Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 8(3-7)-106/2026 07.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X2 ibarət tərkibdə, Bərdə Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından ərizəçi(icra sənədi üzrə tələbkar) Tələbkar tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bərdə Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2017-ci il tarixli qətnaməsi ilə ##.##.2008-ci ildə anadan olmuş X3 üçün Borclu Bərdə Rayon Məhkəməsinin *(***)- ****/**** nömrəli, ## ######## 2012-ci il tarixli qətnaməsi əsasında tutulan alimentin məbləği dəyişdirilərək, hər ay 130 manat məbləğində müəyyən edilməklə Borclu tutulub Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. Tələbkar(bundan sonra- ərizəçi) alimentin indeksasiyası barədə ərizə ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Bərdə Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2017-ci il tarixli qətnaməsinə əsasən ## #### 2008-ci il tarixdə anadan olmuş X3 universiteti bitirənə kimi saxlanılması üçün borclu Borclu onun xeyrinə uşaq üçün aliment indeksasiya edilərək, hər ay sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,80 misli həddində sabit pul məbləğində aliment müəyyən olunmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Borclu ilə ailə həyatı qurmuşlar. Birgə nikahdan ## #### 2008-ci il təvəllüdlü X3 adlı övladları vardır. Ailə həyatı qurduqdan bir müddət sonra ailə münasibətləri pozulmuş və Bərdə Rayon Məhkəməsinin ##.##.2012-ci il tarixli qətnaməsinə əsasən nikahın pozulması, birgə nikahdan ## #### 2008-ci ildə anadan olmuş oğlu X3 onun himayəsində saxlanılması və onun yetkinlik yaşına çatana kimi saxlanılması üçün Borclu hər ay uşağa 70 manat olmaqla sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qərara alınmışdır. 2017-ci il tarixdə alimentin artırılması ilə bağlı Bərdə Rayon Məhkəməsində iddia qaldırmış, Bərdə rayon Məhkəməsi ##.##.2017-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddianı qismən təmin edilmiş, 130 manat aliment müəyyən edilmişdir. Cavabdeh illərlə övladı ilə maraqlanmamışdır. Son vaxtlara qədər işləyib övladına baxa bilmiş, ancaq indi baxa bilmir. X1-Hüquq Universitetinə "İqtisadiyyat" ixtisası üzrə qəbul olmuş və hazırda İ kurs əyani təhsil alır. Bərdə Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)-****/**** nömrəli zəruri qətnaməsinin qəbul edildiyi vaxtdan 9 il müddət keçmişdir. Bu müddət ərzində gündəlik tələbat mallarının, ərzaq məhsullarının və xidmətlərin qiymətində əhəmiyyətli artım, bəzilərində isə hətta 100%-dən çox bahalaşma olmuşdur. Bərdə Rayon Məhkəməsi tərəfindən çıxarılmış sonuncu qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir və uşağın məsrəfləri də təhsillə əlaqədar xeyli miqdarda artmışdır. Hazırda 2017-ci illə müqayisədə 2026-cı ildə ölkə üzrə minimum əmək haqqı 116 manatdan 284 manat artaraq 400 manat olması ilə əlaqədar Bərdə Rayon Məhkəməsinin qanuni qüvvədə olan ##.##.2017-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin indeksasiya edilməsinə, yəni onun sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,80 misli həddində sabit pul məbləğində müəyyən edilməsinə zərurət vardır. Bərdə Rayon Məhkəməsinin(bundan sonra- Rayon Məhkəməsi) *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır. Rayon Məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, uşaq 18 yaşına çatdığı (yetkinlik yaşına çatdığı) andan etibarən valideynin onun üçün aliment ödəmək öhdəliyi başa çatır. Uşağın ali təhsil alması (tələbə olması) valideyn üçün 18 yaşından sonra aliment ödəmək və ya bu məbləği indeksasiya olunmuş qaydada ödəmək öhdəliyi yarada bilməz. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun ## ###### 2024-cü il tarixli ** nömrəli Qərarı ilə müəyyən edilmiş indeksasiya qaydaları yalnız qanuni qüvvədə olan aliment öhdəliklərinə şamil edilir. Ərizəçi həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Ərizəçi şikayətini ərizəsinin dəlillərinə uyğun əsaslandırmışdır. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ## ###### 2026-cı il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və şikayəti baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110-cu maddəsinin tələblərinə görə məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının ailə qanunvericiliyinə əsasən valideynlərin yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq vəzifəsi uşağın yetkinlik yaşına(18 yaş) çatması ilə başa çatır. İş materiallarından X3 ## #### 2008-ci il təvəllüdlü olduğu müəyyən edilir və müvafiq olaraq onun yetkinlik yaşına çatması ilə borclu Borclu aliment öhdəliyinə xitam verilmişdir. Şikayətin dəlillərinə münasibətdə isə Məhkəmə bildirir ki, Ramal Mustafayevin ali təhsil müəssisəsində təhsil alması, atasının ona maddi yardım göstərməməsi, ölkə üzrə minimum əmək haqqının və yaşayış üçün xərclərin artımı aliment öhdəliyinin qanunla müəyyən edilmiş müddətdən sonra davam etdirilməsi üçün hüquqi əsas yaratmır. Eyni zamanda alimentin indeksasiyası yalnız qüvvədə olan aliment öhdəliyi mövcud olduğu halda tətbiq edilə bilər. Beləliklə də, göstərilənlərə əsasən müəyyən edilir ki, Rayon Məhkəməsi ərizəçi tərəfindən qərardaddan verilmiş şikayəti təmin etməməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir, şikayətin dəlilləri formal mülahizə xarakteri daşıyır, şikayətin təmin edilməsi üçün əsas yoxdur. Odur ki, Məhkəmə, Mülki Prosessual Məcəllənin 398-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDI: Ərizəçi Tələbkar tərəfindən verilmiş şikayət təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-7)-106/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-7)-106/2026
07.09.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver