Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-417/2026 28.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Qafarova Rəna Nazim qızından ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadından borclu Ərizəni verən şəxs Firması tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Borclu Ərizəni verən şəxs Firması şikayət ilə məhkəməyə müraciət edərək Binəqədi Rayon İcra Şöbəsinin icra məmurunun ##.##.2026-cı il tarixli **/**-*****/**-** nömrəli məktubunun (qərarının) qanunsuz hesab edilərək ləğv edilməsi, Binəqədi Rayon İcra Şöbəsinin ##.##.2026-cı il tarixinə təyin edilmiş məcburi icra hərəkətlərinin keçirilməsinin dayandırılması, şikayət üzrə yekun məhkəmə qərarı qəbul edilənədək mübahisələndirilən icra hərəkətlərinin və həmin qərarın icrası təminat tədbiri kimi dayandırılması, Binəqədi Rayon İcra Şöbəsinə şikayətçinin təqdim etdiyi ərizə və vəsatətlərə qanunvericiliyin tələblərinə uyğun qaydada mahiyyəti üzrə baxılması və əsaslandırılmış qərar qəbul edilməsi vəzifəsinin həvalə edilməsi, 2420 və **** nömrəli qeyri-yaşayış sahəsində obyektlərin və əmlakın faktiki vəziyyətinin müəyyən edilməsi məqsədilə qanunvericiliyin tələblərinə uyğun müvafiq mütəxəssisin cəlb edilməsinin zəruriliyinin nəzərə alınması barədə göstəriş verilməsi, məhkəmə baxışı zamanı şikayətçinin təqdim etdiyi bütün yazılı müraciətlərə, sübutlara və vəsatətlərə hüquqi qiymət verilməsi ,məhkəmə xərcləri cavabdehin üzərinə qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadına əsasən borclu Ərizəni verən şəxs Firmasının Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmurunun qərarının ləğv edilməsi və digər tələbinə dair şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan borclu Ərizəni verən şəxs Firmasının verdiyi apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən *(*-**)-***/**** saylı ## ###### 2026-cı il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətini nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin ## #### 2021-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il # #### tarixli ***-VIQD nömrəli Qanunu 2021-ci il #######ın #-dən qüvvəyə minmişdir. Həmin Qanunun 2.2-ci bəndində qeyd olunmuşdur ki, bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Mülki-Prosessual Məcəllənin 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Bu Məcəllənin 10-1.5-ci və 10-1.7-ci maddələrinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Mülki Prosessual Məcəllənin 361.1-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 361.1.2-361.1.7-ci maddələrində apellyasiya şikayətinin məzmunu ilə bağlı tələblər müəyyən edilmişdir. Həmin Məcəllənin 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Bu Məcəllənin 363.1.1-363.1.1-1 və 363.1.5-ci maddələrinin tələblərinə görə apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verildikdə, imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verildikdə və ya “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, şikayətin verilməsi zamanı Mülki-Prosessual Məcəllənin tələbləri nəzərə alınmadığından, yəni Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadından borclu Ərizəni verən şəxs Firması tərəfindən verilmiş apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilsə də, elektron imza ilə imzalanmadığından, həmçinin şikayətdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə təsbit edilmiş “Əlavə 2”-də nəzərdə tutulan tələblərə riayət edilmədiyindən, geri qaytarılmalıdır. Kollegiya onu da qeyd edir ki, elektron kabinetdən göndərilən apellyasiya şikayəti sənədin skan versiyasıdır. Elektron imza ilə imzalanmış sənədin əsli deyildir. Həmçinin o da qeyd edilməlidir ki, şikayət Ərizəni verən şəxs Firmasının direktoru Nümayəndə tərəfindən imzalanmış; lakin onun borclunun direktoru olmasını, adından apellyasiya şikayətini vermək və imzalamaq səlahiyyətinə malik olduğunu təsdiq edən müvafiq sənədlər şikayətə əlavə edilməmişdir. Mülki-Prosessual Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Bu Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 361, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadından borclu Ərizəni verən şəxs Firması tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti ona geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Cəmilə Musayeva Hakimlər: Fuad Abdıyev Rəna Qafarova
Məhkəmə qərarları › İş №8(3-6)-417/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-417/2026
28.08.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver