Məhkəmə qərarları › İş №8(3-6)-404/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-404/2026

03.09.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-404/2026 03.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi ilə, Babayev Fuad Fikrət oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadından borclu İsmayılov Vüsal Mircəlal oğlu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Tələbkar İsmayılova Böyükxanım Taleh qızı ərizə ilə müraciət edərək, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2018-ci il tarixli qətnaməsi ilə ##.##.2015-cu il təvəllüdlü İsmayılov Əkbər Vüsal oğlunun və ##.##.2017-ci il təvəllüdlü İsmayılov Mircəlal Vüsal oğlunun yetkinlik yaşına qədər saxlanması üşün tutulmuş aliment miqdarının 2026-cı il və növbəti təqvim illəri üzrə Azərbaycan Respublikasının ərazisində müəyyən olunmuş yaşayış minimumu miqdarında indeksasiya edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- ****/**** saylı, ##.##.2018-ci il tarixli qətnaməsi ilə ##.##.2015-ci il təvəllüdlü İsmayılov Əkbər Vüsal oğlunun və ##.##.2017-ci il təvəllüdlü İsmayılov Mircəlal Vüsal oğlunu yetkinlik yaşına çatanadək saxlanılması üçün İsmayılov Vüsal Mircəlal oğlundan İsmayılova Böyükxanım Taleh qızının xeyrinə sabit pul məbləğində tutulmuş hər ay hər uşaq üçün 154 manat aliment məbləği sonrakı artımlar da nəzərə alınmaqla, ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 1,18 misli misli miqdarında indeksasiya edilmişdir. Qərardaddan narazı qalan borclu İsmayılov Vüsal Mircəlal oğlu şikayət verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-***/**** nömrəli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və işə yenidən baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun ailə vəziyyəti, maddi imkanları, himayəsində olan digər azyaşlı uşağın mövcudluğu, aylıq gəliri, ailəsinin saxlanılması üçün çəkdiyi xərclər və digər mühüm hallar araşdırılmadan aliment məbləğinin indeksləşdirilməsi barədə qərar qəbul edilmişdir. O, ##.##.2020-ci il tarixdə ikinci dəfə ailə həyatı qurmuşdur. Hazırda həmin nikahdan ##.##.2023-cü il təvəllüdlü İsmayılova Sevinc Vüsal qızı doğulmuşdur. Bununla yanaşı, o Cəmşid Naxçıvanski adına Hərbi Liseydə fiziki hazırlıq müəllimi işləyir və aylıq əmək haqqı 603 manat 50 qəpik təşkil edir. Bu faktlar onun aliment ödəmə imkanının qiymətləndirilməsi baxımından mühüm hüquqi əhəmiyyət kəsb etsə də, məhkəmə həmin halları araşdırmamış, müvafiq sənədləri tələb etməmiş və qərarında onlara heç bir hüquqi qiymət verməmişdir. Beləliklə, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları tam araşdırmamış, sübutları tam toplamamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə qanunsuz qərardad qəbul etmişdir. Bu səbəbdən hesab edir ki, mübahisələndirilən qərardad ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilməlidir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)- ***/**** saylı qərardadı ona rəsmi qaydada ## #### 2026-cı il tarixdə məhkəmədən əldə etmişdir. Hesab edir ki, bu səbəbdən də qərardaddan şikayət vermə müddəti rəsmi qaydada qərardadı əldə etdiyi gündən hesablanır və şikayət vermə müddəti ötürülməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2018-ci il tarixli qətnaməsinə əsasən uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 154 manat məbləğində alimentin borcludan tutulması qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.1 və 110.2-ci maddələrinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.1.-ci maddəsinə görə, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Prezidentinin Sərəncama əsasən 2018-ci ildən ölkə üzrə minimum əmək haqqının məbləği 130 manat müəyyən edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, alimetin tutulması ilə bağlı məhkəmənin qətnaməsi 2018-ci ildə qüvvəyə mindiyindən, həmin qətnamə ilə hər uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 154 manat sabit pul məbləğində alimentin tutulması qət edildiyindən, həmin il Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə müəyyən edilmiş minimum aylıq əmək haqqının məbləği 130 manat olduğundan ##.##.2015-ci il təvəllüdlü İsmayılov Əkbər Vüsal oğlunun və ##.##.2017-ci il təvəllüdlü İsmayılov Mircəlal Vüsal oğlunun yetkinlik yaşına çatanadək saxlanmaları üçün borclu İsmayılov Vüsal Mircəlal oğlundan sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində sabit pul məbləğində alimentin İsmayılova Böyükxanım Taleh qızının xeyrinə tutulması qənaətinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Kollegiya hesab edir ki, şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar