Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-440/2026 16.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Abbasova Günel Məhərrəm qızı (sədrlik edən və məruzəçi), Hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadından tələbkar Ərizəni verən şəxs tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar Ərizəni verən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2014-cü il tarixli məhkəmə qərarı üzrə ödənilməmiş cəmi 621 manat pul məbləğini indeksləşdirilərək 2014-cü il iyul ayından 2026-cı ilin may ayınadək 217,40 faiz artımı (621 AZN x 217,40% = 1350,05 AZN) nəzərə alaraq cəmi 1350,05 manat məbləğində indeksləşdirilmənin müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadı ilə tələbkar Ərizəni verən şəxs borclu Məmmədova (Zeynalova) Fatimə Rafiq qızına qarşı (maraqlı şəxs: Qaradağ rayon icra şöbəsi olmaqla) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2014-cü il tarixli məhkəmə əmri ilə ödənilməyən pul məbləğinin indeksləşdirilməsi barədə ərizəsi təmin edilməmişdir. Qərardaddan tələbkar apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadının ləğv edilməsini və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, lakin tələbkar Ərizəni verən şəxs məhkəməyə ərizə ünvanlayaraq şikayətdən imtina etdiyini və işə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin: - 398.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək hüququ vardır. Apellyasiya baxışı zamanı tələbkar Ərizəni verən şəxs “AZEMİS” vasitəsilə elektron kabinetdən ərizə ünvanlayaraq şikayətindən imtina etdiyini bildirmiş, iş üzə apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Yuxarıda göstərilənləri və prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin şikayətindən imtinası qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, mülki iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.4 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDI: Tələbkar Ərizəni verən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(*-**)-***/**** saylı qərardadından verdiyi şikayətdən imtinası qəbul olunsun və mülki iş üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №8(3-6)-440/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-440/2026
16.09.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver