Məhkəmə qərarları › İş №8(3-7)-118/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-7)-118/2026

24.09.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 8(3-7)-118/2026 24.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X1 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Alimentin indeksasiya olunması barədə iş üzrə Tovuz Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından borclu İsayev Şəhriyar Sədaqət oğlu tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəni verən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Tovuz Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin indeksasiya olunmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə ərizənin təmin edilməsi, Tovuz Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, 2(062)- ****/**** saylı qətnaməsi ilə ##.##.2016-cı il təvəllüdlü Turan adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün borclu İsayev Şəhriyar Sədaqət oğlundan tələbkar Ərizəni verən şəxs xeyrinə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 0,55 misli həddində indeksasiya edilməsi qərara alınmışdır. Həmin qərardadın dəlilləri ilə razılaşmayan borclu İsayev Şəhriyar Sədaqət oğlu şikayət verərək qərardadın ləğv olunması və iddia ərizəsinin icraata götürülməsini xahiş etmişdir. Eyni zamanda, borclu İsayev Şəhriyar Sədaqət oğlu buraxılmış prosessual müddətin bərpa olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, tələbkar Ərizəni verən şəxs öz ərizəsi ilə Şəki Rayon İcra və Probasiya Şöbəsində alimentdən imtina barədə rəsmi, yazılı müraciət etmişdir. Həmin ərizə əsasında icra məmuru Şəki Rayon Məhkəməsinə təqdimat vermiş və Şəki Rayon Məhkəməsinin 8(5- ***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli Qərardadı ilə təqdimat təmin edilmişdir. Bundan sonra, *(***)-****/**** nömrəli, ##.##.2024 cü il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Lakin Tovuz Rayon Məhkəməsinə bu barədə hər hansı məlumat verilməmişdir və bu səbəbdən Tovuz Rayon Məhkəməsinin 8(5-163)- ***/**** nömrəli, ##.##.2026-cı il tarixli Qərardadı icraya yönəldilmiş və hazırda Şəki Rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Bu işin əsas halı ondan ibarətdir ki, aliment işi üzrə icraatın əsasını təşkil edən *(***)-****/**** nömrəli, ##.##.2024 cü il tarixli icra sənədi və onun əsasında duran eyni nömrəli və tarixli Qətnamə faktiki və hüquqi olaraq qüvvədən düşmüş və iş üzrə icraata xitam verilmişdir, lakin alimentin indeksasiyası qərarı faktiki olaraq qüvvədədir və iş üzrə icraat da davam edir. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair borclu İsayev Şəhriyar Sədaqət oğlu tərəfindən verilmiş ərizə təmin edilmiş və buraxılmış prosessual müddət bərpa edilmişdir. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə şikayətin təmin edilməməsi və iş materialları ilə birlikdə bаxılmаsı üçün Gəncə Аpellyаsiyа Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən olunur ki, qanuni qüvvəsi almış Tovuz Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsinə əsasən, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla, cavabdeh İsayev Şəhriyar Sədaqət oğlundan ##.##.2016-cı il təvəllüdlü Turan adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 190 manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçı Ərizəni verən şəxs ödənilməsi qət edilmişdir. Ərizəçi Ərizəni verən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Tovuz Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin indeksasiya olunmasını xahiş etmişdir. İşə baxan məhkəmə belə nəticəyə gəlmişdir ki, hazırkı iş üzrə alimentin tutulması ilə bağlı məhkəmə qətnaməsi 2024-ci ildə qəbul edilmişdir. Həmin il üçün ölkə üzrə minimum aylıq əmək haqqı miqdarı 345 manat müəyyən olunmuşdur. Qətnamə üzrə müəyyən olunmuş aliment məbləği bir uşaq üçün 190 manat olmaqla həmin il üzrə minimum aylıq əmək haqqının 0,55 misli miqdarında (190 manat (qətnamə ilə müəyyən edilmiş alimentin məbləği) : 345 (2024-cü il üçün müəyyən edilmiş minimum əmək haqqı) = 0,55) olmuşdur. Odur ki, həmin məbləğ hazırki ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqı miqdarına müvafiq olaraq indeksasiya edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası hesab edir ki, mübahisənin maddi və prosessual hüquqi əsasları, o cümlədən hesablamalar düzgün müəyyən edilmiş, uşağın mənafeyi üstün tutulmaqla, onun minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ təmin edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2024-cü il tarixli № ** Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il ## #### tarixli *- */**** nömrəli Qərarında dəyişikliklər edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2024-cü il tarixli № ** Qərardakı hüquqi mövqeyinə görə, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir) (Qərarın 8.4-1-ci bəndi). Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir) (Qərarın 8.4-2-ci bəndi). Azərbaycan Respublikası Prezidentinin ## ###### 2017-ci il tarixli, **** nömrəli “Minimum aylıq əməkhaqqının artırılması haqqında” sərəncamı ilə ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 2017-ci il ######ın #-dən etibarən 116 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 2025-ci il ######ın #-dən 400 manat müəyyən edilmiş, 2026-cı il üçün Azərbaycan Respublikasında minimum aylıq əmək haqqı 400 manat olaraq saxlanılmışdır. Məhkəmə kollegiyası maraqlı şəxs İsayev Şəhriyar Sədaqət oğlunun tələbkar Ərizəni verən şəxs razılaşması və onun alimentdən imtina etməsi ilə bağlı şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, məhkəmə mübahisəsinin istənilən mərhələsində tərəflərin barışıq sazişi bağlamaq, qarşılıqlı razılığa gəlməklə iddialarından və şikayətlərindən imtina etmək hüquqları vardır. İcra mərhələsi də məhkəmə mərhələsinin bir hissəsi olmaqla tələbkar öz tələbindən imtina edə bilər. Odur ki, hazırki iş üzrə də tərəflərin razılaşaraq icra mərhələsində də işi yekunlaşdırmaq hüquqları vardır. Həmçinin, tələbkar və ya borclunun alimentin miqdarının dəyişdirilməsi ilə bağlı müvafiq birinci instansiya məhkəməsinə müraciət etmək hüquqları vardır. Kollegiya qeyd edir ki, hazırki iş üzrə isə tələbkar Ərizəni verən şəxs iddiadan imtina etməsi və tələbinin olmaması, həmçinin şikayətin təmin olunması ilə bağlı ərizəsinin surəti maraqlı şəxs Şəhriyar İsayevin elektron kabineti vasitəsi ilə şikayətə əlavə edilməklə, Şəhriyar İsayev tərəfindən kollegiyaya göndərilmişdir. Həmin ərizənin tələbkar Ərizəni verən şəxs öz iradə ifadəsi olmasını təsdiq etmək mümkün olmadığından kollegiya şübhə ilə yanaşmışdır. Birinci instansiya məhkəməsi ərizəçi Ərizəni verən şəxs Tovuz Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin indeksasiya olunması barədə ərizəsini təmin etməkdə haqlı olmuş, maraqlı şəxs Şəhriyar İsayevin şikayətini təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Maraqlı şəxs Şəhriyar İsayevin şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin mövcud, həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, tətbiq edilməli qanun düzgün tətbiq edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Qanunvericilik nəzərdə tutulmuş ödənilməli pul məbləğlərinin indeksasiyası vətəndaşların pul gəlirləri və əmanətlərinin deyil, məhkəmə qətnaməsinin icra edilmədiyi və ya gec icra edildiyi dövrdə tutulmalı pul məbləğinin indeksasiyasını nəzərdə tutur. Bununla da qanunverici borclunun icradan yayınması nəticəsində tələbkara ödənilməli pul məbləğinin istehlak qiymətlərinin artımı ilə bağlı itirilmiş alıcılıq qabiliyyətinin bərpası istiqamətində bir mexanizm nəzərdə tutmuşdur ki, pul məbləğlərinin indeksasiyası barədə ərizələrə baxılarkən istehlak qiymətlərinin indeksinin artımına görə indeksləşdirmə aparılsın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2, Azərbaycan Respublikası MPM-nin 232.1 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından borclu İsayev Şəhriyar Sədaqət oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar