Məhkəmə qərarları › İş №8(3-6)-74/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-74/2026

27.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(3-6)-74/2026 27.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Tələbkar “alimentin indeksasiyası barədə” ərizəsinə dair iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(010)-899/2025 nömrəli qərardadından Borclu şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Tələbkar alimentin indeksasiyası barədə ərizə verib. Suraxanı Rayon Məhkəməsinin qərardadı ilə qərara alınıb ki, ərizə təmin olunsun, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(010)-4044/2021 nömrəli qətnaməsi ilə xx.xx.2019-cu il təvəllüdlü uşaq Elşad Mustafayevin saxlanması üçün Borclu hər ay tutulan 175 manat aliment sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə minimum əmək haqqının 0,7 misli miqdarında indeksasiya edilsin. Borclunun şikayətində tələb olunub ki, qərardad ləğv edilsin və ərizə rədd olunsun. Şikayət təmin oluna bilməz, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(010)-4044/2021 nömrəli qətnaməsi ilə alimentin miqdarı 175 manat müəyyən edilib. Qətnamənin qəbul edildiyi 2021-cu ildə minimum əmək haqqının məbləği 250 manat olduğuna görə, 175 manat aliment minimum əmək haqqının 0,7 mislini təşkil edib (175 manat : 250 manat = 0,7). Odur ki, alimentin minimum əmək haqqının 0,7 misli miqdarında indeksasiya edilməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110-ci maddəsinin göstərişinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli 15 nömrəli qərarında verilən izaha uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(010)-899/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar