Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(3-7)-4/2026 06.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X5 (sədrlik edən məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, X1 borclu Maraqlı şəxs qarşı “aliment məbləğinin indeksasiya olunması” barədə iş üzrə Bərdə Rayon Məhkəməsinin 8(021)-320/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayəti yoxlayaraq, MÜƏYYƏNETDİ: X2 məhkəməyə ərizə ilə müraciət edərək, Bərdə rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(021) 1111/2018 saylı qətnaməsinə əsasən birgə nikahlarından 19 dekabr 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün borcu Maraqlı şəxs onun xeyrinə hər ay tutulmalı olan 120 manat sabit pul məbləğində aliment indeksasiya edilərək, uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində müəyyən olunmasına dair qərardad qəbul olunmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 8(021)-320/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim Bayram Məhərrəmov) X1 ərizəsi təmin edilərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(021)-2506/2019 saylı qətnaməsinə əsasən cavabdeh Maraqlı şəxs X3 xeyrinə tutulan sabit pul məbləğində alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 0.85 misli həddində indeksasiya olunması, indeksasiya edilmiş aliment məbləğinin tutulmasına isə tələbkarın ərizə ilə məhkəməyə müraciət etdiyi tarixdən, yəni 06 avqust 2025-ci il tarixdən etibarən başlanması qərara alınmışdır. Bərdə Rayon Məhkəməsinin 8(021)-320/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Maraqlı şəxs şikayət verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(021)- 320/2025 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 8(021)-320/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayəti və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət qeyri-mümkün hesab edilməli və şikayət geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bərdə Rayon Məhkəməsinin 8(021)-320/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı borclu Maraqlı şəxs ünvanına (Bərdə rayonu, Soğanverdilər kəndi) göndərilmiş və sonuncu xx.xx.2025-ci il tarixdə poçt xəbərnaməsinə imza edilməklə qəbul edilmişdir. Həmin qərardaddan şikayət xx.xx.2025-ci il tarixdə Elektron Məhkəmə İnformasiya Sisteminə yerləşdirilmişdir ki, bununla da qərardaddan şikayət verilməsi üçün MPM-nin 268.1-ci maddəsində nəzərdə tutulmuş müddəti ötürmüşdür. Mülki Prosessual Məcəllənin 268.1-ci madəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə görə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360, 363 və 366-cü maddəslərini rəhbər tutaraq, QƏRARAALDİ: Bərdə Rayon Məhkəməsinin 8(021)-320/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün işlə birlikdə Bərdə Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(3-7)-4/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-7)-4/2026
06.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver