Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-407/2026 02.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və X3 ibarət tərkibdə, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X4 borclu Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına təqdimatına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadından borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: Bakı şəhəri ** saylı Notariat ofisinin ##.##.2025-ci il tarixli, 8İ-5462 nömrəli icra qeydinə əsasən Borclu 29135,49 manat pul və 25 manat dövlət rüsumu olmaqla, ümumilikdə 29160,49 manat pul tutularaq Tələbkar ASC-yə ödənilməlidir. Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin ##.##.2025-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır. ##.##.2025-ci il tarixdə borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Bakı şəhər Yasamal rayon İcra Şöbəsinin icra məmuru X4 təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri ** saylı Notariat Kontorunun ##.##.2025-ci il tarixli, 8İ-5462 nömrəli icra qeydində göstərilmiş tələbin təmin edilməsi məqsədi ilə borclu Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimatın əsaslarına görə, çoxsaylı xəbərdarlıq edilməsinə baxmayaraq borclu könüllü icranı təmin etməmişdir. İcranın borclunun əmlak və gəlirlərinin hesabına təmin edilməsi mümkün olmamışdır. Təqdimata baxılması ilə əlaqədar birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclasında iştirak edən borclu etirazla müraciət edərək təqdimatın təmin edilməməsini xahiş etmişdir. Etirazın əsaslarına görə, kredit öhdəliyi 2028 ci ildə bitir. Ödəniş etməkdən heç vaxt yayınmamışdır. Ölkədən çıxışına qadağa qoyulması üçün əsas yoxdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə təqdimatın təmin edilməsi, Bakı şəhəri ** saylı Notariat ofisinin ## ######## 2025-ci il tarixli, 8İ-5462 nömrəli icra qeydi üzrə borclu Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Borclu həmin qərardaddan şikayət verərək, onun ləğv edilməsi və təqdimatın təmin edilməməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Şikayətin dəlillərinə görə, əgər işsizlik dövrü və çətinliklər olmasaydı, borcu tam qrafikə uyğun olaraq 2028-ci ildə tam bağlanacaqdı. Əsas məqsədi borcun tam ödənilməsidir və rəsmi işə başladıqdan sonra artıq ödənişlərə başlamışdır. Bundan əlavə, yaxın vaxtlarda əlavə gəlirləri də olacaq. Ölkədən çıxışa qadağa qoyulması isə əksinə, işgüzar əlaqələrini, fəaliyyətini və əlavə gəlir əldə edərək borcu tez ödəmək imkanlarını məhdudlaşdırır. Yaxın keçmişdə dövlət qurumlarında məsuliyyətlə çalışmış, cəmiyyət qarşısında üzərinə düşən vəzifələri həmişə ləyaqətlə yerinə yetirmiş və gələcəkdə də bu fəaliyyətini uğurla davam etdirəcək. Belə bir nüfuza və ictimai statusa malik şəxsin hər hansı şəkildə məhkəmə qərarlarından və ya öhdəliklərdən yayınması sadəcə qeyri-mümkündür. Nəzərə alınmalıdır ki, 3 ildən artıq müddətdə işsiz qalmışdır. Buna baxmayaraq, kredit öhdəliyimin gecikməməsi və vicdanlı davranmaq üçün mülkiyyətində olan iki avtomobilini sataraq yaranmış borcları ödəmişdir. İllərdir avtomobil idarə edən bir insanın ailəsinin və özünün gediş-gəlişi üçün həyati əhəmiyyət daşıyan avtomobillərindən məhrum qalması, onları satıb borca verməsi məsuliyyətinin ən bariz sübutudur. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, onların ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərardadı ilə müvəqqəti məhdudlaşdırıla bilər. “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında ##.##.2013-cü il tarixli Təlimatın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir; icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 (X1) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2017-ci il tarixli Qərarı: “... Göründüyü kimi, qanunverici məhz mütənasiblik prinsipi baxımından yalnız icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda və üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının mümkünlüyünü müəyyən etmişdir. .......Bununla yanaşı, icra məmuru mütənasiblik konstitusiya prinsipindən, habelə “İcra haqqında” Qanunun Preambulasının və 84-1.1-ci maddəsinin, “İcra məmurları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin mənasından çıxış edərək borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla məhkəməyə müraciət edərkən, bu cür tədbirin məhkəmə qərarının vaxtında, tam və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyini, həmin məhdudlaşdırmanın tətbiq edilməməsinin gələcəkdə məhkəmə qərarının icrasını çətinləşdirəcəyini əsaslandırmalıdır. Əks hal mütənasiblik prinsipinin pozulmasına gətirib çıxarar.” Məhkəmə kollegiyası işin faktiki hallarını, borcun məbləğini, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsini, icra qeydinin hissə-hissə icrasına dair məhkəmənin müvafiq qərardadının olmamasını, borclunun mülkiyyətində tələbin yönəldilə biləcək əmlakının olmamasını, hazıradək icra məmuru tərəfindən görülmüş məcburi icra tədbirlərinin nəticə verməməsini və qeyd olunan hüquq normalarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi icra sənədinin icrasını təmin etmək məqsədi ilə təqdimatı təmin etməkdə haqlı olmuşdur. Şikayətin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, iş üzrə həmin dəlillərin əsaslılığı müəyyən olunmamışdır. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Sabit Bəhrəmzadə Xumar Mərdanova
Məhkəmə qərarları › İş №8(3-6)-407/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-407/2026
02.09.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver