Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-433/2026 16.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Bəhrəmzadə Sabit Xanlar oğlundan ibarət tərkibdə, Tələbkar Tələbkar Açıq Səhmdar Cəmiyyətinin “ödənilməli pul məbləğinin indeksasiyası” barədə ərizəsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından borclu Əliyev İlqar Tofiq oğlu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: Tələbkar Tələbkar ASC “ödənilməli pul məbləğinin indeksasiyası” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2021-ci il tarixli icra sənədi üzrə ödənilməmiş 292708,24 manatın 399839 manata indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2017-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər borclu3, "xxxx" ASC və Əliyev İlqar Tofiq oğlundan müştərək qaydada kredit müqaviləsi üzrə 579778,78 manat əsas borc, 247408,32 manat faiz borcu, 1000 manat cərimə olmaqla, cəmi 828187,1 manat pulun "xxxx" İnvestisiya Kommersiya Bankının xeyrinə tutulması, iddia tələbinin borclu3 məxsus nominal dəyəri 2 manat olan 231398 ədəd adsız adi adlı (N9-000106852) səhmlərdən 229798 ədəd səhmlərə yönəldilməsi və həmin səhmlərin açıq hərracda satılması, səhmlərin satışından əldə olunmuş vəsaitin kredit məbləğinin ödənilməsinə yönəldilməsi, səhmlərin satışından əldə olunan vəsaitin iddiaçının tələbi ödənildikdən sonra artıq qalan hissəsinin cavabdeh borclu3 verilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının cavabdehlər borclu3, Əliyev İlqar Qabil oğlundan və "xxxx" ASC-dən müştərək qaydada tutularaq iddiaçı "xxxx" İKB-nin hesabına ödənilməsi, iddianın qalan 27422,75 manat dəbbə (cərimə) pulunun tutulması hissəsində və girov predmetinə tutma yönəldildikdən sonra əldə olunan vəsait borcun ödənişinə yetərli olmadığı halda, qalıq borcun cavabdehlər borclu3, Əliyev İlqar Qabil oğlunun və "xxxx" ASC-nin digər əmlaklarına yönəldilməsi hissəsində rədd edilməsi, iddiaçı “xxxx" İKB tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 97%-i, yəni 29 manatın cavabdehlər borclu3, "xxxx" ASC və Əliyev İlqar Tofiq oğlundan müştərək qaydada iddiaçının xeyrinə tutulması, qalan 3 %-i, yəni 1 manatın isə iddiaçıya aid edilməsi qət olunmuşdur. Həmin qətnamədən cavabdeh borclu3 apellyasiya şikayəti vermiş, yekunda Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** nömrəli ##.##.2021-ci il tarixli qətnaməsi ilə cavabdeh borclu3 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2017-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilmiş, cavabdehlər borclu3, "xxxx" ASC və Əliyev İlqar Tofiq oğlundan iddiaçı "xxxx" İnvestisiya Kommersiya Bankının (Tələbkar ASC-nin) xeyrinə müştərək qaydada tutulmalı olan faiz borcunun məbləğinin 231929,46 manat, cəmi borcun məbləğinin 812708,24 manat müəyyən edilməsi... qət edilmişdir. Qətnamə icra olunması üçün icra vərəqəsi Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin **/**- *****-** saylı ##.##.2023-cü il tarixli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2021-ci il tarixli icra sənədinə əsasən borclu3, "xxxx" ASC və Əliyev İlqar Tofiq oğlundan Tələbkar ASC-nin xeyrinə müştərək qaydada cəmi borcun məbləği 812708,24 müəyyən edilmiş və girov predmeti olan borclu3 məxsus səhmlərin nominal dəyərinin 2 manat olması hissəsində qətnamə ləğv olunmalı və qətnamədə girov predmeti olan səhmlərin ilkin satış qiyməti göstərilməməsinə dair icra sənədi ##.##.2022-ci il tarixdə icraata daxil olmuş və ##.##.2022-ci ildə icraata başlamaq haqqında qərar qəbul edilmişdir... Məhkəmə qətnaməsindən sonra borclu tərəfindən müəyyən ödənişlər edilmiş, nəticədə onun hazırda banka olan qətnamə üzrə əsas borcu 59778,78 manat, faiz borcu isə 231929,46 manat, cərimə 1000 manat, cəmi 292708,24 manat təşkil edir. Bildirilir ki, sözügedən borc borclu tərəfindən geri qaytarılmamış və bu vəziyyət davam etməkdədir. ##.##.2021-ci il tarixli icra sənədinin üzərindən 4 ildən çox müddət keçmiş, bu müddət ərzində pulun alıcılıq qabiliyyəti dəfələrlə aşağı düşmüşdür. Nəzərə alınsa ki, hər il ölkə üzrə inflyasiya baş verir və bu rəsmi dövlət orqanlarının məlumatı ilə təsdiq olunur, onda 292708,24 manatın 2021-ci ildən bu günə dəyərsizləşməsi qaçılmazdır. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin rəsmi internet saytında yerləşdirilmiş istehlak qiymətləri indeksinin hesablanmasına dair kalkulyatoruna əsasən müəyyən edilir ki, 2026-cı ilin iyun ayında 2021-ci ilin oktyabr ayına nisbətən istehlak qiymətləri indeksi 136,6 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 36,6 faiz artmışdır. Bu hesablama ilə nəzərə alınmalıdır ki, ödənilməmiş 292708,24 manat (292708,24 x 36,6 %) 399839 manata indeksasiya olunmalıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** nömrəli, ##.##.2021-ci il tarixli icra sənədi üzrə tutulan borclu3, "xxxx" ASC və Əliyev İlqar Tofiq oğlundan tərəfindən tələbkar Tələbkar Açıq Səhmdar Cəmiyyətinə ödənilməyən 292708,24 manat məbləğ indeksləşdirilərək 2022-ci ilin fevral ayından 2026- cı ilin iyun ayınadək 128,9 faiz artımı (292708,24 manat x 128,9 % = 377300,92 manat) nəzərə alaraq cəmi 377300,92 (üç yüz yetmiş yeddi min üç yüz manat, doxsan iki qəpik) manat məbləğində indeksləşdirilməsi və tələbin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Borclu Əliyev İlqar Tofiq oğlu “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının ləğv olunmasını və Tələbkar Açıq Səhmdar Cəmiyyətinin “ödənilməli pul məbləğinin indeksasiyası” barədə tələbinə dair ərizəsinin təmin olunmamasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, borclu kimi vəziyyətini daha da pisləşdirmiş və üzərinə əlavə yük qoymuşdur. Belə ki, iş materiallarında olan icra vərəqəsi və onun əsası olan qətnaməyə nəzər saldıqda müəyyən olunur ki, “iddia tələbinin borclu3 məxsus nominal dəyəri 2 manat olan 231398 ədəd adsız adi adlı (N9-000106852) səhmlərdən 229798 ədəd səhmlərə yönəldilməsi və həmin səhmlərin açıq hərracda satılması, səhmlərin satışından əldə olunmuş vəsaitin kredit məbləğinin ödənilməsinə yönəldilməsi, səhmlərin satışından əldə olunan vəsaitin iddiaçının tələbi ödənildikdən sonra artıq qalan hissəsinin cavabdeh borclu3 verilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsbarədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının cavabdehlər borclu3, Əliyev İlqar Qabil oğlundan və "xxxx" ASC-dən müştərək qaydada tutularaq iddiaçı "xxxx" İKB-nin hesabına ödənilməsi, iddianın qalan 27422,75 manat dəbbə (cərimə) pulunun tutulması hissəsində və girov predmetinə tutma yönəldildikdən sonra əldə olunan vəsait borcun ödənişinə yetərli olmadığı halda, qalıq borcun cavabdehlər borclu3, Əliyev İlqar Qabil oğlunun və "xxxx" ASCnin digər əmlaklarına yönəldilməsi hissəsində rədd edilməsi qət olunmuşdur.” Göründüyü kimi qanuni qüvvəyə minmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəmsinin ## #### 2017-ci il tarixli qətnaməsində, məhkəmə, borcun tutulması ilə yanaşı, onun icra olunması qaydasının da müəyyən etmişdir. Lakin tərəfimizdən icra qurumlarına dəfələrlə müraciət olunmasına baxmayaraq hələ də qeyd olunan icra vərəqəsinin icra olunması qərəzli olaraq yubadılır. borclu3 dəfələrlə yazılı və şifahi olaraq bildirmişdir ki, onun mülkiyyətində olan "xxxx" ASC-nin səhmləri olan və girov predmetini təşkil edən səhmləri borc əvəzi verməyə hazırdır. Lakin bankın nümayəndələri açıq aşkar şəkildə bildirirlər ki, onlara səhmlər maraqlı deyil. Bank kredit məbləğini borclu3 ayırarkən, qeyd olunan məbləğin ödənilməməsinin qarantı olaraq qeyd olunan, səhmləri girov kimi qəbul etmişdir. Qeyd olunan icra vərəqəsi illərlə hərəkətsiz saxlanılmaqla bizə əlavə faizlər və qeyd ounan kompensasiyalara dair iddia tələbləri irəli sürülür. Hal-hazırda da Gəncə şəhər Məhkəməsinin icraaatına olan mülki iş üzrə bizdən əlavə olaraq 124574,67 manat məbləğində pul və 415 manat ödənilmiş dövlət rüsumu tələb olunur. Yenə də qeyd edim ki, mən məhkəmənin qətnaməsinin icra olunmasında maraqlıyam. Məhkəmənin qətnaməsinin icra olunmamasında mənim heç bir təqsirim yoxdur. Qətnamənin icra qaydası müəyyən olunb. Borc konkret olaraq, girov predmetinə yönəlib. Girovu saxlayan mən deyiləm. Girov Milli Depozit Mərkəzi tərərfindən saxlanılır. Mən girovu gizlətmirəm! Əksinə dəfələrlə icra qurumuna müraciət edirəm ki, qətnaməni icra edin. Eyni zamanda nəzər yetirsəniz, yuxarıda qeyd olunan Bakı şəhəri Binəqədi Rayon Məhkəmsinin ## #### 2017-ci il tarixli qətnaməsi ilə “girov predmetinə tutma yönəldildikdən sonra əldə olunan vəsait borcun ödənişinə yetərli olmadığı halda, qalıq borcun cavabdehlər borclu3, Əliyev İlqar Qabil oğlunun və "xxxx" ASC-nin digər əmlaklarına yönəldilməsi hissəsində rədd edilməs qət olunmuşdur.” Həmçinin iş materiallarında olan, Gəncə şəhəri üzrə İcra İdarəsinin məhkəmənin ##.##.2026cı il tarixli sorğusunda cavabında da qeyd olunur ki, “uzun müddətdir ki, icra vərəqəsi üzrə tələbkara girov predmeti olan, borclu borclu3 məxsus olan “xxxx” ASC-nin səhmlərinin götürülməsi təklif olunsa da bundan imtina edir.” Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, əlavə sənədlər, etiraz və ya vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, ərizə təmin olunan hissədə işə maddi və prosessual normaların tələblərinin pozulması ilə baxıldığından, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı qismən, yəni ərizə təmin olunan hissədə ləğv edilməli, tələbkar Tələbkar ASC-nin Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2021-ci il tarixli icra sənədi üzrə tutulmalı olan borcun indeksasiyası barədə ərizəsi təmin edilməməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi hazırki nəticəyə gələrkən işin bütün faktiki halları üzrə ətraflı araşdırma aparmamış və sübutlara hərtərəfli qiymət vermədən qərardad qəbul etmişdir. Məhkəmə ilk növbədə mübahisəyə düzgün qiymət verilməsi məqsədilə işin hallarının dəqiq aydınlaşdırılmasını, icra vərəqəsinin icra olunmamasının hansı səbəbdən baş veribvermədiyini müəyyənləşdirməyi zəruri hesab edir. Mülki Prosessual Məcəllənin 232-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Ödənilməli pul məbləğlərinin indeksasiyası institutu qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş verən inflyasiya itkilərinin kompensasiyasını, pulun alıcılıq qabiliyyətinin bərpasını təmin edən effektiv vasitədir. Belə ki, bu hüquq təkcə məhkəməyə müraciət etmək imkanını deyil, həmçinin ədalət mühakiməsi nəticəsində dövlətin adından çıxarılmış qərarın icrasının təmin olunmasını, pozulmuş hüquq və azadlıqların real bərpası imkanını ehtiva edir. Göründüyü kimi, qanunverici indeksasiya tələbinin tətbiqi əsasları aşağıdakı kimi müəyyənləşdirmişdir: - qanuni qüvvəyə minmiş məhkəmə aktlarının borclu tərəfindən icra edilməməsi; - tələbkarın baş verən inflyasiya nəticəsində itkilərinin kompensasiyası. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2021-ci il tarixli, 2(103)- ***/**** saylı qətnaməsindən görünür ki, cavabdeh borclu3 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2017-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilmiş, cavabdehlər borclu3, "xxxx" ASC və Əliyev İlqar Tofiq oğlundan iddiaçı “xxxx" İnvestisiya Kommersiya Bankının (Tələbkar ASC-nin) xeyrinə müştərək qaydada tutulmalı olan faiz borcunun məbləği 231929,46 manat, cəmi borcun məbləğinin 812708,24 manat müəyyən edilməsi, girov predmeti olan borclu3 məxsus səhmlərin nominal dəyərinin 2 manat olması hissəsində qətnamənin ləğv olunması, qətnamədə girov predmeti olan səhmlərin ilkin satış qiymətinin göstərilməməsi qət edilmişdir. Sözügedən qətnamə ilə bağlı icra sənədi ##.##.2022ci il tarixdə icraata daxil olmuş və ##.##.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. Milli depozit mərkəzinin ##.##.2022-ci il tarixli məktubuna əsasən müəyyən borclunun 229798 ədəd adi səhmləri girovda olmuş, ondan 114899 ədəd adi səhm ##.##.2020-ci il tarixdə “İnvest-Az” investisiya şirkəti tərəfindən satılmışdır və hazırda ona məxsus 116499 ədəd adi səhm mövcuddur. Borclu Əliyev İlqar Tofiq oğlu Gəncə şəhər üzrə İcra idarəsinə dəvət olunmuş, borcunu ödəyə bilmədiyini səhmlərə yönəldilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/****-*** nömrəli ##.##.2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı Azərbaycan Respublikası Milli Depozit Mərkəzinə ##.##.2022-ci il tarixində sorğu verilmiş və Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin ##.##.2022-ci il tarixli məktubuna əsasən borclu borclu3 adına "xxxx" ASC üzrə 116499 ədəd səhmin mövcud olduğu məlum olmuşdur. Uzun müddətdir ki, icra vərəqəsi üzrə tələbkara girov predmeti olan borclu borclu3 məxsus olan xxxx ASC-nin səhmlərinin götürülməsi təklif olunsa da, imtina olunmuşdur. “Qiymətli kağızların girovunun qeydiyyatı, ona xitam verilməsi və girov predmetinə tutmanın yönəldilməsi” Qaydalarına əsasən, Mərkəzi Depozitar girov predmeti olan qiymətli kağızların satılmasına dair investisiya şirkətinə tapşırıq verir. Həmin Qaydaların 3.10-cu bəndinə əsasən, Mərkəzi Depozitar bu Qaydanın 3.5-ci bəndində olan məlumatı girov saxlayana göndərdikdən sonra girov predmeti olan qiymətli kağızlar ən azı 30 təqvim günü keçdikdən sonra satışa çıxarılır. Sözügedən qaydaların 3.12-ci bəndə əsasən, girov predmeti fond birjasında satılmadıqda girov predmetini təşkil edən qiymətli kağızlar girov saxlayana təklif olunur. Hazırki işin yuxarıda göstərilən hallarından da göründüyü kimi, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə borcun ödənilməsi üçün borclunun tələbkar qarşısındakı öhdəliyi kimi girov qoyulmuş səhmlərə yönəldilmə həyata keçirilməsi, girov predmetinə tutma yönəldildikdən sonra əldə olunan vəsait borcun ödənişinə yetərli olmadığı halda, qalıq borcun cavabdehlər borclu3, Əliyev İlqar Qabil oğlunun və "xxxx" ASC-nin digər əmlaklarına yönəldilməsi hissəsində rədd edilməsi qət edilmişdir. Nəticə etibarilə borclunun digər əmlaklarına yönəltmə aparılması məhkəmə qətnaməsi ilə təmin olunmadığından qətnamənin icra üsulu kimi borcluya məxsus səhmlərin satışı çıxış etmişdir. Bundan başqa icranın təmin edilməsi məqsədilə icra məmuru tərəfindən səhmlərin satışının təşkili üçün Mərkəzi Depozitara müraciət olunmuş, borclunun girovda olmuş 229798 ədəd adi səhmindən 114899 ədədi ##.##.2020-ci il tarixdə “İnvest-Az” investisiya şirkəti tərəfindən satılmış və 114899 ədəd adi səhm qalmışdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən satılmayan səhm girovsaxlayana təklif olunsa da, sonuncu səhmi almaqdan imtina etmişdir. Beləliklə, aparılan icra hərəkətlərinin xronologiyasından da görünür ki, öhdəliyin girov predmetinə yönəldilməsi üçün lazımi addımlar atılsa da, borcludan asılı olmayan səbəblərdən satışın aparılması və öhdəliyin icra olunması mümkün olmamışdır. Bu səbəbdən hazırda borclu tərəfindən icra sənədinin icrasının qəsdən gecikdirilməsi hazırki iş materialları ilə müəyyən olunmur. Nəticə etibarilə işin müəyyən olunan hallarına görə icranın gecikdirilməsi borclu tərəfindən və ya onun birbaşa iradəsi ilə (əlbəəl) aparılmamış, müddətin keçməsi ilə əlaqədar pulun dəyərdən düşməsi ilə onun hərəkətsizliyi arasında səbəbli əlaqə olmamışdır. Beləliklə, qeyd edilənlər onu deməyə əsas verir ki, indeksasiya ilə bağlı borclunun birbaşa təqsirini nəzərdə tutan normanın dispozisiya şərtləri hazırki işin halları baxımından mövcud deyildir. Bu halda birinci instansiya məhkəməsi tərəfindən sərgilənən mövqe də əsassız hesab edilməlidir. Odur ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı qismən ləğv edilməli, tələbkar Tələbkar ASC-nin Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2021-ci il tarixli icra sənədi üzrə tutulmalı olan borcun indeksasiyası barədə ərizəsi təmin edilməməlidir. MPM-in 398.0 və 398.0.3-cü maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı qismən, yəni ərizə təmin edilən hissədə ləğv edilsin. Tələbkar Tələbkar ASC-nin Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2021-ci il tarixli icra sənədi üzrə tutulmalı olan borcun indeksasiyası barədə ərizəsi təmin edilməsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №8(3-6)-433/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-433/2026
16.09.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver