Məhkəmə qərarları › İş №8(3-7)-69/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-7)-69/2026

24.06.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 8(3-7)-69/2026 24.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyası Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi) Cavadova Günay İsmayıl qızı və X3 ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadından borclu Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Leyla Məmmədova təqdimatla məhkəməyə müraciət edərək, Gəncə Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə borclu Borclu məcburi qaydada gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə (hakim Nərgiz Məmmədova) təqdimat təmin edilmiş, ##.##.1992-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməsi qərara alınmışdır. Borclu Borclu həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, icra məmurunun təqdimatında qeyd olunan tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclu Borclu ünvanına göndərildiyi, borcluya edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırdığı və tələbi bu günədək icra etmədiyi, ##.##.2026-cı il tarixində qərar qəbul etdiyini və bu qərarı da ünvanıma göndərdiyini qeyd edib. Lakin qeyd olunan icra sənədinin könüllü şəkildə həyata keçirilməsi ilə bağlı 2023-cü ildən bu günədək onun ünvanına heç bir bildiriş, məktub gəlməyib, eləcə də ##.##.2026-cı il tarixində qəbul olunan qərar nə onun hazırda yaşadığı ünvana, nə də icra sənədində qeyd olunan Gəncə şəh., Gülüstan qəs., ADAU- 6 ətrafı ünvanına göndərilməyib. Məhkəmə bu nüansı aydınlaşdırmamışdır. Məktubun ünvanına göndərildiyi, ona çatdığını təsdiq edən poçtun qəbzi tələb olunub araşdırılmalıdır. Gəncə şəhəri üzrə İcra idarəsinin rəsmi göndərişi əsasında “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyasının Gəncə şəhəri üzrə Uşaqlar üçün sosial xidmət mərkəzində ünsiyyət davam etdiyi, həmin mərkəzin psixoloqu Aysel Allahverdiyevanın 2024-cü ildə Gəncə Şəhər İcra İdarəsinə verdiyi rəy, eləcə də Gəncə Şəhər İcra İdarəsinin rəsmi göndərişi əsasında dəvət olunan Gəncə Şəhər İcra Hakimiyyəti Aparatının aparıcı məsləhətçisi – Yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi – psixoloqu Nuriyə Məmmədzadənin ##.##.2025-ci il tarixli görüşə dair verdiyi rəyə əsasən hesab edirəm ki, bu faktlar borclunun məlumatlı olduğu bütün hallarda icra məmurunun çağırışlarına gəldiyini sübut edir. Eləcə də atanın uşaqla ünsiyyətdən imtina etdiyini sübut edir. Məhkəmə bu rəyləri də araşdırmalıdır. Əgər icra məmurunun iddia etdiyi kimi 2023-cü ildən bu günədək icra tələbi tərəfindən icra olunmasaydı 3il ərzində barəsində hər hansı məcburi icra tədbirləri görülərdi. Hazırkı mərhələdə icra məmurunun bu tələblə məhkəməyə müraciət etməsinə səbəb onun icra məmurundan aidiyyatı qurumlara şikayət etməyidir. Azyaşlı övladı Zorakılığa məruz qalmış Uşaq və Gənclər üçün Sosial Reabilitasiya Mərkəzində reabilitasiyaya cəlb olunduğunu təsdiq edən qurum tərəfindən verilən rəsmi sənədi məhkəməyə təqdim etmişdir. Həmin sənəddə də azyaşlının ata ilə görüşlərdən, eləcə də icra məmuru tərəfindən verilən psixoloji təzyiqin təsirilə yaşadığı qorxu, həyəcan, stress fonunda uşağın psixi-sosial vəziyyətinin stabilləşdirilməsi üçün azyaşlının hər hansı prosesdə iştirakı, sorğulanması, dindirilməsinin məqsədəuyğun hesab edilmədiyi qeyd olunub. Lakin məhkəmə bu nüansa da hüquqi qiymət verməmişdir. Eləcə də icra məmurunun hərəkət və ya hərəkətsizliyi, icraatında olan icra sənədi üzrə obyektiv və qərəzsiz davranış sərgiləmədiyi, tərəfi olduğum icra sənədi ilə bağlı aktların, rəylərin rəsmi müraciət etməyimə baxmayaraq hansısa maddi yaxud qeyri-maddi maraq, tələbkarla aralarında olan hər hansı münasibət naminə icra etmədiyi ilə bağlı müxtəlif tarixlərdə aidiyyata qurumlara etdiyi şikayətlərin surətlərini də məhkəməyə təqdim etmişdir. İcra məmurundan şikayətçi olduğuna görə icra məmuru özünü təmizə çıxarmaq üçün guya məhkəmənin tələbini icra etmədiyini bildirərək barəsidə belə bir təqdimatla çıxış etmişdir. Lakin məhkəmə bu nüanslara da heç bir hüquqi qiymət verməmişdir. Hesab edir ki, qeyd etdikləri, məhkəməyə təqdim etdiyi faktlar detallı araşdırılmalı və icra məmuru tərəfindən onun və azyaşlı övladının pozulan hüquqları bərpa olunmalıdır. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və Azərbaycan Respublikasının MPM-in 269-cu maddəsinə müvafiq olaraq iş materialları ilə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, Məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, borclu Borclu tərəfindən verilmiş şikayət təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, Gəncə Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2022-ci il tarixli icra sənədinə əsasən, apellyasiya şikayəti qismən təmin edilmiş; Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi qismən – iddiaçı Tələbkar ## #### 2020-ci ildə doğulmuş övladı X1 ilə hər həftənin şənbə günləri saat 10:00-dan 13:00-dək görüş (sərbəst ünsiyyətdə olmaq hüququ) təmin edilməsi hissəsində dəyişdirilmiş və iddiaçı Tələbkar ## #### 2020-ci ildə doğulmuş uşağı X1 ilə hər həftənin şənbə günləri saat 10:00-dan 13:00-dək ünsiyyət hüququ 6 ay müddətində cavabdeh Borclu iştirakı ilə, qalan müddətdə ünsiyyət sərbəst həyata keçirilməsi, qeyd edilən 6 ay müddət qətnamənin icraya yönəldilməsi ilə hesablanması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Lakin, borclu Borclu həmin icra sənədi üzrə tələbin könüllü icrası barədə bildirişə, məsuliyyətə cəlb olunma barədə xəbərdarlıqlara baxmayaraq, Gəncə şəhəri üzrə İcra İdarəsinə gəlməkdən yayınmışdır. Ona görə də icra məmuru hazırki təqdimatla məhkəməyə müraciət etmiş və məhkəmə təqdimatı təmin etmişdir. İlk növbədə məhkəmə kollegiyası diqqətə çatdırır ki, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında”Azərbaycan Respublikası Qanunun icra sənədlərindən bəhs edən 6.16cı maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların qərarları icra sənədləri hesab olunur. Həmin Qanunun 84.2-ci maddəsinə görə, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Göründüyü kimi, Gəncə Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2022-ci il tarixli icra sənədinin icraata qəbul edilməsindən xeyli müddət keçmiş, işdə olan təqdimatdan görünür ki, lakin borclu Borclu tələbi könüllü icra etməmiş, həmçinin icra idarəsinə gəlməsi üçün ona bildiriş və xəbərdarlıq göndərilsə də, çağırış üzrə gəlməmişdir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presidentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2006-cı il tarixli * saylı qərarının 6-cı bəndinin 5-ci abzasında qeyd olunur ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmə kollegiyası qeyd edir ki, icra sənədinin tez müddətdə icra edilməməsi və ya uzun müddət icra edilməməsi məhkəmə qətnaməsini xəyali bir kağız parçasına çevirmiş olur ki, bu da yolverilməzdir. Borclu Borclu icra sənədini icra etmədiyi və icra məmurunun çağırışına gəlmədiyi, icra sənədində göstərilən tələbi yerinə yetirməkdən üzürsüz səbəbdən yayındığı üçün birinci instansiya məhkəməsi haqlı olaraq borclunun məcburi gətirilməsinə dair təqdimatı təmin etmişdir. Bundan başqa, borclu Borclu isə şikayətini əsaslandırmamış və təqdimatda qeyd olunanların əksini təsdiq edən sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və təqdimatın təmin olunması barədə qərardad dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının MPM-in 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyəti vardır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir. Ona görə də, hazırki iş üzrə çıxarılan qərardadlardan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 263, 264, 397, 398.0.1, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar