Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 8(3-7)-113/2026 16.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Tələbkar Tələbkar borclu Borclu qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: aliment məbləğinin indeksasiya edilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və Məmmədov Tural Nurulla oğlundan ibarət tərkibdə, Müəyyən etdi: Tələbkar Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək borclu Borclu olmaqla qanuni qüvvəyə minmiş Tərtər Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli *(***)-***/**** nömrəli qətnaməsinə əsasən borclu Borclu birgə nikah dövründə anadan olmuş ##.##.2014-cü il təvəllüdlü X1 üçün müəyyən edilmiş 150 manat sabit pul məbləğində alimentin indeksasiya olunması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadı (hakim Kamil Rzayev) ilə ərizə təmin edilmiş, qanuni qüvvəyə minmiş Tərtər Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli 2(061)- 384/2019 qətnaməsinə əsasən cavabdeh Borclu birgə nikah dövründə anadan olmuş ##.##.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay müəyyən edilmiş 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin miqdarının qərardad qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq tələbkar Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,83 misli həddində indeksasiya olunması qərara alınmışdır. Həmin qərardaddan borclu Borclu tərəfindən şikayət verilmiş və Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayətə baxılması üçün işin Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət qeyri-mümkün hesab edilməli və geri qaytarılmalıdır. Belə ki, şikayət yoxlanılarkən müəyyən edilmişdir ki, şikayət mülki prosessual qanunvericiliyin tələbinə uyğun, yəni “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilmədən verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi; 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.2-ci maddəsinə əsasən, məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. 363.1-ci maddəsinə görə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 363.1.5-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün iş materialları ilə birlikdə Tərtər Rayon Məhkəməsinə qaytarılmalıdır. Beləki, yuxarıda qeyd olunduğu kimi, baxılan üş üzrə şikayət “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilmədən verilmişdir. Azərbaycan Respublikasının MPM-in 402.2-ci maddəsinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında. Ona görə də hazirki iş üzrə çıxarılan qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10, 263, 264, 363.1.5, 366 və 402.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadından borclu Borclu tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və geri qaytarılması üçün iş Tərtər Rayon Məhkəməsinə qaytarılsın. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(3-7)-113/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-7)-113/2026
16.09.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver