Məhkəmə qərarları › İş №8(3-7)-12/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-7)-12/2026

28.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(3-7)-12/2026 28.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri - X1 (sədrlik edən və məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(042)-30/2025 nömrəli qərardadından Borclu1 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı məhkəmə icraatında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(104)- 1717/2024 saylı icra sənədində əsasən, Borclu2 və Hüseynova (Quliyeva) Könül Həsrət qızından müştərək qaydada 35.983 manat pul vəsaiti alınaraq iddiaçı Tələbkar verilməlidir. Qətnamə qanuni qüvvəsini almış və icra edilməsi üçün Gədəbəy rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Səbuhi Hüseynov borclu Hüseynova (Quliyeva) Könül Həsrət qızına məxsus «daşınmaz əmlak üzərinə həbs qoyulması»na dair təqdimatla məhkəməyə müraciət edərək bildirmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1717/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu2 və Hüseynova (Quliyeva) Könül Həsrət qızından 35.983 manat məbləğində pul vəsaiti və dövlət rüsumu müştərək qaydada tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə Gədəbəy rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu2 və Hüseynova (Quliyeva) Könül Həsrət qızının icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, borclu Hüseynova (Quliyeva) Könül Həsrət qızına məxsus olan ********** qeydiyyat nömrəli və **********85-05101-093054 reyester nömrəli fərdi yaşayış evi müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Odur ki, Hüseynova (Quliyeva) Könül Həsrət qızına məxsus olan daşınmaz əmlakın üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(042)-30/2025 nömrəli qərardadı ilə təqdimat təmin olunmuş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(104)-1717/2024 saylı icra sənədinin icrası ilə bağlı borclu Hüseynova (Quliyeva) Könül Həsrət qızına məxsus ünvan 1 ünvanında yerləşən mənzilinin üzərinə həbs qoyulmuşdur. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(042)-30/2025 nömrəli qərardadından narazı qalan Borclu1 qərardaddan şikayət verməklə yanaşı ərizə ilə məhkəməyə müraciət edərək Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(042)-30/2025 nömrəli qərardadından şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, yaşadığı, yeganə yaşayış yeri olan ünvan 3 ünvanda yerləşən mənzilə tələbin yönəldilməsi üçün Gədəbəy Rayon Məhkəməsinə icra məmuru tərəfindən verilmiş təqdimat təmin edilərək Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə həbs qoyulmuşdur. Yəni təkbaşına iki azyalı övladlarının gündəlik məişət qayğıları, onların maddi təminatı üçün müxtəlif işlərdə fərdi əməklə məşğul olduğundan məhkəmənin qərarından şikayət verilməsi müddətini ötürmüşdür. Odur ki, ailə vəziyyətini, məhkəmənin qərarının qanunsuz və əsassız olmaqla onun və iki övladının mənzil hüquqlarını kobud şəkildə pozmasını nəzərə alaraq şikayət verilməsi üçün buraxılmış prosesual müddətin bərpa edilməsi barədə qərar çıxarılmasını xahiş edir. Gədəbəy Rayon Məhkəməsinin 8(042)-30/2025 saylı, xx.xx.2025-ci il tarixli qəraradadı ilə (hakim Zamiq Rəsulov) Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(104)-1717/2024 saylı icra sənədi üzrə əmlakın üzərinə həbs qoyulması barədə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(042)-30/2025 saylı qərardadından şikayət verilməsi üçün müddətinin bərpası barədə Borclu1 ərizəsi təmin edilməmiş və müddətin bərpasından imtina edilərək, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(042)-30/2025 saylı qərardadından Borclu1 tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Həmin qərardaddan narazı qalan Borclu1 şikayət verərək Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(042)-30/2025 nömrəli qərardadınını ləğv edilməsii xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Gədəbəy rayon Məhkəməsinin qərardadı ilə Gədəbəy rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli,8(042)-30/2025saylı qərardadından apellyasiya şikayəyti Məhkəməsinin xx.xx.2025-ci il tarixli,8(042)-30/2025saylı qərardadından apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsindən imtina etməsi onun mənzil hüquqlarının müdafiəsini kobud şəkildə pozur. Bu səbəbdən və eyni zamanda məhkəmənin müddətin bərpasından imtinasını əsaslı hesab etmir. Belə ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ciil tarixli, 8(042)-30/2025saylı qərardadı ona nə zaman təqdim edilməsi ilə bağlı məhkəmə qərardadda heç bir sənədə, o cümlədən poçt qəbzi və ya qəbzə imza etməklə hansı tarixdən verilməsinə istinad etmir. Onun himayəsində azyaşlı övladlarının olması, onları təkbaşına böyütmək məcburiyyətində qalmağı, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(042)-30/2025 saylı qərardadından şikayət vermə müddətinin qısa müddət olmaqla qanunvericliklə 10 gün nəzərdə tutulmasını nəzərə almamışdır. Onu da qeyd edir ki, məhkəmə qərardadda müddətin bərpa edilməsi üçün onun gətirdiyi əsasların üzrlü səbəb olmamasına dair heç bir əsaslandırması yoxdur. Bundan başqa məhkəmənin sözügedən qərardadı ilə onun yeganə yaşayış yeri olan mənzilinin hərracdan satılmasının qanunla yolverilməz olmasını, bu qanunsuzluğun onun apellyasiya şikayəti əsasında aradan qaldırmaq imkanı əsassız olaraq məhdudlaşdırır. Faktiki olaraq yeganə mənzilin, o cümlədən borcun təminatı olmayan əmlaka tutmanın yönəldilməsi Nazirlər Kabinetinin qərarı ilə yol verilməməsi nəzərə alınmamışdır. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(042)-30/2025saylı qərardadı onun mənizlinin üzərinə həbs qoyulması ilə bağlı olması, həmin qərarda mənzilin gələcəkdə hərracdan satıla bilməsi göstərilsə də onun başqa yaşayış yerinin olub-olmaması məhkəmə tərəfindən araşdırılmamış, təqdimatı müdafiə edən icra məmuru tərəfindən də məhkəməyə belə bir sənəd təqdim edilməmişdir. Ancaq buna baxmayaraq məhkəmə mənim mənzil hüququmun kobud pozulmasına yönəlmiş qanunsuz və əsassız qərardad çıxarmışdır. Hazırda isə onun apellyasiya şikayəti verilməsilə bağlı prosesual müddətin bərpa edilməsi barədə ərizəmi təmin etməməklə Gədəbəy Rayon Məhkəməsi tərəfindən yol verilən pozuntunun davam etməsinə rəvac vermişdir. Hesab edir ki, məhkəməhər bir halda vətəndaşın məhkəmə müdafiəsindən istifadə hüququna lazımı şərait yaratmalı, hüquqların təsirli şəkildə müdafiəsini, mübahisənin obyektiv araşdırılmasını təmin etməklə ədalət prinsipini təmin etmiş olar. Ancaq Gədəbəy Rayon Məhkəməsi tərəfindən qərar qəbul edilərkən onun hüquq və mənafeyi nəzərə alınmamışdır. Gədəbəy Rayon Məhkəməsinin 30 dekabr 2025-ci il tarixli 8(042)-30/2025 saylı qəraradadı ilə şikаyətin təmin edilməməsi və iş materialları ilə birlikdə bаxılmаsı üçün Gəncə Аpellyаsiyа Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, hesab edir ki, şikayət təmin edilməməli, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(042)-30/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır və borclunun şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, iş materiallarında olan xəbərnamədən görünür ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(042)-30/2025 nömrəli qərardadı Borclu1 ünvanına (Gədəbəy, M.Quliyev küç. 21) poçt vasitəsilə göndərilmiş xx.xx.2025-ci il tarixdə “Quliyeva” poçt xəbərnaməsinə imza edərək qəraradı qəbul etmişdir. Ərizəçi isə həmin qərardaddan şikayəti xx.xx.2025-ci il tarixdə Elektrton Məhkəmə İnformasiya Sistemi vasitəsilə məhkəməyə göndərmişdir. Ərizəçi şikayətində müddətin üzrlü səbəbdən ötürülməsini qeyd etsə də, müddətin üzrlü səbəbdən ötürülməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Ərizəçi şikayətində onun himayəsində azyaşlı övladlarının olması, onları təkbaşına böyütmək məcburiyyətində qalması ilə bağlı şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, qeyd edilən hallar buraxılmış prosessual müddətin bərpa edilməsi üçün üzürlü hal hesab edilə bilməz. Kollegiya həmçinin qeyd edir ki, üzürlü səbəb şəxsin müəyyən vəziyyətlərə görə məsələn ağır xəstəlik, köməksiz vəziyyət və sair hallara əsasən müəyyən edilir ki, qeyd olunan hallara əsasən şəxs öz hüquqlarını qanunla müəyyən edilmiş müddətdə öz iradəsindən asılı olmayan və ya çətinlik yaradan hallara görə həyata keçirə bilmir. Cavabdeh isə prosessual müddətin bərpasına dair ərizəsində qeyd edilən hallarla bağlı hər hansı bir arqument irəli sürməmişdir. Beləliklə, ərizəçi Borclu1 Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(042)-30/2025 nömrəli qərardadından şikayətin verilməsi üçün prosessual müddəti heç bir üzürlü səbəb olmadan ötürmüşdür. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Buna görə də şikayət təmin edilməməli, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(042)-30/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiya məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 130, 133 və 398-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(042)-30/2025 nömrəli qərardadından Borclu1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(042)-30/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar