Məhkəmə qərarları › İş №8(3-7)-82/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-7)-82/2026

16.07.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 8(3-7)-82/2026 16.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Tələbkar Ərizəni verən şəxs (borcu Borclu) alimentin indeksləşdirilməsinə dair ərizəsi üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (məruzəçi), X1 və Həsənov Islam Telman oğlundan ibarət tərkibdə, Ərizəçi Ərizəni verən şəxs (bundan sonra – tələbkar) (borclu Borclu)) alimentin indeksləşdirilməsinə dair ərizəsi üzrə Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərardadından tələbkar tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılıicraat qaydasında baxaraq qərardad qəbul etdi. Işin halları

1. Tovuz Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə Borclu ##.##.2022-ci il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 130 manat, cəmi 260 manat sabit pul məbləğində alimentin alınaraq ##.##.2020- ci il təvəllüdlü Ayan və ##.##.2020-ci il təvəllüdlü Məhəmməd adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Ərizəni verən şəxs verilməsi qət olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat

2. Tələbkar Ərizəni verən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Tovuz Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin indeksasiya olunmasını xahiş etmişdir.

3. Ərizə onunla əsaslandırılmışdır ki, o, iki azyaşlı uşaqları ilə valideynlərinin himayəsində yaşayır. Hər uşağa görə 130 manat olmaqla cəmi 260 manat ailment alır və bu az olduğundan uşaqların tələbatını ödəmir. Borclu ona qarşı qərəzli olduğundan imkanının olmasına baxmayaraq uşaqlarına baxmır.

4. Tovuz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı (hakim Pərvanə Isaqlı) ilə ərizə təmin edilmiş və Tovuz Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə ##.##.2020-ci il təvəllüdlü Ayan və ##.##.2020-ci il təvəllüdlü Məhəmməd adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün borclu Borclu tələbkar Ərizəni verən şəxs xeyrinə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 0,38 misli həddində indeksasiya olunmuşdur.

5. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsasındırmışdır ki, alimentin indeksasiya edilməsinin hüquqi əsası ümumi formada Ailə Məcəlləsinin 110-cu maddəsində nəzərdə tutulmuşdur. Həmin müddəanın mənasından da görünür ki, məhkəmə qətnaməsi ilə əvvəl sabit pul məbləğində tutulmuş alimentin indeksasiya olunmasında yeganə meyar kimi müəyyən edilmiş minimum əmək haqqı məbləği əsas götürlür. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin indeksasiya edilməsinin qaydası isə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2024-cü il tarixli, ** nömrəli Qərarında göstərilmişdir. Həmin Qərarın 8.4-1 və 8.4-2-ci bəndlərindən görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında tutulan aliment indeksasiyası iki mərhələ üzrə həyata keçirilməlidir. Birinci mərhələdə sonuncu qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının həmin il ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin neçə misli təşkil etdiyi müəyyən edilməlidir. Ikinci mərhələdə isə tutulacaq alimentin məbləğinin ərizə verilən vaxt ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının həmin misli həddində indeksasiya olunmalıdır. Hazırkı iş üzrə alimentin tutulması ilə bağlı məhkəmə qətnaməsi 2023-cü ildə qəbul edilmişdir. Həmin il üçün ölkə üzrə minimum aylıq əmək haqqı miqdarı 345 manat müəyyən olunmuşdur. Qətnamə üzrə müəyyən olunmuş aliment məbləği bir uşaq üçün 130 manat olmaqla həmin il üzrə minimum aylıq əmək haqqının 0,38 misli miqdarında (130 manat (qətnamə ilə müəyyən edilmiş alimentin məbləği) : 345 (2023-cü il üçün müəyyən edilmiş minimum əmək haqqı) = 0,38) olmuşdur. Odur ki, həmin məbləğ hazırki ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqı miqdarına müvafiq olaraq indeksasiya edilməlidir.

6. Birinci instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2, 110.1, 110.2, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli, ## ###### 2024-cü il tarixli qərarlarına, “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə istinadən əsaslandırmışdır.

7. Qərardaddan narazı qalan tələbkar qərardaddan şikayətlə məhkəməyə müraciət edərək qərardadın ləğv edilməsini xahiş etmişdir.

8. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qərardaddan şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Qərardaddan şikayətinin dəlilləri

9. Iki uşağa görə cəmi minimum aylıq əmək haqqının 0.38 misli həddində müəyyən olunmuşdur. Iki uşağa görə ümumi 304 manat çox az məbləğ müəyyən olunmuşdur. O, qəti şəkildə bununla razılaşmır. 2023-cü ildən borclu ona iki uşağa görə cəmi 260 manat məbləğində pul ödəyir, halbuki, 2026-cı il üçün bir uşağa 260 manat pul müəyyən olunmuşdur. Tovuz Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli iş üzrə ##.##.2026-cı il tarixli qərardadı alimentin mənləğini çox az müəyyən etmişdir.

b) Qərardaddan şikayətə qarşı etirazın dəlilləri

10. Qərardaddan şikayətə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

11. Maddə 17. II. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

12. Maddə 34. IV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

13. Maddə 131. İ. Azərbaycan Respublikasının Ali Məhkəməsi ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən mülki, cinayət və digər işlər üzrə ali məhkəmə orqanıdır; o, kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirir; məhkəmələrin praktikasına aid məsələlər üzrə izahatlar verir.

“Məhkəmələr və Hakimlər” haqqında Azərbaycan Respublikası Qanunu

14. Maddə 79-1. Ali Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsinin formalaşdırılması. Vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

15. Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər.

“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli, * nömrəli Qərarı

16. Bənd 8.2. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2024cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il ## #### tarixli *-*/**** nömrəli Qərarında dəyişikliklər edilmişdir.

17. 1.2. 8-ci bənd üzrə: 1.2.1. 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Istinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.

Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin ##.##.2023-cü il tarixli Sərəncamı

18. Maddə 1. Minimum aylıq əməkhaqqının məbləği 2023-cü ilin ######ın #-dən 345 manat müəyyən edilsin.

Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin ##.##.2024-cü il tarixli Sərəncamı

19. Maddə 1. Minimum aylıq əməkhaqqının məbləği 2025-ci il ######ın #-dən 400 manat müəyyən edilsin.

Apellyasiya baxışının hədləri

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

21. Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

22. Azərbaycan Respublikası MPM-in 398.0.1-ci maddəsinə əsasən, məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə aid edilmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Qərardad və şikayətin dəlillərini araşdıran məhkəmə kollegiyası (bundan sonra – məhkəmə) hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır.

24. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, tələbkarla borclunun ailə münasibətlərindən iki uşaqları doğulmuş və həmin üşaqlar tələbkarın yanındadır. Tələbkarın müraciəti əsasında borcludan iki uşağın saxlanması üçün aliment tutulmuş və alimentin məbləği Tovuz Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə hər ay hər uşaq üçün 130 (yüz otuz) manat məbləğində müəyyən edilmişdir.

25. Tələbkar alimentin indeksasiyasının həyata keçirilməsi ilə bağlı birinci instansiyası məhkəməsinə müraciət etmiş və işə baxan məhkəmə 2023-cü ilin minimum aylıq əməkhaqqının məbləği olan 345 manata münasibətdə alimentin indeksasiyasını həyata keçirmişdir.

26. Qeyd edilməlidir ki, aliment öhdəliyinin indeksasiya olunması ilə bağlı tələbin hüquqi əsası prosessual qanunvericiliyə söykənir. Belə ki, MPM-in 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər.

27. Belə olan halda tələbkarın ərizəsi əsasında birinci instansiyası məhkəməsinin alimentin indeksasiyasını həyata keçirməyi prosessual qanunvericiliyə uyğun olmuşdur.

28. Indeksasiyanın düzgün həyat keçirilməsi ilə bağlı isə qeyd edilməlidir ki, 2023-cü il üçün minimum aylıq əməkhaqqının məbləği 345 manat olmuş və birinci instansiyası məhkəməsinin bir uşaq üçün təyin edilmiş 130 manat alimentin məbləğinin indeksini 0,38 kimi müəyyən etməsi düzgün olmuşdur.

29. Qərardaddan şikayətinin əsas dəlili ondan ibarətdir ki, Tovuz Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli iş üzrə ##.##.2026-cı il tarixli qərardadı alimentin mənləğini çox az müəyyən etmişdir.

30. Qərardaddan şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə qeyd edir ki, aliment məbləğinin indeksasiya olunması alimentin artırılması deyildir və pul tələblərinin indeksasiyasının həyata keçirilməsi prosessual qanunvericiliyin tələbidir.

31. Hazırki iş üzrə müəyyən edildiyi kimi alimentin təyin edildiyi 2023-cü ildə minimum əməkhaqqının məbləği 345 manat olmuş və təyin edilmiş 130 manat aliment 345 manatın 0,38 mislini təşkil etmişdir.

32. Bu baxımdan birinci instansiyası indeksasiyanı həyata keçirdiyi zaman təyin edilmiş alimentin məbləğinin alimentin təyin edildiyi ilin minimum əməkhaqqının məbləğinin neçə misli həddində olmasını müəyyən edir və indeksləşmə yalnız qeyd edilən hallarla məhdudlaşır.

33. Alimentin məbləğinin azlığı tələbkarı qane etmədiyi təqdirdə tələbkar, borclunun maddi imkanın və gəlirlərinin artması ilə bağlı sübutları təqdim etməklə ümumi qaydada məhkəmədə iddia irəli sürə bilər.

34. Beləliklə məhkəmə qeyd edir ki, birinci instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir. Bu səbəbdən də şikayət təmin edilməməli və mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanmalıdır.

35. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.

36. Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 157-158, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

Tələbkar Ərizəni verən şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar