Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-458/2026 24.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Borclu Ərizəni verən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizəsinə dair iş üzrə (açar sözlər: hissə-hissə icra) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızının və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə borclu Ərizəni verən şəxs ərizəsinə dair iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından borclu Ərizəni verən şəxs verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat Ərizəni verən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı saylı qətnaməsi üzrə borcludan “xxxx” KB ASC-nin xeyrinə tutulacaq 30.277,38 manat pulun hissə-hissə icra edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” KB ASC cavabdeh Ərizəni verən şəxsva qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” KB ASC ilə aralarında bağlanmış ##.##.2024-cü il tarixli, ****nkCNTRb/** saylı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə cavabdehdən, “xxxx” KB ASC-nin xeyrinə 27.266,01 manat əsas borc, 2.844,18 manaat faiz borcu, 167,19 manat cərimə borcu olmaqla ümumilikdə 30.277,38 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehdən qeyd olunmuş müqavilə üzrə 27.266,01 manat əsas borc, 2.844,18 manaat faiz borcu, 167,19 manat cərimə borcu olmaqla ümumilikdə 30.277,38 manat məbləğində pulun “xxxx” KB ASC-in xeyrinə tutulması qət edilmişdir. ##.##.2026-cı il tarixdə Nərimanov rayon İcra şöbəsindən borcun ödənilməsi barədə bildiriş almışdır. Qətnaməyə əsasən tutulacaq pul tələbini birdəfəlik ödəməyə imkanı yoxdur. Bununla yanaşı, xüsusi olaraq qeyd edir ki, o, həqiqətən uzun müddət işsiz olmuşdur. Lakin ##.##.2026-cı il tarixindən etibarən yeni iş yerində rəsmi əmək fəaliyyətinə başlamışdır. Hazırda aylıq əmək haqqı 450 manat təşkil edir və faktiki olaraq bank kartına 425 manat məbləğində əmək haqqı köçürülür. Bu əmək haqqı yüksək olmasa da, onun öz səyləri nəticəsində əldə etdiyi qanuni gəlir mənbəyidir. Bu fakt onu göstərir ki, o, öhdəliklərindən yayınmağa çalışan şəxs deyil, əksinə, maddi vəziyyətini yaxşılaşdırmağa və borcunu imkan daxilində hissə-hissə ödəməyə çalışan şəxsdir. Yeni işə qəbul olunması da məhz borcun ödənilməsi istiqamətində göstərdiyi real səylərin göstəricisidir. Mövcud əməkhaqqı və digər zəruri yaşayış xərcləri nəzərə alındıqda, tələb olunan məbləğin birdəfəlik ödənilməsi onun üçün mümkün deyildir. Lakin borcun hissə-hissə ödənilməsi üçün real imkanı vardır və tələb olunan məbləği mərhələli şəkildə ödəyə bilər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi üzrə borcun hissə-hissə ödənilməsi barədə borclu Ərizəni verən şəxs ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, qanunun mənasına görə qətnamənin hissə-hissə icrası dedikdə, icra hərəkətlərinin birdəfəlik deyil, müəyyən müddətə və hissələrlə (mərhələlərlə) həyata keçirilməsi başa düşülür. Qanunvericiliyin istinad edilən müddəalarından göründüyü kimi, məhkəmə qətnaməsinin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardıcıllığı, icra ediləcək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, qətnamənin hissə-hissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və bu məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarın mənafeyi eyni cür qorunmalıdır. Göründüyü kimi qanunvericilik işdə iştirak edən şəxslərin ərizəsi əsasında qətnamənin hissəhissə icra olunmasının mümkünlüyünü müəyyən etməklə yanaşı, bunu ilk növbədə tərəflərin əmlak vəziyyətindən, eləcə də işin digər diqqətəlayiq hallarından asılı etmişdir. Qanunvericiliyin mənasına görə bu zaman borclunun əmlak vəziyyətinin və ya digər halların borcun birdəfəlik ödənilməsinə imkan verməməsini sübut etmək vəzifəsi belə ərizə ilə məhkəməyə müraciət etmiş borclunun üzərinə düşür. Bu cür ərizələrə baxılarkən tələbkarın əmlak mənafeləri də nəzərdən yayınmamalıdır. Məhkəmə qeyd etmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə tutulması qət edilən məbləğin hissə-hissə ödənilməsinə dair borclunun təklifinə tələbkarın razılığını müəyyən etmək mümkün olunmamışdır. Ona görə də, iddiaçının maraqlarının qorunması və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyanın 6-cı maddəsində göstərilən ağlabatan müddətlərin gözlənilməsi baxımından hazırki ərizə təmin edilməməlidir. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə Borclu Ərizəni verən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından şikayət verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadının ləğv edilməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi üzrə “xxxx” KB ASC-nin xeyrinə tutulması müəyyən edilmiş 30.277,38 manat məbləğində borcun real aylıq gəlirin, zəruri yaşayış xərcləri, ailə vəziyyəti və tələbkarın qanuni maraqları nəzərə alınmaqla ağlabatan ödəniş qrafiki əsasında hissə-hissə icra olunması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi üzrə “xxxx” KB ASC-nin xeyrinə tutulması müəyyən edilmiş 30.277,38 manat məbləğində borcun hissə-hissə ödənilməsi barədə tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Hesab edir ki, qeyd olunan qərardad işin faktiki hallarının tam və obyektiv araşdırılmaması, təqdim olunmuş dəlillərin lazımı hüquqi qiymətini almaması, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsinin düzgün tətbiq edilməməsi, tərəflərin maraqları arasında ədalətli tarazlığın yaradılmaması və qərardadın kifayət qədər əsaslandırılmaması səbəbindən qanunsuz və əsassızdır. Birinci instansiya məhkəməsi uzun müddət işsiz qalmağını, yalnız ##.##.2026-cı il tarixindən etibarən rəsmi əmək fəaliyyətinə başlamağını, aylıq əmək haqqının 450 manat, faktiki olaraq bank hesabına daxil olan məbləğin isə 425 manat olmasını, borcu birdəfəlik ödəmək imkanının olmadığını və borcu mərhələli qaydada ödəmək iradəsini qərardadda əks etdirmişdir. Bununla belə, məhkəmə müəyyən etdiyi həmin faktiki hallardan irəli gələn hüquqi nəticəni çıxarmamış, borcun hissə-hissə ödənilməsinə imkan verilməməsinin konkret və inandırıcı səbəblərini göstərməmişdir. Məhkəmə tələbkarın razılığının müəyyən edilməməsini ərizənin rədd edilməsində əsas amillərdən biri kimi qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsi qətnamənin hissə-hissə icrasının tələbkarın razılığından deyil, tərəflərin əmlak vəziyyətinin və işin digər diqqətəlayiq hallarının məhkəmə tərəfindən müstəqil qiymətləndirilməsindən asılı olduğunu nəzərdə tutur. Tələbkarın məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq iclasa gəlməməsi və mövqeyini bildirməməsi onun əleyhinə hüquqi nəticə doğurmamalı idi. Tələbkarın prosessual passivliyi faktiki veto hüququna çevrilə və məhkəməyə qanunla verilmiş müstəqil qərarvermə səlahiyyətini əvəz edə bilməz. Borcun hissə-hissə icra edilməsi onu borcdan azad etmir, borcun məbləğini azaltmır və tələbkarın qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən irəli gələn alacaq hüququnu aradan qaldırmır. Əksinə, bu üsul mövcud maliyyə imkanlarına uyğun real, davamlı və nəzarət edilə bilən ödəniş mexanizmi yaratmaqla qətnamənin faktiki icrasına xidmət edir. Birinci instansiya məhkəməsi qətnamənin hissə-hissə icrası barədə ərizəyə baxarkən onun maddi və əmlak vəziyyətini real, tam və qarşılıqlı əlaqədə qiymətləndirməmişdir. Məhkəmə aylıq faktiki gəlirinin 425 manat olduğunu müəyyən etsə də, həmin gəlirdən hansı məbləğin zəruri yaşayış və ailə xərclərindən sonra borcun ödənilməsinə yönəldilə biləcəyini araşdırmamışdır. Onun əlavə gəlirinin, daşınmaz əmlakının, nəqliyyat vasitəsinin, bank hesablarında əhəmiyyətli vəsaitin, sahibkarlıq fəaliyyətinin və ya başqa likvid əmlakının mövcud olub-olmaması barədə qərardadda hər hansı məlumat göstərilməmişdir. Məhkəmə başqa gəlir və ya likvid əmlakın mövcudluğunu müəyyən etmədiyi halda, 30.277,38 manat məbləğində borcun aylıq 425 manat faktiki gəlirlə birdəfəlik hansı maliyyə mənbəyi hesabına ödənilə biləcəyini izah etməmişdir. Məhkəmə zəruri hesab etdiyi halda onun əmlak vəziyyəti barədə əlavə arayışların, bank məlumatlarının, daşınmaz əmlak və nəqliyyat vasitələri üzrə çıxarışların təqdim edilməsini tələb edə bilərdi. Lakin qərardaddan belə prosessual tədbirlərin həyata keçirildiyi görünmür. Bundan əlavə, icra prosesi çərçivəsində ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin əvvəlki, daha yüksək gəlirli peşəkar fəaliyyətini davam etdirmək imkanına təsiri və nəticədə borcu ödəmə qabiliyyətinin əhəmiyyətli dərəcədə azalması da araşdırılmamışdır. Beləliklə, məhkəmə onun rəsmi və faktiki gəlirini müəyyən etsə də, həmin gəlirin borcun məbləği və zəruri yaşayış xərcləri ilə əlaqəsini, əlavə əmlak və gəlir mənbələrinin mövcud olub-olmamasını, əvvəlki iş yerini itirməyinin səbəblərini və real aylıq ödəniş imkanını tam aydınlaşdırmamışdır. Bu hallar işin düzgün həlli üçün mühüm əhəmiyyət daşıdığı halda, onların tam araşdırılmaması qərardadın qanuni və əsaslı hesab edilməsinə imkan vermir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadına əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- **)-***/**** saylı qərardadından tələbkar Ərizəni verən şəxs tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin *(*-**)-***/**** saylı işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. Şikayətə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 129. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. II. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. III. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissəhissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; 398.0.4. qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Maddə 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. İcra haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 15. Tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2014-cü il tarixli Qərarı: Qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. «Ali Məhkəmənin Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və insan hüquqları üzrə Avropa məhkəməsinin presedentlərinin tətbiqi haqqında» ##.##.2006-cı il tarixli, * nömrəli Qərarı: Bənd 6. Məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin icra məmurlarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsi”nin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbul edilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə ## #### 1997-ci il tarixli Qərar, §40). Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə # ### 2002-ci il tarixli Qərar, §35). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə bağlı verilmiş icra sənədi üzrə ərizəsində istinad etdiyi hallarla eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərindən müəyyən olunur ki, borclu məhkəmə aktının hissə-hissə icraya yönəldilməsini xahiş etsə də, ərizəsində olduğu kimi, apellyasiya şikayətində də, məhkəmə aktının hansı hissəsinin, hansı qayda da, hansı müddətdə hissə-hissə icra etmək imkanında olmasını özü belə müəyyən edə bilməmişdir. Bundan başqa tədqiq olunan sübutlardan müəyyən olunur ki, icra sənədi üzrə borclu icra sənədi üzrə tələbkarla məhkəmə aktının hissə-hissə icrasının mümkünlüyü ilə bağlı müzakirələr aparmasına, bu barədə ona təkliflər göndərməsinə, icra sənədinin hər hansı bir hissəsinin icrasına dair hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamənin hissə-hissə icra edilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, qətnamənin hissə-hissə icra edilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəlməməlidir. Məhkəmələr bu məsələləri həll edərkən təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Bundan əlavə, qanunvericiliyin tələblərinə əsasən məhkəmə icra sənədinin vaxtında və düzgün icra edilməsinə öz səlahiyyətləri daxilində nəzarəti həyata keçirməlidir. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə aktını hansı qaydada, hansı müddətə hissə-hissə icra edə biləcəyini izah edə bilməyən borclunun ərizəsini təmin etməyərkən düzgün nəticəyə gəldiyindən, məhkəmə aktının hissə-hissə icra edilməsi icra sənədi üzrə tələbkarın məhkəmə aktının icrasını uzun müddət ərzində gözləməsi ilə nəticələnəcəyindən və tələbkarın maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olacağından, borclu icra sənədinin hissəhissə icrası ilə bağlı tələbkarın razılığına dair hər hansı bir sübutunu məhkəməyə təqdim etmədiyindən, borclu borc götürmək barədə qərar verərkən öz öhdəliklərini icra edə biləcəyini nəzərə alıb bu barədə qərar verdiyindən apellyasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də, şikayət təmin edilməməli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398- 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-6)-458/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-458/2026
24.09.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver