Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 8(3-7)-62/2026 04.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X3 və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, İcra sənədinin geri qaytarılması barədə iş üzrə Ağdam Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından borclu Borclu tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdam Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə iddiaçı Borclu iddiası təmin edilərək onunla Ərizəni verən şəxs arasında olan nikah pozulmuş, ##.##.2019-cu il təvəllüdlü X1 və ##.##.2021-ci il təvəllüdlü X2 atasından alınaraq anasının himayəsinə verilməsi və yetkinlik yaşına çatana qədər anası Ərizəni verən şəxs yanında saxlanılmaları, həmin iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 150 manat olmaqla cəmi isə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq cavabdeh Ərizəni verən şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Ağdam Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-****/**** saylı qətnaməsindən müvafiq olaraq apellyasiya və kassasiya şikayətləri verilmiş, lakin yekunda qətnamə dəyişdirilmədən saxlanılmışdır. Sözügedən qətnamə qanuni qüvvəsini alaraq onun əsasında verilmiş icra vərəqəsi icra olunması üçün ##.##.2024-cü ildə Ağdam Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, Ağdam Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Qarayev Nurəddin Vəkil oğlu ##.##.2024-cü ildə icra sənədinin icraatına başlanılması barədə qərar qəbul etmiş, Ağdam Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Qarayev Nurəddin Vəkil oğlunun ##.##.2026-cı il tarixli qərarı ilə icrası mümkün olmadığından «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 70.4- cü əsasən icra sənədi məhkəməyə qaytarılmışdır. İcra məmuru icra sənədini məhkəməyə qaytararkən azyaşlıların anasına getmək istəmədiklərini əsas gətirmişdir. Tələbkar Ərizəni verən şəxs ##.##.2026-cı il tarixdə Ağdam Rayon İcra və Probasiya Şöbəsinin ##.##.2026-cı il tarixli qərarından şikayət verərək, onun ləğv olunmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qərardadı ilə Ağdam Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Qarayev Nurəddin Vəkil oğlunun qəbul etdiyi icra sənədinin (Ağdam Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-****/**** saylı qətnaməsinin əsasında verilmiş ##.##.2024-cü il tarixli icra vərəqəsinin) məhkəməyə qaytarılması barədə ##.##.2026-cı il tarixli qərarından tələbkar Ərizəni verən şəxs verdiyi şikayət təmin edilərək həmin qərar ləğv edilmişdir. Borclu Borclu Ağdam Rayon Məhkəməsinin ##.##.2026- cı il tarixli *(*-***)-***/**** saylı qərardadından şikayət etmiş, Ağdam rayon məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qərardadının ləğv edilməsini, şikayətin təmin edilməməsi barədə qərardad qəbul edilməsini, əks təqdirdə şikayətin baxılması üçün yuxarı instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Ağdam rayon İcra və probasiya şöbəsində icraata başlandıqdan sonra dəfələrlə uşaqların anasına təhvil verilməsi üçün icra şöbəsinin əməkdaşları tərəfindən cəhd edilməsinə baxmayraq, hər dəfə azyaşlı uşaqlar anasının yanında qalmaq istəmədiyinə görə icra sənədinin icrası baş tutmamışdır. Keçirilmiş çoxsaylı görüş və cəhdlərin bir hissəsi aktlaşdırılmış və həmin aktlarla uşaqların anasının yanında qalmaq istəməməsi təsdiq olunmuşdur. Həmin aktlar icra və probasiya şöbəsinin əməkdaşlarının, tələbkarın, borclunun və digər şəxslərin iştrakı ilə tərtib edilmiş və imzalanmış, eləcədə videogörüntü ilə qeydə alınmışdır. Ağdam rayon İcra və probasiya Şöbəsinin böyük icra məmuru Qarayev Nurəddin Vəkiloğlu haqlı olaraq ##.##.2026-cı il tarixli qərarı ilə icra sənədinin icrası mümkün olmadığı üçün “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 70.4cü maddəsinə əsasən, icra sənədini məhkəməyə qaytarmışdır. Həmin qərardan şikayət verən Ərizəni verən şəxs öz şikayətini əsaslandırmamış, məhkəmə isə işi səthi araşdıraraq maddi və prosessual hüquq normalarının pozulması ilə ##.##.2026-cı il tarixli qərarı qəbul etmişdir. Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyi üçün ləğv edilməli, Ərizəni verən şəxs şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməlidir. Məhkəmə tərəfindən icra məmuru məhkəmə iclasına çağırılmamış, icra məmurunu icra sənədini və icra işini təqdim etməsi barədə sorğu və müraciət etməmişdir. Halbuki, işi araşdırmaq üçün məhkəmənin kifayət qədər geniş səlahiyyət və imkanları var. Məhkəmə bu səlahiyyətini və hüquqlarını məhdudlaşdıran hal mövcud deyil. Lakin, məhkəmə işi tam, hərtərfli və obyektiv araşdırmaqda maraqlı olmadığı üçün öz səlahiyyətindən istifadə etməyərək işi araşdırmamışdır. Əgər işi araşdırsaydı qərardadını əsaslandırarkən öz əsassız mülahizələrinə deyil, icra sənədində olan aktlara, videogörüntülərə və digər sübutlara istinad edərək qərar qəbul edərdi. İcra sənədinin icrası borclunun təqsiri və ya icra məmurunun hərəkətsizliyi nəticəsində deyil, azyaşlı uşaqların hüquqlarının qorunması məqsədilə mümkün olmamışdır. Qanunun 10.1.4-cümaddəsinə əsasən, uşağa aid qərarların qəbul edilməsindən əvvəl qanuna əsasən araşdırmanın aparılması və uşağın öz fikrini ifadə etmək hüququnun təmin edilməsi Uşağın əsas hüquq və azadlıqları, onların həyata keçirilməsinin Dövlət təminatıdır. Qanunun məzmunundan da görünür ki, icra zamanı uşağın öz fikrini ifadə etmək hüququnu təmin etmək - İcra məmurunun vəzifəsidir. İcra işində olan ##.##.2025, ##.##.2025, ##.##.2025, ##.##.2025, ##.##.2025, ##.##.2025-ci il tarixli Aktlardan görünür ki, icra məmuru müxtəlif tarixlərdə icra sənədini icra etmək üçün icra yeri və vaxtı təyin edib, borclunu dəvət edib, borclu Borclu uşaqlarla birlikdə icra məmurunun təyin etdiyi yerə gəlib və icra prosesinə hər hansı bir formada müdaxilə etməyib (Bu hallar işin təkzibedilməz halıdır və aktlarla öz təsdiqin tapır). Lakin, uşaqlar tələbkar anası – Ərizəni verən şəxs ilə qalmaq istəmədikləri səbəbindən, tələbkarın və tələbkarın anasının, qohumlarının təkidinə baxmayaraq uşaqların qalmaq istəməməsi aktlarla öz təsdiqin tapır. Uşaqların üstün hüququn qorumaq isə valideynlərin və icra məmurunun borcudur (həmin aktlar şikayətə əlavə edilərək məhkəmə təqdim edilir). Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə şikayətin təmin edilməməsi və iş materialları ilə birlikdə bаxılmаsı üçün Gəncə Аpellyаsiyа Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, icra məmuru icra sənədini məhkəməyə qaytararkən azyaşlıların anasına getmək istəmədiklərini əsas gətirmişdir. Bunu isə müvafiq aktlar ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, Ağdam Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Qarayev Nurəddin Vəkil oğlu icra sənədinin icrası mümkün olmadığından «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 70.4-cü maddəsinə əsasən icra sənədinin məhkəməyə qaytarılması haqqında ##.##.2026-cı il tarixli qərarını əsaslandırmaq üçün yalnız aktların və azyaşlı uşaqların iradəsi ilə kifayətlənməməli idi. Azyaşlı uşaqların iradəsinə uyğun olaraq qətnamənin icra edilməməsi yolverilməzdir. İşə baxan məhkəmənin mövqeyi və iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar do vlətin adından c ıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası adından c ıxarılan və ədalət mu hakiməsinin yekun aktı olan məhkəmə qərarlarının hu quqi, nəzəri, təcru bi cəhətdən du zgu n tərtib edilməsi və onun hu quqi qu vvəsinin vaxtında alınmasına, habelə onun icrasına nəzarət vətəndas ların məhkəmə orqanlarına olan inamını artırır və onların hu quqi vasitələrlə tərbiyə olunmasının əsas go stəricisidir. Konstitusiya Məhkəməsi Plenumunun formalas dırdıg ı hu quqi mo vqeyə go rə, ədalət mu hakiməsinin səmərəliliyinin və real olmasının vacib s ərtlərindən biri məhkəmə aktlarının icrası ilə bag lıdır. Qanuni qu vvəyə minmis məhkəmə qərarının icrası məhkəməyə mu raciət etmək hu ququnun tərkib hissəsi olmaqla xu susi o nəm das ıyır. Belə ki, məhkəmə qərarının vaxtında və du zgu n icra olunmaması bu to vlu kdə məhkəmə mu dafiəsi hu ququnun həyata kec irilməsini səmərəsiz və qəbul olunmus qərarı əhəmiyyətsiz edər (“Azərbaycan Respublikası Mu lki Prosessual Məcəlləsinin 231.4-cu maddəsinin s ərh edilməsinə dair” 2014cu il 4 iyul və “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mu lki Prosessual Məcəlləsinin bəzi mu ddəaları baxımından s ərh edilməsinə dair” 2015-ci il # ######## tarixli Qərarlar). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və s ərtləri “Icra haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Icra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun u zərinə qoyulmus dur və sonuncunun bununla əlaqədar tələbləri Azərbaycan Respublikasının ərazisində bu tu n orqanlar, hu quqi s əxslər, onların vəzifəli s əxsləri və fiziki s əxslər u c u n məcburidir. “Icra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmis vəzifələrin icrasına mane olan s əxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmus qaydada məsuliyyət das ıyırlar. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. 23.2. Tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. 23.7. İcra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Borclu Borclu şikayətində göstərmişdir ki, azyaşlı uşaqlar anasının yanında qalmaq istəmirlər. Bu isə aktla rəsmiləşdirilmişdir. Lakin Ağdam Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə ##.##.2019-cu il təvəllüdlü X1 və ##.##.2021-ci il təvəllüdlü X2 atasından alınaraq, anasının himayəsinə verilməsi qət edilmişdir. Həmin qətnamədən müvafiq olaraq apellyasiya və kassasiya şikayətləri verilmiş, lakin yekunda qətnamə dəyişdirilmədən saxlanılmışdır. Sözügedən qətnamə qanuni qüvvəsini almışdır. Göründüyü kimi, iş üzrə kifayət qədər araşdırmalar aparılmış və həmin müddət ərzində azyaşlılar atasının himayəsində qalmışdır. Kollegiya hesab edir ki, azyaşlıların iradələrinin həssas olması səbəbindən onlara təsir və müdaxilə edilməsi ağlabatandır. Odur ki, icra məmuru onların sözləri ilə kifayətlənməməli və daha ətraflı və mötəbər sübutlara istinad etməli idi. Şikayətin icra məmurunun məhkəmə iclasına çağırılmaması və məhkəmənin icra məmurunu, icra sənədini və icra işini təqdim etməsi barədə sorğu və müraciət etməməsi ilə bağlı dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, istər tələbkar Ərizəni verən şəxs, istərsə də, borclu Borclu şikayətlərində göstərdikləri dəlillər işə baxan məhkəmə tərəfindən tədqiq edilmiş və hüquqi qiymət verilmişdir. Sübutların təqdim edilməsi vəzifəsi tərəflərin üzərinə düşməklə, məhkəmə tərəflərin təqdim etdikləri sübutlar əsasında yekun nəticəyə gəlir. Hazırki iş üzrə işin faktiki halları və aydınlaşdırılmalı məsələlər üzrə araşdırma aparılmışdır. Uşaqların üstün hüququn qorunması ilə bağlı şikayətin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalmasının müəyyən edilməsi məsələsinə Azərbaycan Respublikası Ali Məhkəməsi ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərarı ilə yekun nəticə gəlmişdir. Həmin qərar qətidir və qəbul edildiyi andan qanuni qüvvəyə minir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, tətbiq edilməli qanun düzgün tətbiq edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edilənləri və Azərbaycan Respublikası MPM-nin 398.0.1 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından borclu Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-7)-62/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-7)-62/2026
04.06.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver