Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 8(3-7)-76/2026 25.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X4 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Ərizəçi Ərizəni verən şəxs maraqlı şəxs Borclu qarşı alimentin indeksasiya olunması tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından ərizəçi Ərizəni verən şəxs və maraqlı şəxs Borclu tərəfindən verilmiş şikayətin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəni verən şəxs məhkəməyə ərizə ilə müraciət edərək, Bərdə rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, İş № *(***)-****/**** saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin (120 manat) 2018-ci il tarixində təsdiq olunmuş minimum əmək haqqının (400 manat) 0,70 misli həddində indeksasiya edilməsi barədə məhkəmə qərarı çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə ərizənin qismən təmin edilməsi, tərəflərin birgə nikahından doğulmuş tərəflərin birgə nikahlarından olan ## #### 2013-cü il təvəllüdlü Bayramova İnci Aslan qızı, ## #### 2015-ci il təvəllüdlü X3 və ## ##### 2020-ci təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Bərdə Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı indeksasiya edilməklə maraqlı şəxs (borclu) Borclu ərizəçi (tələbkar) Ərizəni verən şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,29 misli həddində sabit pul məbləğində aliment tutulması, artırılmış aliment məbləğinin tutulmasına isə tələbkarın ərizə ilə məhkəməyə müraciət etdiyi tarixdən, yəni ##.##.2026-cı ildən etibarən başlanması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan ərizəçi Ərizəni verən şəxs və maraqlı şəxs Borclu şikayət vermiş, məhkəmə şikayətə baxılmasından ötrü işi Gəncə Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından ərizəçi Ərizəni verən şəxs və maraqlı şəxs Borclu tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması üçün əsaslar olmadığından qəbul olunmamalı və iş Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından ərizəçi Ərizəni verən şəxs və maraqlı şəxs Borclu tərəfindən verilmiş şikayətə baxılması üçün Bərdə Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, şikayətin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından ərizəçi Ərizəni verən şəxs və maraqlı şəxs Borclu tərəfindən şikayətə baxılmadan, şikayət baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bununla da, Azərbaycan Respublikası MPMnin 269-cu maddəsinin tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin: 269.1. Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. 269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. 269.3. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi şikayəti apellyasiya instansiyası məhkəməsinə göndərməzdən əvvəl şikayətin prosessual tələblərə uyğunluğunu yoxlaması, onun mahiyyəti üzrə 269.2-ci maddəyə uyğun olaraq qərar qəbul etməsi və yalnız bundan sonra 269.3-cü maddənin tələblərinə əsasən göndərmə prosedurunu icra etməsi qanunla tələb olunur. Baxılan iş üzrə Bərdə Rayon Məhkəməsi tərəfindən yuxarıda göstərilən tələblərə əməl edilmədən, şikayətə MPM-in 269-cu maddəsində nəzərdə tutulmuş qaydada baxılmadan, birbaşa apellyasiya instansiyası məhkəməsinə göndərilməsi prosessual qanunvericiliyə uyğun deyildir. Azərbaycan Respublikası MPM-nin 366.1 və 366.2-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından ərizəçi Ərizəni verən şəxs və maraqlı şəxs Borclu tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması üçün əsaslar olmadığından qəbul olunmamalı, şikayətə baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Eyni zamanda, Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Belə ki, apellyasiyanın qeyri-mümkün sayılması tərəflərin hər hansı prosessual pozuntuya yol verməsi ilə deyil, işə baxan məhkəmənin qanunvericiliyin tələblərinə əməl etməməsi ilə bağlıdır və hazırki qərardad işin sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün maneə yaratmır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 269, 366 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından ərizəçi Ərizəni verən şəxs və maraqlı şəxs Borclu verdiyi şikayətə apellyasiya qaydasında baxılması üçün əsaslar olmadığından qəbul olunmasın. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından ərizəçi Ərizəni verən şəxs və maraqlı şəxs Borclu tərəfindən verilmiş şikayətə baxılması üçün iş Bərdə Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-7)-76/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-7)-76/2026
25.06.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver