Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-443/2026 21.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X3 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin *(*-**)-***/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadından tələbkar Ərizəni verən şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı Tələbkar Ərizəni verən şəxs nümayəndəsi və vəkili Vəkil Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli *(***)***/** saylı icra sənədi üzrə Nərimanov Rayon İcra şöbəsinin ##.##.2022-ci il tarixli qərarının ləğv edilməsinə dair məhkəməyə şikayət ərizəsi verərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli *(***)-***/** saylı icra sənədinin icra olunmadan geri qaytarılması barədə Nərimanov rayon İcra və Probasiya Şöbəsinin ##.##.2022-ci il tarixli Qərarının ləğv edilməsi və icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi üçün icra vərəqinin Nərimanov rayon İcra və Probasiya şöbəsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin *(*-**)-***/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadı ilə tələbkar Ərizəni verən şəxs nümayəndəsi və vəkili Vəkil Nərimanov rayon İcra şöbəsinin icra məmurunun ##.##.2022-ci il tarixli qərarından şikayəti təmin edilməmişdir. Qərardadda “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 3ş1, 6.1, 23.1.2, 23.1, 23.7, 26; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” ##.##.2015-ci il tarixli Qərarına istinadən qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş qətnamə məcburi icra sənədidir. Hazırki iş üzrə icra sənədindən də görünür ki, avtomobilin cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, icra sənədində qeyd edilən “Nissan Qasqai” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobil ## #### 2019-cu il tarixdə keçirilən hərracda satılmış və İbrahimov Firudin Əhməd oğlu adlı şəxsin mülkiyyətinə keçmişdir. Hərracın keçirilməsinə əsas Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, 15.078.2016-cı il tarixli icra vərəqəsinin, Nərimanov Rayon İcra və Probasiya şöbəsinin ****-******/****-*BP saylı, ##.##.2019-cu il tarixli sifariş məktubu olmuşdur. Beləliklə, müəyyən edilir ki, avtonəqliyyat vasitəsi tələbkar Ərizəni verən şəxs borclu olduğu digər icra sənədinin icrası istiqamətində hərracda realizə edilmişdir. Bu səbəbdən hazırki icra sənədinin icrası mümkün olmadığından, icra məmuru haqlı olaraq icra sənədini geri qaytarmışdır. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, borclunun icra məmurunun qərarından verdiyi şikayətin dəlilləri əsassızdır. Həmçinin, qeyd edilməlidir ki, hazırki vəziyyətdə şikayətin təmin olunmaması gələcəkdə tərəflərin icra məmurlarının hərəkət və ya hərəkətsizliyi ilə bağlı müraciət imkanlarını aradan qaldırmır. Məhkəmə hesab edir ki, ərizəçi Ərizəni verən şəxs nümayəndəsi və vəkili Vəkil Nərimanov rayon İcra şöbəsinin icra məmurunun ##.##.2022-ci il tarixli qərarından şikayəti təmin edilməməlidir. Apellyasiya şikayəti, etiraz və məhkəmənin mövqeyi Tələbkar Ərizəni verən şəxs şikayət vermiş və Nərimanov rayon məhkəməsinin şikayətin təmin edilməsi barədə qərardadının ləğv edilməsi və şikayətin təmin edilməsi barədə müvafiq qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə “İcra haqqında“ Azərbaycan Respublikası Qanunun 31, 60.2, 70.4; Mülki Prosessual Məcəllənin 88, 385, 386-ci maddələrinə istinadən qeyd edilmişdir ki, tələbkar avtomobilinin qaytarılması üçün dəfələrlə Nərimanov rayon icra şöbəsinə getmiş, qətnaməsinin icrası ilə maraqlanmışdır. Bu zaman belə icra məmuru tələbkara onun barəsində hər hansı icra hərəkətlərinin yerinə yetirilməsi barədə məlumat verməmişdir. Vətəndaş dəfələrlə icra məmuruna yaxınlaşaraq sözügedən icra sənədi üzrə görülmüş məcburi icra tədbirləri barədə zəruri sənədlərin təsdiq olunmuş surətlərinin ona verilməsini xahiş etsə də, icra məmuru tərəfindən tələbkara hər hansı sənəd təqdim edilməmişdir. Hətta, məhkəməyə təqdim edilən icra işi üzrə materiallara da nəzər saldıqda icra məmuru tərəfindən təsviyəçiyə hər hansı məlumat və sorğu ünvanlanmasına dair məlumata rast gəlinmir. İşin məhkəmə araşdırılması zamanı da belə bir hal üzə çıxmışdır ki, avtomobil faktiki mövcud olmuş və icra şöbəsi də bundan məlumatlandırılmışdır. Lakin icra şöbəsi həmin avtomobili aşkar etdiyi zaman onun tələbkara geri qaytarılması istiqamətində öz vəzifə borcunu yerinə yetirmək əvəzinə heç bir proseduru əməl etmədən onun başqa qətnamə üçün realizə olunmasına göz yummuşdur. Halbuki, Ərizəni verən şəxs Nəsimi rayon məhkəməsində barəsində gedən icraatdan xəbəri olmamış, vətəndaş heç bir şəkildə məlumatlandırılmamışdır və avtomobilinin də hərracda satılması barədə məlumatı hazırki işin gedişində bankın nümayəndəsinin verdiyi məlumatdan əldə etmişdir. Məhkəmə tərəfindən icra işinin materialları araşdırılmamışdır. Onlara məlum deyildir ki, məhkəmə icra məmurunun avtomobilinin üzərinə həbs qoyub-qoymaması, onun hüquq mühafizə orqanları tərəfindən axtarışa verilməsi, saxlanaraq dayanacağa təhvil verilməsi istiqamətində hər hansı hərəkətlər edilmişdirmi? Ən son 2 məhkəmə iclasında məhkəmə tərəfindən icra işinin Nərimanov rayon icra şöbəsi tərəfindən məhkəməyə təqdim edilməsini gözləyirdilər və bu səbəbə görə də məhkəmə iclası təxirə salınmışdır. İcra işi və onun materialları məhkəmə tərəfindən araşdırılmamışdır. Buna görə də hesab edir ki, məhkəmə tərəfindən iş üzrə hər hansı obyektiv araşdırmanın aparılmasından söz gedə bilməz. Maddi hüquq normaları pozulmuşdur, düzgün tətbiq edilməmişdir. O cümlədən, bunun özü prosessual pozuntu hesab edilir. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün əsasdır, çünki bunun əsasında düzgün qətnamə qəbul edilməmişdir. Məhkəmə öz qətnaməsinin əsaslandırılma hissəsində icra haqqında qanunun 23.1.2-ci maddəsinə istinad edərək qeyd edir ki, borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında, elektron pul təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda icra sənədi onu vermiş məhkəməyə və ya digər orqana geri qaytarılır. Lakin məhkəmə bu geri qaytarma əsaslarının olub-olmamasını araşdırmamışdır. Araşdırılmayan digər hal ondan ibarətdir ki, bu əmlak tələbkarın özünə təklif olunub mu? Borclu məhkəmə qərarının olduğunu bilə-bilə həmin əmlakın hərraca çıxarılmasını nə ilə əsaslandırıb?! Bu kimi hallar məhkəmə tərəfindən araşdırılmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, icra sənədində qeyd edilən “Nissan Qasqai” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobil ## #### 2019cu il tarixdə keçirilən hərracda satılmış və İbrahimov Firudin Əhməd oğlu adlı şəxsin mülkiyyətinə keçmişdir. Hərracın keçirilməsinə əsas Nəsimi Rayon Məhkəməsinin *(***)- ***/**** saylı, 15.078.2016-cı il tarixli icra vərəqəsinin, Nərimanov Rayon İcra və Probasiya şöbəsinin ****-******/****-*BP saylı, ##.##.2019-cu il tarixli sifariş məktubu olmuşdur. Beləliklə, müəyyən edilir ki, avtonəqliyyat vasitəsi tələbkar Ərizəni verən şəxs borclu olduğu digər icra sənədinin icrası istiqamətində hərracda realizə edilmişdir. Bu səbəbdən hazırki icra sənədinin icrası mümkün olmadığından, icra məmuru haqlı olaraq icra sənədini geri qaytarmışdır. Birincisi, Şükürovanın belə bir akta qol çəkməsi tamamilə absurddur. Həmin sözügedən imzanin isə saxtalaşdırılması göz önündədir. Bu məlumatı – yəni satış məlumatını hazırda əldə etmişlər. Şükürova düşünürdü ki, onun avtomobili sirf ona qaytarılmasın deyə ehtiyat hissələrinə bölünərək məhv edilmişdir, lakin məlum olur ki, avtomobil salamatmış. Bununla əlaqədar hərracın nəticələrinin etibarsızlığı ilə əlaqədar digər məhkəmə işi açılacağı qaçınılmazdır. Deməli icra məmuru avtomobilin üzərinə həbs qoymalı olduğu halda onu etməmişdir ki, avtomobil digər şəxslərə satılmışdır. Deməli icra məmuru borclunu çağırıb onu xəbərdar etməmişdir ki, avtomobili satmaq olmaz, onu gətirib geri təhvil verməlisiniz. Borcun avtomobilə yönəldilməsinə dair məhkəmə qətnaməsi olmadan insanların əlindən onların mülkiyyətlərini almaq özbaşınalıqdır. Yəni bir sözlə icra məmuru işinin asanlaşdırılması istiqmətində bankla əlbir olmuşdur. Hesab edirlər ki, bu əsasların olması göz qabağındadır və məhkəmə tərəfidən bu cür şəraitdə geri qaytarılan icra sənədi ilə əlaqədar bu hissədə icra məmurunun hərəkətlərinə qiymət verməli idi. Nərimanov icra şöbəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq icra işinin materialları belə məhkəməyə təqdim edilməmişdir. Bir sözlə, məhkəmə tərəfindən icra məmurunun geri qaytarma səbəblərinin dərinliyi araşdırılmamışdır. Əgər araşdırılmış olsaydı, icra məmurunun hərəkətlərinin – elə məhz geri qaytarma hərəkətlərinin hüquqiliyinə qiymət verilməli idi. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, icra sənədində qeyd edilən “Nissan Qasqai” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobil ## #### 2019-cu il tarixdə keçirilən hərracda satılmış və İbrahimov Firudin Əhməd oğlu adlı şəxsin mülkiyyətinə keçmişdir. Hərracın keçirilməsinə əsas Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, 15.078.2016-cı il tarixli icra vərəqəsinin, Nərimanov Rayon İcra və Probasiya şöbəsinin ****-******/****-*BP saylı, ##.##.2019-cu il tarixli sifariş məktubu olmuşdur. Beləliklə, müəyyən edilir ki, avtonəqliyyat vasitəsi tələbkar Ərizəni verən şəxs borclu olduğu digər icra sənədinin icrası istiqamətində hərracda realizə edilmişdir. Bu səbəbdən hazırki icra sənədinin icrası mümkün olmadığından, icra məmuru haqlı olaraq icra sənədini geri qaytarmışdır. Yəni, icra məmuru işinin asanlaşdırılması istiqamətində bankla əlbir olmuşdur. Hesab edir ki, bu əsaslarin olması göz qabağındadır və məhkəmə tərəfidən bu cür şəraitdə geri qaytarılan icra sənədi ilə əlaqədar bu hissədə icra məmurunun hərəkətlərinə qiymət verməli idi. Nərimanov icra şöbəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq icra işinin materialları belə məhkəməyə təqdim edilməmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin *(*-**)-***/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi Ləğv prosesində olan Borclu ASC-nin ləğvedicisi X10 apellyasiya şikayətinə etiraz təqdim etmiş və etirazda qeyd etmişdir ki, cavabdeh Ərizəni verən şəxs ilə Borclu ASC-i arasında bağlanmış ##.##.2013-cü il tarixlı, **/****/AFS saylı kredit müqaviləsinə əsasən 36 ay müddətində qaytarmaq üzrə illik 16%-lə 31.931(otuz bir min doqquzyüz otuz bir) ABŞ dolları məğləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq cavabdehə məxsus olan 2012ci il buraxılışlı, tip: unversal, ban: SJNFBNJ10Z2665140, mühərik № ******W, ağ rəngli ”NISSAN QASHQAI” minik markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəflər arasında bağlanmış ##.##.2013-cü il tarixlı, **/****/AFS saylı ipoteka müqaviləsinə əsasən Borclu ASC-yə ipoteka (girov) qoyulmuşdur. Həmçinin ipoteka müqaviləsi dövlət qeydiyyat orqanında qeydiyyata alınmış və bu barədə avtomobilin qeydiyyat şəhadətnaməsinə də işlənmişdir. Həmçinin verilmiş kreditin təminatı olaraq Borclu ASC ilə X1 və Ərizəni verən şəxs Cəlal qızı arasında ##.##.2013-cü il tarixlı, **/****/AFS saylı üçtərəfli zaminlik müqaviləsidə bağlanmışdır. Ərizəni verən şəxs Cəlal qızı tərəfindən ##.##.2013-cü il tarixlı, **/****/AFS saylı müqavilədən irəli gələn kredit öhdəliklərini yerinə yetirmədiyində Borclu ASC tərəfindən Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunmuşdur. Nəsimi Rayon Məhkəməsinin ##.##.2016-cI il tarixli, *(***)-***/**** saylı qətnaməsinə əsasən cəmi 22.914,10 ABŞ dolları borcun və ödənilmiş 31 manat dövlət rüsumunun borclular Ərizəni verən şəxs və X1 müştərək qaydada alınaraq LPO Borclu ASC-yə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün aidiyyəti üzrə Nəsimi Rayon İcra Şöbəsinə və Ağcabədi Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra sənədinin icrası ilə əlaqədar olaraq borclulara verilmiş 10 gün könüllü müddət ərzində tələbkarın tələbi təmin edilmədiyindən və tələbin ödənilməsi istiqamətində heç bir təşəbbüs göstərilmədiyindən və bununla əlaqədar zəruri icra tətbiqi zərurət yarandığı üçün Ağcabədi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Fəxri Hacızadə tərəfindən Ərizəni verən şəxs məxsus 2012-ci il buraxılışlı, tip: unversal, ban: SJNFBNJ10Z2665140, mühərik № ******W, ağ rəngli ”NISSAN QASHQAI” minik markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması barədə təqdimatla Laçın Rayon Məhkəməsinə müraciət edilmişdir. Təqdimat təmin olunmuş və Laçın Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli, *(***)-**/**** saylı qərardadı ilə Nəsimi Rayon Məhkəməsinin ##.##.2016-cI il tarixli, *(***)-***/**** saylı icra sənədinə əsasən Ərizəni verən şəxs məxsus 2012- ci il buraxılışlı, tip: unversal, ban: SJNFBNJ10Z2665140, mühərik № ******W, ağ rəngli ”NISSAN QASHQAI” minik markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Bundan sonra Ərizəni verən şəxs ##.##.2018-ci il tarixdə öz iradəsi ilə ona məxsus 2012-ci il buraxılışlı, tip: unversal, ban: SJNFBNJ10Z2665140, mühərik № ******W, ağ rəngli ”NISSAN QASHQAI” minik markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobili kredit borcunun əvəzi olaraq avtomobilin təhvil-təslim aktı əsasında Borclu ASC-yə təhvil vermişdir. Avtomobilin qiymətləndirilməsi üçün ##.##.2019-cu il tarixdə Ağcabədi Rayon İcra və Probasiya Şöbəsinin ##.##.2019-cu il tarixli, ***/**-**-* saylı sifariş məktubu əsasında “xxxx” MMC-ə mürüaciət olunmuş, ##.##.2019-cu il tarixdə avtomobilə baxış keçirilmiş və 17.500 manata qiymətləndirilmişdir. Ərizəni verən şəxs tərəfindən ona məxsus 2012-ci il buraxılışlı, tip: unversal, ban: SJNFBNJ10Z2665140, mühərik № ******W, ağ rəngli ”NISSAN QASHQAI” minik markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” MMC-nin ##.##.2019-cu il tarixli, **/** saylı hərracın yekunları barədə protokoluna əsasən 14875 manata İbrahimov Firudin Əhməd oğluna satılmışdır. Hərrac və icra xərcləri çıxıldıqdan sonra qalan 7.690,95 (yeddi min altı yüz doxsan manat, 95 qəpik) manat Ərizəni verən şəxs borcundan silinmişdir. Nəsimi Rayon Məhkəməsinin ##.##.2016-cI il tarixli, *(***)-***/**** saylı qətnamə üzrə 15.223,15 (on beş min iki yüz iyirmi üç dollar 15 sent) ABŞ dolları borc və ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumu borc öhdəliyi bugünədək icarsız olaraq qalmış və nəticədə Azərbaycan Respublikası adından çıxarılan və məcburi qüvvəyə malik olan məhkəmə qərarı əhəmiyyətsiz olmuşdur. Bundan sonra Ərizəni verən şəxs cavabdeh Borclu ASC-nə qarşı “bankın qanunsuz saxlancında olan əmlakın geri qaytarılması və dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair Nərimanov Rayon Məhkəməsində iddia qaldırmışdır. Ərizəni verən şəxs nümayəndəsi və vəkili Vəkil məhkəmə prosesində qeyd etmişdir ki, Ərizəni verən şəxs tərəfindən ona məxsus 2012-ci il buraxılışlı, tip: unversal, ban: SJNFBNJ10Z2665140, mühərik № ******W, ağ rəngli ”NISSAN QASHQAI” minik markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobili öz iradəsi ilə kredit borcu əvəzinə olaraq ##.##.2018-ci il tarixdə avtomobilin təhvil-təslim aktı ilə Borclu ASC-nin əməkdaşına təhvil verdiyi akta Ərizəni verən şəxs imza atmayıb və guya bu imza saxtadır. Buna görə də məhkəmə iclasında vəsatət verərək , mülki iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin olunmasını xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-***/**** saylı qətnaməsinə əsasən cavabdeh Borclu ASC-dən Ərizəni verən şəxs tərəfindən ona məxsus 2012-ci il buraxılışlı, tip: unversal, ban: SJNFBNJ10Z2665140, mühərik № ******W, ağ rəngli ”NISSAN QASHQAI” minik markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınaraq iddiyaçıya verilməsi barədə qərar çıxarılmışdır. Nərimanov Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)- ***/**** saylı qətnaməsində hakim məhkəmə-xəttşünaslıq ekspertizanın rəyini belə qeyd etmişdir ki, “Məhkəmə Ekspertiza Mərkəzinin ## ###### 2018-ci il tarixli məhkəməxəttşünaslıq ekspertizasının rəyindən görünür ki, avtomobilin təhvil-təslim aktındakı imza iddiaçı Ərizəni verən şəxs məxsusdur. Ekspert rəyinə əsasən, məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı öz sahibliyində olan avtomobili öz iradəsi ilə Borclu ASC-nin əməkdaşına kredit borcunun əvəzinə vermişdir. Nərimanov Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-***/**** saylı icra sənədi icra olunması üçün ##.##.2020-ci il tarixdə Nərimanov Rayon İcra Şöbəsinə göndərilmişdir. Nərimanov Rayon İcra Şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul etmiş və həmin tarixdə Borclu ASC-yə tələbin könüllü icrası haqqında bildiriş göndərmişdir. Borclu ASC tərəfindən Nərimanov Rayon İcra Şöbəsinə ünvanlanan ## ##### 2020-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Nərimanov Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-***/**** saylı icra sənədində göstərilən avtomobil hal-hazırda tələbkara məxsus deyil və Borclu ASC-də saxlanılmır. Həmin avtomobil xxxx” MMC-nin ##.##.2019-cu il tarixli, **/** saylı höəracın yekunları barədə protokoluna əsasən 14.875 (on dörd min səkkiz yüz yetmiş beş) manata qalib alıcı vətəndaş İbrahimov Firudin Əhməd oğlunun adına rəsmiləşdirilmişdir. Nərimanov Rayon İcra Şöbəsinin ##.##.2019-cu il tarixli, 8068-15-9P B saylı məktubuna əsasən sözügedən avtomobilin üzərindən qadağaların götürülməsinə və qalib alıcı İbrahimov Firudin Əhməd oğlunun adına rəsmiləşdirilməsinə dair məktub icra olunması üçün Baş Dövlət Yol Polis İdarəsinə göndərilərək icra olunmuşdur. Bundan sonra Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru ##.##.2020-ci ildə “Borclunun əmlakının axtarılması haqqında” qərar qəbul edərək Ərizəni verən şəxs tərəfindən ona məxsus ”NISSAN QASHQAI” minik markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin axtarışını elan etmişdir. Lakin AR DİN BDYPİ-nin Nərimanov Rayon İcra Şöbəsinə ünvanladığı ##.##.2020-ci il tarixli məktubunda qeyd olunan avtomobilin Ərizəni verən şəxsnin adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdiyini və bu səbəbdən qərarın icrasının mümkün olmadığı bildirilmişdir. Bundan sonrakı məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, qeyd olunan avtomobil Nəsimi Rayon Məhkəməsinin ##.##.2016-cI il tarixli, *(***)-***/**** saylı icra sənədinin (hansı ki, ##.##.2013-cü il tarixlı, **/****/AFS saylı kredit müqaviləsi və ##.##.2013-cü il tarixlı, **/****/AFS saylı ipoteka müqaviləsinə əsasən Borclu ASC-yə ipoteka (girov) qoyulmuşdur) icrası istiqamətində hərracda (“İcra haqqında” Azərbaycan Respublikasının qanununun 45.1ci,45.6-cı və 48.1-ci maddələrinə əsasən) realizə edilmişdir. Əlavə olaraq qeyd etmək istəyir ki, Ərizəni verən şəxs nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətində qeyd edir ki, məhkəmə tərəfindən icra işinin materialları araşdırılmamışdır. Məlum deyildir ki, məhkəmə icra məmurunun avtomobilini üzərinə həbs qoyub-qoymaması, onun hüquq mühafizə orqanları tərəfindən axtarışa verilməsi, saxlanaraq dayanacağa təhvil verilməsi istiqamətində hər hansı hərəkətlər edilmişdirmi? Ən son 2 məhkəmə iclasında məhkəmə tərəfindən icra işinin Nərimanov Rayon İcra Şöbəsi tərəfindən məhkəməyə təqdim edilməsini gözləyirdi və bu səbəbə görə də məhkəmə iclası təxirə salınmışdır. Lakin Nərimanov Rayon İcra Şöbəsinin icra məmurunun ##.##.2022-ci il tarixli qərarının ləğv edilməsinə və icra işinin yenidən icra şöbəsinə qaytarılmasına dair məhkəmə prosesi Nərimanov Rayon Məhkəməsində (hakim Mehriban Əfəndizadə) ##.##.2026-cı il tarixdə saat 17:25-ə təyin olunmuşdur. Məhkəmə prosesində LPO Borclu ASC-nin nümayəndəsi Aqşin Hacıyev və Ərizəni verən şəxs nümayəndəsi və vəkili Vəkil iştirak etmişdir. Məhkəmə iclasında sədrlik edən icra işinin Nərimanov Rayon İcra Şöbəsindən əldə edilməsi üçün məhkəmə prosesini ##.##.2026-cı il tarixə saat 17:45 təyin etmişdir. Bundan sonra Ərizəni verən şəxs nümayəndəsi və vəkili Vəkil elektron məhkəmə kabineti vasitəsi ilə ərizə verərək, məhkəmə iclasının başqa tarixə keçirilməsini xahiş etmişdir. Növbəti məhkəmə iclasında LPO Borclu ASC-nin nümayəndəsi Aqşin Hacıyevin iştirak etməsinə baxmayaraq tələbkar Ərizəni verən şəxs nümayəndəsi və vəkili Vəkil heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Lakin tələbkarın nümayəndəsi öz apellyasiya şikayətində qeyd edir ki, “birinci məhkəmə prosesindən başqa heç bir proses təxirə salınmamışdır, ən son 2 məhkəmə iclasında məhkəmə tərəfindən icra işinin Nərimanov Rayon İcra Şöbəsi tərəfindən məhkəməyə təqdim edilməsini gözləyirdik və bu səbəbə görə də məhkəmə iclası təxirə salınmışdır”. Nümayəndənin apellyasiya şikayətində qeyd etdiyi bu dəlili ilə razılaşmırlar. Belə ki, məhkəmə çəkişmə prinsipinə əməl edərək, tərəflərə kifayət qədər şərait yaratmışdır. Tələbkar Ərizəni verən şəxs nümayəndəsi və vəkili Vəkil özü təyin edilmiş məhkəmə iclasınlarında üzürlü səbəb göstərmədən iştirak etməmişdir. Ümumiyyətlə apellyasiya şikayəti apellyasiya şikayəti formal mülahizələrdən ibarətdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən ədalətli məhkəmə araşdırılması hüququ təmin edilməklə kifayət qədər araşdırma aparılmış, icra işi, məhkəmə aktları, tərəflərin təqdim etdiyi sübutlar və izahatlar məhkəmə tərəfindən qiymətləndirilərək, yekun məhkəmə aktı qəbul edilmişdir. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Odur ki, qeyd edilənləri nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməməsini və iş üzrə Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ***/**** saylı qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə əsasən: 129. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. II. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddələrinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı və əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən: 2.1 -ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 3.1. məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən 23.1. Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi və xüsusi icra məmurunun icraatında olan icra sənədi tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında, elektron pul təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını qəbul etməkdən və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. Məhkəmə kollegiyası, qeyd edilənlərə və Mülki Prosesual Məcəllənin 9,14,15, 76, 385, 387, 397.2, 399-cu maddələrinə və işin araşdırılmış hallarına əsasən hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin *(*-**)-***/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/****-*** nömrəli ##.##.2019-cu il tarixli icra sənədində göstərilən avtomobil hal-hazırda tələbkara məxsus deyil, avtomobilin Borclu ASC-də saxlanılmır və həmin avtomobil ##.##.2019-cu il tarixdə hərracın yekunlarına əsasən qalib alıcı vətəndaş İbrahimov Firudin Əhməd oğlunun adına rəsmiləşdirilmişdir. Nərimanov rayon icra və probasiya şöbəsinin 8068-15-9P B saylı ##.##.2019-cu il tarixli məktubuna əsasən, sözügedən avtomobilin üzərindən qadağaların götürülməsinə və qalib alıcının adına rəsmiləşdirilməsinə dair məktub icra olunması üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilərək icra edilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırki icra sənədinin icrası mümkün olmadığından, icra məmuru haqlı olaraq icra sənədini geri qaytarmışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395-403-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Tələbkar Ərizəni verən şəxs şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin *(*-**)-***/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №8(3-6)-443/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-443/2026
21.09.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver