Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 8(3-7)-73/2026 29.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və X3 ibarət tərkibdə, Alimentin indeksasiya edilməsi barədə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərardadından borclu Borclu tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı məhkəmə icraatında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Gəncə şəhəri, Kəpəz Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2020-ci il tarixli qətnaməsi ilə Ərizəni verən şəxs tərəfindən verilmiş ilkin iddianın təmin edilməsi, ##.##.2010cu il təvəllüdlü X1 və ##.##.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 140 manat, cəmi 280 manat sabit pul məbləğində alimentin cavabdeh Borclu tutularaq ona ödənilməsi, alimentin tutulmasının ##.##.2020-ci il tarixdən hesablanması qət edilmişdir. Tələbkar Ərizəni verən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Kəpəz Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin indeksasiyası barədə qərardad çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə (hakim Orxan Dəmirli) ərizə təmin edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin *(***)- ****/**** nömrəli, ##.##.2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment indeksasiya olunmuş və ##.##.2010-cu il təvəllüdlü X1 və ##.##.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün Ərizəni verən şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, Borclu hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,56 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Həmin qərardaddan borclu Borclu şikayət verərək, Gəncə Şəhər Məhkəməsinin *(*-***)- ***/**** nömrəli, ## ### 2026-cı il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərardadı ilə şikаyətin təmin edilməməsi və iş materialları ilə birlikdə bаxılmаsı üçün Gəncə Аpellyаsiyа Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, Məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verib hesab edir ki, şikayət təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2020-ci il tarixli qətnaməsi ilə Ərizəni verən şəxs tərəfindən verilmiş ilkin iddianın təmin edilməsi, ##.##.2010-cu il təvəllüdlü X1 və ##.##.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 140 manat, cəmi 280 manat sabit pul məbləğində alimentin cavabdeh Borclu tutularaq, iddiaçı Ərizəni verən şəxs verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi indeksasiya edilməli olan alimentin Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2020-ci il tarixli qətnaməsi ilə təyin olunmasını və minimum aylıq əmək haqqının məbləğinin 2020-ci il üzrə 250 manat həddində müəyyən edilməsini nəzərə alaraq, hesab etmişdir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya olunmalı, ##.##.2010-cu il təvəllüdlü X1 və ##.##.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu Ərizəni verən şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.56 misli həddində sabit pul məbləğində müəyyən edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan kollegiya qeyd edir ki, pul məbləğlərinin indeksasiyası, istehlak qiymətlərinin artması ilə əlaqədar həmin məbləğin dəyərini qorumaqla şəxsin qanuni mənafeyini müdafiə etmək məqsədi daşıdığından və alimentin indeksasiyasının Ali Məhkəmənin Plenumunun Qərarının 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli ** nömrəli Qərarının 1.2.1-ci bəndinə əsasən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli qərarının 8.4-cü bəndinə 8.4-2-ci yarımbənd əlavə edilmiş və həmin yarımbənddə göstərilmişdir ki, “Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır”. Həmçinin, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” müvafiq sərəncamına əsasən hər il ölkə üzrə minimum aylıq əmək haqqının miqdarında artırmalar həyata keçirilir. minimum aylıq əmək haqqının məbləğinin 2020-ci ildə 250 manat həddində müəyyən edildiyi üçün, həmin tarixdə qəbul edilmiş qətnamədə də uşağın saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı bir uşaq üçün 140 manat sabit pul məbləğində tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2024-cü il tarixli “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Sərəncamına əsasən 2025-ci ilin yanvar ayının 1-dən ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 400 manat müəyyən edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, ##.##.2020-ci ildə qəbul edilmiş qətnamə əsasında uşağın saxlanılması üçün müəyyən edilmiş 140 manat sabit pul məbləği düzgün olaraq (140:250=0.56) indeksasiya edilmişdir. Beləliklə də, göstərilənlərə əsasən müəyyən edilir ki, Gəncə Şəhər Məhkəməsi borclu tərəfindən qərardaddan verilmiş şikayəti təmin etməməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir, şikayətin dəlilləri formal mülahizə xarakteri daşıyır, şikayətin təmin edilməsi üçün əsas yoxdur. Çünki indeksasiya qanunvericiliyə uyğun olaraq müəyyən edilmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, bu iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 398.0.1-ci maddəsinə görə apellyasiya kollegiyası 1ci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir(MPM maddə 402.2 və 402.3). Ona görə də hazirki iş üzrə çıxarılan qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 263, 264, 397, 398.0.1, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, Qərar a aldı: Borclu Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-7)-73/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-7)-73/2026
29.06.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver