Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-403/2026 07.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin *(*-**)-***/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadından borclu Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Şaiq Heydərli, borclu Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixli qərarla icraata başlanılmış Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(011)- 4199/2024- *** nömrəli, ##.##.2024-cü il tarixli İcra sənədinə əsasən 108 000 ABŞ dolları məbləğində pul (Mərkəzi Bankın ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla), 4050 ABŞ dolları məbləğində illik 5 faiz məbləğində pul və 497 manat ödənilmiş dövlət rüsumu Borclu tutularaq Tələbkar ödənilməlidir. Qeyd olunan icra sənədi ##.##.2026-cı il tarixində Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borclu Borclu göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. İcra məmuru hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin *(*-**)-***/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, ##.##.1982-ci il tarixində anadan olmuş, Bakı şəhəri, Xətai rayonu, 1131 məhəlləsi, ünvan 1 ünvanında qeydiyyatda olan borclu Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Qərardadda “İcra haqqında” Qanunun 44, 84-1.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş e-*(***)-****/****-*** nömrəli, ##.##.2024-cü il tarixli icra sənədinə əsasən 108 000 ABŞ dolları məbləğində pul (Mərkəzi Bankın ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla), 4050 ABŞ dolları məbləğində illik 5 faiz məbləğində pul və 497 manat ödənilmiş dövlət rüsumu Borclu tutularaq Tələbkar ödənilməlidir. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Şaiq Heydərli tərəfindən icra sənədi üzrə ##.##.2026-cı il tarixində icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildiriş borclu Borclu tərəfindən qəbul edilmişdir. Borclu Borclu ##.##.2026-cı il tarixində Bakı şəhəri Xətai rayon İcra Şöbəsində verdiyi izahatında qeyd etmişdir ki, icra sənədi üzrə bu günə olan heç bir ödəniş etmədiyini bildirmişdir. Göründüyü kimi, borclu Borclu tərəfindən icra sənədi üzrsüz səbəbdən icra edilməmiş və icra sənədinin icrasının təmin edilməsi məqsədilə borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmalıdır. Apellyasiya şikayəti, etiraz və məhkəmənin mövqeyi Borclu Borclu şikayət ərizəsi ilə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadının ləğv edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş e-*(***)-****/****-*** nömrəli, ##.##.2024cü il tarixli icra sənədi üzrə borclu Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Şaiq Heydərli tərəfindən verilmiş ##.##.2026-cı il tarixli Təqdimatın təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikasının Konstitusiyasının 28; “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1; Mülki Prosessual Məcəllənin 80, 81, 88-ci maddələrinə istinadən qeyd edilmişdir ki, tərəfindən məhkəməyə təqdim edilmiş icra məmurunun təqdimatına etirazda da məhkəmənin nəzərinə çatdırmışlar ki, borclu icra sənədinin icrası ilə bağlı hər hansı maneə yaratmamış, icra məmurunun çağırışına gəlməkdən yayınmamışdır. Məhkəmə icra işi materiallarında olan borclunun ##.##.2026-cı il tarixli izahatını hərtərəfli araşdırmadan yalnız “borclunun icra sənədi üzrə bu günə olan heç bir ödəniş etmədiyini bildirdiyini” əsas gətirərək təqdimatı təmin etmişdir. Halbuki, borclunun həmin izahatında qeyd etdiklərinə məhkəmə hərtərəfli və obyektik qiymət vermiş olsaydı, məhkəməyə məlum olardı ki, tələbkar tərəfindən bank hesab rekvizitləri təqdim edilmədiyinə görə borclu icra işi üzrə ödəniş edə bilməmişdir; borclu ilkin olaraq 55000 manat dəyərində olan avtomobilini tələbkara təklif edir. Borclu əmək haqqını tam şəkildə ödəməyə hazırdır. Sahibkarlıq fəaliyyətindən əldə etdiyi qazanclar hesabına borcu daha tez ödəməyə çalışacaqdır. Borclunun nümayəndəsi və vəkili kimi tərəfindən ## #### 2026-cı il tarixli, № **** saylı ərizə (iş matriallarındadır) ilə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Şaiq Heydərliyə müraciət edilərək icra məmurundan borclu tərəfindən tələbkara ödənişlərin edilməsi üçün tələbkarın bank hesab rekvizitlərinin təqdim edilməsi xahiş edilmişdir. Lakin həmin ərizəyə icra məmuru tərəfindən münasibət bildirilməmiş, icra sənədinin icrasının təmin edilməsi üçün borclunun etməyə hazır olduğu hərəkətlər (Borc məbləğinin bir hissəsinin əvəzinə tələbkara 55.000 AZN (32.352 ABŞ dolları) dəyərində olan nəqliyyat vasitəsinin təklif edilməsi, tələbkara ödənişlərin edilməsi üçün tələbkarın bank hesab rekvizitlərinin borcluya təqdim edilməsinin xahiş edilməsi) nəzərə alınmamışdır. Göründüyü kimi, hazırkı icra işi üzrə “İcra haqqında” Qanunun qeyd edilən normasında nəzərdə tutulan və borclunun ölkədən getmək hüququnu müvəqqəti məhdudlaşdırılması üçün imperativ şərt - “üzrsüz səbəbdən icra edilmədikdə” şərti ödənmir. Məhkəmənin təqdimatı təmin etməsi, heç də məhkəmə aktının icra edilməli olmasına xidmət etmir. Məhkəmənin bu qənaətindən belə çıxır ki, peşə fəaliyyəti beynəlxalq xarakter daşıyan, yeni təsis etdiyi şirkətin inkişafının xarici tərəfdaşlarla görüşlərdən, beynəlxalq əməkdaşlıqdan və xarici bazarlara çıxışdan birbaşa asılı olan borclu ölkə xaricinə getməməlidir. Bununla da borclunun gəlir əldə etmək imkanları azalmalı, yeni müqavilələr bağlanmamalı, borclu beynəlxalq ekspert fəaliyyətini dayandırmalıdır. Bu hal məgər məhkəmə aktının icrasına xidmət etmiş olur?! Göründüyü kimi, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması nə tələbkarın maraqlarına, nə də icra prosesinin məqsədinə xidmət edir; əksinə, borcun qaytarılması müddətini uzadır. Eyni zamanda, icra məmurunun geniş mülahizə sərbəstliyi nəzarətsiz olmamalıdır. “İcra haqqında” Qanunun 84-1-ci maddəsinin məzmununa görə, icra məmurunun mülahizə sərbəstliyi çərçivəsində etdiyi hərəkətlər, o cümlədən borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair təqdimat məhkəmə tərəfindən yoxlanılır və bu hüququn müvəqqəti məhdudlaşdırılması yalnız məhkəmə qərarı ilə müəyyən olunur. Bu qayda konstitusiya hüququna özbaşına müdaxiləyə qarşı təminat kimi çıxış edir. X2 Məhkəməsi borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına münasibət bildirərək, qeyd etdi ki: “Nəzərə almaq lazımdır ki, adıçəkilən tədbir borclunun cəzalandırılması vasitəsi deyil, onun tərəfindən məhkəmə qərarı ilə müəyyən olunmuş öhdəliklərin yerinə yetirilməsinə xidmət edir.” Sübut etməyə ehtiyac yoxdur ki, Borclu ölkədən getmək hüququna məhdudiyyət qoyulması hazırkı vəziyyətdə “məhkəmə qərarı ilə müəyyən olunmuş öhdəliklərin yerinə yetirilməsinə” xidmət etmir. İşə baxmış məhkəmə iş üçün mühüm əhəmiyyət kəsb edən icra işi materiallarında olan borclunun ##.##.2026-cı il tarixli izahatını obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdırmamış və hüquqi qiymət verməmişdir. Əks halda məhkəmə qərardadında yalnız “borclunun icra sənədi üzrə bu günə olan heç bir ödəniş etmədiyini bildirdiyi” əsas gətirilməzdi. Halbuki, borclunun həmin izahatında qeyd etdiklərinə, həmçinin borclunun nümayəndəsi və vəkili kimi tərəfindən icra məmuruna təqdim edilmiş ## #### 2026-cı il tarixli, № **** saylı Ərizədə qeyd edilənlərə məhkəmə hərtərəfli və obyektiv qiymət vermiş olsaydı, hazırkı şikayətin 6-cı bölməsində qeyd edilən hallar məhkəməyə məlum olardı. Halbuki, bütün bu hallar məhkəmə aktının icra edilməsinə xidmət etməklə yanaşı, həmçinin şəxsin sərbəst hərəkət etmək hüququnun realizə edilməsinə xidmət edir. Bir sözlə, icra sənədinin icrasının təmin edilməsi üçün borclunun etməyə hazır olduğu hərəkətlər nə məhkəməyə təqdimat vermiş icra məmuru tərəfindən, nə də təqdimatı təmin etmiş məhkəmə tərəfindən nəzərə alınmamışdır. İşə baxmış məhkəmə iş üçün mühüm əhəmiyyət kəsb edən 1) Tələbkar tərəfindən bank hesab rekvizitləri təqdim edilmədiyinə görə borclu tərəfindən icra işi üzrə ödəniş edilə bilmədiyi; 2) Borclu tərəfindən ilkin olaraq 55000 manat dəyərində olan avtomobilinin tələbkara təklif edilməsi; 3) Borclunun əmək haqqını tam şəkildə ödəməyə hazır olması və 4) Borclunun peşə fəaliyyətinin beynəlxalq xarakter daşıması, borclunun yeni təsis etdiyi şirkətin inkişafının xarici tərəfdaşlarla görüşlərdən, beynəlxalq əməkdaşlıqdan və xarici bazarlara çıxışdan birbaşa asılı olması hallarını obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdırmamış və hüquqi qiymət verməmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin *(*-**)-***/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsаsən: Məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər.Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. Birinci instansiya məhkəməsinin qərardadının əsaslılığını Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının ## ##### 2013-cü il tarixli, *-N saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2, 2.3, 2.4, 2.6; “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 17-26, 84-1; Mülki Prosesual Məcəllənin 385-388, 395-402-ci maddələrinə əsasən mübahisələndirilən dəlillərə münasibətdə yoxlayan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsində təsbit olunmuşdur ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir, habelə məhkəmə qərarlarının icra olunmaması qanunla müəyyən olunmuş məsuliyyətə səbəb olur. Şikayətin sübutedici əsası və aidiyyəti olmayan dəlilləri üzrə prosessual hüquq normalarına müvafiq qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Məhkəmə ötən müddət ərzində icra sənədinin icra edilməməsini, borclunun ölkə hüdudlarından kənara çıxacağı təqdirdə icra sənədinin icrasının çətinləşəcəyini, ödənilməmiş məbləği nəzərə alaraq haqlı qənaətə gəlmişdir, icra sənədinin icrasını təmin etmək məqsədi baxıından təqdimatın rədd edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd edilməlidir ki, şikayətdə qeyd edilən dəlillər hər hansı mötəbər sübutla öz təsdiqini tapmır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395-403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu Borclu şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin *(*-**)- ***/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №8(3-6)-403/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-403/2026
07.09.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver