdə və qətnamədə nəzərdə tutulan qaydada yerinə yetirildiyini avtomatik olaraq sübut etmir. Xüsusilə nəzərə alınmalıdır ki, *(***)-***/**** saylı qətnamə qəbul edilərkən iş materiallarında olan “xxxx” ASC-nin ##.##.2020-ci il tarixli məktubunda texniki baxış zamanı Borclu məxsus ehtiyat su çənindən əraziyə su sızmasının aşkar edilməsi barədə məlumat mövcud olmuş və məhkəmə həmin hallara hüquqi qiymət vermişdir. Bu baxımdan sonrakı icra mərhələsində aparılmış bir baxışın nəticəsi qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş halı və icra öhdəliyini aradan qaldırmır. İcra məmurunun vəzifəsi həmin qətnamədə müəyyən edilmiş icra qaydasına uyğun olaraq nəticənin təmin edilməsinə yönəlmiş tədbirlər görməkdir. Digər tərəfdən tələbkar şikayətində ##.##.2026-cı il tarixli aktın mötəbərliyini mübahisələndirmiş, aktı imzalayan şəxslərin bir qisminin işin nəticəsində maraqlı olduğunu, digər şəxslərin isə baxış zamanı hal şahidi qismində iştirak etmədiyini bildirmişdir. Lakin bu dəlillər aktın hüquqi qüvvəsinin aradan qalxmasına səbəb olmur. Həmin şəxslərin aktın tərtibində iştirakının qanuniliyinə dair konkret prosessual pozuntu müəyyən edilməli və bu pozuntunun aktın məzmununa təsir etdiyi sübut olunmalıdır. Bununla yanaşı, həmin aktın mövcudluğu da öz-özlüyündə icra sənədinin tam icra edildiyini təsdiq edən qəti sübut kimi qəbul edilə bilməz. Akt yalnız müəyyən tarixdə aparılmış baxışın nəticəsini əks etdirir və onun sübuti əhəmiyyəti işdə olan digər sübutlarla birlikdə qiymətləndirilməlidir. Bununla belə, belə ziddiyyətin mövcudluğu birinci instansiya məhkəməsinin icra sənədinin tam icra olunmadığı barədə nəticəsini əsassız etmir. Əksinə, ziddiyyətli sübutların mövcudluğu icra sənədinin həqiqətən icra olunub-olunmadığının əlavə icra tədbirləri vasitəsilə dəqiqləşdirilməsinin zəruriliyini göstərə bilər. Bundan başqa, tələbkarın şikayətində məhkəmənin təqdim etdiyi sübutları, xüsusilə fotoşəkilləri qərardadda ayrıca göstərməməsi barədə dəlili də qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Belə ki, məhkəmənin hər bir sübutu ayrıca sadalaması deyil, iş üçün əhəmiyyətli halları müəyyən etməsi və gəldiyi nəticəni əsaslandırması mühümdür. Lakin məhkəmə bir-birinə zidd sübutlar mövcud olduqda onların hansına üstünlük verdiyini və bunun səbəblərini əsaslandırmalıdır. Hazırda birinci instansiya məhkəməsinin əsas nəticəsi icra sənədinin faktiki olaraq tam icra edilməməsi ilə bağlı olduğundan, tələbkarın təqdim etdiyi fotoşəkillərin aktla ziddiyyət təşkil etməsi həmin nəticəni öz-özlüyündə təkzib etmir. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətlərdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayətlər təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Qərara aldı: Tələbkar Tələbkar və Maraqlı şəxs böyük icra məmuru İsmayılov Bəxtiyar Cabir oğlu tərəfindən verilmiş şikayətlər təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar