Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 8(3-7)-80/2026 30.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X3 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Qətnamənin icrasına möhlət verilməsi barədə iş üzrə Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadından borclu Ərizəni verən şəxs Manaf oğlu tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəni verən şəxs Manaf oğlunun ərizə ilə məhkəməyə müraciət edərək Tərtər Rayon Məhkəməsində ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı mülki iş üzrə qəbul edilmiş qətnamənin icra olumasına möhlət verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti cavabdehlər X1, X5 və Ərizəni verən şəxs Manaf oğluna qarşı ## ### 2018-ci il tarixli **/** nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və “22/11” nömrəli mənzildən X1, X5 və Ərizəni verən şəxs Manaf oğlunun **/** nömrəli mənzildən çıxarılmaqla, **/** nömrəli mənzil boşaldılaraq Komitənin Mənzil Departamentinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərtər Rayon Məhkəməsində ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə cavabdehlər X1 və X5 müvəqqəti istifadəsinə verilmiş Tərtər rayonu, Şıxarx 2 qəsəbəsində (1176 ailəlik) ** saylı binanın ** nömrəli mənzilinə dair ## ### 2018-ci il tarixli **/** nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməsi, cavabdehlər X1, X5, Ərizəni verən şəxs Manaf oğlunun və ailə üzvlərinin əşyaları ilə birlikdə **/** nömrəli mənzildən çıxarılmaqla, **/** nömrəli mənzil boşaldılaraq Komitənin Mənzil Departamentinə təhvil verilməsi qət edilmişdir. Torpaqları işğaldan azad edildiyi üçün yeni evlər verilir. O, məcburi köçkündür. 2 azyaşlı uşağı vardır. Həyat yoldaşı xəstədir. Həmçinin havaların soyuq keçməsi nəzərə alınmalıdır. Hesab edir ki, sözügedən qətnamənin icrası müvəqqəti dayandırılaraq onlara yeni evlərə köçürülənədək vaxt verilməsi zəruridir. Onların Ağdam rayonuna köçürülənə qədər vaxt verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır. Borclu Ərizəni verən şəxs Manaf oğlu Tərtər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli 8(5- ***)-**/**** nömrəli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Tərtər Rayon Məhkəməsinə möhlət verilməsi barədə ərizə vermişdir ki, ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı mülki iş üzrə qəbul edilmiş qətnamənin icra olunmasına möhlət verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli 8(5-162)- **/**** nömrəli qərardadı ilə ərizəsi təmin dilməmişdir. Hesab edir ki, qərardad ləğv edilməlidir. Bu da onu deməyə əsas verir ki, hakim birtərəfli qaydada qərardad qəbul etmişdir. Göründüyü kimi işə baxan hakim ailə vəziyyətini və məcburi köçkünlüyünü nəzərə almamışdır. Həmin qərardadla razı deyildir. Ona görə də hesab edir ki, qərardad əsassız çıxarılmışdır və ləğv edilməlidir. Qeyd olunanlara əsasən ## ###### 2026-cı il tarixli *(*-***)-**/**** nömrəli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadı ilə şikayətin təmin edilməməsi və iş materialları ilə birlikdə bаxılmаsı üçün Gəncə Аpellyаsiyа Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- **/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» ## ###### 2005-ci il tarixli 4 N-li qərarının 12-ci bəndinə əsasən, məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. İş materialları ilə müəyyən olunur ki, Tərtər Rayon Məhkəməsində ## ###### 2025-ci il tarixli *(***)-**/**** saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, cavabdehlər X1 və X5 müvəqqəti istifadəsinə verilmiş Tərtər rayonu, Şıxarx 2 qəsəbəsində (1176 ailəlik) ** saylı binanın ** nömrəli mənzilinə dair ## ### 2018-ci il tarixli **/** nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilmiş, cavabdehlər X1, X5, Ərizəni verən şəxs Manaf oğlu və ailə üzvlərinin əşyaları ilə birlikdə **/** nömrəli mənzildən çıxarılmaqla, **/** nömrəli mənzil boşaldılaraq Komitənin Mənzil Departamentinə təhvil verilməsi qət edilmişdir. Ərizəçi Ərizəni verən şəxs ərizəsinin əsası kimi göstərmişdir ki, torpaqları işğaldan azad edildiyi üçün yeni evlər verilir. O, məcburi köçkündür. 2 azyaşlı uşağı vardır. Həyat yoldaşı xəstədir. Həmçinin havaların soyuq keçməsi nəzərə alınmalıdır. sözügedən qətnamənin icrası müvəqqəti dayandırılaraq onlara yeni evlərə köçürülənədək vaxt verilməsi zəruridir. Ağdam rayon Mənzil Kommunal İstismar Sahəsindən alınmış ** saylı ##.##.2024-cü il tarixli arayışdan aydın olmuşdur ki, Qaçqınların və Məcburi Köşkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tərəfindən Ağdam rayon Təzəkənd qəsəbəsində * nömrəli 2 otaqlı mənzil Ərizəni verən şəxs Manaf oğluna ailə üzvləri ilə birlikdə yaşamaq üçün verilmişdir. Hal-hazırda Ərizəni verən şəxs Manaf oğlu Ağdam rayon Təzəkənd qəsəbəsində * nömrəli evdə qeydiyyatdadır. İşə baxan birinci instansiya məhkəməsi qeyd etmişdir ki, borclunun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməsinə mane olacaq hal müəyyən edilməmişdir. Məhkəmənin qətnaməsi çıxarıldığı gündən xeyli müddət ötmüşdür ki, bunun nəticəsində tələbkar üçün qətnamənin səmərəliliyi azalır, eləcə də tələbkar özünün mülkiyyət hüquqlarını realizə etmək imkanından məhrum olur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, çıxarılmış qərardad birtərəfli qaydada olmamış, ərizə və ərizənin dəlilləri işə baxan məhkəmə tərəfindən kifayət qədər araşdırılmış və düzgün hüquqi qiymət verilmişdir. Ərizəçinin ailə vəziyyəti və ya məcburi köçkün olması qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasız qalması üçün əsas deyildir. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən Ərizəni verən şəxs ailə vəziyyəti və məcburi köçkün olması nəzərə alınmış, Ağdam rayonundan məcburi köçkün düşmüş və ona Ağdam rayon Təzəkənd qəsəbəsindən mənzil verilmişdir. Qətnamənin icrasına möhlət verilməsi üçün heç bir hüquqi əsas müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, tətbiq edilməli qanun düzgün tətbiq edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 398.0.1 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadından borclu Ərizəni verən şəxs Manaf oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-7)-80/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-7)-80/2026
30.07.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver