Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-422/2026 15.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Tələbkar İsmayılova Mehriban Şiraz qızının alimentin indeksasiyası barədə ərizəsinə dair iş üzrə (Açar sözlər: aliment məbləğinin indeksasiyası) hakimlər X2 (sədrlik edən və məruzəçi), Qafarova Rəna Nazim qızı və X1 ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, # ###### 2026-cı il tarixli qərardadından borclu Borclu tərəfindən verilmiş şikayət üzrə işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Tələbkar İsmayılova Mehriban Şiraz qızı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2014-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2014-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə uşağın saxlanılması üçün kəsilmiş 110 manat sabit pul məbləğində alimentin məbləği qanunvericiliklə müəyyən edilmiş artımlara mütənasib olaraq indeksasiya edilməsi və icra olunması üçün müvafiq qərardad qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2014-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə Borclu ## ###### 2012-ci il təvəllüdlü X3 üçün hər ay 110 (bir yüz on) manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya-İsmayılova Mehriban Şiraz qızına ödənilməsi müəyyən edilmişdir. Həmin qətnamə icra olunması üçün borclunun qeydiyyatda olduğu və yaşadığı Sabirabad rayonu üzrə İcra və Probasiya Şöbəsinə göndərilmiş və hazırda icradadır. Qətnamənin çıxarıldığı 2014-cü ildən bu günə qədər ölkədə yaşayış minimumu və minimum əməkhaqqı məbləğləri dəfələrlə artmış, lakin uşaq üçün ödənilən 110 manat aliment məbləği dəyişməz qalmışdır. Bu isə böyüməkdə olan uşağın maddi tələbatlarını tam qarşılamağa imkan vermir. Məhkəmənin nəzərinə çatdırılır ki, Sabirabad Rayon Məhkəməsinin qərardadında da qeyd edilmişdir ki, aliment tələbinin artırılması qətnaməni çıxarıldığı yerə görə verilir.
3. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2014-cü il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsinə əsasən iddia qismən təmin olunaraq, Borclu və Abdullayeva Mehriban Şiraz qızı arasında ## #### 2008-ci il tarixdə Yasamal rayon Qeydiyyat şöbəsində bağlanmış və bu barədə nikahın bağlanması barədə akt qeydləri kitabında 200 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahlarından olan ## ###### 2012-ci il təvəllüdlü X3 anası Abdullayeva Mehriban Şiraz qızının yanında qalmasının müəyyən edilməsi, Borclu ## ###### 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 110 manat sabit pul məbləğində aliment tutularaq Abdullayeva Mehriban Şiraz qızına ödənilməsi və alimentin tutulmasının məhkəməyə müraciət edildiyi tarixdən, yəni ## ###### 2013-cü il tarixdən hesablanması qət etmişdir.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, # ###### 2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2014-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə Borclu ##.##.2012ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 110 (bir yüz on) manat sabit pul məbləğində tutulan alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 misli həddində indeksasiya olunması qərara alınmışdır.
5. Birinci instansiya məhkəməsi qərardadını Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.1 və 110.2-ci maddələrinə; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.1 və 232.3-cü maddələrinə; “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli ** nömrəli qərarına; “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin # ###### 2011ci il tarixli Sərəncamına; Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin ## ###### 2024-cü il tarixli *** nömrəli Sərəncamına istinadla əsaslandırmışdır.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:
6. Borclu Borclu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadının ləğv edilməsini və onun gəlirinə uyğun indeksasiya barədə ərizənin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
7. Şikayət onunla əsaslandırılmışdır ki, tələbkar İsmayılova Mehriban Şiraz qızı ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2014-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2014-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə uşağın saxlanılması üçün kəsilmiş 110 manat sabit pul məbləğində alimentin məbləğinin qanunvericiliklə müəyyən edilmiş artımlara mütənasib olaraq indeksasiya edilməsi və icra olunması üçün müvafiq qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri, Yasamal rayon məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2014-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə Borclu ##.##.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 110 (bir yüz on) manat sabit pul məbləğində tutulan alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində indeksasiya olunması qərara alınmışdır. Hal-hazırda iş üzrə ərizəçinin himayəsində olan ##.##.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2014-cü il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin indeksasiyası sonrakı artımlar nəzərə alınaraq, 1.18 misli x 400=472 manat aliment həddindən artıq çoxdur. Ona görə ki, bu günkü günə onun ərizəçiyə xeyli miqdarda aliment borcunun olduğu, ailə vəziyyəti və sair hallar nəzərə alınmamışdır. Hesab edir ki, şikayətində göstərdiyi işin faktiki halları (ailə vəziyyəti) nəzərə alınmalıdır. Odur ki, şikayətində göstərdiyi dəlillər nəzərə alınaraq, Bakı şəhəri Yasamal rayon məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ləğv edilməlidir. Şikayətində göstərilən dəlillər, işin faktiki halları, maddi və prosessual pozuntular bir daha onu deməyə əsas verir ki, məhkəmə qərardadı qanuni və əsaslı deyildir.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı # ###### 2026-cı il tarixli qərardadından borclu Borclu tərəfindən verilmiş şikayət təmin edilməyərək, işlə birlikdə apellyasiya qaydasında baxılması üçün göndərilmişdir.
9. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
Tətbiq edilən hüquq normaları:
10. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.
Azərbaycan Respublikası Ailə Məcəlləsinin
11. 110.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir.
12. 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
13. 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər.
14. 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər.
15. 232.2-ci maddəsinə əsasən, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur.
16. 232.3-cü maddəsinə əsasən, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər.
17. 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
18. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən, indeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir.
19. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” ## ###### 2024-cü il tarixli ** saylı Qərarının 8.4-2-ci bəndində qeyd edilir ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları ilə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
21. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, ödənilməli olan pul məbləğinin indeksasiyası dedikdə, tələbkarın hüquqlarının və qanuni mənafelərinin inflyasiya proseslərinin mənfi təsirlərindən qorunması məqsədilə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tələbkara ödənilməli olan pul məbləğinin inflyasiyanın artım səviyyəsinə mütənasib olaraq artırılması başa düşülür. Beləliklə də, indeksasiya inflyasiya nəticəsində istehlak qiymətlərinin artdığı bir şəraitdə tələbkarın üzləşdiyi zərərin əvəzinin ödənilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual mexanizmdir.
22. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda da, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilir. Bu halda sabit pul məbləğində tutulan alimentin indeksasiyasının, yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınır.
23. Hazırkı halda da birinci instansiya məhkəməsi uşağın saxlanması üçün borcludan tələbkarın xeyrinə tutulan alimentin məbləğinin konkret rəqəmlə deyil, məbləğin sonrakı indeksasiyası nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının misli həddində ifadə edilməli olması qənaətinə gəlmişdir.
24. Belə ki, məhkəmə, qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən alimentin 110 manat həddində müəyyən edildiyini, alimentin hesablanmağa başlandığı təqvim ilində ölkə üzrə mövcud olmuş minimum əmək haqqının 93,50 manat məbləğində müəyyən edildiyini nəzərə almış, müvafiq hesablamanı, müəyyən edilmiş minimum aylıq əmək haqqının məbləğinə münasibətdə (93,50 / 110) aparmışdır.
25. Borclunun şikayətində istinad etdiyi dəlillərə münasibətdə isə kollegiya qeyd edir ki, onun narazı qaldığı məsələnin alimentin indeksasiyası ilə bağlı olan icraat çərçivəsində həll olunması mümkün deyildir. Belə ki, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi (artırılması, azaldılması) barədə müstəqil iddianın qaldırılması üçün əsasdır.
26. Belə ki, ancaq alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxdığı təqdirdə, məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hər hansı dəyişikliyin baş verməsini və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə ala bilər.
27. Bununla əlaqədar borcluya izah edilsin ki, o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2014-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsinə əsasən tələbkarın xeyrinə tutulmalı olan alimentin miqdarı müəyyən olunduqdan sonra ailə və ya maddi vəziyyətində dəyişikliklərin baş verməsi və s. istinadən alimentin miqdarının dəyişdirilməsi (azaldılması) barədə tələblə iddia icraatı qaydasında məhkəməyə müraciət edə bilər.
28. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Borclu Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı # ###### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Rəna Qafarova Fuad Abdıyev