Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 8(3-7)-100/2026 26.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Ərizəni verən şəxs “icra sənədi üzrə icraata xitam verilməsi, məcburi icra tədbirlərinin dayandırılması, aliment üzrə gələcək icra tədbirlərinin tətbiq edilməsinin yolverilməz hesab olunması” barədə ərizəsi üzrə (Açar sözlər: icra sənədi üzrə icraata xitam verilməsi) Hakimlər X12 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızından və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadından tələbkar Tələbkar tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. Gəncə Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Tələbkar ilə cavabdeh Ərizəni verən şəxs arasında ##.##.2009-cu il tarixdə Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsində 995 nömrə ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan doğulmuş ##.##.2010-cü il təvəllüdlü X5, ##.##.2011-ci il təvəllüdlü X3 və ##.##.2019-cu il təvəllüdlü X1 anaları Tələbkar yanında saxlanılması, ##.##.2010-cü il təvəllüdlü X5, ##.##.2011-ci il təvəllüdlü X3 və ##.##.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün ##.##.2022-ci il tarixdən başlayaraq cavabdeh Ərizəni verən şəxs hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 480 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
2. Gəncə Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2022-ci il tarixli qətnaməsi ilə tutulan aliment məbləği indeksasiya edilmiş, ##.##.2010-cü il təvəllüdlü X5, ##.##.2011-ci il təvəllüdlü X3 və ##.##.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Ərizəni verən şəxs sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün minumum əmək haqqının 0.53 misli həddində abit pul məbləğində alimentin tutularaq Tələbkar ödənilməsi qərara alınmışdır.
3. Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tаrixli, *(***)-**/**** saylı qətnaməsi ilə (hakim C.Quliyev) Ərizəni verən şəxs Tələbkar, X2, X4, Gəncə şəhəri * saylı notariat ofisinə və Şəmkir rayonu * saylı notariat ofisinə qarşı «mənzilə dair bağışlama və alqı-satqı müqavilələrinin ləğv edilməsi, bu mümkün olmadıqda əmlakın əvəzi qismində pul» tələbi təmin edilməmişdir.
4. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Q.Rzaquliyev – sədrlik edən və məruzəçi, G.İ.Cavadova və R.A.Məcidov) apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilmiş, Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 1-ci döngədə yerləşən * nömrəli evin ** nömrəli mənzilinə dair Gəncə şəhəri * saylı notariat ofisində Tələbkar ilə X2 arasında bağlanmış ##.##.2024-cü il tarixli, 4Ə-** reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi və X2 ilə X4 arasında Şəmkir rayon * saylı notariat ofisində bağlanılmış ##.##.2024-cü il tarixli, 4Ə-*** reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026cı il tarixlə qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
6. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli, ## #### 2026-ı il tarixli qətnaməsi ilə (hakimlər T.N.Məmmədov – sədrlik edən və məruzəçi, İ.T.Həsənov və F.Ə.Mehtiyev) iddiaçı Ərizəni verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tаrixli, 2(125)- **/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Birinci instansiya məhkəməsində icraat
7. Ərizəçi Ərizəni verən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə Şəhər Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi və həmin qətnamə əsasında aparılan icra icraatına, habelə Gəncə Şəhər Məhkəməsinin ##.##.2025- ci il tarixli *(***)-***/**** saylı qərardadı ilə müəyyən edilmiş aliment öhdəliyi üzrə aparılan icra icraatına xitam verilməsini, onun barəsində tətbiq edilmiş məcburi icra tədbirlərinin dayandırılmasını və gələcəkdə aliment üzrə icra tədbirlərinin tətbiq edilməsinin yolverilməz hesab olunmasını xahiş etmişdir.
8. Ərizə onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə ondan üç azyaşlı uşağın saxlanılması üçün aliment tutulmuşdur. Sonradan tərəflər arasında aliment öhdəliyinin əmlak təqdim olunması yolu ilə icra edilməsinə dair qarşılıqlı razılıq əldə olunmuş, bu razılaşma ##.##.2023-cü il tarixdə notariat qaydasında rəsmiləşdirilmişdir. Həmin razılaşmaya əsasən ərizəçi mülkiyyətində olan Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 1-ci döngə, * nömrəli evin ** nömrəli mənzilindəki 2/5 payını aliment əvəzi olaraq uşaqların xeyrinə vermiş, maraqlı şəxs Tələbkar isə alimentlə bağlı gələcəkdə ona qarşı hər hansı tələb və iddiasının olmayacağını bildirərək icra sənədinin geri qaytarılmasını xahiş etmişdir. Buna baxmayaraq, sonradan aliment üzrə icra tədbirləri yenidən davam etdirilmiş və hazırda ondan aliment tutulur. Ərizəçi hesab edir ki, notariat qaydasında bağlanmış razılaşma qüvvədə olduğu və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında da icra icraatına xitam verilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğu göstərildiyi üçün icra icraatının davam etdirilməsi qanunsuzdur. Bu səbəbdən ərizənin təmin olunmasını, icra sənədi üzrə icraata xitam verilməsi, məcburi icra tədbirlərinin dayandırılması, aliment üzrə gələcək icra tədbirlərinin tətbiq edilməsinin yolverilməz hesab olunmasını məhkəmədən xahiş etdi.
9. Gəncə Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə (Hakim: Maya Məmmədova) ərizəçi Ərizəni verən şəxs ərizəsi qismən təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi və ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli qərardadı əsasında aparılan icra icraatı üzrə icraata xitam verilməsi qərara alınmışdır.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
10. Qərardaddan tələbkar Tələbkar şikayət verərək Gəncə Şəhər Məhkəməsinin 16.07. 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir.
11. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər Məhkəməsinin ##.##.2022ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə ərizəci Ərizəni verən şəxs ilə aramızda olan ##.##.2009-cu ildə qeydə alınmış nikah pozulmuş və birgə nikahdan olan ##.##.2010-cu il təvəllüdlü X5, ##.##.2011-ci il təvəllüdlü X3, ##.##.2019-cu il təvəllüdlü X1 onun yanında saxlanılması və yetkinlik yaşlarına çatanadək saxlanması üçün ##.##.2022-ci il tarixdən başlayaraq cavabdehdən hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 480 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli 8(125)- ***/**** nömrəli qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə tutulan aliment məbləği indeksasiya edilərək, hər uşağa 212 manat, cəmi 636 manat olmuşdur. Sonradan aralarında aliment öhdəliyinin əmlak təqdim olunması yolu ilə icra edilməsinə dair qarşılıqlı razılıq əldə olunmuş, bu razılaşma ##.##.2023-cü il tarixdə notariat qaydasında rəsmiləşdirilmişdir. Həmin razılaşmaya əsasən ərizəçi mülkiyyətində olan Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 1-ci döngə, * nömrəli evin ** nömrəli mənzilindəki 2/5 payını aliment əvəzi olaraq uşaqların xeyrinə vermiş, o isə alimentlə bağlı gələcəkdə ona qarşı hər hansı tələb və iddiasının olmayacağını bildirərək icra sənədinin geri qaytarılmasını xahiş etmişdir. Buna baxmayaraq, qısa bir müddətdən sonra ərizəçi evə gəlib ona və uşaqlara hədə-qorxu gəlmiş, onun payına düşən bir otağa kirayəçi qoymağı, onun bu evdə yaşamasına imkan vermədiyini bildirmişdir. Tələbkar onun bu hərəkətindən sonra aliment üzrə icra tədbirləri yenidən davam etdirilməsini xahiş etmiş və mənzili 45000 manata satıb başqa yerdən ev tikdirmək qərarına gəlmişdir. Aliment bərpa olunduqdan sonra ərizəçi “mənzilə dair bağışlama və alqı-satqı müqavilələrin ləğv edilməsi, bu mümkün olmadıqda əmlakın əvəzi qismində pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və onun iddia tələbi təmin edilməmişdir. Bundan sonra isə aparılan icra icraatı üzrə icraata xitam verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və məhkəmə onun ərizəsini əsassız və qanunsuz olaraq təmin etmişdir. Məhkəmə belə qərardad çıxarmaq da haqlı olmamışdır. Belə ki, həmin qərardadla ilk növbədə uşaqların maraqları pozulur, onun da öz növbəmdə alimentdən imtina etməsi qanunsuzdur, çünki onda uşaqların maraqlarını pozmuş olur. Aliment öhdəliyi gələcəyə yönəlmiş dövri ödənişdir və uşağın cari dolanışığı üçün nəzərdə tutulduğundan, onun ev və ya digər mülklə birdəfəlik əvəz edilərək tamamilə ləğv olunması hüquqi cəhətdən keçərsizdir. Aliment valideynin anaya verdiyi pul deyil, uşağın saxlanılması üçün dövlət tərəfindən qorunan vəsaitdir. Valideynlər öz aralarında uşağın gələcək dolanışıq hüququnu tamamilə ortadan qaldıran barışıq müqaviləsi bağlaya bilməzlər. Uşaqlar böyüyür onların xərcləri artır, ona görə hesab edir ki, uşaq hüquqları çox həssas mövzu olduğundan alimentin əmlakla əvəzlənməsi uşağın gündəlik qida, geyim xərclərini qarşılamır. Azərbaycan məhkəmə təcrübəsində uşaqların hüquqlarının və aliment məsələlərinin qorunması çox ciddi prioritetdir. Aliment uşağın cari tələbatıdır. Qanunvericiliyə görə, aliment valideynin anaya verdiyi mülk və ya hədiyyə deyil, uşağın gündəlik qida, geyim, təhsil və müalicə xərcləridir. Evin 2/5 payı daşınmaz əmlakdır, uşaq hər ay onunla qidalana bilməz, məktəb ləvazimatı ala bilməz. Uşağın hər ay real pul vəsaitinə ehtiyacı var. Mənzilin bağışlanmış 2/5 paydan uşağın saxlanılması üçün heç bir real maddi gəlir yoxdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə görə, valideynlərin uşağın aliment hüququnu tamamilə ortadan qaldıran və ya uşağın maraqlarını kəskin pisləşdirən razılaşmaları keçərsizdir. O alimentdən imtina ərizəsi verərkən uşağın hüquqlarını bəri başdan pozmuş, dövlət (məhkəmə) uşağın maraqlarını qorumalıdır. Odur ki, qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişdir.
12. Gəncə Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
13. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
14. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
15. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 129, İ hissə. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.
16. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 20.1. İcra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.5. icra sənədi tam icra olunduqda.
17. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 98.2. Alimentlər əmlak təqdim edilməsi yolu ilə və barəsində razılıq əldə olunmuş digər üsullarla alına bilər.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
20. İşdən görünür ki, ərizəçi Ərizəni verən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə Şəhər Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi və həmin qətnamə əsasında aparılan icra icraatına, habelə Gəncə Şəhər Məhkəməsinin ##.##.2025- ci il tarixli *(***)-***/**** saylı qərardadı ilə müəyyən edilmiş aliment öhdəliyi üzrə aparılan icra icraatına xitam verilməsini, onun barəsində tətbiq edilmiş məcburi icra tədbirlərinin dayandırılmasını və gələcəkdə aliment üzrə icra tədbirlərinin tətbiq edilməsinin yolverilməz hesab olunmasını xahiş etmişdir.
21. Qeyd edilməlidir ki, iş materiallarına əsasən, tərəflər ##.##.2023-cü il tarixdə notariat qaydasında təsdiq edilmiş qarşılıqlı ərizələr verməklə aliment öhdəliyinin əmlak təqdim edilməsi yolu ilə icra olunmasına dair ümumi iradələrini ifadə etmişlər.İşin müəyyən edilmiş hallarından görünür ki, bu iradə ifadəsi eyni tarixdə və vaxtda (##.##.2023-cü il tarixdə, saat 12:09 və 12:11-də) və eyni notariusda (Gəncə şəhər * saylı Notariat Ofisində) hər iki tərəfin özünün şəxsən iştirakı ilə edilmişdir. Ərizəni verən şəxs mənzil üzərindəki 2/5 payını alimentin əvəzi olaraq uşaqlarına bağışladığını ərizəsində ifadə etmiş, cavabdeh Tələbkar da ərizə verərək qarşılıqlı razılığa gəldiklərini, aliment ilə bağlı gələcəkdə heç bir iddia və tələbinin olmayacağını bildirmişdir.
22. İş materiallarında mövcud olan məhkəmə aktlarına əsasən, müəyyən olunur ki, Tələbkar aliment tutulması ilə bağlı Ərizəni verən şəxs barəsində aparılan icra icraatına xitam verilməsi üçün gərəkli hüquqi tədbirləri görmək öhdəliyi (zəruri olduqda bunun üçün ərizə vermək), sonuncunun isə mübahisə halında məhkəmə qərarı ilə barəsindəki icra təqibinə xitam verilməsini tələb etmək hüququ yaranmışdır.
23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin şikayətin rədd edilməsi ilə bağlı gəldiyi qənaət düzgün olmuşdur. Belə ki, iş üzrə Azərbaycan Respublikası "İcra haqqında" Qanunun 20.1.5-ci maddəsinə əsasən, icra sənədi tam icra olunduqda həmin icra sənədi üzrə icraata xitam verilir. Hazırkı iş üzrə aliment öhdəliyinin tərəflərin razılaşması əsasında əmlak təqdim edilməsi yolu ilə icra edildiyindən, ərizəçi mənzil üzərində olan payına sərəncam verməklə, həmin paya mülkiyyət hüququnu aliment öhdəliklərinə xitam verilməsi ilə əvəz etməsi ilə icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi üçün hüquqi əsas qalmamışdır.
24. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.