Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 8(3-7)-77/2026 11.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər X1 (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Qəhrəmanov Əkrəm Sabir oğlundan ibarət tərkibdə, Ibrahimli Güləsər Rəhim qızının katibliyi ilə, Tələbkar Tələbkar iştirakı ilə, MÜƏYYƏN ETDİ: Gəncə şəhəri üzrə Icra Idarəsinin icra məmuru Anar Cəfərov məhkəməyə təqdimatla müraciət edərək, Gəncə Şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli icra sənədinin icrası məqsədilə borclu borclu1 ilə Tələbkar ümumi paylı mülkiyyətində olan Göygöl rayonunun, Qızılqaya qəsəbəsində yerləşən 0,8566 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin borclu1 mülkiyyətində olan 6/7 hissəsinin üzərindən həbsin götürülməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadına əsasən təqdimat təmin edilməmişdir. Həmin qərardaddan borclu borclu1 şikayət verərək, Gəncə Şəhər Məhkəməsinin *(*-***)- ***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsi, təqdimatın təmin edilməsi barədə yeni qərardad qəbul edilməsini, əks halda şikayətə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə təqdimatı təmin etməyərək onun mülkiyyət hüquqlarını pozmuş, mülkiyyətçinin əmlakla bağlı istifadə edə biləcək hüquqlarını məhdudlaşdırmışdır. Belə ki, məhkəmə təqdimatı təmin etməyərkən ona əsaslanmışdır ki, icra sənədi üzrə borc ödənilməməklə icra sənədi icra olunmamışdır. Məhkəmənin bu mövqeyi ilə razılaşmayıb qeyd etmişdir ki, həmin torpaq sahəsi hərracda satılması üçün ##.##.2025-ci il tarixdə X2 göndərilmişdir. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, ****************** saylı təkrar hərracın baş tutmaması barədə protokoluna əsasən hərrac iştirakçı olmadığından baş tutmamışdır. ##.##.2026-cı il tarixdə həmin əmlak tələbkar Tələbkar təklif edilmiş, lakin tələbkar təklifi qəbul etməmişdir. Məhz bu səbəbdən də icra məmuru adı çəkilən təqdimatla məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, artıq üzərinə həbs qoyulmuş əmlak icranın predmeti ola bilməz və belə olan halda həmin əmlakın üzərində həbsin saxlanılması qanunsuzdur və heç bir əhəmiyyəti yoxdur Gəncə Şəhər Məhkəməsinin *(*-***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə şikаyətin təmin edilməməsi və iş materialları ilə birlikdə bаxılmаsı üçün Gəncə Аpellyаsiyа Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında tələbkar Tələbkar şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, hesab edir ki, şikayət təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməli və təqdimata yenidən baxılması üçün iş Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Gəncə Şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Gəncə Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli qərardadına əsasən borclu1 ilə Tələbkar ümumi paylı mülkiyyətində olan Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən 0,8566 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin borclu1 mülkiyyətində olan 6/7 hissəsinin üzərinə həbs qoyulmuş həmin torpaq sahəsi hərracda satışa çıxarılmış, lakin təkrar hərrac baş tutmamışdır. Gəncə şəhəri üzrə Icra Idarəsi tərəfindən Tələbkar ünvanlanmış ##.##.2026-cı il tarixli, ******/** nömrəli təklifin surətindən görünür ki, Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən 0,8566 ha. torpaq sahəsinin dəyəri 340000 manat müəyyən edilməklə, tələbkar Tələbkar təklif edilmişdir. Icra sənədi üzrə tələbkara 50571 ABŞ dolları məbləğində pul vəsaiti ödənilməli olduğu halda 340000 manat dəyərində torpaq sahəsi təklif edilməklə təlləbkarı əlverişsiz vəziyyətə salması nəticəsinə gələn birinci instansiya məhkəməsi təqdimatı təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu qənaəti ilə razılaşmır və qeyd edir ki, birinci instansiya məhkəməsi iş materiallarını tam araşdırmamış, Gəncə Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli qərardadına əsasən borclu1 ilə Tələbkar ümumi paylı mülkiyyətində olan Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən 0,8566 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin borclu1 mülkiyyətində olan 6/7 hissəsinin üzərinə həbs qoyulmuş həmin torpaq sahəsi hərracda satışa çıxarılmasını, lakin təkrar hərracın baş tutmamasını müəyyən etsə də, məhkəmə icra məmurunun iştirakını təmin etməklə üzərinə həbs qoyulmuş əmlakın tələbkara təklif edilib-edilməməsini, paylı mülkiyyətdə olan əmlakın qiymətləndirilməsi zamanı digər payçıların nəzərə alınıb-alınmamasını, həmçinin tələbkarın imtina edib-etməməsini müəyyən etməmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası şikayətdə göstərilən dəlilləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməli, qərardadda qeyd edilən məsələlərin yenidən araşdırılması üçün iş Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu növ qərardadlarından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 398 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Borclu borclu1 tərəfindən verilmiş şikayət təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin. Gəncə şəhəri üzrə Icra Idarəsinin icra məmuru Anar Cəfərov tərəfindən verilmiş təqdimata yenidən baxılması üçün iş Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-7)-77/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-7)-77/2026
11.08.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver