Məhkəmə qərarları › İş №8(3-6)-427/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-427/2026

14.09.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-427/2026 14.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X4 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin *(*-**)-***/**** saylı işi üzrə ##.##.2026-ci il tarixli qərardadından borclu Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Işin halları və iş üzrə məhkəmə icraat(lar)ı Tələbkar Ərizəni verən şəxs, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2016-cı il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının minimum əmək haqqına müvafiq indeksasiya edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(5-97)- ***/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2016-cı il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.11 misli həddində indeksasiya olunması qərara alınmışdır. Qərardadda Mülki Prosessual Məcəllənin 232.1, 232.2, 232.3, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” ##.##.2016-cı il tarixli *-*/**** nömrəli Qərarının 8.4-1 və 8.4-2-ci bəndlərinə; “Minimum aylıq əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin ##.##.2013-ci il tarixli Sərəncamına istinadən qeyd edilmişdir ki, iş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə Borclu ##.##.2011-ci il təvəllüdlü X1 və ##.##.2013cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 117 manat, cəmi 234 manat sabit pul məbləğində alimentin tutularaq, X2 verilməsi qət edilmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarı 2016cı il üzrə müəyyən edilmiş 105 manat məbləğində minimum əmək haqqının 1.12 (117:105) mislini təşkil edir. Bu baxımdan alimentin məbləği hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.11 misli həddində indeksasiya olunmalıdır. Apellyasiya şikayəti, etiraz və məhkəmənin mövqeyi Borclu qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və alimentin məbləğinin ədalətli həddə indeksasiya edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayətdə “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” AR Qanununun 1-ci maddəsinə; MPM-nin 217.1, 217.3- cü maddələrinə və “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” ##.##.2016- cı il tarixli *-*/**** nömrəli Qərarının 8.4-cü bəndinə istinadən qeyd edilmişdir ki, Nərimanov Rayon Məhkəməsinin mübahisələndirilən qərardadı ilə, hər uşaq üçün alimentin faktik məbləği 444 manat müəyyən edilmişdir (400 x 1.11 = 444). Bu isə, 2026-cı ildə ölkə üzrə müəyyən edilmiş alimentin məbləğindən 1.7 dəfə çoxdur. Məhkəmə alimentin məbləğini müəyyən edərkən, məsələyə həddən artıq formal yanaşmış, yaşayış minimumu haqqında qanunvericiliyin tələblərini nəzərə almamış, habelə 2 uşağa görə 888 manat ödəyəcəyi halda, maddi vəziyyəinin kəskin şəkildə pisləşəcəyinə, faktik olaraq müflis duruma düşəcəyinə əhəmiyyət verməmişdir. Məhkəmə, alimentin məbləğinə dair indeksasiyanı müəyyən edərkən, faktik məbləğin pul ekvivalentinə toxunmaqla, alimentin məhz həmin məbləğdə müəyyən edilməli olduğunu əsaslandırmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı işi üzrə ##.##.2026 –cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair ## #### 2016-cı il tarixli Аzərbаycаn Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən: 1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. 2. Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. "Minimum aylıq əmək haqqının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin ##.##.2013-ci il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2013-cü il ########ın #-dən 105 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli ** nömrəli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il ## #### tarixli *-*/**** nömrəli Qərarına 8.4-1 və 8.4-2-ci yarımbəndləri əlavə edilmişdir. 8.4-1-cü bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Istinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.4-2-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnaməsinin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya şikayətin dəlillərini nəzərdən keçirərək hesab edir ki, hazırkı mərhələdə qərardadın dəyişdirilməsi və ya ləğv edilməsi üçün hər hansı əsaslar müəyyən edilmir. Şikayət verən borcluya izah edilməlidir ki, alimentin indeksasiyasinin özünün hesablanma mexanizmi vardır və məhkəmə bu mexanizmdən kənara çıxmaq səlahiyyətinə malik deyil. Azərbaycan Respublikası Ailə Məcəlləsinə (112.1-ci maddəsinə) müvafiq aliment ödənilməsi barədə saziş imzalamaq, habelə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində, sağlamlığında dəyişiklik olmuşsa, cavabdehin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişməsi və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edilməsi üçün müraciət edilə bilər. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395-403-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu Borclu təəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin *(*-**)-***/**** saylı işi üzrə ##.##.2026-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar