Məhkəmə qərarları › İş №8(3-6)-63/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-63/2026

22.04.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-63/2026 22.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru R Vüqar Dəmirçiyevin təqdimatına dair iş üzrə (Açar sözlər: daşınmaz əmlakın üzərinə həbs qoyulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səmədzadə Günay Sarastən qızının katibliyi, Borclunun nümayəndəsi-vəkili Həsənov İlyas Hüsən oğlunun iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadından borclu Borclu nümayəndəsi-vəkili Həsənov İlyas Hüsən oğlu tərəfindən verilmiş şikayət üzrə işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında baxaraq, aşağıdakıları MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru R Vüqar Dəmirçiyev təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi üzrə borclu Borclu məxsus olan Gəncə şəhəri Kəpəz rayonu Nəriman Nərimanov prospekti ünvanında 5.20 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi üzərində yerləşən 2825 kv.m əmlak Kompleksi (Qeydiyyat nömrəsi- 1. 1523020564; Reyest nömrəsi 202013003331-12301) üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(****-****/**** nömrəli, ##.##.2018-ci il tarixli icra sənədinə əsasən borclu Borclu 6184633, 23 (altı milyon yüz səksən dörd min altı yüz otuz üç manat iyirmi üç qəpik) manat tutularaq “ERBİ-H” MMC-ə ödənilməlidir. İcra sənədi ##.##.2023-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon icra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə borclu Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu Könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədıiə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, borclu Borclu məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov prospekti ünvanında 5.20 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi üzərində yerləşən 2825 kv.m əmlak kompleksi (Qeydiyyat nömrəsi-1523029564; Reyest nömrəsi- 202013003331 -12301) vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir.

3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə təqdimat təmin edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, daşınmaz əmlakın üzərinə həbs qoyulması zərurəti məhz icra sənədi üzrə borclunun öz öhdəliklərini könüllü icra müddətində icra etməməsidir. Belə ki, icra vərəqəsi üzrə icra məmuru ##.##.2023-cü il tarixdə icraata başlamış, bu barədə qərar qəbul edilmiş, tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmiş, borclu bildirişi və qərarı ##.##.2023-cü il tarixdən əldə etməsinə baxmayaraq tələb bu müddət ərzində icra olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, məcburi icra tədbirinin tətbiqi üçün əsas yaranmışdır.

4. Birinci instansiyası məhkəməsi qərardadını “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü, 44-cü, 45-ci və 50-ci maddələrinə istinadla əsaslandırmışdır.

ŞİKAYƏTİN DƏLİLLƏRİ, ŞİKAYƏTƏ ETİRAZIN DƏLİLLƏRİ və BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNİN ŞİKAYƏTƏ DAİR GƏLDİYİ NƏTİCƏ:

5. Borclu Borclu nümayəndəsi-vəkili Həsənov İlyas Hüsən oğlu “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət ilə məhkəməyə müraciət edərək, şikayətin təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-***/**** saylı qərardadının ləğv edilməsini, əks halda şikayəti baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

6. Şikayət onunla əsaslandırımışdır ki, hazırki borc ilə bağlı borclunun çoxsaylı əmlaklarına artıq həbs qoyulmuşdur. Halbuki borc həmin əmlakların dəyərindən olduqca aşağıdır. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** saylı qərarı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 383,20 kv metr olan qeyri-yaşayış binası və ünvan 2 ünvanında yerləşən sahəsi 263.84 kv metr olan qeyri–yaşayış sahəsinə olan ½ hissədə payları üzərinə həbs qoyulmuşdur, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon F.Xoyski pr, ev 111, ** saylı mənzilin və Sumqayıt şəhəri Corat qəsəbəsi Corat bağları ərazisində yerləşən **** saylı bağ evi üzərində həbs qoyulmuşdur. Belə olan halda borclunun bütün mülkünə həbs qoyulması ədalətsizlikdir. Buna görə də hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)- ***/**** saylı qərardadı ləğv edilməlidir.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından borclu Borclu nümayəndəsi və vəkili Həsənov İlyas Hüsən oğlu tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən borclunun vəkili şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi.

9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tələbkar məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ NORMALARI VƏ APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

10. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsini, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü, 44-cü və 45-ci maddələrini nəzərə alaraq, şikayətin dəlillərini işin materialları ilə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2023-cü il tarixlli məktubu ilə müəyyən olunur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2018-ci il tarixli icra vərəqəsi icra olunması üçün Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinə göndərilmişdir.

12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2018ci il tarixli icra sənədindən və qətnaməsindən görünür ki, Borclu 6184633 23 manat tutularaq “ERBİ-H” MMC-yə ödənilməlidir.

13. Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin ##.##.2023-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, icra sənədi ##.##.2023-cü il tarixdə şöbənin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə icra olunması üçün borcluya, məlumat üçün isə digər tərəfə və məhkəməyə göndərilmişdir.

14. Borclu Borclu ünvanlanmış ##.##.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borcludan borcunu 10 gün müddətində könüllü ödənilməsi xahiş edilmiş, edilmədiyi təqdirdə qanunvericiliklə müəyən olunmuş qaydalar izah olunmuşdur. Borclu qərarı və bildirişi ##.##.2023-cü il tarixdə imza etməklə rəsmi qaydada almışdır.

15. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarışdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov prospekti ünvanında 5.20 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi üzərində yerləşən 2825 kv.m əmlak kompleksi ##.##.2023-cü il tarixdən Borclu məxsusdur.

16. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun: - 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab olunur. - 44-cü maddəsi, bu qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra vərəqəsinin icra məmuruna təqdim olunmasını, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul olunmasını və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsini məcburi icra tədbirlərinin tətbiqinin əsasları kimi müəyyən etmişdir. - 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. - 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. - 45.7-ci maddəsinə tələb borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra vərəqəsinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. - 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. İcra vərəqəsi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra vərəqəsinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur.

17. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il # ######## tarixli Qərarı).

18. Məhkəmə kollegiyası qeyd edir ki, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir və bu tədbirin tətbiqinin mümkünlüyünə müvafiq əsasların mövcud olub-olmadığı, habelə, icra məmuru tərəfındən “İcra haqqında” Qanunun tələblərinə uyğun olaraq icra sənədinin icrası məqsədilə icra hərəkətlərinin yerinə yetirilib-yetirilmədiyi və tələbin borclunun əmlakına yönəldilməsi ilə bağlı prosedur qaydalarına əməl olunub-olunmadığı kontekstində qiymət verilməlidir. Bu mənada, bu tədbirin tətbiqi əsası, icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi ilə şərtləndirilmişdir (“İcra haqqında” Qanunun 43-cü və 44-cü maddələri).

19. Qanuni qüvvəyə minmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- ****/**** nömrəli, ##.##.2018-ci il tarixli icra sənədindən görünür ki, Borclu 6184633,23 (altı milyon yüz səksən dörd min altı yüz otuz üç manat iyirmi üç qəpik) manat tutularaq “ERBİ- H” MMC-yə ödənilməlidir.

20. İşin faktiki hallarından göründüyü kimi daşınmaz əmlakın üzərinə həbs qoyulması zərurəti məhz icra sənədi üzrə borclunun öz öhdəliklərini könüllü icra müddətində icra etməməsidir. Belə ki, icra vərəqəsi üzrə icra məmuru ##.##.2023-cü il tarixdə icraata başlamış, bu barədə qərar qəbul edilmiş, tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmiş, borclu bildirişi və qərarı ##.##.2023-cü il tarixdən əldə etməsinə baxmayaraq tələb bu müddət ərzində icra olunmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, məcburi icra tədbirinin tətbiqi üçün əsas yaranmışdır.

21. Məhkəmə şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, icra vərəqəsinə əsasən borcludan tutulmalı olan pul məbləği 6184633 23 manatdır. Borclu çoxsaylı əmlaklarına artıq həbs qoyulduğunu, borcun həmin əmlakların dəyərindən olduqca aşağı olduğunu bildirsə də, qeyd olunan əmlakların dəyərinin borcun ödənilməsinə kifayət etməsinə dair hər hansı bir mötəbər sübut məhkəməyə təqdim olunmamışdır.

22. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu baxımdan birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar