Məhkəmə qərarları › İş №8(3-6)-419/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-419/2026

14.09.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-419/2026 14.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin *(*-**)-***/**** saylı işi üzrə ##.##.2026-ci il tarixli qərardadından borclu Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı Tələbkar Tələbkar borclu Borclu qarşı alimentin icra qaydasında indeksləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsinə əsasən müəyyən edilmiş uşağın yetkinlik yaşına çatana qədər saxlanılamsı üçün 235 manat məbləğin artırılaraq borcludan tələbkarın xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının müvafiq misli həddində sabit pul məbləğində indeksasiya edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin *(*-**)-***/**** saylı işi üzrə ##.##.2026-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə ##.##.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün tutulan alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində indeksasiya olunması, alimentin indeksasiya edilmiş məbləğdə tutulması ərizənin məhkəməyə verildiyi ##.##.2026-cı il tarixdən hesablanması qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Konstitusiyasının 17; Ailə Məcəlləsinin 110.2; Mülki Prosessual Məcəllənin 232.1; “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cu maddələrinə; “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2016-cı il tarixli Qərarına istinadən qeyd edilmişdir ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsindən görünür ki, ##.##.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Borclu hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar ödənilməlidir. Borclunun birgə nikahlarından anadan olmuş uşaqların saxlanması üçün borcludan sabit məbləğdə alimentin tutularaq tələbkara verilməsinə dair məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının müvafiq misli həddində indeksasiya olunmasının tələb edilməsi qanuna uyğundur. Belə ki, iş materiallarından görünür ki, Xəzər Rayon Məhkəməsinin ##.##.2024cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi əsasında borcludan hər ay 235 manat sabit pul məbləğində aliment tutulmuşdur. Qətnamənin qəbul edildiyi 2024-cü il üçün ölkə üzrə minimum əmək haqqı məbləği 345 manat təşkil etmişdir. Yuxarıda qeyd edilən hüquqi mövqeyə əsasən, qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2024-cü il üzrə müəyyən edilmiş minimum əmək haqqının bir uşaq üçün (235:345) 0,68 mislini təşkil etdiyini nəzərə alaraq, tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının müvafiq misli (hər uşaq üçün 0,68 misli) həddində indeksasiya olunmalıdır. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. Məhkəmə hesab edir ki, eyni hüquqi mövqe analoji olaraq alimentin indeksasiya edilmiş məbləğdə tutulmasına da şamil edilməli, bu səbəbdən alimentin indeksasiya edilmiş məbləğdə tutulması hazırki ərizə ilə məhkəməyə müraciət edildiyi gündən, yəni ##.##.2026-cı il tarixdən hesablanmalıdır. Apellyasiya şikayəti, etiraz və məhkəmənin mövqeyi Borclu şikayət vermiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadının ləğv edilməsini, iş üzrə maddi vəziyyəti, aylıq gəliri, ailə vəziyyəti və himayəsində olan şəxslər nəzərə alınmaqla alimentin daha aşağı həddə indeksasiya olunması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Ailə Məcəlləsinin 76; Mülki Prosessual Məcəllənin 88-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə tərəfindən işin bütün faktiki halları tam araşdırılmamış, onun real maddi vəziyyəti, gəliri və ailə vəziyyəti lazımi qaydada nəzərə alınmamışdır. O, hazırda Xaçmaz Rayon Musiqi Məktəbində nağara müəllimi işləyir və aylıq əmək haqqı cəmi 422 manat təşkil edir. Bundan əlavə, atası Kərimov Rauf 3-cü qrup əlildir və ailə üzvü kimi onun saxlanılmasında və gündəlik ehtiyaclarının qarşılanmasında iştirak edir. Məhkəmə alimentin indeksasiyası məsələsinə baxarkən yalnız minimum əmək haqqının artımını əsas götürmüş, lakin aliment ödəyən şəxsin real maddi imkanlarını, gəlir səviyyəsini və digər ailə öhdəliklərini hərtərəfli araşdırmamışdır. Birinci instansiya məhkəməsini gəliri, işlədiyi yer, əmək haqqı ailə vəziyyəti və himayəsində olan şəxslər barədə halları tam araşdırmamışdır. Məhkəmə yalnız alimentin əvvəlki məbləğini minimum əmək haqqına nisbətlə hesablamış, lakin həmin indeksasiyanın borclunun real ödəmə imkanlarına uyğun olub-olmamasını qiymətləndirməmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin *(*-**)-***/**** saylı işi üzrə ##.##.2026-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi: Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair ## #### 2016-cı il tarixli Аzərbаycаn Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən: 1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. 2. Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən, indeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2024cü il tarixli ** nömrəli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il ## #### tarixli *-*/**** nömrəli Qərarına 8.4-1 və 8.4- 2-ci yarımbəndləri əlavə edilmişdir. 8.4-1-cü bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.4-2-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 232.1.-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnaməsinin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırkı halda məhkəmə tərəfindən aliment məbləğinin indeksasiya məsələsinə baxılır, borclunun narazı qaldığı məsələnin alimentin indeksasiyası ilə bağlı olan icraat çərçivəsində həll olunması mümkün deyildir və alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi (artırılması, azaldılması) barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Kollegiya qeyd edir ki, əsaslar olduğu halda hazırki dəlillərlə borclu tələbkara qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Hazırki prosedur çərçivəsində isə qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrası qaydasında iqtisadi indeksin dəyişməsi müstəvisində müəyyən edilmiş aliment məbləğinin indeksasiyası həyata keçirilir. Aliment məbləğinin azaldılması və ya alimentdən azad edilməsi proseduru isə iddia icraatı qaydasında həyata keçirilə bilər. Belə olan halda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas deyildir. Diqqətə çatdırılmalıdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)- ****/**** saylı qətnaməsindən görünür ki, ##.##.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Borclu hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar ödənilməlidir və hazırda uşağın böyüməsi və iqtisadi indeksin də dəyişməsi ilə əlaqədar xərclərin artması hamıya bəlli olan haldır ki, borclu valideyn olaraq uşağının sağlam və tərbiyəli vətəndaş kimi inkişafında iştirak etmək vəzifəsinə müvafiq aliment ödənişlərini təmin etməlidir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395-403-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı Borclu Borclu oğlunun şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin *(*-**)-***/**** saylı işi üzrə ##.##.2026-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar