Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(3-7)-3/2026 28.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və X3 ibarət tərkibdə, Alimentin indeksasiya edilməsi barədə Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(077)-36/2025 nömrəli qərardadından X1 nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı məhkəmə icraatında baxaraq, məhkəmə kollegiyası Müəyyənetdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Şuşa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(077)-143/2024 nömrəli qətnaməsinə əsasən Borclu xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulmuş alimentin indeksasiyası aparılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şuşa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(077)-143/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Borclu xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X7 verilməsi qət edilmişdir. Qətnamə qəbul edildiyi vaxtdan hazıra qədər azyaşlı uşaqların saxanılmasında cavabdehin heç bir iştirakı olmamış, uşaqlara sonuncu tərəfindən ümumiyyətlə aliment ödənilməmişdir. Hazırda zərurət yarandığından hesab edir ki, Şuşa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(077)-143/2024 nömrəli qətnaməsi ilə tutulmuş alimentin indeksasiyası aparılmalıdır. Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(077)-36/2025 nömrəli qərardadı ilə X1 Şuşa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(077)-143/2024 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin indeksasiyasının həyata keçirilməsinə dair ərizəsi təmin edilərək, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Borclu X1 xeyrinə tutulan alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,35 misli həddində indeksasiya olunması, indeksasiya olunmuş alimentin tutulmasının başlanğıcının xx.xx.2025-ci il tarixindən hesablanması qərara alınmışdır. X2 Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(077)-36/2025 nömrəli qərardadından şikayətlə məhkəməyə müraciət edərək, qərardadın ləğv edilməsini və indeksasiyanın qüvvədə olan qanunvericiliyə və məhkəmə təcrübəsinə əsasən düzgün aparılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə alimentin indeksasiyasını, hansı əsaslarla məhz əmək haqqının 0,35 misli həddində müəyyən etdiyini qərardadında əsaslandırmamışdır. Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(077)-36/2025 nömrəli qərardadı ilə şikаyətin təmin edilməməsi və iş materialları ilə birlikdə bаxılmаsı üçün Gəncə Аpellyаsiyа Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, Məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verib hesab edir ki, şikayət təmin edilməməli, Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(077)- 36/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, Şuşa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(077)-143/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Borclu xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X7 verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi indeksasiya edilməli olan alimentin Şuşa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(077)-143/2024 nömrəli qətnaməsi ilə təyin olunmasını və minimum aylıq əmək haqqının məbləğinin 2024-cü il üzrə 345 manat həddində müəyyən edilməsini nəzərə alaraq, hesab etmişdir ki, Şuşa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(077)-143/2024 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya olunmalı, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu X5 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.35 misli həddində sabit pul məbləğində müəyyən edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan kollegiya qeyd edir ki, pul məbləğlərinin indeksasiyası, istehlak qiymətlərinin artması ilə əlaqədar həmin məbləğin dəyərini qorumaqla şəxsin qanuni mənafeyini müdafiə etmək məqsədi daşıdığından və alimentin indeksasiyasının Ali Məhkəmənin Plenumunun Qərarının 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli Qərarının 1.2.1-ci bəndinə əsasən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.4-cü bəndinə 8.4-2-ci yarımbənd əlavə edilmiş və həmin yarımbənddə göstərilmişdir ki, “Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır”. Həmçinin, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” müvafiq sərəncamına əsasən hər il ölkə üzrə minimum aylıq əmək haqqının miqdarında artırmalar həyata keçirilir. minimum aylıq əmək haqqının məbləğinin 2024-cü ildə 345 manat həddində müəyyən edildiyi üçün, həmin tarixdə qəbul edilmiş qətnamədə də uşağın saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Sərəncamına əsasən 2025-ci ilin yanvar ayının 1-dən ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 400 manat müəyyən edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2024-cü ildə qəbul edilmiş qətnamə əsasında uşağın saxlanılması üçün müəyyən edilmiş 120 manat sabit pul məbləği düzgün olaraq (120:345=0.35) indeksasiya edilmişdir. Beləliklə də, göstərilənlərə əsasən müəyyən edilir ki, Şuşa Rayon Məhkəməsi tələbkar tərəfindən qərardaddan verilmiş şikayəti təmin etməməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir, şikayətin dəlilləri formal mülahizə xarakteri daşıyır, şikayətin təmin edilməsi üçün əsas yoxdur. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, bu iş üzrə Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(077)-36/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 398.0.1-ci maddəsinə görə apellyasiya kollegiyası 1-ci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir(MPM maddə 402.2 və 402.3). Ona görə də hazirki iş üzrə çıxarılan qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 263, 264, 397, 398.0.1, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, Qəraraaldı: X1 nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(077)-36/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-7)-3/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-7)-3/2026
28.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver