Məhkəmə qərarları › İş №8(3-6)-406/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-406/2026

01.09.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-406/2026 01.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Borclu Ərizəni verən şəxs qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsinə dair iş üzrə (Açar sözlər: icra sənədinin hissə-hissə icra edilməsi) hakimlər X3 (sədrlik edən və məruzəçi), Qafarova Rəna Nazim qızı və X1 ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(5-102)-210/2026 saylı, # ###### 2026-cı il tarixli qərardadından borclu Ərizəni verən şəxs tərəfindən verilmiş şikayət üzrə işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. Bakı şəhəri ** saylı notariat Kontorunun *i-****** nömrəli, ##.##.2026-cı il tarixli icra sənədi üzrə borclu Ərizəni verən şəxs məhkəməyə ərizə ilə müraciət edərək, qalıq borcun hissə-hissə ödənilməsinə şərait yaradılmasına dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, o, ##.##.2025-ci il tarixdə Maraqlı şəxs ASC ilə kredit müqaviləsi bağlamışdır. Həmin kredit müqaviləsinin təminatı olaraq ona məxsus ünvan 1 ünvanda yerləşən 47,7 kv.m olan yerləşən daşınmaz əmlak ipoteka predmeti kimi göstərilmişdir. Sonradan cavabdehin müraciəti əsasında ##.##.2026-cı il tarixdə * saylı notariat ofisinin notariusu tərəfindən "ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydi" verilmişdir. Həmin icra qeydi əsasında əsas borcun, faiz borcunun və dəbbələrin tutulması ona məxsus ünvan 1 ünvanda yerləşən 47,7 kv.m olan yerləşən daşınmaz əmlaka yönəlmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında Səbail rayonunda yerləşən * saylı notariat kontorundan verilən icra qeydində göstərmişlər ki, Maraqlı şəxs ASC-yə onlara məxsus olan əsas borc 296.531,52 manat, faiz borcu 20.637,23 manat olmaqla cəmi borc 317.168,75 manat miqdarındadır. Hazırda həmin borc məbləği Səbail rayon İcra Şöbəsində icra mərhələsindədir. Qeyd edir ki, o, əvvəllər aylıq 7.000 manat olmaqla mütəmadi olaraq kreditlərini ödəmişdir, lakin o həbsdə olduğuna görə həmin kreditin ödənişində ləngimələr oldu və həmçinin onun sahibkar olaraq fəaliyyət göstərdiyi və satışı ilə məşğul olduğu elektron qəlyanların ölkəyə gətirilməsinin ## ##### 2026-cı il tarixdən sonra qadağan olunması onun biznes fəaliyyətində zərərə uğramağına səbəb olmuş və bu səbəbdən sosial və maddi vəziyyəti pisləşməyə başlamışdır. Bu kimi səbəblərdən də borc məbləğini bütövlükdə və birdəfəlik ödəmək imkanı yoxdur. Hazırda biznesini inkişaf etdirir və aylıq gəliri cəmi 4-5 min manat arasındadır, ailədə işləməyən və himayəsində olanların da yeganə dolandıran şəxsdir. Buna baxmayaraq, borcunu ödəməkdən boyun qaçırmır və məbləği hər ay hissə-hissə ödəmək niyyətindədir. Borcun məcburi icrasından yayınmamaq və borcdan tamamilə xilas olmaq üçün yaranmış borcu hər ay 5.000 manat olmaqla hissəhissə ödəməsinə icazə verilməsinə zərurət var.

3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(5-102)-210/2026 saylı, # ###### 2026cı il tarixli qərardadı ilə ərizə rədd edilmişdir.

4. Məhkəmə tutulmalı olan və ödənilməyən məbləğin miqdarını (317.168,75 manat) ərizəçi tərəfindən aylıq ödənilməsi təklif olunan məbləğin 5.000 manat olmasını, aylıq ödənilməsi təklif olunan məbləğin icra sənədi üzrə tələbin uzun müddət (5 il) icra olunmamasına səbəb olacağını, bunun isə icra işi üzrə tələbkarın maraqlarına və mənafeyinə uyğun olmamasını nəzərə alaraq hesab etmişdir ki, icra sənədinin hissə-hissə icra edilməsinin tətbiq edilməsi məqsədə müvafiq deyil.

5. Birinci instansiyası məhkəməsi qərardadını «İcra haqqında» AR Qanununu 6.1.4 və 15-ci maddələrinə; “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ## ###### 2005-ci il tarixli * nömrəli qərarının 14-cü bəndinə istinadla əsaslandırmışdır.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:

7. Borclu Ərizəni verən şəxs şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Səbail Rayon Məhkəməsinin 8(5-102)-210/2026 saylı, # ###### 2026-cı il tarixli qərardadı ləğv edilərək, ərizənin təmin olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir.

8. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## ###### 2005-ci il tarixli * saylı qərarının 12-ci bəndinə əsasən, qətnamənin hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər və bunu əsas və mötəbər hesab edərək birinci instansiya məhkəməsi onun ərizəsini əsassız olaraq təmin etməmişdir. O, iddia ərizəsində və məhkəmə iclasında qeyd etmişdir ki, həbsdə olduğuna görə həmin kreditin ödənişində ləngimələr oldu və həmçinin onun sahibkar olaraq fəaliyyət göstərdiyi və satışı ilə məşğul olduğu elektron qəlyanların ölkəyə gətirilməsinin # ##### 2026-cı il tarixdən sonra qadağan olunması onun biznes fəaliyyətində zərərə uğramağına səbəb olmuş və bu səbəbdən sosial və maddi vəziyyəti pisləşməyə başlamışdır. Bu kimi səbəblərdən də borc məbləğini bütövlükdə və birdəfəlik ödəmək imkanı yoxdur və bu səbəbdən də qətnamənin icrası üçün çətinliklər yaranıbdır. Lakin birinci instansiya məhkəməsi bu qeyd etdiyi hallara hüquqi qiymət vermək marağında olmamışdır. Məhkəmə mülahizələrə əsaslanmaqla əsassız olaraq ərizəni təmin etməmişdir.

8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı # ###### 2026-cı il tarixli qərardadından borclu Ərizəni verən şəxs tərəfindən verilmiş şikayət təmin edilməyərək, işlə birlikdə apellyasiya qaydasında baxılması üçün göndərilmişdir.

9. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

Tətbiq edilən hüquq normaları:

10. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

11. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” işdə bu prinsipi belə vurğulamışdır: “....Konvensiyanın 1-ci maddəsinin 1-ci bəndi “məhkəmə çıxış hüququna” təminat verir. Lakin dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin hərəkətsiz qalmasına imkan verirsə, məhkəməyə çatmaq hüququ xəyali xarakter alar (“Hornsbi Yunanıstana qarşı”, ## #### 1997-ci il). “Tələb” onun hüquqi cəhətdən reallaşdırılması kifayət qədər müəyyənləşdirilmişdirsə və o, hüquqi cəhətdən reallaşdırıla bilərsə, Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsinin mənasına görə “əmlak” kimi başa düşülür (“Stren” X2 Zavodu və X5rşı”, ## ###### 1994-cü il)”.

12. Konvensiyanın 6-cı maddəsində ifadəsini tapan “ədalətli məhkəmə baxışına olan hüquq” qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin dövlət tərəfindən icra edilməsi vəzifəsini özündə ehtiva edir.” Bu hüququn pozulması icranın tam yerinə yetirilməməsində, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının gecikdirilməsində də təzahür edə bilər. (“Burdov Rusiyaya qarşı”, şikayət №*****/***. ECHR.2002).

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

12. 15.2-ci maddəsinə görə, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.

13. 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən icra məmuru icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görməlidirlər.

14. 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.

16. 267-ci maddəsinə görə məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir.

17. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır.

18. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının 12-ci və 13-cü bəndlərində göstərilmişdir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Qətnamənin icrasına möhlət verilməsinin və ya onun hissə-hissə icrasının əsası kimi nəzərə alınmalı olan borclunun əmlak vəziyyəti onun elə bir maddi təminat səviyyəsini nəzərdə tutur ki, bu vəziyyətdə borclu ona məxsus və tələbin yönəldilməsi mümkün olan əmlakının realizəsi hesabına qətnamə üzrə tələbi bir dəfəyə könüllü və ya məcburi qaydada tam icra edə bilmir.

19. Həmin Qərara əsasən borclunun əmlak vəziyyətini nəzərə almaqla qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yalnız o halda mümkün sayıla bilər ki, məhkəməyə möhlət müddətinin sonunda və ya qətnamənin hissə-hissə icrası zamanı icra edilməli hissələrin icra müddəti çatdıqda borclunun qətnaməni icra etmək üçün kifayət qədər əmlaka malik olacağı barədə sübut təqdim edilmiş olsun.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları ilə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

22. Qeyd edilməlidir ki, qanunvericilikdə tərəflərin icra sənədinin icrasına möhlət verilməsi, onun hissə-hissə icra edilməsi, habelə icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi barədə müvafiq məhkəməyə müraciət etmək hüququ nəzərdə tutulmuşdur. Eyni zamanda, məhkəmənin borclunun əmlak vəziyyətini və digər halları nəzərə almaqla belə müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsində nəzərdə tutulmuş qaydada baxmaq səlahiyyəti müəyyən edilmişdir.

23. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətini və digər halları nəzərə alaraq qətnamənin icrasına möhlət verməyə və ya qətnamənin hissə-hissə icra edilməsini müəyyən etməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin maddədə nəzərdə tutulan məhkəmə aktının icrasına möhlət verilməsi icra hərəkətlərinin daha sonrakı vaxta keçirilməsi kimi başa düşülür.

27. Bununla belə, məhkəmə və digər orqanların qərarlarının icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığından, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələrin və çətinliklərin mövcud olduğu hallarda tətbiq edilməli və işdə iştirak edən şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb olmamalıdır.

28. Bundan əlavə, məhkəmə borclunun icra sənədinin icrasına möhlət verilməsi barədə irəli sürdüyü bütün əsasları, habelə tələbkarın belə möhlətin verilməsinə qarşı irəli sürə biləcəyi etirazları nəzərə almalı, onları öz daxili inamına əsasən hərtərəfli, tam, obyektiv və bilavasitə araşdıraraq qiymətləndirməli, məsələ ilə bağlı gəldiyi nəticələri müvafiq məhkəmə aktında əsaslandırmalıdır.

29. Belə ki, icra sənədinin icrasına möhlət verilməsi nəticəsində həmin sənəd üzrə icra hərəkətlərinin uzun müddət ərzində tamamlanmaması şəxsin pozulmuş hüquq və qanunla qorunan mənafelərinin dövlət orqanları vasitəsilə ağlabatan müddətdə müdafiəsinin təmin edilməsi tələbinin pozulmasına səbəb ola bilər.

30. Beləliklə, yuxarıda sadalananlardan göründüyü kimi, qanunverici icra sənədinin icrasına möhlət verilməsi barədə ərizənin təmin edilməsini müstəsna halların mövcudluğu ilə şərtləndirmişdir. Məhkəmə borclunun ərizəsini, ərizədə göstərilən əsasları, habelə tələbkarın möhlət verilməsinə qarşı irəli sürdüyü etirazları nəzərə alaraq icra sənədinin icrasına möhlət verilməsi barədə qərardad qəbul edə bilər. Belə səlahiyyətin məhkəməyə verilməsi onu göstərir ki, icra sənədinin icrasına möhlət yalnız müstəsna hallarda, yəni icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneə və çətinliklərin yarandığı vəziyyətlərdə tətbiq edilməlidir.

31. Halbuki, iş materiallarından görünür ki, başlanılmış icra icraatının uzun müddət ərzində tamamlanmamasına, pozulmuş hüquqların dövlət orqanları vasitəsilə ağlabatan müddətdə bərpa edilməməsinə və nəticə etibarilə müdafiə hüququnun səmərəliliyinin azalmasına səbəb ola biləcək müstəsna halların, habelə icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneə və çətinliklər törədən vəziyyətlərin mövcudluğunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Borclunun istinad etdiyi dəlillər də icra sənədinin icrasına mane ola biləcək hallar kimi qiymətləndirilə bilməz.

32. Yuxarıda qeyd edilənlər nəzərə alınaraq, məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri ** saylı Notariat Kontorunun *i-****** nömrəli, ## ###### 2026-cı il tarixli icra sənədinin hissə-hissə icra edilməsinin müəyyən edilməsinə və icra hərəkətlərinin daha sonrakı vaxta keçirilməsinə əsas verən hər hansı tutarlı hal müəyyən edilməmişdir. Bu baxımdan, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Borclu Ərizəni verən şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(5-102)-210/2026 saylı # ###### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Abdıyev Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar