Məhkəmə qərarları › İş №8(3-6)-430/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-430/2026

14.09.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-430/2026 14.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Tələbkar Tələbkar “ödənilməli pul məbləğinin indeksasiya olunması” barədə ərizəsinə dair iş üzrə (açar sözlər: şikayətdən imtina edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, Tələbkar Tələbkar “ödənilməli pul məbləğinin indeksasiya olunması” barədə ərizəsinə dair iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadından tələbkar Tələbkar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat Tələbkər Tələbkar Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2016-cı il tarixli, *(***)- ****/**** saylı məhkəmə əmri ilə müəyyən edilmiş 828 manat pul məbləğini indeksləşdirilərək 2016cı il aprel ayından 2025-ci il dekabr ayınadək 179,80 faiz artımı (828 manat x 179,80 % = 1488,74 manat) nəzərə alaraq cəmi 2.316,74 manat məbləğində indeksləşdirilmənin müəyyən edilməsi və borclular borclu1 və borclu2 tutulmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadı ilə tələbkar Tələbkar “ödənilməli pul məbləğinin indeksasiya olunması” barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə Tələbkar Tələbkar Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ***/**** nömrəli qərardadından şikayət verərək qərardadın ləğv olunması və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 8(5-94)-480\**** saylı qərardadı ilə şikayətin təmin edilməməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadından tələbkar Tələbkar tərəfindən verilmiş şikayətin baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Şikayətə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. Tələbkar Tələbkar ##.##.2026-cı il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək tərəfindən verilmiş şikayətə münasibət bildirilmədən geri qaytarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 369.3. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Maddə 369.4. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Maddə 397.1. Bu Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Maddə 397.3. Şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; 398.0.4. qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Göründüyü kimi, tələbkarın apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılmasının davam etdirilməsi üçün prosessual əsaslar yoxdur. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, tələbkar Tələbkar şikayətdən imtina olunması barədə ərizəsi təmin edilməli və apellyasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 397-398, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Tələbkar Tələbkar “ödənilməli pul məbləğinin indeksasiya olunması” barədə ərizəsi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadından tələbkar Tələbkar tərəfindən verilmiş şikayətdən imtina qəbul edilsin və apellyasiya icraatına xitam verilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar