Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-426/2026 09.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Bəhrəmzadə Sabit Xanlar oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmurunun hərəkətlərindən ərizəçi “X1” MMC tərəfindən verilmiş şikayətə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*- **)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından Nərimanov Rayon İcra Şöbəsinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icaat qaydasında baxaraq, Müəyyən etdi: Ərizəçi “X1” MMC məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi, obyektin boşaldılması ilə bağlı verilmiş göstərişin ləğv edilməsi, hüquqlarının pozulmasına son qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)- ****/**** saylı, ##.##.2025-ci il tarixli hökmünə əsasən iş üzrə xüsusi müsadirə olunmuş ünvan 3 ünvanında yerləşən 4718.9 kv.m ölçüdə tikili və 2526.6 kv.m ölçüdə torpaq sahəsindən ibarət daşınmaz əmlak (hazırda “X1” MMC) və “xxxx” şirkətinin adına rəsmiləşdirilmiş ünvan 4 ünvanında yerləşən 33142 kv.m ölçüdə olan torpaq sahəsinə xüsusi müsadirə tətbiq edilməklə dövlət nəfinə alınmalıdır. Qeyd edilən hökm icra olunması üçün Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinə göndərilmişdir. Bundan sonra icra məmuru tərəfindən ünvan 3 ünvanında X1 boşaldılması ilə bağlı onlara məktub ünvanlanmışdır. İcra məmurunun bu tələbi tam qanunsuzdur və qüvvədə olan qanunvericiliyin tələblərinə ziddir. Belə ki, ##.##.2011-ci il tarixdə X1 müqavilə əsasında icarəyə götürmüş və həmin müqavilə hazırda qüvvədədir. Hazırda tibb mərkəzində 40 nəfər həkim, 27 nəfər tibbi personal, 8 nəfər inzibati işçilər, ümumilikdə 75 nəfər icarədarlar fəaliyyət göstərir. Mülki qanunvericiliyə əsasən qüvvədə olan icarə müqaviləsi tərəflər üçün məcburi qüvvəyə malikdir və bu müqavilə ləğv edilmədən və ya məhkəmə qaydasında etibarsız hesab edilmədən obyektin boşaldılması tələb oluna bilməz. Bundan əlavə daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dəyişməsi (o cümlədən müsadirə olunması) mövcud icarə münasibətlərinə avtomatik olaraq, xitam etmir və yeni mülkiyyətçi mövcud müqavilə şərtlərinə riayət etməlidir. İcra məmuru tərəfindən obyektin boşaldılması ilə bağlı tələb irəli sürməsi onun qanunla müəyyən edilmiş səlahiyyət həddini aşması kimi qiymətləndirilməlidir. Bu cür qanunsuz tələb onun sahibkarlıq fəaliyyətinə, mülki hüquqlarına və qanuni maraqlarına ciddi zərər vurur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə (hakim Nərgiz Tağıyeva) şikayət təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın icarəçi "X1" MMC tərəfindən boşaldılmasının tələb edilməsi barədə hərəkətləri qanunsuz hesab edilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan maraqlı şəxs Nərimanov Rayon İcra Şöbəsinin nümayəndəsi Nümayəndə şikayət verərək, qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, əmlakların xüsusi müsadirə edlməsinə dair icra sənədləri “Xüsusi müsadirə edilmiş əmlakın dövlət nəfinə verilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli *** nömrəli Qərarının tələbləri nəzərə alınmaqla icra olunur. Həmin Qərarın 2.3-cü bəndinə əsasən xüsusi müsadirə edilən daşınar əmlak plomblanır və ya möhürlənir və bu barədə əmlak siyahısında qeydlər edilir. Daşınar əmlakın tamlığını təmin etmək üçün icra məmuru saxlanc müqaviləsi əsasında onu müvəqqəti saxlanca verir. Xüsusi müsadirə edilmiş daşınmaz əmlaka icra məmuru tərəfindən baxış keçirilir və onun tamlığı müəyyən edildikdən sonra giriş qapıları möhürlənir. Daşınmaz əmlakda yaşayış olduqda (yaşayış sahəsinə münasibətdə) sakinlərin çıxarılması təmin edilir. Müsadirə edilməli olan daşımaz əmlak hazırda müvafiq müqavilə əsasında istifadədə olduğundan giriş qapılarının möhürlənməsi mümkün olmamış, bu səbəbdən icra məmuru tərəfindən qeyri-yaşayış sahəsinin boşaldılması tələb edilmişdir. Göründüyü kimi, icra məmuru tərəfindən mövcud qanunvericiliyin tələblərinə tam əməl olunmuşdur. Qeyd olunanlara əsasən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsinə dair qərardad qəbul edilməsi xahiş olunmuşdur. Şikayət birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki iş materiallarındakı “İcarəyə verən” H.M.Əhmədov və “İcarəçi” “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış ##.##.2011-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 2526.6 kv.m olan 5 mərtəbəli qeyri-yaşayış sahəsi, həmin sahədə olan, siyahısı bu müqavilənin * saylı əlavəsində göstərilmiş avadanlıqlar “icarəçi”yə icarəyə verilmişdir. Müqavilənin 3.1-ci və 3.2-ci bəndlərinə əsasən müqavilə imzalandığı tarixdən, yəni ## #### 2011-ci il tarixindən etibarən qüvvəyə minir və 1 (bir) il müddətində qüvvədədir. Müqavilənin müddəti bitdikdən sonra tərəflərin qarşılıqlı razılığına əsasən müqavilənin müddəti uzadıla bilər; Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-ci il tarixli icra sənədinə əsasən ünvan 3 ünvanında yerləşən 4718.9 kv.m ölçüdə tikili və 2526.6 kv.m ölçüdə torpaq sahəsindən ibarət daşınmaz əmlak (hazırda “X1” MMC) və “xxxx” şirkətinin adına rəsmiləşdirilmiş ünvan 4 ünvanında yerləşən 33142 kv.m ölçüdə olan torpaq sahəsinə xüsusi müsadirə tətbiq edilməklə dövlət nəfinə alınmalıdır; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Sənayə Nazirliyi tərəfindən verilmiş ****** nömrəli lisenziyadan görünür ki, "X1” ММС-yə ünvan 2 ünvanında özəl tibb fəaliyyətini həyata keçirməyə müddətsiz lisenziya verilmişdir; Nərimanov rayon İcra şöbəsi tərəfindən "X1” ММС-nin rəhbəri Məmmədrəhim Əliyevə ünvanlanmış ##.##.2026-cı il tarixli, е******/**** nömrəli bildirşdən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/****-*** nömrəli, ##.##.2026-ci il tarixli icra sənədinə əsasən ünvan 1 ünvanında yerləşən 4718.9 kv.metr ölçüdə tikili və 2522.6 kv.metr ölçüdə torpaq sahəsindən ibarət daşınmaz əmlakın boşaldılaraq təhvil verilməsi tələb edilmişdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, mübahisəyə hüquqi qiymət verilməsi üçün ilk növbədə hüquq münasibətinin xarakteri dəqiq müəyyənləşdirilməlidir. Hazırda icra məmuru tərəfindən tətbiq edilən “xüsusi müsadirə” cinayət hüquq sahəsinə aid olmasına baxmayaraq, xüsusi müsadirənin istiqamətləndiyi ünvan 3 ünvanında yerləşən 4718.9 kv.metr ölçüdə tikili və 2522.6 kv.metr ölçüdə torpaq sahəsindən ibarət daşınmaz əmlaka dair hüquqlar mülki hüququn fiziki və hüquqi şəxslər arasında bərabərlik və tərəflərin muxtariyyəti prinsiplərinə əsaslanan münasibətləri tənzimləyən hüquq sahəsi olan xüsusi hüququn tətbiqi dairəsinə düşür. Belə ki, Mülki Məcəllənin 203.3-cü maddəsinə əsasən, mülkiyyət hüququnun itirilməsinin növlərindən biri də, əmlakın Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məhkəmə qərarı ilə əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasını ehtiva edən müsadirədir. “Xüsusi müsadirə edilmiş əmlakın dövlət nəfinə verilməsi Qaydası”nın təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il ## ##### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Əsasnamə”də dəyişiklik edilməsi haqqında” Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli Qərarına əsasən, Xüsusi müsadirə edilən daşınar əmlak plomblanır və ya möhürlənir və bu barədə əmlak siyahısında qeydlər edilir. Daşınar əmlakın tamlığını təmin etmək üçün icra məmuru saxlanc müqaviləsi əsasında onu müvəqqəti saxlanca verir. Xüsusi müsadirə edilmiş daşınmaz əmlaka icra məmuru tərəfindən baxış keçirilir və onun tamlığı müəyyən edildikdən sonra giriş qapıları möhürlənir. Daşınmaz əmlakda yaşayış olduqda (yaşayış sahəsinə münasibətdə) sakinlərin çıxarılması təmin edilir. (2.3) Xüsusi müsadirə edilmiş əmlakın satış məqsədilə təhvil verilməsi halları istisna olmaqla, daşınmaz və rəsmi reyestrdə qeydiyyata alınan daşınar əmlakları təhvil alan təşkilatların hesabına və müraciəti əsasında onlar üzərində hüquqlar müvafiq qeydiyyat orqanları tərəfindən qeydiyyata alınır. (2.10) Apelyator şikayətində yuxarıda qeyd olunan normanın 2.3-cü maddəsinə istinadən, xüsusi müsadirənin icra olunmasının təmin edilməsi üçün hazırda icarəçinin ünvan 1 ünvanında yerləşən 4718.9 kv.metr ölçüdə tikili və 2522.6 kv.metr ölçüdə torpaq sahəsindən ibarət daşınmaz əmlakdan çıxarılmasının zəruriliyini vurğulasa da, qanunvericilik burada digər tədbirlərin tətbiqinin mümkünlüyünü də müəyyənləşdirmişdir. Bu hissədə Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, “İcarə haqqında” Azərbaycan Respublikası Qanunun 13.3, 13.4 və 13.5-ci maddələrinə görə, icarəyəverən təşkilatın yenidən təşkil edilməsi, habelə icarəyə götürülmüş əmlakın mülkiyyətçisinin dəyişməsi müqavilə şərtlərinin dəyişdirilməsi və ya onun pozulması üçün əsas deyildir. Müqavilənin müddəti qurtardıqdan sonra icarəçinin müqaviləni təzələmək hüququ vardır. Hazırda işin hallarından görünür ki, xüsusi müsadirə nəticəsində əvvəlki mülkiyyətçinin mülkiyyət hüquqlarına xitam verilməklə, artıq əmlak üzərində mülkiyyət hüququndan irəli gələn hüquqlar dövlətə keçmişdir. Bu baxımdan hazırda mülkiyyətçinin dəyişməsi icarə müqaviləsinin xitamı üçün əsas təşkil etmir. Habelə qeyd olunmalıdır ki, Mülki Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir. (1.1-ci maddə) İşin mübahisəsiz halıdır ki, “İcarəyə verən” H.M.Əhmədov və “İcarəçi” “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış ##.##.2011-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 2526.6 kv.m olan 5 mərtəbəli qeyri-yaşayış sahəsi, həmin sahədə olan, siyahısı bu müqavilənin * saylı əlavəsində göstərilmiş avadanlıqlar “icarəçi”yə icarəyə verilmişdir. Müqavilənin 3.1-ci və 3.2-ci bəndlərinə əsasən müqavilə imzalandığı tarixdən, yəni ## #### 2011-ci il tarixindən etibarən qüvvəyə minir və 1 (bir) il müddətində qüvvədədir. Müqavilənin müddəti bitdikdən sonra tərəflərin qarşılıqlı razılığına əsasən müqavilənin müddəti uzadıla bilər; Göründüyü kimi, “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti hazırda müsadirə edilmiş əmlaka dair icarə müqaviləsindən irəli gələn hüquqlara malik üçüncü şəxs olmaqla, vicdanlı əsaslarla hüquq əldə etmişdir. Belə ki, həmçinin iş materialları ilə təsdiq olunur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Sənayə Nazirliyi tərəfindən verilmiş ****** nömrəli lisenziyadan görünür ki, "X1” ММС-yə ünvan 2 ünvanında özəl tibb fəaliyyətini həyata keçirməyə müddətsiz lisenziya verilmişdir; Bu baxımdan İcarəyə verən” H.M.Əhmədov və “İcarəçi” “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış ##.##.2011-ci il tarixli icarə müqaviləsinin əsassız hesab edilməsi və xüsusi müsadirə zamanı müqavilə şərtlərinin nəzərə alınmaması yolverilməz hesab olunmaqla birlikdə, “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquq və mənafelərinin kobud surətdə pozulmasına gətirib çıxaracaqdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi, obyektin boşaldılması ilə bağlı verilmiş göstərişin ləğv edilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 231, 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №8(3-6)-426/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-426/2026
09.09.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver