Məhkəmə qərarları › İş №8(3-7)-59/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-7)-59/2026

26.05.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 8(3-7)-59/2026 26.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, tələbkar Ərizəni verən şəxs, borclu Borclu, borclunun vəkili X1 və maraqlı şəxsin nümayəndəsi X2 iştirakları ilə, Daşkəsən rayon İcra və probasiya şöbəsinin «icra sənədinin qaytarılması haqqında» ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi barədə şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Daşkəsən Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə cavabdeh Borclu 1500 manat dəyərində yataq dəsti (2 nəfərlik çarpayı, 1 trümo və stol, 2 tumboçka, 1 şifoner), 2000 manat dəyərində qonaq otağı dəsti (2 qorkaservant, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd sürməli güzgü və 1 ədəd televizor altı), 1100 manat dəyərində divan, 350 manat dəyərində mətbəx mebeli (1 ədəd divan, 4 ədəd stul), 1275 manat dəyərində “LG” markalı soyuducudan ibarət cehiz əşyalarının, əmlak olmadıqda isə dəyərinin alınıb iddiaçı Ərizəni verən şəxs ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin Müki kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməmiş hissəsində qismən ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilmiş, iddiaçı Ərizəni verən şəxs Şahazadə qızına məxsus «LG» markalı paltaryuyan 1000 manat, 5 x 3 metr ölçüdə xalça 650 manat, 3 x 2 metr ölçüdə xalça 300 manat, 5 ədəd yorğan (3 ədədi 2 nəfərlik, 2 ədədi 1 nəfərlik )- 250 manat, 2 ədəd 2 nəfərlik çarpayı üçün döşək, 1 ədəd tək döşək - 240 manat, yastıq 6 ədəd - 180 manat, çarpayı örtüyü 1 dəst 150 manat, çarpayı örtüyü 1 ədəd - 30 manat, 7 ədəd mələfələr 2 nəfərlik və 1 nəfərlik çarpayılar üçün 570 manat, 12 ədəd can məhrabaqətifələri Versage markalı - 180 manat, əl-üz məhraba 12 ədəd - 150 manat, məhrəbalar (qarışıq məhrabalar) 16 ədəd-250 manat, çay dəsmalı 12 ədəd - 30 manat, 3 ədəd skater - 1 ədədi 75 manat, 2 ədədi 50 manat olmaqla, cəmi 125 manat, pərdələr 3 yataq, 1 qonaq- 500 manat, duxovka (1 ədəd) -150 manat, mikrovalnovka (1 ədəd)- 150 manat, şirə çəkən maşın (1 ədəd)- 300 manat, ət çəkən maşın (1 ədəd)- 400 manat, aspirator və qaz peçi-350 manat, toz soran (1 ədəd) 50 manat, trinajor kreslomasajor-800 manat, qalaksi qazan dəsti (4 ədəd) -300 manat, qazan dəsti (6ədəd)- 40 manat, qazan dəsti (4 ədəd)- 170 manat, aura markalı qazan (1 ədəd)- 38 manat, şirəli qazan (6ədəd)-30 manat, məcməyi (4 ədəd)-55 manat, (1 ədəd)-30 manat - cəmi 85 manat, ütü (1 ədəd) - 27 manat, blender (1ədəd)-21 manat, qaşıq, çəngəl, bıçaq dəsti-300 manat, qaşıq (12 ədəd), çəngəl (12 ədədli, bıçaq 2 ədəd), çay qaşığı (12 ədəd)- 45 manat, qaşıq dəsti (6ədəd)-16 manat, mətbəx qab-qaşığı - 60 manat, boşqab dəsti (36 ədəd)- 100 manat, boşqab dəsti "madonna" (24 ədəd) 100 manat, boşqab dəsti (14 ədəd)- 100 manat, fincannəlbəki dəsti (18 ədəd) - 50 manat, balaca xrustal rümkalar (30 ədəd) -150 manat, 2 meyvə qabı, 2 konfet qabı, 2 qayıq qənd qabı – 220 manat, böyük meyvə qabı (1 ədəd)-65 manat, mürəbbə ləyəni - 30 manat, bıçaq dəsti 50 manat, soğan çəkən 12 manat, bıçaqlar (12 ədəd)- 12 manat, rumka (6 ədəd xrustal)-75 manat; rumka (6 ədəd rəngli)- 65 manat, rumka (6 ədəd güllü)-40 manat, rumka (balaca xrustal)-10 manat, qrafinka 6 stəkanla birlikdə - 40 manat, mürəbbə qabı (2 ədəd), konfet qabı (2 ədəd)-40 manat, ləpə qabı (2 ədəd), şirniyyat qabı (2ədəd)-40 manat, tort qabları (dəst)- 50 manat, xrustal stəkan (12 ədəd), armudu xrustal stəkan (6 ədəd)-50 manat, çay qaşığı (6 ədəd)- 6 manat, kapron ləyən (8 ədəd)- 30 manat, ütü stolu-40 manat, çilçıraq qonaq otağı üçün - 300 manat, çilçıraq yataq otağı üçün- 150 manat, vanna (3 ədəd)- 20 manat, vedrə (1 ədəd)-3 manat, vedrə paraşok üçün 6 manat, iynə-sap qabı 17 manat, divar saatı-30 manat, 1 ədəd qab setkası 22 manat dəyərində olan cehiz əşyaları naturada, naturada mümkün olmadıqda isə dəyərləri cavabdeh Borclu alınaraq, iddiaçı Ərizəni verən şəxs verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsi əsasında verilmiş icra sənədi icra olunması üçün aidiyyəti icra orqanına göndərilmiş və icra orqanı tərəfindən icra sənədi üzrə icraata başlama haqqında qərar qəbul edilərək zəruri icra hərəkətləri həyata keçirilmişdir. Daşkəsən rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli «icra sənədinin qaytarılması haqqında» qərara əsasən, icra sənədi məhkəməyə qaytarılmış, həmin qərardan tələbkar Ərizəni verən şəxs şikayət verərək, ləğv edilməsini və icra sənədinin icra edilməsi üçün yenidən icra orqanına göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, sözügedən icra sənədinin geri qaytarılmasına səbəb kimi göstərilən amillər həqiqəti əks etdirmir. Belə ki, o, onun olmayan və təklif olunan dəyərsiz və işlənmiş əşyaları qəbul etməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar şikayətin məzmununa uyğun izahat verərək təmin olunmasını, borclu, onun vəkili (nümayəndəsi) və icra məmuru şikayətə etiraz edərək təmin olunmamasını xahiş etdilər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə müvafiq olaraq məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə aktları qətnamə, qərardad, qərar və əmr formasında qəbul edilir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının ərazisində, hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir (MPM-in 15.1 - 15.3-cü maddələri). Qeyd olunmalıdır ki, hər hansı hüquqi mübahisə və məsələnin həlli məhkəmə tərəfindən ədalət mühakiməsini həyata keçirmək yolu ilə mümkündür. Bu isə mülki məhkəmə icraatının prinsip və şərtlərinə ciddi riayət olunmasını tələb edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3.1-ci maddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunın tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir (“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1 və 12.1-ci maddələri). Həmin Qanunun 23.1-ci maddəsinə əsasən, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən, icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. «İcra haqqında» Qanunda icraata başlanmış icra sənədi üzrə sonrakı hərəkətlər də tənzimlənərək müəyyən edilmişdir ki, icra sənədi üzrə icraat dayandırıla, xitam verilə, icra edilmədən (və ya tam icra edilmədən) məhkəməyə qaytarıla, aidiyyəti üzrə göndərilə bilər. İcra sənədi üzrə bu hüquqi nəticələrin hər birinin tətbiqi əsasları da qanunda dəqiq müəyyən edilmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası MPM-nin 231.4-cü maddəsinin şərh edilməsinə dair» # #### 2014-cü il tarixli qərarında da göstərilmişdir ki, ədalət mühakiməsinin səmərəliliyinin və real olmasının vacib şərtlərindən biri məhkəmə aktlarının icrası ilə bağlıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququ, iddia ərizəsi verilməklə mülki işin başlanmasından məhkəmə aktının icrasınadək olan bütün dövrü əhatə edir. Mövcud olan ənənəvi hüquqi mövqeyə görə, ədalətli məhkəmə araşdırması həm də məhkəmə aktının icrasının səmərəliliyini tələb edir. Bu baxımdan, icra məsələləri ilə bağlı məhkəmə arışdırmasında mülki-prosessual qanunvericiliyin bütün prinsip və qaydalarına tam əməl olunmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, icra sənədinin məhkəməyə qaytarılması haqqında qərara borclunun yaşadığı ünvana baxış keçirilməsi və baxış zamanı aşkar olunmuş əmlaklar barədə ##.##.2025-ci il tarixli akt əlavə edilsə də, həmin əmlakların tələbkara məxsus olması mötəbər sübutlarla öz təsdiqini tapmamış, həmçinin sonuncu tərəfindən əmlakların ona məxsus olmadığı bildirilmişdir. Buna baxmayaraq, icra məmuru tərəfindən icra sənədinin qaytarılması haqqında qərar qəbul edilərək icra sənədi icra olunmadan məhkəməyə qaytarılmışdır. Nəzərə almaq lazımdır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə ## #### 1997-ci il tarixli Qərar, §40). Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə # ### 2002-ci il tarixli Qərar, §35). Məhkəmə bu qəbildən olan işlərə baxarkən hər bir konkret halda Konstitusiyanın 60-cı maddəsi, 71-ci maddəsinin II hissəsi, 127-ci maddəsinin IV hissəsi və ədalət prinsipindən irəli gələrək, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının mütənasiblik prinsipi əsasında, bütün tələbkarların və borcluların hüquq və qanuni maraqlarının balansını təmin etməklə qiymətləndirməli və həll etməlidir. Şərh olunanların yekunu olaraq məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, icra orqanın icra sənədinin məhkəməyə geri qaytarılması barədə gəldiyi nəticə qanuni əsaslara söykənməmişdir. Belə ki, icraat zamanı təkrar olaraq əşyalara tərəflərin iştirakı ilə baxış keçirilmiş, fotoşəkillər çəkilmiş, bir sıra əşyaların yarasız vəziyyətə salınması müəyyən edilmişdir. Bundan başqa tələbkar məhkəmə iclasında və əşyalara baxış keçirillən zaman təqdim edilən əşyaların ona məxsus olmadığını bildirmişdir. Odur ki, qeyd olunan halların araşdırılması üçün icra orqanının qərarı ləğv edilməli, icra sənədi icra edilməsi üçün yenidən icra orqanına göndərilməlidir. MPM-in 398.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-in 263-264, 398.0.1, və 402.2-ci maddələrini rəhbər tutaraq, qərar aldı: Tələbkar Ərizəni verən şəxs tərəfindən verilmiş şikayət təmin edilsin. Daşkəsən rayon icra və probasiya şöbəsinin «icra sənədinin qaytarılması haqqında» ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli icra sənədi icra hərəkətləri davam etdirilməsi üçün Daşkəsən rayon icra və probasiya şöbəsinə qaytarılsın. Qərardad qətidir, ondan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Azər Bayramov, Əlizamin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar