Məhkəmə qərarları › İş №8(3-6)-412/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-412/2026

02.09.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-412/2026 02.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəni verən şəxs maraqlı şəxs Borclu qarşı ərizəsinə dair iş üzrə (Açar sözlər: aliment məbləğinin indeksasiya olunması) Hakim Abbasova Günel Məhərrəm qızı (sədrlik edən və məruzəçi), Hakimlər X5 oğlundan Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-**)-***/**** saylı qərardadından borclu Borclu tərəfindən verilmiş şikayət üzrə işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları MÜƏYYƏN ETDİ: Tələbkar Ərizəni verən şəxs Borclu Borclu Tələb Tələbkar Ərizəni verən şəxs qanuni qüvvəyə minmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə ##.##.2009-cu il təvəllüdlü X1 və ##.##.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadak saxlanılmaları üçün cavabdeh Borclu tutulan aliment məbləğinin indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2018-ci il tarixli, 2(001)- ***/**** saylı qətnaməsinə əsasən ##.##.2008-ci il təvəllüdlü X3, ##.##.2009-cu il təvəllüdlü X1 və ##.##.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə 154 manat (cəmi 462 manat) sabit pul məbləğində aliment tutularaq Borclu tutulması qət edilmişdir. Həmin qətnamə ilə, onunla Borclu arasında bağlanmış nikah pozulmuş və birgə nikahdan doğulan yuxarıda adları qeyd olunan övladlarımın onun himayəsində qalması qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2018-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinə əsasən övladlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər uşaq üçün tutulan 154 manat sabit pul məbləğində alimentin məbləği artırılaraq ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən edilməlidir. Tələbə qarşı təqdim edilmiş etiraz Borclu tərəfindən yazılı etiraz təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)tərəfindən qəbul edilmiş ***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadına məhkəmə aktları əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə Borclu ##.##.2009-cu il təvəllüdlü X1 və ##.##.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 136,6 manat sabit pul məbləğində tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində indeksasiya olunması qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-**)-***/**** saylı qərardadı ilə ərizəçi Borclu tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-**)- ***/**** saylı qərardadından verilmiş şikayət təmin edilməyərək, işlə birlikdə apellyasiya qaydasında baxılması üçün göndərilmişdir. Birinci instansiya Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, məhkəməsinin hüquqi tərəflərin birgə nikahlarından anadan olmuş uşağın əsaslandırması saxlanması üçün borcludan alimentin tutularaq tələbkara verilməsi müəyyən edilsə də, hazırda həmin məbləğ azlıq təşkil etdiyindən, tələbkar məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, aliment tutularkən alimentin hesablanmağa başlandığı (tələb barədə ərizənin verildiyi) təqvim ili ilə qətnamənin qəbul edildiyi il arasında ölkə üzrə minimum əmək haqqı məbləğində fərq olduqda, aliment ərizənin verildiyi tarixdə ölkə üzrə mövcud olmuş minimum əmək haqqına münasibətdə təyin edilməlidir. Birinci instansiyası məhkəməsi qərardadını “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2024 cü il tarixli ** nömrəli Qərarına istinadla əsaslandırmışdır. ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ ŞİKAYƏTƏ ETİRAZIN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin Borclu Borclu qərardadından şikayəti verən şəxs Şikayətin məzmunu Borclu məhkəmənin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından şikayətlə elektron kabinet vasitəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği hər uşaq üçün 136,6 manat deyil, 154 manat olmuşdur. İkincisi, qərardadda deyildiyi kimi aliment məbləği artırılmamış, tərəflərin maddi və ailə vəziyyəti, işin diqqətəlayiq digər halları nəzərə alınmaqla müəyyən edilmişdir. Üçüncüsü, Məhkəmə qərardad çıxararkən Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun## ###### 2024-cü il tarixli “Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” qərarına istinad etmiş, lakin qərarı düzgün tətbiq etməmiş, bunun nəticələrini görməzdən gəlmiş, heç bir analiz, araşdırma aparmadan qərar qəbul etmişdir. Şikayətə qarşı təqdim edilmiş Şikayətə qarşı etiraz təqdim edilməmişdir etiraz MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKİL EDƏN SƏNƏDLƏR Tələbkar tərəfindən təqdim edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin sübutlar ##.##.2018-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, cavabdeh Borclu oğundan ##.##.2008-ci il təvəllüdlü X3 və ##.##.2009-cu il təvəllüdlü X1 üçün iddia ərizəsi verilən tarixdən, yəni ##.##.2017-ci il tarixdən – ##.##.2018-ci il tarixədək hər ay hər uşağa görə 136.60 manat, cəmi 273 manat sabit pul şəklində aliment tutularaq iddiaçı Ərizəni verən şəxs ödənilməsi, cavabdeh Borclu oğundan ##.##.2008ci il təvəllüdlü X3, ##.##.2009-cu il təvəllüdlü X1 və ##.##.2018-ci il təvəllüdlü X2 iddia ərizəsinə əlavə verilən tarixdən, yəni ##.##.2018-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 154 manat, cəmi 462 manat sabit pul şəklində aliment tutularaq iddiaçı Ərizəni verən şəxs ödənilməsi qət edilmişdir. Borclu tərəfindən təqdim edilmiş Təqdim edilməmişdir. sübutlar TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ Məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları ilə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə qəbul edilmiş birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu Azərbaycan Respublikası Mülki maddəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin Prosessual Məcəlləsinin 10.8-1, 110.1, 110.2-ci maddələri “Azərbaycan 232.1, 397.2-ci maddələri Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunun 1-ci maddəsinə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” ## ###### 2024-cü il tarixli ** saylı Qərarının 8.4-2-ci bəndi Məhkəmə kollegiyası qeyd edir ki, ödənilməli olan pul məbləğinin indeksasiyası dedikdə, tələbkarın hüquqlarının və qanuni mənafelərinin inflyasiya proseslərinin mənfi təsirlərindən qorunması məqsədilə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tələbkara ödənilməli olan pul məbləğinin inflyasiyanın artım səviyyəsinə mütənasib olaraq artırılması başa düşülür. Beləliklə, indeksasiya inflyasiya nəticəsində istehlak qiymətlərinin artdığı bir şəraitdə tələbkarın üzləşdiyi zərərin əvəzinin ödənilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual mexanizmdir. Mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması uşaqların üstün mənafelərinin qorunmasına yönəldilmişdir. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də hüquqi vəzifəsidir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. İş materialları ilə müəyyən olunur ki, tərəflərin birgə nikahından 3 (üç) uşağı anadan olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, cavabdeh Borclu oğundan ##.##.2008-ci il təvəllüdlü X3 və ##.##.2009-cu il təvəllüdlü X1 üçün iddia ərizəsi verilən tarixdən, yəni ##.##.2017-ci il tarixdən – ##.##.2018-ci il tarixədək hər ay hər uşağa görə 136.60 manat, cəmi 273 manat sabit pul şəklində aliment tutularaq iddiaçı Ərizəni verən şəxs ödənilməsi, cavabdeh Borclu oğundan ##.##.2008-ci il təvəllüdlü X3, ##.##.2009-cu il təvəllüdlü X1 və ##.##.2018-ci il təvəllüdlü X2 iddia ərizəsinə əlavə verilən tarixdən, yəni ##.##.2018-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 154 manat, cəmi 462 manat sabit pul şəklində aliment tutularaq iddiaçı Ərizəni verən şəxs ödənilməsi qət edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflərin birgə nikahdan doğulmuş uşaqların saxlanılması üçün müvafiq məhkəmə qətnaməsi qət edilən zaman ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin cari il üzrə artımı alimentin miqdarının indeksasiyası üçün yeganə meyar kimi qəbul edilməlidir. Hazırkı şəraitdə ayda hər uşaq üçün təyin olunuş 154 manat olmaqla, ümumilikdə 462 manat təyin olunmuş alimentlə uşaqın artan tələbatını ödəmək və onların əvvəlki təminat səviyyəsini saxlamaq qeyri-mümkündür. Belə olan halda, uşaqların əvvəlki təminat səviyyəsinin maksimal saxlanılması, həmçinin tərəflərin mənafeləri arasında ədalətli tarazlıq yaradılmasına nail olmaq üçün aliment məbləği indeksasiya olunmalıdır. Aliment məbləğinin indeksasiyası zamanı qüvvədə olan müvafiq məhkəmə qətnaməsinin qəbul edildiyi vaxt (2018-ci il) tutulması qət olunan aliment məbləğinin həmin il ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinə (Azərbaycan Respublikası Prezidentinin ## ###### 2017-ci il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2018-ci il ######ın #-dən 130 manat müəyyən edilmişdir) nisbəti nəzərə alınmalı və qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində (154:130=1.184) indeksasiya olunması şəklində qeyd olunmalıdır. Məhkəmə borclunun maddi vəziyyətinin dəyişməsi və aliment ödəmə qabiliyyətinin azalmasına dair dəlillərinə, ərizəyə baxılan zaman bu halların nəzərə alınmalı olması ilə bağlı məhkəməyə ünvanlandığı ərizəsinə münasibətdə qeyd edir ki, aliment miqdarının artırılması ilə aliment məbləğinin indeksasiyası fərqli anlayışlar olmaqla, onlara tətbiq edilməli olan müvafiq normalar da oxşar olmamaqla bir-birindən fərqlənir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Yəni, məhkəmə tərəfindən uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay ödənilməli olan sabit pul məbləğində aliment təyin edildikdən sonra, tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsi tətbiq edilir və həmin maddədə nəzərdə tutulmuş klassik şərtlərin mövcudluğu nəzərə alınmaqla müvafiq qərar qəbul edilir. Mahiyyət etibarı ilə aliment məbləğinin indeksasiyası qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində tutulması qət edilən aliment məbləğinin konkret rəqəmlə ifadə edildiyi hallarda maraqlı şəxsin (xeyrinə aliment tutulması qət edilən) ərizəsi əsasında müvafiq aliment məbləğinin tutulmasına dair məhkəmə qətnaməsinin qəbul edildiyi vaxt qüvvədə olan minimum əmək haqqının cari il üzrə artımına mütənasib şəkildə həmin aliment məbləğinin indeksləşdirilməsindən, yəni xeyrinə aliment tutulan şəxsin uşağın saxlanılması üçün məhkəmə qətnaməsi əsasında tələb etməyə haqqı çatdığı pul vəsaitinin (aliment məbləğinin) inflyasiya proseslərinin mənfi təsirlərindən qorunmasından, pulun alıcılıq qabiliyyətinin stabil vəziyyətdə saxlanılmasından ibarətdir. Bir sözlə, aliment məbləğinin tutulmasına dair bu və ya digər qanuni qüvvəyə minmiş qətnamənin mövcudluğu və həmin qətnamədə tutulması qət edilən aliment məbləğinin konkret rəqəmlə ifadə edilmiş olması həmin alimentin icra icraatı qaydasında təqdim edilən ərizə(lər) əsasında indeksləşdirilməsini şərtləndirir. Həmçinin bu qaydada indeksasiyanın həyata keçirilməsi qanunvericilik səviyyəsində hər hansı əlavə şərtdən asılı edilmir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, ödənilməli olan pul məbləğinin indeksasiyası dedikdə, tələbkarın hüquqlarının və qanuni mənafelərinin inflyasiya proseslərinin mənfi təsirlərindən qorunması məqsədilə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tələbkara ödənilməli olan pul məbləğinin inflyasiyanın artım səviyyəsinə mütənasib olaraq artırılması başa düşülür. Beləliklə də, indeksasiya inflyasiya nəticəsində istehlak qiymətlərinin artdığı bir şəraitdə tələbkarın üzləşdiyi zərərin əvəzinin ödənilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual mexanizmdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda da, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilir. Bu halda sabit pul məbləğində tutulan alimentin indeksasiyasının, yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunsa da, məhkəmə nəticə hissəsində indeksasiya olunacaq məbləği sonuncu tutulan aliment məbləğinə münasibətdə, yəni 154 manata münasibətdə deyil, 136.60 manata münasibətdə indeksasiya etmişdir. Bu isə birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadı – “136,6 manat sabit pul məbləğində tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində indeksasiya olunsun” hissəsində dəyişdirilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə Borclu ##.##.2009-cu il təvəllüdlü X1 və ##.##.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 154 manat sabit pul məbləğində tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində indeksasiya olunsun. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Günel Abbasova Hakimlər imzalar: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar