Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 8(3-7)-111/2026 15.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Həsənov Islam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Tələbkar Tələbkar MMC-nin Qazax Rayon Məhkəməsinin ## ###### 2014-cü il tarixli *(***)-**/**** nömrəli icra sənədi üzrə Maraqlı şəxs hərəkətindən (hərəkətsizliyindən) şikayətinə dair iş üzrə Qazax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-**/**** nömrəli qərardadından tələbkar Tələbkar MMC tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Qazax Rayon Məhkəməsinin ## ###### 2014-cü il tarixli *(***)-**/**** nömrəli icra sənədinə əsasən, ## #### 1976-cı il tarixdə Qazax rayonu Qarapapaq kəndində anadan olmuş və həmin kənddə yaşayan Borclu ilə ## ######## 2010-cu il tarixdə bağlanmış TOP **** saylı nisyə alqı-satqı müqaviləsi uzrə ödənilməmiş 1.600 ABŞ dolları əsas (qalıq) borcun və ödənişin gecikdıridıyi hər gun uçun, məcmu borcun 1 faizi həcmində 240 ABŞ dolları cərimə, cəmi 1840 ABŞ dolları və 20 manat mobilində dövlət rüsumu “xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Icra sənədi icra edilməsi üçün Maraqlı şəxs göndərilmiş və icra orqanı tərəfindən icra sənədi üzrə icraata başlama haqqında qərar qəbul edilərək müvafiq icra hərəkətləri həyata keçirilmişdir. Tələbkar Tələbkar MMC şikayətlə məhkəməyə müraciət edərək, Qazax Rayon Məhkəməsinin ## ###### 2014-cü il tarixli, *(***)-**/**** saylı icra sənədinin icra edilməməsi ilə bağlı Maraqlı şəxs hərəkətsizliyinin qanunsuz hesab edilməsi, icra sənədinin icrası ilə bağlı zəruri icra tədbirlərinin görülməsinin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Qazax Rayon Məhkəməsinin *(***)-**/**** saylı iş üzrə ##.##.2014-cü il tarixli məhkəmə əmri ilə borclu Borclu Tələbkar MMC-nin xeyrinə nisyə alqı-satqı müqaviləsinin şərtlərinin pozulmasına görə 1600 ABŞ dolları əsas, 240 ABŞ dolları cərimə (məcmu borcun gecikdirilən hər gün üçün 1 faizi) olmaqla cəmi 1840 ABŞ dolları və 20 manat dövlət rüsumunun tutulması qərara alınmışdır. Göstərilən qətnamə əsasında icra işi başladılmış, lakin artıq 12 ildən çox müddət ərzində icra məmuru Tural Nebiyev tərəfindən borcun tam və effektiv şəkildə alınması üçün qanunla nəzərdə tutulmuş zəruri tədbirlər görülməmişdir. Aparılan müəyyən yazışmalar formal xarakter daşımış, heç bir real nəticə əldə edilməmişdir. Icra məmuru tərəfindən yol verilən əsas hərəkətsizliklər, səhlənkarlıq və qanunsuz hərəkətlər aşağıdakılardır: bank hesablarına və pul trafikinə tam laqeydlik: “Asan Pay" sistemi üzərində aparılan müşahidələr nəticəsində borclunun bank kartlarına (Azəri Kart və digər kartlar) müntəzəm olaraq pul vəsaitlərinin daxil olduğu (aktiv pul trafiki) aşkar edilmişdir (çıxarış əlavə olunur). Icra məmuru nəinki həmin hesablara həbs qoymuş, hətta aidiyyəti banklara, VÖEN. borc məbləği 500 AZN-dən çox olduğu halda, ölkədən çıxışa qadağa qoyulması mexanizmi tamamilə nəzərdən qaçırılmışdır. Nəqliyyat vasitələri ilə bağlı qanunsuz hərəkətlər və səhlənkarlıq: VAZ-2109 (**-BF-***) və VAZ-2106 (**-BF-***): ##.##.2026-cı il tarixli YPXI çıxarışı bu nəqliyyat vasitələrinin üzərində məhdudiyyətlər olduğunu göstərir. VAZ-2109 barədə ##.##.2026-cı ildə axtarış qərarı qəbul edilsə də, bu günədək heç bir nəticə əldə olunmamışdır. VAZ-21063 (**-BF-***): Bu nəqliyyat vasitəsi üzərindəki həbs ##.##.2018ci ildə heç bir hüquqi əsas olmadan götürülmüş, dərhal sonra isə borclu tərəfindən ##.##.2019-cu ildə qeydiyyatdan çıxarılmışdır. Icra məmurunun bu əməli borcluya əmlakı kənarlaşdırmağa bilərəkdən şərait yaratmış, tələbkara ciddi maddi zərər vurmuşdur. Həbsin götürülməsinin səbəbi barədə onlara heç bir məlumat verilməmişdir. Birgə əmlak və ailə vəziyyətinin araşdırılmaması: Bərclunun evlilik şəhadətnaməsi tələb edilməmiş, üzərində olan daşınar və daşınmaz əmlak, habelə birgə nikahda əldə edilmiş əmlaklar barədə heç bir sorğu aparılmamışdır. Qanunvericiliyin tələbkara tanıdığı birgə əmlakdakı paya yönəltmə hüququ tamamilə gözardı edilmişdir. Əlaqəsizlik və kobud münasibət: Tələbkar tərəfindən dəfələrlə müxtəlif qurumlarla (102, 902, *** *** ** **, 012 18) əlaqə saxlanılsa da, heç bir nəticə əldə edilməmiş, telefon zənglərinə cavab işdir. Icra məmuru Tural Nebiyev isə tələbkara qarşı "borclunun ona şikayət görülən işlərin qanunsuz olduğu" kimi əsassız və qeyri-peşəkar bəyanatlar səsləndirmişdir. ##.##.2016-cı ildə icraata başlamaq haqqında qərar verilmiş, iş Şamaxıya yönləndirilmiş, sonra isə yenidən Qazax icra şöbəsinə qaytarılmışdır (səmərəsiz yazışma). ##.##.2016-cı ildə avtomobilə həbs qoyularaq satılması barədə qərardad çıxarılsa da, bu qərardadın icrası ilə bağlı heç bir məlumat verilməmişdir. ##.##.2013-cü ildə borclunun axtarışı barədə qərar qəbul edilsə də, bu qərar heç vaxt icra olunmamışdır. Son illərdə (##.##.2026, ##.##.2026, ##.##.2026, ##.##.2026) göndərilən məktubların “icra tədbirləri davam etdirilir" məzmunlu, heç bir konkret nəticə ehtiva etməyən formal cavablardır. Icra portalında borcun ödənilməsi ilə bağlı cüzi məbləğlər (##.##.2020- 125 AZN,##.##.2026- 2788 AZN + 20 AZN) qeyd olunsa da, bunlar əsas məbləğlə müqayisədə çox kiçik olub, borcun əsas hissəsinin yığılması üçün heç bir sistemli iş aparılmamışdır. Qazax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-**/**** nömrəli qərardadı ilə (hakim Elçin Mansırov) Maraqlı şəxs icra məmurlarının hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə tələbkar Tələbkar Məhdud Məsuliyyəti tərəfindən verilmiş şikayətin təmin edilməməsi qərara alınmışdır. Qərardaddan narazı qalan tələbkar Tələbkar MMC şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Qazax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə Maraqlı şəxs icra məmurlarının hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə şikayəti təmin edilməmişdir. Məhkəmə qərardadında icra məmuru tərəfindən müəyyən hərəkətlərin edildiyini (axtarış qərarı, bank sorğuları, əmlaka həbs) əsas gətirərək hərəkətsizliyin mövcud olmadığı qənaətinə gəlib. Lakin bu qənaət işin faktiki hallarına, maddi və prosessual hüquq normalarına tam ziddir, qərardad qanunsuz və əsassızdır. Aşağıdakı əsaslarla Qazax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli Qərardadınınləğv edilməsini və şikayətinin tam təmin edilməsini xahiş edirlər. Apellyasiya şikayətinin əsasları (Qanun pozuntuları) Məhkəmə aşağıdakı kobud səhvlərə yol verib: Iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmayıb (AR MPM, maddə 14, 77, 79) Məhkəmə yalnız icra məmurunun təqdim etdiyi sənədlərlə kifayətlənib, tələbkarın aşağıdakı fundamental arqumentlərini tamamilə nəzərdən qaçırıb:· VAZ-21063 (**-BF-***) üzərindəki həbsin qanunsuz götürülməsi:Məhkəmə bu mühüm fakta ümumiyyətlə toxunmayıb. Həbsin niyə götürüldüyü, hansı əsasla borclunun bu əmlakı dərhal qeydiyyatdan çıxarmasına şərait yaradıldığı araşdırılmayıb. Bu, açıq-aşkar qanunsuz hərəkətdir. Bank kartlarındakı aktiv pul trafiki: Şikayətlərində “Asan Pay” çıxarışları ilə sübut etdiyi, borclunun kartlarına müntəzəm pul daxil olması faktı məhkəmə tərəfindən tamamilə gözardı edilib. Məhkəmə, 12 il ərzində bu trafikin icra məmuru tərəfindən niyə izlənilmədiyini, hesablara həbs qoyulmadığını araşdırmayıb. 2026-cı ilin yazında banklara sorğu göndərilməsi, 12 illik hərəkətsizliyə bəraət qazandırmır. Birgə əmlakın araşdırılmaması: Borclunun evlilik şəhadətnaməsi, birgə əmlakı barədə heç bir sorğu aparılmaması faktı məhkəmə tərəfindən yoxlanılmayıb. “Hərəkətsizlik” anlayışı düzgün şərh edilməyib, Maddi Hüquq norması pozulub (“Icra haqqında” AR Qanunu) Məhkəmə səhvən hesab edib ki, bir neçə formal hərəkətin (kağız üzərində qərar qəbul etməyin) olması hərəkətsizliyi istisna edir. Halbuki, hərəkətsizlik – qanunla tələb olunan, səmərəli, vaxtında və tamicra tədbirlərinin görülməməsidir. 10 ildir axtarışda olan avtomobilin tapılmaması, tapılması üçün real əməliyyataxtarış tədbirlərinin görülməməsi hərəkətsizlikdir. Aktiv pul trafiki olan kartlara illər boyu həbs qoyulmaması hərəkətsizlikdir. Əmlakın üzərindən həbsin əsassız götürülməsi isə artıq qanunsuz hərəkətdir ki, məhkəmə buna hüquqi qiymət verməyib. Icra məmurunun 12 il ərzində tələbkarın suallarına cavab verməməsi, onu “qanunsuz iş görməkdə” ittiham etməsi kimi qeyrietik davranışlar da qiymətləndirilməyib. Ona görə də, Qazax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı Qərardadını tamamilə ləğv edilməsini, Iş üzrə yeni qərar qəbul edərək, Maraqlı şəxs icra məmuru Tural Nebiyevin 12 illik hərəkətsizliyini qanunsuz hesab edilməsini 3. Aşağıdakı pozuntuları xüsusi qeyd etsin: o VAZ-21063 (**-BF-***) markalı avtomobilin üzərindəki həbsin qanunsuz götürülməsi; o Bank hesablarındakı aktiv pul trafikinə illər boyu məhəl qoyulmaması; o Birgə əmlak araşdırmasının aparılmaması. 4. Icra məmurunu borcun yığılması üçün bütün zəruri, təxirəsalınmaz və effektiv tədbirləri (bank hesablarına həbs, ölkədən çıxışa qadağa, birgə əmlakın aşkarlanması, əmlakın axtarışı və s.) görməyə məcbur edilməsini xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-**/**** nömrəli qərardadı ilə şikayət təmin edilməyərək 7 gün müddətində işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq, yazılı icraat qaydasında baxılır. Iş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb aşağıda qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3.1-ci maddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunın tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir (“Icra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1 və 12.1-ci maddələri). «Icra haqqında» Qanunda icraata başlanmış icra sənədi üzrə sonrakı hərəkətlər də tənzimlənərək müəyyən edilmişdir ki, icra sənədi üzrə icraat dayandırıla, xitam verilə, icra edilmədən (və ya tam icra edilmədən) məhkəməyə qaytarıla, aidiyyəti üzrə göndərilə bilər. Icra sənədi üzrə bu hüquqi nəticələrin hər birinin tətbiqi əsasları da qanunda dəqiq müəyyən edilmişdir. “Icra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunmuşdur ki, Qazax Rayon Məhkəməsinin ## ###### 2014-cü il tarixli *(***)-**/**** nömrəli icra sənədinə əsasən, ## #### 1976-cı il tarixdə Qazax rayonu Qarapapaq kəndində anadan olmuş və həmin kənddə yaşayan Borclu ilə ## ######## 2010-cu il tarixdə bağlanmış TOP **** saylı nisyə alqı-satqı müqaviləsi uzrə ödənilməmiş 1.600 ABŞ dolları əsas (qalıq) borcun və ödənişin gecikdıridıyi hər gun uçun, məcmu borcun 1 faizi həcmində 240 ABŞ dolları cərimə, cəmi 1840 ABŞ dolları və 20 manat mobilində dövlət rüsumu “xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Icra sənədi icra edilməsi üçün Maraqlı şəxs göndərilmiş və icra orqanı tərəfindən icra sənədi üzrə icraata başlama haqqında qərar qəbul edilərək müvafiq icra hərəkətləri həyata keçirilmişdir. Tələbkar Tələbkar MMC icra orqanının hərəkətinin qanunsuz hesab edilməsi barədə hazırkı şikayətlə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası şikayətin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. Iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, icra məmuru tərəfindən icra sənədinin icrasını təmin etmək məqsədilə zəruri icra tədbirləri həyata keçirilmişdir. Bu məqsədlə icra məmuru tərəfindən borclunun axtarışı, borclunun bank hesablarına həbs qoyulması, borclunun əmlakının axtarılması və borclunun əmlakı üzərinə həbs qoyulması haqqında müvafiq qərarlar qəbul edilmişdir. Bu da onu deməyə əsas verir ki, icra orqanı tərəfindən icra sənədinin icrasını təmin etmək məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq məcburi icra tədbirləri görülmüşdür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-nin 263-264, 398.0.1 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Tələbkar Tələbkar MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Qazax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardadan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-7)-111/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-7)-111/2026
15.09.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver