Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(3-6)-49/2026 13.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, icra sənədi üzrə Tələbkar “alimentin indeksasiyası barədə” ərizəsinə dair iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(010)-815/2025 nömrəli qərardadından icra sənədi üzrə Borclu şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Tələbkar alimentin indeksasiyası barədə ərizə verib. Suraxanı Rayon Məhkəməsinin qərardadı ilə qərara alınıb ki, ərizə təmin olunsun, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(010)-3923/2019 nömrəli qətnaməsi ilə Borclu hər ay tutulan 160 manat aliment sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə minimum əmək haqqının 0,88 misli miqdarında indeksasiya edilsin. Borclunun şikayətində tələb olunub ki, qərardad dəyişdirilsin, alimentin miqdarı 246 manat müəyyən edilsin. Şikayət təmin oluna bilməz, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(010)-3923/2019 nömrəli qətnaməsi ilə alimentin miqdarı 160 manat müəyyən edilib. Qətnamənin qəbul edildiyi 2019-cu ildə minimum əmək haqqının məbləği 180 manat olduğuna görə, 160 manat aliment minimum əmək haqqının 0,88 mislini təşkil edib (160 manat : 180 manat = 0,88). Odur ki, alimentin minimum əmək haqqının 0,88 misli miqdarında indeksasiya edilməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110-ci maddəsinin göstərişinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli 15 nömrəli qərarında verilən izaha uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(010)-815/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(3-6)-49/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-49/2026
13.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver