Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 8(3-7)-67/2026 18.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Tələbkar Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2018ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyasına dair ərizəsi üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (məruzəçi), X2 və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Ağstafa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadından maraqlı şəxs Borclu İbrahim oğlu (bundan sonra – maraqlı şəxs) tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq qərardad qəbul etdi. İşin halları
1. Ağstafa Rayon Məhkəməsinin ## ###### 2018-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən görünür ki, Ağstafa Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli, *(***)-**** saylı qətnaməsinə əsasən Borclu İbrahim oğlundan ##.##.2017-ci il tarixdən başlayaraq, ## #### 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin və hər ay 60 manat əlavə xərcin Tələbkar xeyrinə tutulması, Borclu İbrahim oğlundan 30 manat məbləğində dövlət rüsumunun tutularaq Azətbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi, qətnamənin dərhal icraya yönəldilməsi qət edilmişdir.
2. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2018-ci il tarixli, 2(104)- ****/**** nömrəli qətnaməsindən görünür ki, Ağstafa Rayon Məhkəməsinin ## ###### 2018-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi qismən - ## #### 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu İbrahim oğlundan Tələbkar xeyrinə 60 manat əlavə xərcin tutulması hissəsində ləğv edilmişdir.
3. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, 2(104)- ****/**** saylı qərardadı ilə Ağstafa rayon icra və probasiya şöbəsinin Gəncə Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2018-ci il tarixli icra sənədi üzrə ##.##.2025-ci il tarixli “İcra sənədinin qaytarılması haqqında” qərarı ləğv edilmiş və Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2018-ci il tarixli, *(***)-****/**** nömrəli icra sənədi üzrə məcburi icra hərəkətləri davam etdirilməsi üçün yenidən icraya yönəldilmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. Ərizəçi Tələbkar (bundan sonra – ərizəçi) ərizə ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək, ##.##.2016-cı il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Ağstafa Rayon Məhkəməsinin *(***)-***/**** saylı qətnaməsi ilə təyin olunmuş alimentin indeksasiya olunması və təyin olunmuş alimentin miqdarının artırılaraq bir uşaq üçün Borclu İbrahim oğlundan 400 (dörd yüz) manat məbləğində alimentin tutulması barədə qərardad çıxarılmasını xahiş etmişdir.
5. Ərizə onunla əsaslandırılmışdır ki, 2015-ci ildə cavabdehlə ailə həyatı qurmuş və həmin evlilikdən onların ##.##.2016-cı il tarixdə X3 adlı bir uşaqları anadan olmuşdur. Ağstafa Rayon Məhkəməsinin *(***)-**** saylı, ##.##.2018-ci il tarixli qətnaməsi ilə uşağın saxlanılması üçün 154 (yüz əlli dörd) manat aliment təyin edilmişdir. Övladı hazırda onun himayəsindədir. Hazırda təyin edilmiş 154 manat alimentlə uşağın saxlanılma xərclərini qarşılaya bilmədiyi üçün həmin məhkəmə qətnaməsinin indeksasiya olunaraq alimentin miqdarının dəyişdirilməsi zərurəti yaranmışdır. Ərizəçi bildirir ki, cavabdehin gəliri qeyri müntəzəm və dəyişkən xarakterlidir. Birgə yaşayış dövründən cavabdeh kifayət qədər pul qazanmaq imkanına malikdir. Ancaq o, öz qazancından uşağının diqqətəlayiq ehtiyaclarının təmin olunması üçün heç bir vəsait ayrılmasını təmin etmir. Belə olan halda o, uşağının təlabatını və digər diqqətəlayiq ehtiyaclarını qarşılaya bilmir. Ona görə də cavabdehdən alimentin indeksasiya olunmasını xahiş edir.
6. Bundan sonra ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə Apellyasiya Məhkəməsinin ## ### 2018-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə təyin edilmiş alimentin indeksasiya olunmasını xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi X1 borclu tərəfindən alimentin ödənilmədiyini bildirirərək məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin indeksasiya olunmasını xahiş etmişdir.
8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılsa da maraqlı şəxs Borclu İbrahim oğlu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məhkəməyə heç bir məlumat verməmişdir.
9. Ağstafa Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadı (hakim – Cavad Həsənov) ilə, ərizənin təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2018-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə sabit pul məbləğində tutulan aliment ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 1,18 misli həddində indeksasiya edilməsi, ##.##.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Borclu İbrahim oğlundan ##.##.2026-cı il tarixdən başlayaraq tələbkar Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 1,18 misli həddində sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır.
10. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsasındırmışdır ki, qanunvericiliyə əsasən aliment institutunun təyinatı, ilk növbədə, uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Qanun, həmçinin tərəflərdən birinin ailə və ya maddi vəziyyətində yaranmış dəyişikliklə əlaqədar alimentin miqdarının artırılması imkanını nəzərdə tutur. Lakin qanunun mənasına görə bu, yalnız o halda mümkündür ki, tərəf həqiqətən də ailə və ya maddi vəziyyətində əhəmiyyətli dərəcədə yaxşılaşmasını təsdiq edən sübutları məhkəməyə təqdim etsin, habelə daha az alimentin ödənilməsi ilə də uşaqların layiqli həyat şəraitini təmin etmək mümkün olsun.
11. Ağstafa Rayon Məhkəməsinin ## ###### 2018-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə Borclu İbrahim oğlundan aliment tutularkən ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 130 manat müəyyən edilmişdir. Hazırda isə, Azərbaycan Respublikası Prezidentinin ## ###### 2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il ######ın #-dən 400 manat müəyyən edilmişdir. Bu səbəbdən Borclu İbrahim oğlundan tutulan alimentin miqdarının 2026-cı ilə uyğun indeksasiyası həyata keçirilməlidir.
12. Məhkəmə qeyd olunanları, tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları, uşağın əvvəlki təminatının səviyyəsini, onun hüquq və mənafeyini nəzərə alaraq hesab etmişdir ki, ərizə təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2018-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinə əsasən ## #### 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu İbrahim oğlundan ##.##.2026-cı il tarixdən başlayaraq iddiaçı Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (400 x 1,18 = 472 manat) 1,18 misli həddində indeksasiya olunmalıdır.
13. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.2, 75.3, 75.4, 110.2 və 112.1-ci maddələrinə, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2024-cü il tarixli, ** saylı qərarının 8.4-1 və 8.4-2-ci bəndlərinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232, 263-264 və 267-268-ci maddələrinə istinad etmişdir.
14. Qərardaddan narazı qalan maraqlı şəxs qərardaddan şikayətlə məhkəməyə müraciət edərək qərardadın ləğv edilməsini və şikayətin təmin edilməsini xahiş etmişdir.
15. Birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və Azərbaycan Respublikası MPM-in 269-cu maddəsinə əsasən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Qərardaddan şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Qərardaddan şikayətinin dəlilləri
16. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, ərizəçi Tələbkar Ağstafa Rayon Məhkəməsinə müraciət edərək, ##.##.2016-cı il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Ağstafa Rayon Məhkəməsinin *(***)-***/**** saylı qətnaməsi ilə təyin olunmuş alimentin indeksasiya olunması və təyin olunmuş alimentin miqdarının artırılması, bir uşaq üçün ondan 400 manat məbləğində alimentin tutulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Yəni ki, yaşayış minimunun 1 misli miqdarında alimnet kəsilməsini tələb etməsinə baxayaraq, işə baxan hakim tələbdən kənara çıxmaqla, ərizəni təmin etmiş, aliment miqdarını Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2018-ci il tarixli, 2(104)- ****/**** saylı qətnaməsi ilə sabit pul məbləğində tutulan alimenti ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 misli həddində indeksasiya etmişdir. O, həmin qərardadla razılaşmır. Çünki iş üzrə ərizəçi ilə aralarında olan razılaşmaya əsasən *(***)-****/**** saylı, ##.##.2018-ci il tarixli icra sənədinə əsasən uşağın saxlanılması üçün təyin olunmuş olan alimenti ##.##.2018-ci il tarixdən ##.##.2018-ci il tarixədək olan alimentini tələbkara tam olaraq ödəniş etmiş, bu barədə rəsmi notarial ərizə də mövcuddur. O, hesab edir ki, ərizəçi əsassız olaraq varlanmaq niyyətindədir. Bu hal isə onun qanunla qorunan hüquqlarını pozur. O, hesab edir ki, işə baxan hakimə həmin ərizə barədə məlumat, yəni tələbkara olan borcunun tam olaraq ödədiyini sübut edən rəsmi sənəd işə əlavə olunmadığından və məhkəmədə iştirak etmək üçün çağırılmadığından, həmin sübutları məhkəkməyə təqdim edə bilməmişdir. Bu səbəbdən də, işə baxan məhkəmə düzgün qənaətə gələ bilməmişdir.
b) Qərardaddan şikayətə qarşı etirazın dəlilləri
17. Qərardaddan şikayətə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası
18. Maddə 17. II. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
19. Maddə 34. IV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
20. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın.
Azərbaycan Respublikası Ailə Məcəlləsi
21. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
22. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
23. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
24. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
25. Maddə 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir.
26. Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2024cü il tarixli ** nömrəli Qərarı
27. Bənd 1.2.1. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli qərarının 8.4-cü bəndinə 8.4-2-ci yarımbənd əlavə edilmiş və həmin yarımbənddə göstərilmişdir ki, “Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.
33. Maddə 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur
Apellyasiya baxışının hədləri
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM və ya MPM) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Qərardad və şikayətin dəlillərini araşdıran məhkəmə kollegiyası (bundan sonra – məhkəmə) hesab edir ki, birinci instansiyası məhkəməsi alimentin indeksasiya olunmalı olmasında, onun indeksləşmə dərəcəsində düzgün nəticəyə gəlsə də qərardadla indeksasiya olunmuş məbləğin ərizəçinin məhkəməyə müraciət etdiyi tarixdən hesablanmalı olmasında düzgün nəticəyə gəlməmişdir. Bu səbəbdən də şikayət qismən təmin edilməməli və barəsində şikayət verilmiş qərardad dəyişdirilməlidir.
37. İş materiallarından görünür ki, ərizəçi tərəfindən verilmiş müraciət mahiyyət etibarilə əvvəllər qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə sabit pul məbləğində müəyyən edilmiş alimentin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1 və 110.2-ci maddələrinin tələblərinə uyğun olaraq indeksasiya edilməsinə yönəlmişdir. Birinci instansiya məhkəməsi ərizəyə baxarkən iş üzrə toplanmış sübutları araşdırmış, aliment öhdəliyinin mövcudluğunu, alimentin sabit pul məbləğində müəyyən edilməsini, habelə həmin məbləğin müəyyən edildiyi dövrdə qüvvədə olmuş minimum əməkhaqqının sonrakı dövrlərdə əhəmiyyətli dərəcədə artırılmasını nəzərə almaqla düzgün hüquqi nəticəyə gəlmişdir.
38. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına, tətbiq edilməli olan maddi hüquq normalarına və aliment münasibətlərinin hüquqi mahiyyətinə tam uyğundur. Belə ki, aliment öhdəliyinin əsas məqsədi yetkinlik yaşına çatmamış uşağın saxlanılması, onun normal inkişafı və zəruri ehtiyaclarının təmin edilməsidir. Dövlət tərəfindən uşaqların mənafelərinin qorunması ailə hüququnun əsas prinsiplərindən biri kimi müəyyən edilmiş və bu prinsip həm Azərbaycan Respublikası Konstitusiyasında, həm də Ailə Məcəlləsində təsbit olunmuşdur.
39. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli ** nömrəli Qərarının 1.2.1-ci bəndinə əsasən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli qərarının 8.4-cü bəndinə 8.4-2-ci yarımbənd əlavə edilmiş və həmin yarımbənddə göstərilmişdir ki, “Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır”.
40. Müəyyən edilmişdir ki, aliment ilk dəfə təyin edilərkən ölkə üzrə minimum aylıq əməkhaqqının məbləği 130 manat təşkil etmiş, hazırda isə həmin göstərici 400 manatadək artırılmışdır. Bu isə alimentin təyin olunduğu dövrlə müqayisədə ölkədə sosial-iqtisadi göstəricilərin və yaşayış xərclərinin əhəmiyyətli dərəcədə dəyişdiyini göstərir. Belə şəraitdə aliment məbləğinin əvvəlki formada saxlanılması uşağın əvvəlki təminat səviyyəsinin qorunması məqsədinə xidmət etməz və aliment institutunun sosial funksiyasını faktiki olaraq zəiflədərdi.
41. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” müvafiq sərəncamına əsasən hər il ölkə üzrə minimum aylıq əmək haqqının miqdarında artırmalar həyata keçirilir. 2018-ci il tarixdə ölkə üzrə minimum aylıq əmək haqqının miqdarı 130 manat müəyyən edildiyi üçün, həmin tarixdə qəbul edilmiş qətnamədə də uşaqların saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı 130 manat minimum aylıq əmək haqqının 1,18 mislinə nəzərən hesablanaraq müəyyən edilmişdir.
42. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2024-cü il tarixli “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Sərəncamına əsasən 2025-ci ilin yanvar ayının 1-dən ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 400 manat müəyyən edilmişdir.
43. Belə olan halda məhkəmə hesab edir ki, 2026-cı ildə ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımı, 2018-ci ildə qəbul edilmiş qətnamə əsasında uşaqların saxlanılması üçün müəyyən edilmiş hər uşaq üçün 154 manat sabit pul məbləğinin artırılmasına münasibətdə düzgün indeksasiya edilmişdir.
44. Ailə Məcəlləsinin 110.1-ci maddəsinin mənasına görə sabit pul məbləğində müəyyən edilmiş alimentin indeksasiyası minimum əməkhaqqının artımına mütənasib şəkildə həyata keçirilməlidir. Həmin normanın məqsədi aliment alan şəxsin ayrıca yeni iddia qaldırmadan və ya alimentin artırılması barədə mübahisə yaratmadan, inflyasiya və sosial-iqtisadi dəyişikliklər nəticəsində alimentin real dəyərinin azalmasının qarşısını almaqdan ibarətdir. Bu baxımdan alimentin indeksasiyası aliment öhdəliyinin dəyişdirilməsi deyil, onun real iqtisadi dəyərinin qorunmasına xidmət edən hüquqi mexanizmdir.
45. Şikayət dəlillərində ərizəçinin əsassız varlanmaq niyyətində olması barədə irəli sürülmüş mülahizələr iş materialları ilə təsdiq olunmur və ehtimal xarakteri daşıyır. Aliment münasibətlərində ödənilən vəsait uşağın saxlanılması məqsədi daşıdığından, indeksasiya nəticəsində müəyyən edilən məbləğin artırılması aliment alan valideynin deyil, birbaşa uşağın mənafelərinin təmin edilməsinə yönəlmişdir. Bu səbəbdən həmin arqumentlər hüquqi əhəmiyyət kəsb etmir və qərardadın ləğvi üçün əsas deyildir.
46. Maraqlı şəxsin aliment borcunu müəyyən dövr üzrə ödəməsi barədə istinad etdiyi hallar da ərizənin həlli baxımından həlledici əhəmiyyət daşımır. Belə ki, baxılan məsələ aliment borcunun olub-olmaması və ya icra olunub-olunmaması deyil, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin qanunla nəzərdə tutulmuş qaydada indeksasiya edilməsidir. Aliment öhdəliyinin müəyyən dövr ərzində yerinə yetirilməsi indeksasiya institutunun tətbiqini istisna etmir və qanunvericilikdə belə bir məhdudiyyət nəzərdə tutulmamışdır.
47. Şikayət verən şəxsin məhkəmə iclasına çağırılmaması və buna görə sübutlarını təqdim edə bilməməsi barədə dəlili də iş materialları ilə təkzib olunur. İşdən görünür ki, maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmış, belə ki, maraqlı şəxsin istifadəsində olan mobil nömrəyə SMS xəbərdarlıq göndərilmiş, lakin məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. Məhz onun öz prosessual hüquqlarından istifadə etməməsi sonradan qəbul edilmiş məhkəmə aktının qanunsuz hesab olunmasına əsas deyildir.
48. Bundan əlavə, məhkəmə nəzərə alır ki, alimentin indeksasiyası ilə bağlı məsələlərdə məhkəmənin araşdırma predmeti yalnız qanunvericilikdə nəzərdə tutulmuş indeksasiya meyarlarının mövcud olub-olmamasının müəyyən edilməsindən ibarətdir. İş üzrə müəyyən edilmişdir ki, aliment sabit pul məbləğində müəyyən edilmiş, həmin məbləğin hesablanmasına əsas olan minimum əməkhaqqı sonradan artırılmış və buna görə də indeksasiyanın aparılması üçün qanuni əsaslar yaranmışdır. Bu hallar tam təsdiq olunduğundan birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir.
49. Məhkəmə həmçinin hesab edir ki, şikayətdə məhkəmənin tələb həddindən kənara çıxması barədə göstərilən dəlil də əsassızdır. Belə ki, ərizəçinin sonradan verdiyi dəqiqləşdirmə ərizəsindən görünür ki, o, alimentin qanunvericiliyə uyğun qaydada indeksasiya edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi də məhz həmin tələb üzrə araşdırma aparmış və alimentin minimum əməkhaqqının müəyyən mislinə uyğun formada indeksasiya olunması barədə qərardad qəbul etmişdir. Bu səbəbdən məhkəmənin tələb predmetindən kənara çıxması barədə arqumentlər iş materialları ilə təsdiq edilmir.
50. Beləliklə, iş üzrə müəyyən edilmiş faktiki hallar, tətbiq edilmiş maddi və prosessual hüquq normaları, habelə uşağın üstün mənafeyinin təmin edilməsi prinsipi birlikdə qiymətləndirildikdə aydın olur ki, birinci instansiya məhkəməsi ərizəni təmin edərkən düzgün hüquqi nəticəyə gəlmiş, iş üçün əhəmiyyətli olan bütün halları tam və hərtərəfli araşdırmış, sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun hüquqi qiymət vermişdir. Şikayətdə göstərilən dəlillər qərardadın qanunsuz və ya əsassız olması nəticəsinə gəlmək üçün kifayət etmir, həmin dəlillər iş materialları ilə təsdiq olunmur və mahiyyət etibarilə birinci instansiya məhkəməsinin düzgün nəticələri ilə razılaşmamaqdan ibarətdir.
51. Lakin məhkəmə qeyd edir ki, alimentin indeksasiyası ilkin alimentin tutulması ilə bağlı qanunvericiliyin tələbləri ilə eyniləşdirilməməlidir. İlkin alimentin tutulması ilə bağlı qanunvericiliyin tələbidir ki, aliment iddia ərizəsi ilə məhkəməyə müraciət olunduğu vaxtdan tutulmalıdır (Ailə Məcəlləsi maddə - 100.2).
52. Lakin alimentin indeksasiyası alimentin tutulması deyildir və qərardadla artıq tutulmuş aliment məbləğinin prosessual qanunvericiliyin tələbinə əsasən indeksasiyası həyata keçirilir. İndeksasiya olunmuş məbləğin tutulması isə qərardad qanuni qüvvəyə mindiyi tarixdən həyata keçirilməlidir.
53. Belə ki, qərardad qanuni qüvvəyə minəndən sonra məcburilik xüsusiyyətlərinə malikdir.
54. Bu səbəbdən də məhkəmə hesab edir ki, qərardaddan şikayət qismən təmin edilməli və mübahisə predmeti olan qərardad dəyişdirilməlidir.
55. Azərbaycan Respublikasınnın MPM-in 398.0.2 və 398.0.3-cü maddələrinə əsasən, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək və qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə aiddir.
56. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPMin 263, 57.264, 397, 398.0.1, 400 və 400.2-ci maddələrini rəhbər tutaraq qərara aldı:
Maraqlı şəxs Borclu İbrahim oğlu tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadı Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2018-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 1,18 misli həddində indeksasiya edilməsi, ##.##.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Borclu İbrahim oğlundan ##.##.2026-cı il tarixdən başlayaraq tələbkar Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 1,18 misli həddində sabit pul məbləğində alimentin tutulması hissəsində dəyişdirilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2018-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə sabit pul məbləğində tutulan aliment ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 1,18 misli həddində indeksasiya edilsin və ##.##.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Borclu İbrahim oğlundan qərardad qanuni qüvvəyə mindiyi tarixdən tələbkar Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 1,18 misli həddində sabit pul məbləğində alimentin tutulsun. Qərardaddan kassasiya şikayəti verilə bilməz.