Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 8(3-7)-110/2026 24.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X4 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Alimentin indeksasiya olunması barədə iş üzrə Bərdə Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından ərizəçi Ərizəni verən şəxs və maraqlı şəxs Borclu tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəni verən şəxs məhkəməyə ərizə ilə müraciət edərək, Bərdə rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, İş № *(***)-****/**** saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin (120 manat) 2018-ci il tarixində təsdiq olunmuş minimum əmək haqqının (400 manat) 0,70 misli həddində indeksasiya edilməsi barədə məhkəmə qərarı çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə ərizənin qismən təmin edilməsi, tərəflərin birgə nikahından doğulmuş tərəflərin birgə nikahlarından olan ## #### 2013-cü il təvəllüdlü Bayramova İnci Aslan qızı, ## #### 2015-ci il təvəllüdlü X3 və ## ##### 2020-ci təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Bərdə Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı indeksasiya edilməklə maraqlı şəxs (borclu) Borclu ərizəçi (tələbkar) Ərizəni verən şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,29 misli həddində sabit pul məbləğində aliment tutulması, artırılmış aliment məbləğinin tutulmasına isə tələbkarın ərizə ilə məhkəməyə müraciət etdiyi tarixdən, yəni ##.##.2026-cı ildən etibarən başlanması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan ərizəçi Ərizəni verən şəxs və maraqlı şəxs Borclu şikayət vermiş, məhkəmə şikayətə baxılmasından ötrü işi Gəncə Apellyasiya Məhkəməsinə göndərmişdir. Ərizəçi Ərizəni verən şəxs şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normalarını pozmuşdur. Müəyyən olunan aliment məbləği çox aşağı həddədir. O, bütün bunlarla razı deyildir. Ölkədə uşağın saxlanılması ilə bağlı minimum məbləği belə hazırki qərar təmin etmir. Bu səbəbdən də çıxarılan qərardaddan narazıdır. 0.29 % cəmi 116 manat edir. Bu məbləğdə son dərəcə aşağı bir məbləğdir. Bu səbəbdəndə uşağın ən azı minimum saxlama xərclərinin nəzərə alınmasını, aliment məbləğinin ən azı 0.50% həddinə çatdırılmasında qəti və israrlıdır. Bu həddə məbləğ nəyisə nizamlaya bilər. Məhkəmə onun aliment istəyinə münasibətdə tələbi son dərəcədə aşağı həddə qiymətləndirməklə məsələni mahiyyət üzrə həll etməmişdir. Məhkəmə maddi hüquq normalarını ona münasibətdə pozmuşdur. Məhkəmə onun prosessual hüquqlarını pozmuşdur. Məhkəmə onun bir valideyn, bir ana olaraq uşağının saxlanılmasını vəziyyətini təqdim etdiyi sübutları, habelə ölkə üzrə müəyyən olunan minimum aliment məbləğini təmin etmədi. Məhkəmə tərəfindəndə aliment son dərəcə aşağı həddə qeyd edilərək sanki 10 il əvvəl təyin edilmiş alimenti xarakteriza etdi. Halbuki bu gün ölkədə uşağın saxlanılma minimumu təyin olunan aliment məbləğin yarısı həddədir. Bu məbləğlə uşağı saxlamaq qeyri mümkündür. Məhkəmə prosessual hüquqlarını pozaraq sübutlarına önəm və dəyər verməmişdir. Məhkəmə faktiki halları aydınlaşdırmadı. 1 . Şəxsin kifayət qədər işi və qazancı vardı. Avtomobil rəngsazıdı. Mütəmadi olaraq avtomobil alqısatqısı ilə məşğuldur. Eləcədə avtomobil boyaları maqazini vardır. Onun aylıq qazancı 3000 manatdan yuxarıdır. 2. Müəyyən olunan aliment məbləği həddindən aşağı azdır. 3. Çıxarılan qərardadın nəticə hissəsi işin faktiki halına uyğun deyil. Onun işi və qazancı yoxdur. Məhkəmə işin faktiki hallarını tam və hərtərəfli araşdırmadığı üçün yekun nəticədə qeyri obyektiv qərardad qəbul etmişdir. Nəticə etibarı ilə alimentin minimum həddi şəxsin iş yeri və qazancına, habelə ölkədə uşağın saxlanılması minimumuna belə yaxın deyildir. Apellyasiya şikayəti təmin edilsin. Bərdə rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, İş №*(*-***)-***/**** saylı qərardadı dəyişdirilərək ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.50 misli həddində sabit pul məbləğində alimentin tutulmasına dair məhkəmə qərarı qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Borclu şikayəti onunla əsaslandırılımışdır ki, aliment valideynin öz uşağını saxlamaq vəzifəsinin həyata keçirilməsi vasitəsidir. Alimentin hüquqi təyinatı uşağın faktiki saxlanılmasını təmin edən valideynin xeyrinə və uşağın maraqları naminə vəsait ayrılmasıdır. Bundan əlavə, uşaqların analarının ailə münasibətlərinə zidd davranışlarına şahid olmaları onların psixoloji vəziyyətinə mənfi təsir göstərmiş, ailə mühitində ciddi mənəvi sarsıntılar yaratmışdır. Məhz bu hallar da uşaqların analarının yanında deyil, onun yanında yaşamaq istəmələrinin səbəblərindən biridir. Əgər uşaqlar faktiki olaraq onun himayəsində yaşayırsa və onların gündəlik saxlanılması, təhsili, qidalanması, geyimi və digər ehtiyacları onun tərəfindən qarşılanırsa, belə vəziyyətdə aliment məbləğinin artırılması məsələsinə formal yanaşılması aliment institutunun məqsədinə və mahiyyətinə uyğun deyildir. Məhkəmə aliment hüquq münasibətlərinin real vəziyyətini deyil, yalnız əvvəlki qətnamənin formal mövcudluğunu əsas götürmüşdür. Halbuki ailə hüquq münasibətlərində əsas meyar uşağın faktiki mənafeyi və faktiki yaşayış şəraitidir. Hazırda aliment təyin edilmiş uşaqlar faktiki olaraq onun yanın da yaşayırlar. Bərdə Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi ilə uşaqlar analarının yanında saxlanılmış olsalar da, sonradan faktiki vəziyyət dəyişmişdir. O, hazırda ## #### 2013-cü il təvəllüdlü Bayramova İnci Aslan qızının, ## #### 2015-ci il təvəllüdlü X3 və ## ##### 2020-ci il təvəllüdlü X1 analarının himayəsindən alınaraq onun yanında qalmaları barədə iddia qaldırmışdır. Həmin iş üzrə qəyyumluq və himayəçilik orqanı tərəfindən araşdırma aparılır və iş hazırda icraatdadır. Belə olan halda alimentin indeksləşdirilməsi məsələsinə baxılarkən uşaqların faktiki yaşayış yeri, onların kimin himayəsində olması və aliment öhdəliyinin faktiki əsaslarının mövcud olub-olmaması araşdırılmalı idi. Lakin məhkəmə aşağıdakı halları ümumiyyətlə araşdırmamışdır: uşaqların faktiki olaraq harada yaşamaları; uşaqların faktiki olaraq kimin himayəsində olmaları; uşaqların saxlanma xərclərinin kim tərəfindən çəkilməsi; uşaqların yaşayış yerinin dəyişdirilməsi barədə ayrıca məhkəmə mübahisəsinin mövcudluğu; qəyyumluq və himayəçilik orqanında araşdırmanın aparılması. Məhkəmə bu hallar barədə heç bir araşdırma aparmadan alimentin artırılması barədə qərardad qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin əsas prinsiplərindən biri çəkişmə və tərəflərin prosessual bərabərliyi prinsipidir. Həmin prinsipə görə hər bir tərəf işin materialları ilə tanış olmaq, sübutlar təqdim etmək, etirazlarını bildirmək, vəsatətlər vermək və məhkəmə araşdırmasında iştirak etmək hüququna malikdir. Hazırkı iş üzrə məhkəmə tərəfindən onun iştirakı təmin edilməmişdir. Vəkilinə əvvəlcə işə baxılacağı bildirilmiş, daha sonra ərizəçinin ərizəsinin baxılmamış saxlanılması barədə ərizə verdiyi deyilmiş, sonradan isə işə yenidən baxılacağı bildirilmədən və onun iştirakı təmin edilmədən qəfil qaydada yekun qərardad qəbul edilmişdir. O, hesab edirəm ki, hazırkı halda alimentin artırılması tələbi uşaqların real ehtiyaclarından deyil, ərizəçinin şəxsi maddi maraqlarından irəli gəlir. Çünki uşaqlar faktiki olaraq mənim himayəmdə yaşadıqları halda aliment məbləğinin artırılması tələb olunur və həmin vəsaitin uşaqların mənafeyinə sərf ediləcəyinə dair heç bir araşdırma aparılmamışdır. Uşaqların mənafeyi tələb edir ki, aliment münasibətlərinə qiymət verilərkən formal qətnamələr deyil, real vəziyyət, uşaqların faktiki yaşayış şəraiti və onların kimin tərəfindən saxlanılması araşdırılsın. Belə olan halda o, alimentin indeksləşdirilməsi ilə bağlı ərizəyə qarşı etirazlarını, sübutlarını və hüquqi mövqeyini məhkəməyə təqdim etmək imkanından faktiki olaraq məhrum edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququnun və Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnun mühüm elementlərindən biri də tərəfin işə baxılmasında real iştirak imkanının təmin edilməsidir. Məhkəmə həmin təminatı vermədən qərardad qəbul etdiyindən qəbul edilmiş qərardad prosessual hüquq normalarının ciddi pozuntusu ilə çıxarılmışdır. Məhkəmə başqa işin nəticəsinin hazırkı işə təsirini nəzərə almamışdır. Hazırda onun tərəfindən uşaqların analarının himayəsindən alınaraq onun yanın da saxlanılması barədə ayrıca məhkəmə mübahisəsi qaldırılmışdır. Həmin iş üzrə qəbul ediləcək qərar aliment münasibətlərinə birbaşa təsir göstərəcəkdir. Əgər uşaqların yaşayış yeri onun yanında müəyyən edilərsə, aliment münasibətləri tamamilə dəyişəcəkdir. Belə olan halda məhkəmə həmin mübahisənin mövcudluğunu araşdırmalı və ona hüquqi qiymət verməli idi. Lakin məhkəmə bu faktı tamamilə diqqətdən kənarda qoymuşdur. Vahid məhkəmə təcrübəsində dəfələrlə qeyd etmişdir ki, ailə mübahisələrində formal hüquqi vəziyyət deyil, uşağın faktiki mənafeyi və real yaşayış şəraiti araşdırılmalıdır. Lakin hazırkı işdə uşaqların rəyi öyrənilməmiş uşaqların faktiki yaşayış şəraiti araşdırılmamış, qəyyumluq orqanının rəyi alınmamış;uşaqların kimin himayəsində olması müəyyən edilməmişdir. Belə olan halda uşağın üstün mənafeyinin necə müəyyən edildiyi qərardaddan ümumiyyətlə görünmür. Bərdə Rayon Məhkəməsinin iş üzrə qəbul edilmiş ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı prosessual və maddi hüquq normalarının pozulması səbəbindən qanunsuz hesab edilməkləı ləğv edilsin və tələbkarın ərizəsinin əsasszılığına dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** saylı qərardadı ilə Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından ərizəçi Ərizəni verən şəxs və maraqlı şəxs Borclu verdiyi şikayətin apellyasiya qaydasında baxılması üçün əsaslar olmadığından qəbul olunmaması və Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından ərizəçi Ərizəni verən şəxs və maraqlı şəxs Borclu tərəfindən verilmiş şikayətə baxılması üçün işin Bərdə Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə şikayətin təmin edilməməsi və iş materialları ilə birlikdə bаxılmаsı üçün Gəncə Аpellyаsiyа Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən olunur ki, Bərdə Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qətnamənin surətindən görünür ki, Borclu və Ərizəni verən şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış MŞG1/MT039-2024-***** reyestr nömrəli ##.##.2024cü il tarixli barışıq sazişinin təsdiq edilməsi, Borclu ilə Ərizəni verən şəxs arasında ##.##.2012ci il tarixdə Bərdə rayon qeydiyyat şöbəsində bağlanmış *** saylı rəsmi nikah aktı qeydinin pozulması, tərəflərin birgə nikahlarından olan ## #### 2013-cü il təvəllüdlü Bayramova İnci Aslan qızı, ## #### 2015-ci il təvəllüdlü X3 və ## ##### 2020-ci təvəllüdlü X1 anaları Ərizəni verən şəxs himayəsində saxlanılması, ## #### 2013-cü il təvəllüdlü Bayramova İnci Aslan qızının, ## #### 2015-ci il təvəllüdlü X3 və ## ##### 2020-ci il təvəllüdlü X1 üçün Borclu hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq Ərizəni verən şəxs verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi indeksasiya edilməli olan alimentin Bərdə Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə təyin olunmasını və minimum aylıq əmək haqqının məbləğinin 2024-ci ildə 345 manat həddində müəyyən edilməsini nəzərə alaraq, hesab etmişdir ki, pul məbləğlərinin indeksasiyası, istehlak qiymətlərinin artması ilə əlaqədar həmin məbləğin dəyərini qorumaqla şəxsin qanuni mənafeyini müdafiə etmək məqsədi daşıdığından və alimentin indeksasiyasının Ali Məhkəmənin Plenumunun Qərarının 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalıdır. İşə baxan məhkəmə belə nəticəyə gəlmişdir ki, qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi, habelə ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 2024-cü il üçün 345 manat, 2026-cı il üzrə isə 400 manat müəyyən edildiyi nəzərə alınmaqla ərizəçinin indeksasiya tələbi təmin edilməli, 2024-cü ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 100 manat sabit pul məbləğində alimentin tutulması qət edildiyindən və tutulmuş alimentin miqdarı 2026-ci il üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,29 mislini təşkil etdiyindən (100:345=0,29), tərəflərin birgə nikahlarından olan ## #### 2013-cü il təvəllüdlü Bayramova İnci Aslan qızı, ## #### 2015-ci il təvəllüdlü X3 və ## ##### 2020-ci təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün maraqlı şəxs (borclu) Borclu ərizəçi (tələbkar) Ərizəni verən şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.29 misli həddində indeksasiya edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası hesab edir ki, mübahisənin maddi və prosessual hüquqi əsasları, o cümlədən hesablamalar düzgün müəyyən edilmiş, uşaların mənafeyi üstün tutulmaqla, onların minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ təmin edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2024-cü il tarixli № ** Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il ## #### tarixli *- */**** nömrəli Qərarında dəyişikliklər edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2024-cü il tarixli № ** Qərardakı hüquqi mövqeyinə görə, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir) (Qərarın 8.4-1-ci bəndi). Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir) (Qərarın 8.4-2-ci bəndi). Azərbaycan Respublikası Prezidentinin ## ###### 2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 2025-ci il ######ın #-dən 400 manat müəyyən edilmiş, 2026-cı il üçün Azərbaycan Respublikasında minimum aylıq əmək haqqı 400 manat olaraq saxlanılmışdır. 2024-cü il ərzində ölkədə tətbiq edilən minimum aylıq əməkhaqqının məbləği 345 manat idi (bu məbləğ 2022-ci ilin dekabr ayında imzalanmış sərəncamla tənzimlənirdi.) Məhkəmə kollegiyası ərizəçi Ərizəni verən şəxs maraqlı şəxs Borclu kifayət qədər işi və qazancı olması ilə bağlı şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *-*/**** nömrəli, ## #### 2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Lakin aliment ödəyən əmək qabiliyyətli valideynin qazancının və maddi durumunun yüksək olması ilə sübutlar kollegiyaya təqdim edilməmişdir. Maraqlı şəxs Borclu uşaqların faktiki olaraq onun himayəsində yaşaması ilə bağlı şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, Bərdə rayon məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)- ****/**** saylı qətnaməsi ilə tərəflərin birgə nikahlarından olan ## #### 2013-cü il təvəllüdlü Bayramova İnci Aslan qızı, ## #### 2015-ci il təvəllüdlü X3 və ## ##### 2020-ci təvəllüdlü X1 anaları Ərizəni verən şəxs himayəsində saxlanılması, ## #### 2013-cü il təvəllüdlü Bayramova İnci Aslan qızının, ## #### 2015-ci il təvəllüdlü X3 və ## ##### 2020- ci il təvəllüdlü X1 üçün Borclu hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment müəyyən edilmişdir. Hazırda həmin qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Tərəflər arasında yeni məhkəmə mübahisəsi qaldırılması qanuni qüvvəsini almış qətnamənin icra olunmaması kimi qiymətləndirilə bilməz. Maraqlı şəxs Borclu başqa hər hansı qanuni qüvvəsini almış məhkəmə aktını kollegiyaya təqdim etməmişdir. Məhkəmə kollegiyası ərizəçi Ərizəni verən şəxs müəyyən olunan aliment məbləğinin çox aşağı olması və maraqlı şəxs Borclu aliment miqdarının artırılmasının əsassız olması ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən ərizəçinin (tələbkar) aliment məbləğinin indeksasiya olunması barədə ərizəsinə baxılmışdır. Hazırki işdə alimentin məbləğinin artırılması və ya azaldılması istisna edilir. Tələbkar və ya borclunun alimentin miqdarının dəyişdirilməsi ilə bağlı müvafiq birinci instansiya məhkəməsinə müraciət etmək hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *-*/**** nömrəli, ## #### 2016-cı il tarixli Qərarının 8.4-3-cü bəndinə əsasən, Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Qanunvericilik nəzərdə tutulmuş ödənilməli pul məbləğlərinin indeksasiyası vətəndaşların pul gəlirləri və əmanətlərinin deyil, məhkəmə qətnaməsinin icra edilmədiyi və ya gec icra edildiyi dövrdə tutulmalı pul məbləğinin indeksasiyasını nəzərdə tutur. Bununla da qanunverici borclunun icradan yayınması nəticəsində tələbkara ödənilməli pul məbləğinin istehlak qiymətlərinin artımı ilə bağlı itirilmiş alıcılıq qabiliyyətinin bərpası istiqamətində bir mexanizm nəzərdə tutmuşdur ki, pul məbləğlərinin indeksasiyası barədə ərizələrə baxılarkən istehlak qiymətlərinin indeksinin artımına görə indeksləşdirmə aparılsın. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, tətbiq edilməli qanun düzgün tətbiq edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2, Azərbaycan Respublikası MPM-nin 232.1 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından ərizəçi Ərizəni verən şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından maraqlı şəxs Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-7)-110/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-7)-110/2026
24.09.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver