Məhkəmə qərarları › İş №8(3-7)-71/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-7)-71/2026

24.06.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 8(3-7)-71/2026 24.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qərardadından tələbkar Tələbkar tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı məhkəmə icraatında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Borclu Ərizəni verən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə Şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-***/**** saylı qətnaməsinin icrasına ##.##.2027-ci il tarixədək möhlət verilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Gəncə şəhər Məhkəməsinin *(***)-***/**** saylı ## #### 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Tələbkar mülkiyyətində olan (RX seriyalı ******* nömrəli çıxarış, AA seriyalı ****** nömrəli torpaq sahəsinin plan və ölçüsü) və Gəncə şəhəri, Nizami rayonu, Qırmızı kənd ərazisində yerləşən ************ reyestr nömrəli 400 kvadrat metr yaşayış məntəqəsi torpağında Ərizəni verən şəxs tərəfindən tikilmiş 21 metr uzunluğunda daş hasarın və həmin torpaq sahəsinin 53 kvadrat metr hissəsi üzərində olan fərdi yaşayış evinin sökülməsi, Tələbkar mülkiyyətində olan (RX seriyalı ******* nömrəli çıxarış, AA seriyalı ****** nömrəli torpaq sahəsinin plan və ölçüsü) və Gəncə şəhəri, Nizami rayonu, Qırmızı kənd ərazisində yerləşən ************ reyestr nömrəli 400 kvadrat metr yaşayış məntəqəsi torpağından Ərizəni verən şəxs çıxarılması, Tələbkar mülkiyyətində olan (RX seriyalı ******* nömrəli çıxarış, AA seriyalı ****** nömrəli torpaq sahəsinin plan və ölçüsü) və Gəncə şəhəri, Nizami rayonu, Qırmızı kənd ərazisində yerləşən ************ reyestr nömrəli 400 kvadrat metr yaşayış məntəqəsi torpağının Ərizəni verən şəxs tərəfindən zəbt edilmiş 138 kvadrat metr hissəsinin boşaldılaraq, Tələbkar təhvil verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. Ərizəçi bildirmişdir ki, onun 2 övladı var. Övladlarından birinin 11, digərinin 14 yaşı var. Tək anadır, hazırda iş yerində ixtisarla əlaqədar iş yerini də itirmişdir. Övladlarının gözlərinin qarşısında evin sökülməsi onlara mənfi təsir göstərəcəkdir. Bu onların dostları və həmyaşıdları arasında utanmalarına da səbəb olacaqdır. Həmçinin, dərs ilinin ortası olduğundan yaşayış yerini də, qəflətən dəyişə bilmir. Əgər yaşayış yerini qəflətən dəyişsə, bu övladlarının təhsilinə, psixikasına mənfi təsir göstərəcəkdir. Bundan başqa, məhkəmədə onun mülkiyyətində, lakin başqalarının istifadəsində olan torpaq sahəsinin boşaldılması ilə əlaqədar iddia qaldırmışdır. Həmin şəxslərdən torpağın pulunu ala bilsə, hazırkı iş üzrə tələbkarı razı sala bilər. Bundan başqa, Gəncə İnzibati Məhkəməsində torpaq sahəsinin yerləşdiyi sahədə koordinatların göstərilməsi ilə yeni çıxarışın verilməsi tələbinə dair iddia da qaldırmışdır. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qərardadı ilə (hakim Ədil Məmmədov) ərizə qismən təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin ##.##.2023cü il tarixli *(***)-***/**** saylı icra sənədinin icrasına 06 (altı) ay müddətə möhlət verilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan tələbkar Tələbkar məhkəməyə şikayət edərək, Gəncə şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qərardadının ləğv edilməsi və borclu Ərizəni verən şəxs məhkəmə qətnaməsinin icrasına möhlət verilməsi barədə ərizəsinin təmin edilməməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Ərizəni verən şəxs onun torpağını zəbt etməsini 5 ildən artıq müddətdir bilir. Həmçinin məhkəmənin qətnaməsi 5 aydır icraya yönəlib. Bu müdətlər Ərizəni verən şəxs kifayət etməmişdir. İstər məhkəmə qərarlarından şikayət verməkdə, istərsə də, hazırki ərizəni verməkdə Ərizəni verən şəxs məqsədi işi uzatmaqdır. Məhkəmə borcluya 6 ay möhlət verərək, onun uzatdığı 5 ildən artıq müddət yetməzmiş kimi, hələ 6 ay da vaxtı uzatmaqda borcluya şərait yaratmışdır. Onun isə beləliklə hüquqlarının pozulduğunu nəzərə almamışdır. Bundan başqa borclunun möhlət barədə ərizəsini təmin edən məhkəmə Ərizəni verən şəxs ərizədə və ifadəsində 2 övladının, birinin 11, digərinin 14 yaşı olmasını, tək ana olmasını, iş yerini itirməsi barədə qeyd etdiklərini nəzərə almışdır. Qeyd etmək istəyir ki, onun də iki azyaşlı övladı var. Çoxmərtəbəli binada kiçik bir mənzildə böyük bir ailə yaşayırlar. O, torpaq sahəsini almışdır ki, orada yaşayış evi tikib, sərbəst yaşaya bilsin, uşaları həyətdə sərbəst oynaya bilsin. Lakin, cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun ailəsi və övladları üçün arzuladığı sərbəst həyata qovuşa bilmir. Nəyə görə borclunun azyaşlı övladlarının olması nəzərə alınır, onun isə deyil? Borclunun tək ana olması barədə verdiyi ifadəsi də tamamilə yalandır. Belə ki, borclu Bəxtiyar adlı şəxslə evlidir. Həmin şəxs ona zəng edib özünü Sevincin əri kimi təqdim edir və mənə hədə-qorxu gəlir. Əgər Sevincin əri yoxdursa, bəs onda mənə zəng edib hədə-qorxu gələn Bəxtiyar adlışəxs kimdir, mənə bu işlə bağlı nə haqla zəng edib ağır sözlər deyir? Məhkəmənin qeyd edilən qərardadımənim borclu tərəfindən onsuzda uzun müddətdir pozulan mülkiyyət hüquqlarımın bir müddət daha pozulmasına zəmin yaradır. Buna görə həmin qərardad qanuni ola bilməz. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qərardadı ilə şikаyətin təmin edilməməsi və iş materialları ilə birlikdə bаxılmаsı üçün Gəncə Аpellyаsiyа Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)- ***/**** saylı qərardadı dəyişdirilmədən saxlanmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsasıandırmışdır ki, məhkəmə sözügedən qətnamənin icrası məqsədi ilə tərəflərin qarşılıqlı razılaşma əldə etməsinin mümkünlüyünü və tələbkarın da icra sənədində göstərilən-ona məxsus olan və borclu tərəfindən zəbt olunmuş torpaq sahəsinin əvəzində ona müvafiq məbləğdə pul verilməsinə və bu halda həmin torpaq sahəsini iddiaçının mülkiyyətinə sənədləşdirilməsinə, nəticə etibarı ilə icra sənədində göstərilən tikililərin sökülməməsinə razı olduğunu əsas gətirərək, hesab edir ki, borclunun ərizəsinin qismən təmin edilməsi və icra sənədinin icrasına 6 ay müddətə möhlət verilməsi məqsədəmüvafiq hesab edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşır və əlavə olaraq qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası məcburidir. Tərəflər icra sənədinin icrasına möhlət verilməsi ilə bağlı məhkəməyə müraciət edə bilərlər. Baxılan işdə tərəflərin müəyyən razışlıq əldə etməsi ehtimalının istisna olunmur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, bu halda qətnamənin icrasına 6 ay müddətinə möhlət verilməsi tələbkarların və borclunun hüquq və qanuni maraqlarının balansını, eləcə də tələbkarın mənafelərini pozmur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» ## ###### 2005-ci il tarixli 4 N-li qərarının 12-ci bəndinə əsasən, məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» ## #### 2006-cı il tarixli qərarının 6-cı bəndində göstərilir ki, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr nəzərə almalıdılar ki, «İnsan hüquqularının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Ağlabatan müddətin müəyyən edilməsində məqsəd mülki prosesdəki tərəfləri, həddən artıq gecikdirmələrdən qorumaqdan və ədalət mühakiməsinin səmərəliliyinə nail olmaqdan ibarətdir. Mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Hər bir iş üzrə ağlabatan müddət konkret işin xarakterindən, mürəkkəbliyindən, ərizəçinin proseslə bağlı davranışından asılı olaraq müəyyənləşdirilməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263- 264, 398 və 402.2-ci maddələrini rəhbər tutaraq, QƏRAR A ALDİ: Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qərardadından tələbkar Tələbkar tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar